Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə47/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   43   44   45   46   47   48   49   50   ...   205

95 

 

-D- 

 

Dahau

  -  faşist  Almaniyasında  1933-cü  ildə  Münhen  yaxınlığında  təşkil 

olunmuş  ilk  həbs  düşərgəsi  (konslager).  Dahauda  250  min  nəfər  məhbus  var  idi; 

onlardan  70  min  nəfərə  qədəri  öldürülmüşdür.  1945-ci  il  aprelin  28-də  Dahauda 

düşərgənin beynəlmiləl komitəsinin rəhbərliyi ilə üsyan baş vermişdir. 



daxma

  -  zərdüştilərin  dəfn  mərasiminin  şərtlərinə  görə,  ölənlərin 

cəsədlərinin yırtıcı quşlar və ya heyvanlar tərəfindən yeyilməsi üçün qoyulan təpə 

və ya xüsusi tikili. Sonra sümükləri ossuariyə yığırdılar. Hazırda daxma parslarda 

qalmaqdadır. 



"daxmalı qullar"

  -  Qədim  Romada  quldarların  xırda  torpaq  sahəsi,  əmək 

alətləri  verdikləri  və  daxma  tikib,  ailə  qurmalarına  icazə  verdikləri  qullar. 

"Daxmalı qul" öz sahibinə müəyyən pul və ya əməyinin məhsulunun bir hissəsini 

verməli,  sahədən  əldə  etdiyi  qalan  məhsulu  isə  özünə  saxlamalı  idi.  Beləliklə, 

quldarlar qulları öz əməklərinin nəticəsi üçün maraqlandırmağa çalışırdılar. 

dalay-lama

 - XVI əsrdən Tibetdə buddist kilsənin baş din xadimi. 

damba

 - doğranmış qamışla qarışıq gildən aşırım şəklində tökülmüş torpaq 

bənd. Adətən damba çay kənarlarında dağıdıcı daşqınlardan qorunmaq məqsədi ilə 

tökülür. 

Dante  Aligyeri

  (1265  -1321)  -  görkəmli  italyan  şairi,  italyan  ədəbi  dilinin 

yaradıcısı.  Onun  əsərləri  arasında  Beatriçeni  vəsf  edən  sonetlər,  "Yeni  dünya" 

avtobioqrafik  povesti,  "Xalq  nitqi  haqqında"  və  "Ziyafət  fəlsəfi  traktatları  vardır. 

Dante  yaradıcılığının  zirvəsi  üç  hissədən  –  “Cəhənnəm”,  “Məhşər”  və  “Cənnət” 

dən  ibarət  olan  "İlahı  komediya"  əsəridir.  Dantenin  yaradıcılığı  Avropa 

ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir. 

Danton  Jorj  Jak

  (1759  -  94)  -  Böyük  Fransa  burjua  inqilabı  xadimi, 

yakobinlərin rəhbərlərindən biri. Monarxiyanın devrilməsi ilə nəticələnən 1792-ci 

il  10  avqust  üsyanının  hazırlanmasında,  həmin  ilin  avqust  -  sentyabrında  inqilabi 

Fransanın  müdaxilədən  müdafiəsinin  təşkilində  iştirak  etmişdir.  1793-cü  ildən 

jirondistlərlə  yaxınlaşmağa  başlamış  və  terrorun  yumşaldılmasını,  qiymətlərin 

maksimum  həddinin  ləğv  edilməsini  və  s.  tələb  etməyə  başlamışdır.  Davamçıları 

olan dantonçular onun ətrafında cəmlənmişdilər. 1794-cü ilin aprelində Danton və 

dantonçuların əksəriyyəti hərbi tribunal tərəfindən mühakimə və edam olunmuşdu. 

Dara I

 - İran şahı (e.ə. 522  - 486). Onun dövründə Əhəmənilər və  ya İran 

dövləti  ən  qüdrətli  çağına  yetişdi;  o,  şərqdə  Hind  çayından  qərbdə  Egey 

dənizinədək, şimalda Qafqaz dağlarından cənubda Efiopiyaya qədər genişlənmişdi; 

80-dən  artıq  xalq  onun  tərkibinə  daxil  idi.  Dara  Midiya  maqı  Qaumatanı  öldürüb 

e.ə. 522-ci ildə hakimiyyətə gəlmişdi. Öz hakimiyyətini qanuniləşdirmək məqsədi 

ilə Dara Kirin qızı Atossa və Kambizin və Qaumatanın hərəmxanasında olan bütün 

qadınlarla evləndi, hərçənd o, artıq evli idi və üç oğlu vardı. Bundan sonra I Dara 

Əhəmənilər  dövlətinin  bir  sıra  əyalətlərində  baş  verən  üsyanlarla  üzləşdi.  Onun 




96 

 

üçün  daha  təhlükəli  olanları      Midiyada  Fravartişin,  Asaqartada  (Cənubi 



Azərbaycanda  əyalət)  isə  Çissantaxmanın  üsyanları  idi.  Bu  üsyanları  yatırdıqdan 

sonra  o,  üsyan  başçılarını  şəxsən  özü  edam  etmişdi.  Bundan  sonra  I  Dara  əmr 

vermişdi  ki,  məşhur  Bisütun  kitabəsinin  həkkinə  başlanılsın.  E.ə.  təqribən  518-ci 

ildə  I  Dara  inzibati-maliyyə  islahatları  keçirdi:  dövləti  vilayətlərə  -  satraplıqlara 

böldü.  Hər  bir  satraplıq  şah  tərəfindən  təyin  olunmuş  ayrıca  məmur  -  satrap 

tərəfindən idarə olunurdu. E.ə. 517-ci ildə I Dara Hindistanın şimal-qərb hissəsini 

istila etdi. E.ə. 514 - 512-ci illərdə I Dara Qara dəniz ətrafı skiflərə qarşı uğursuz 

yürüş təşkil etdi, amma iranlılar Makedoniya və Frakiyanı tuta bildilər. E.ə. 490-cı 

ildə I Dara yunan şəhər-dövlətlərini zəbt etmək məqsədi ilə yürüş təşkil etdi, lakin 

Marafon  çölündə  yunanlar  tərəfindən  məğlub  edildikdən  sonra  geri  qayıtmağa 

məcbur  oldu.  Dara  Yunanıstana  yeni  yürüş  hazırlamağa  başladı,  lakin  hazırlığın 

qızğın çağında öldü. 

I Daranın hakimiyyəti illərində vahid qızıl pul  - darik (8,4 q) kəsildi; vergi 

yığımı  sahmana  salındı;  Əhəməni  qoşunlarının  sayı  istila  olunmuş  ölkələrin 

xalqlarının  cəlb  edilməsi  sayəsində  artırıldı;  İranın  mərkəzi  rayonlarını  ayrı-ayrı 

satraplıqlarla  birləşdirən  yollar  şəbəkəsi  inşa  edildi;  Nildən  Süveyşə  qədər  olan 

kanal  bərpa  edildi.  I  Daranın  dövründə  Persepolda  şah  sarayı,  Suzda  saraylar, 

Memfisdə məbədlər və s. inşa edildi. 



Dara  III

  -  Əhəmənilər  dövlətinin  sonuncu  şahı  (e.ə.  336  -  330).  III  Dara 

Kodoman  qüdrətli  hərəmağası  Baqoyun  sayəsində  taxta  çıxarılmışdı.  Sonralar 

Baqoy  III  Daranı  zəhərləməyə  cəhd  göstərmiş,  lakin  hökmdar  onun  özünü  zəhər 

dolu  badəni  başına  çəkməyə  məcbur  etmişdi.  III  Dara  hakimiyyətinin  lap 

başlanğıcında  Misirdəki  üsyanı  yatıra  bildi.  Bu  zaman  Əhəməni  əyanları  saray 

çəkişmələri və çevrilişləri ilə məşğul idi. Həmin dövrdə Makedoniya monarxiyası 

xeyli  qüvvətləndi.  Makedoniya  ilə  İranın  toqquşması  getdikcə  daha  çox 

labüdləşirdi.  İran  sərkərdələri  ordularının  yaxşılaşdırılması  qeydinə  qalmırdılar. 

Onlar  yalnız  ordunun  ən  döyüşkən  hissəsini  təşkil  edən  30  minlik  yunan 

muzdlularını  ordularına  əlavə  etmişdilər.  E.ə.  334-cü  ildə  makedoniyalılar 

Makedoniyalı İsgəndərin başçılığı ilə İrana yürüşə başladılar. Üç iri döyüş -Qranik, 

İss  və  Qavqamela  yaxınlığındakı  döyüşlər  nəticəsində  Makedoniyalı  İsgəndər 

Əhəmənilər  dövlətini  darmadağın  etdi  və  onun  paytaxtlarında  külli  miqdarda 

sərvətlər  ələ  keçirdi.  Sonuncu  Əhəməni  hökmdarı  III  Dara  öz  satrapı  Bess 

tərəfindən  xaincəsinə  öldürüldü.  Sonralar  Baktriya  makedoniyalılar  tərəfindən 

tutulan  zaman  Makedoniyalı  İsgəndərin  göstərişi  ilə  Bess  hökmdar  qatili  kimi 

əzablı və ağır işgəncə ilə edam edildi. 

"Dar üş-şəfa"

 ("Şəfa evi") - XIV əsrdə Təbrizdə (Cənubi Azərbaycan) inşa 

edilmiş memarlıq kompleksi.  Bu kompleksdə bir sıra tədris müəssisələri, tibbi və 

elmi  idarələr,  rəsədxana  və  zəngin  kitabxana  var  idi.  Burada  təkcə  Azərbaycan 

alim  və  müəllimləri  deyil,  həm  də  başqa  ölkələrdən  dəvət  olunanlar  çalışırdılar. 

"Dar  üş-şəfa"da  ali  məktəb  var  idi  və  Şərqin  müxtəlif  ölkələrindən  təbiəti, 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə