Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
85
Koreya GDİ-si milli mülahizələrə əsasən milli mənzərəni təsvir edir. Çünki normalizasiya
üçün ən yaxşı və ən pis dəyərlər, bütün dünya üçün ümumi gözləntilərə qarşı Cənubi
Koreyalıların növbəti 10 il üçün konkret gözləntilərinə əsaslanır.
GDİ metodologiyası pis dəyərləri daha ciddi şəkildə “cəzalandırdığı” üçün, 80-cı illərdəki
Koreya dəyərləri üçün aşağı GDİ Koreyalıların yüksək gözləntilərini özündə əks etdirir.
Böyük fərqlərin mövcud olduğu 1984-1991-ci illər arasındakı dövrdə, GDİ-nin əsas
dəyişənləri bugünün gözləntilərindən çox aşağı şəkildə qurulmuşdu (Təhlilin təfsilatı və
nəticələrin şərhləri üçün kompakt disk versiyasının 2-ci Fəslinə baxın).
Qrafik 22. Qlobal və Cənubi Koreya Normallaşdırma Dəyərlərini istifadə edən Cənubi
Koreya üçün Nisbi (müvafiq) GDİ-nin Müqayisəsi (2006 = 1 olaraq tənzimlənmiş)
Nəticələr və Gələcək İnkişaf
İndi məlum olur ki, milli GDİ-lər üçün “standartlar”-ın yaradılması çox faydalı ola bilər. Bu,
milli GDİ-lərin qurulmasında texnoloji
təlimat rolunu oynaya bilərdi; bu, müvafiq yerlərdə
elektron cədvəl proqram təminatından və qlobal məlumatlardan ibarət ola bilər. Bəzi
ölkələr GDİ-lərini eyni standartlar üzrə qurduqları üçün, sistemli çarpaz və uzununa
müqayisələr aparıla bilər.
2006-07-ci il GDİ araşdırması milli GDİ-nin qurulması üçün standartlaşdırılmış metodlara
yeni məğzlər əlavə edib. Bu, ölkələr arasında və qlobal və milli GDİ arasında daha effektiv
müqayisələr aparmağa imkan verəcək. Bu standartlaşmış yanaşmada milli GDİ-nin 2
növü mövcuddur: birincisi qlobal GDİ və digər ölkələrin GDİ-ləri ilə müqayisə edilmək
üçün qurulub (bu növü milli müqayisə GDİ-si adlandırın). İkinci növ isə ölkənin səylərini öz
nadir məqsədləri və gözləntiləri ətrafında birləşdirməsi üzrə proqresini şərh
etmək və
izləmək üçün qurulmuş milli unikal GDİ-dir (bu növü milli səyləri birləşdirmə GDİ-si
adlandırın). Bu standartlaşdırılmış yanaşma hələ də işlənib hazırlanmaqdadır. Və ilkin
konsepsiya daha təfsilatlı şəkildə kompakt disk versiyasını 2-ci Fəslində, “Gələcəyin
Durumu İndeksi Dəyişənləri və onların Ölkədən-Ölkəyə Müqayisələrində İstifadəsi”
yarımfəslində şərh olunub.
Cənubi Koreya Standartlaşması
Qlobal Standartlaşma
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
86
Milli müqayisə GDİ-ləri üçün hər bir ölkə bir neçə istisnaları çıxmaqla qlobal GDİ-dəki
standart
dəyişənləri, öz milli tarixini və proqnozları, qlobal GDİ üçün seçilmiş eyni ən yaxşı
və ən pis dəyərləri və əhəmiyyətlilik dərəcələrini, və eyni xarici Tendensiyanın Təsiri
Təhlili hadisələrini (hallarını) və ehtimalları istifadə edərdi. Lakin son halda hadisələrin
dəyişənlərə göstərdiyi təsirlər milli səviyyədə qavranılardı. Beləliklə milli müqayisə GDİ-si
qurmaq məqsədilə ölkə standart dəyişənlər üçün milli tarixi məlumatları toplamalı, bu
məlumatları proqnozlaşdırmalı və Tendensianın Təsiri Təhlili hadisələrinin bu dəyişənlərə
göstərdiyi təsirləri qiymətləndirməlidir. Milli müqayisə GDi-sini qurmaq üçün tələb olan
digər məlumatlar qlobal GDİ-dən əldə olunur. Bu yanaşmayla,
bütün ölkələr müqayisəli
milli GDİ-ləri qura bilərdilər.
Milli səyləri birləşdirmə GDİ-ləri prosesə daha sərbəst seçim imkanı verər, lakin ölkələr
arasında və ölkənin GDİs-i və qlobal GDİ arasında birə-bir müqayisə aparmaq
qabiliyyətini qurban verməli olardı. Bu növün həyata keçirilməsində ölkələr, öz ölkələri
üçün xüsusi əhəmiyyət kəsb edən (məsələn xüsusi milli strategiyalara nail olunması), ən
yaxşı və ən pis dəyərlərin və həcm ağırlıqlarının seçilməsi yolu ilə ifadə olunmuş unikal
məqsədlərdən, milli əhəmiyyət kəsb edən xüsusi Tendensiyanın
Təsiri Təhlili
hadisələrindən və onların ehtimalları və təsirlərindən ibarət olan qeyri-standart
dəyişənlərdən istifadə edə bilər. Milli səyəri birlşdirmə GDİ-ləri ölkədən-ölkəyə
müqayisələrində istifadə olunmasa da, bu GDİ-lər zamanla ölkənin gələcəyin durumunun
izlənməsində daha faydalı ola bilər, strategiyaların və məqsədlərə yaxınlığın
qiymətləndirilməsində, və səmərəli strategiyalar və onların uğuruna təsir edə biləcək
amillər haqqında müzakirələrə təkan verə bilər.
Ölkənin GDİ-sinin (əhali tərəfindən mülahizə edilmiş) qlobal GDİ-yə uğyun gəlib-
gəlmədiyini aşkar etmək üçün layihələşdirilmiş təhlil xüsusi maraq kəsb edir.
Bundan
əlavə, korporativ GDİ-lər kimi digər tətbiqlərlə də təcrübələr həyata keçirilə bilər. Bir təklif
də budur ki, milli novatorluğun ölçüsü də əlavə olunsun. Nəhayət, milli və digər tətbiqləri
asanlaşdırmaq üçün, dəyişənlərin və hadisələrin onlayn məlumat bazası qurula bilər.
Ümumiyyətlə GDİ-yə gələndə, hələ çox iş görülməlidir. Hələ də, təkcə milli GDİ-lərdən
yox, həm də korporativ tətbiqatlardan ibarət geniş spektrə malik tətbiqatlarda istifadə
oluna biləcək sağlam “korporativ müəssisə proqram təminatının” hazırlanması
arzuolunandır.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
87
www.BrainPaint.com
Bu təsvir elektroensefaloqramma bioloji əks-əlaqəsi adlı proses zamanı Maykl L.-in Beyin
dalğaları (insanın baş dərisinə birləşdirilmiş sensrolarla aşkarlanan elektrik siqnalları)
vasitəsilə yaradılmışdır. Elektroensefaloqramma məlumatları demək olar ki, faks
aparatının ötürücüsü kimi özündə saxlayır. Bill Skot o məlumatları real
zamanda emal
edən və qrafik şəklində təsvir edən BreynPeynt adlı proqram yaradıb. Bu proqram Maykla
öz bioloji əks-əlaqə prosesinin bir hissəsi kimi bu təsviri çəkməyə imkan verib. Bu təsvirə
nə tuşla düzəlişlər, nə də əllə edilə biləcək heç bir düzəlişlər edilməyib. O düşüncə və
hisslərdən başqa heç nə tələb etmir. Bu təsvirin yaradılması zamanı Mayklın iştirak etdiyi
təlim, was to experience power through releasing control. İşin
mahiyyəti onu daha az
narahat etdikcə, o daha çox nəticə əldə edirdi. Həm də bəzən adama elə gəlir ki, kimsə
təsvirlərə daha çox qiymət verdikcə onlar daha da gözəlləşir.