Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
90
 
Tarix boyu irəliləyişlər, ilkin yüksək xərcləri ödəməyə imkanı olan və olmayan erkən 
uyğunlaşanlar arasında uçurum yaradıb. Bu araşdırmada iştirak edən bir çoxları, təhlükəli 
biliyin və qeyri-sabit şəraitə  gətirib çıxaran intellekt boşluqlarının qarşısını almaq üçün 
ciddi səylərin həyata keçirilməli olduğu haqqında xəbərdarlıq ediblər. Siyasət qurucuları 
bəziləri tərəfindən sui-istifadənin çoxlarına zərər vurmasına imkan vermədən bu yeni 
qüvvələrin demokratik şəkildə İstifadəsini təşviq etməyin yollarını işləyb hazırlamalıdırlar. 
Son bir neçə il ərzində, texnoloji boşluqlar daralmağa başlayıb. Bu isə öz növbəsində, 
böyük  əks-əlaqə mexanizmlərinin desentralizasiyası, onlardan istifadə imkanı, onların 
şəffaflığı  və yayılmasının bu narahatçılıqlara cavab verə biləcəyi fikrini doğurur. 
Baxmayaraq ki, beynəlxalq panel tərəfindən edilmiş  şərhlər fərdi öyrənmə (tədris) və ya 
qrup  şəkilndə öyrənmə (tədris) kimi qruplaşdırıla bilər, gələcəyin ümumi mənzərəsi o 
qədər zəngin və mürəkkəbdir ki, hər iki yanaşma tətbiq oluna bilər.  
 
Əgər təhsil üzrə  qərar qəbul edicilər bu nəticələrə inanırsa, bəs onlar bugün hansı 
addımlar atmağı  nəzərdə tutmalıdırlar? Bu suala cavab vermək üçün, respondentlər, bu 
imkanlara yardım göstərəcək və ya əngəl törədəcək amillər haqqında mühakimələr irəli 
sürməyə  və bu imkanların meydana gəlməsini təxmin etdikdə ortaya çıxacaq nəticələri 
nəzərdən keçirməyə  təşviq olunublar. Bu Fəsil, anketdə olduğu sıralanma ilə düzülmüş 
imkanların siyahısını (anketdə  iştirakçılara təqdim olunmuş istinadlarla (tövsiyyələrlə) 
bərabər) və bu imkanların müsbət və  mənfi səciyyələrinin modelinin distillyasiyasını 
təqdim edir. Cavabların tam mətni Kompakt Disk versiyasının 5-ci, 2030-cu ilədək Təhsil 
və Öyrənmə (Tədris) Fəslində təqdim olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hər bir imkan aşağıdakılar əsasında qiymətləndirilib: 
Bunun baş verməsinə səbəb nə ola bilər?   Bunun baş verməsinə nə mane olur? 
Hansı müsbət nəticələr ola bilər?  
Hansı mənfi nəticələr ola bilər? 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
91
1. Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar  
 
Bəzi yüksək, həmçinin bəzi aşağı  gəlirə malik ölkələr 2030-cu ilədək kollektiv intellekti 
artırmağı milli məqsədə çeviriblər; bura həm fərdi bacarıqların, həm də bütövlükdə xalqın 
intellektinin artırılması daxildir
1

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Kollektiv məlumatlılığın günü-gündən inkişaf edən elmə  və yaradıcılıq-yönümlü 
qloballaşmış iqtisadiyyata siyasi və iqtisadi fayda verməsini hamı  tərəfindən başa 
düşülməsi bu milli məqsədin qəbul olunmasına gətirib çıxaracaq. Bundan əlavə, ölkə 
həmçinin cəmiyyətin ümumi fəaliyyətini və sosial rifahı inkişaf etdirməli və geridə qalma 
qorxusunu azaltmalıdır. Bəzi respondentlər bunu labüd hesab edirlər, çünki informasiya 
və komunkiasiya texnologiyalarının davamlı olaraq irəliləyir, Mur Qanunu qüvvədə qalır və 
ictimaiyyət  İnternetdən asanlıqla istifadə edir. “kollektiv məlumat”  ən çox işlənən sözə 
çevriləcək və əsas elmi institutlar ondan strateji araşdırma obyekti kimi istifadə edəcək və 
onun sosial-texnoloji təkamüldə növbəti addım olduğunu nümayiş etdirəcəklər. 
Masaçusets Texnoloji İnstitutu və  bənzər digər institutların kollektiv intellekt üçün 
yaratdığı yüklənəbilən açıq mənbə prototipləri və “Wikipedia” və “Google” kimi uğurlu 
proqramların inkişaf etdirilməsinin də böyük köməyi dəyə bilər. 
 
Liderlərinin söz azadlığına və  fərdin hüquqlarına hörmət etdiyi, və onları  təşviq etdiyi 
ölkələrdə, xüsusilə yüksək hörmətə və iqtisadi gücə malik olmaq istəyən Asiya ölkələrində 
bu məqsəd birinci olmalıdır. Lakin “kollektiv məlumat“ -ın milli məqsəd kimi qəbul 
olunması üçün çox mürəkkəb və mühüm milli və beynəlxalq problemlər və  fəlakətlərlə 
üzləşmək olar. Ölkələr arasında günü-gündən artan intensiv beynəlxalq rəqabət də 
həmçinin milli təhsil proqramları  çərçivəsində  rəqabətli insan kapitalı konsepsiyasının 
işlənib hazırlanmasına səbəb ola bilər.“Kollektiv məlumat“-ı qəbul etməyin digər yolu aya 
enmək kimi dövlət əhəmiyyətli layihələrin izlənməsidir. Əgər proses çoxlu sayda insanları 
kollektiv həmrəyliyi təmin etmək üçün səfərbər etməkdə obyektivlik göstərirsə, onda 
nəticə daha yaxşı olacaq. Nəhayət, biliyin həcmini və mürəkkəbliyini artırmaq, dünyanı 
kollektiv intellekt konsepsiyalarına doğru hərəkət etdirməyə davam edəcək. 
 
Hansı müsbət nəticələr ola bilər? 
 
İnsanlar problemləri həll etmək üçün birləşə bilərlər. Geniş-miqyası intellekti-artıran 
proqramlar mümkün ola bilər. Bu da milli iqtisadiyyatları inkişaf etdirə  və varlı-kasıb 
fərqlərini azalda bilər. Bu, vətəndaş  cəmiyyətinin milli məlumatlılıqda daha yaxından 
iştirakına təkan verə, təkrarı, və üst-üstə düşməni azaldavə və informasiya çirklənməsi və 
həddən artıq yükləmə kimi narahatçılıqları azalda bilər. Virtual öyrənmə  və  qərar qəbul 
etmə birlikləri, milli dövlətləri, sosial stabilliyi artıran effektiv qərar qəbul etmə prosesindən 
tədricən sıxışdırıb çıxara bilər. İnsan həyatı daha mədəniləşə və Yerdəki resurslar daha 
da zənginləşə, ətraf mühit daha da yaxşı mühafizə oluna bilər. 
 
Ağıllı  cəmiyyət az-şüurlu fərdlərin (cinayət,  əbəs yerə  sərf olunan təhsil cəhdləri, puça 
çıxmış sosial layihələr mənasında) törtədiyi xərcləri azalda, daha mürəkkəb işlərin 
öhdəsindən gələ bilən insanların sayını artıra, və daha yaradıcı insanları  cəlb edə bilər. 
                                                 
1
 RT Delphi istinadları: 13 oktyabr 2006-cı il, MTİ Kollektiv Məlumatlılıq üzrə yeni Mərkəz açmışdır; “Kollektiv 
Məlumatlılıq Nümunələri”, Kollektiv Məlumatlılıq üzrə  Tədris Vəsaiti; “Kollektiv İnsani Mexanizm Məlumatlılığı 
Sistemində Artım 25 il ərzində realdırmı? Bəli – 70%” Minilliyin Layihəsi Delphi, ACUNU, 2003-cü il. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə