Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
94
Bunun baş verməsinə nə mane olur? 
 
İnternetin texnoloji məhvi bunun baş verməsinin qarşısını ala bilər; xakerliyin artması, 
informasiyanın idarə olunması  və informasiya müharibəsinin digər formaları insanları 
nəyə etibar etməkdə  qərarsızlığa gətirib çıxara bilər. Xərclər həddindən artıq ola bilər. 
Müəllimin yeganə aktiv subyekt və  tələbənin isə passiv element olduğu  ənənəvi təhsil 
sistemləri daxilində cahil, geridə qalmış fikirli insanlar, mövhumatçılar mühafizəkar dini 
liderlərlə birgə bu inkişafa mane ola bilər. Meyllər və boşluqlar, həmçinin sağlam 
informasiyanın tədris olunmasında, bacarıqların qazaılmasında yaranan problemlər bu 
işin tətbiqini zəiflədə bilər. Bir sözlə, hər kəsin mütəxxəssis kimi görünə bildiyi bir 
dünyada, qərarların daha qərarsız zəmində veriləcəyi riski artacaq, həqiqi ekspertizaya 
hörmət azalacaq və əsl rəqabətin təsdiqlənməsi üçün yaxşı üsulların sayı azalacaq. Ləng 
və köhnə təhsilin təsdiqlənməsi sistemləri bu imkanın əldə olunmasını ləngidə bilər. 
 
Hansı mənfi nəticələr ola bilər?  
 
Vaxtında bilik və öyrənmə çox sərfəli, lakin çox səthi bir bilik dünyası yarada bilər. 
Yeniliklər məğlubiyyətə düçar ola bilər. Bu, zəif öyrənmə vərdişlərinə; özü-mərkəzləşmiş 
tənbəl düşünməyə; siyasi prosesdə az iştirak edən ictimaiyyətə  və  nəticədə hökumət 
tərəfindən daha çox idarəetməyə; planetin xeyrinə daha “geniş  mənzərəni” görməməyə; 
və bir çox insanların fasilə  və ya reklam pauzası olmadan diqqəti mövzu üzərində 
cəmləmə bacarığı olmadığı kimi, problemin həll olunması üçün yürüdülən mühakimələrin 
azalmasına səbəb ola bilər. Bu mənfi nəticələri aradan qaldırmaq üçün bir az mexaniki 
yaddaş üsuluna əsaslanan öyrənməyə ehtiyac olacaq. 
 
Bu hadisə Elm və Texnologiyada irəliləyişlərə  gətirib çıxarsa da, tarix və  vətəndaş 
hüquqları kimi sahələrə ziyan dəyə bilər. Bu imkan varlı-kasıb fərqlərini artıra bilər, çünki, 
onun aşağı  gəlirə malik ölkələrin həyata keçirməsi qeyri-mümkün olacaq. “Vaxtında 
öyrənmə” üçün qabaqcıl texnologiyalara malik ölkələr parçalanmaya və gerdiə qalmaya 
məruz az inkişaf etmiş cəmiyyətlərə malik ölkələrdən fərqli şəkildə təkamül edəcək.  
 
3. Fərdiləşdirilmiş təhsil 
 
Simulyasiyalar da daxil olmaqla, müxtəlif növ testlər yolu ilə  fərdi tələbələrin ehtiyacları 
qiymətləndirilir və təhsil planı və maarifləndirici metodlar fərdi tələbələrə tətbiq olunurlar. 
2030-cu ilədək bütün tələbələrin xüsusi ehtiyacları olacağı, və bu ehtiyacların dünyanın 
bir çox yerində geniş şəkildə qarşılanacağı nəzərdə tutulub
3

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
İnternetdə baş verən irəliləyişlərin bir nöqtədə  cəmləşdirilməsi, təfəkkür elmləri, təbabət, 
süni intellekt, Mur Qanunun qüvvədə qalması, vaxtında öyrənmə və 100 dollarlıq portative 
kompüterlərin uğuru bu imkanın daha da mümkün edə bilər. Daha ağıllı şəkildə fəaliyyət 
göstərmək istəyən tələbələr və qabaqcıl texnologiya bacarıqlarına malik müəllimlər artıq 
bu prosesi hərəkətə gətirirlər. Bu proses rəhbərlər tərəfindən idarə olunsa, o yeni bir təhsil 
sisteminin özülü ola bilər. Prosesə, fərdiləşmiş öyrənməni təkcə ibtidai, orta və ali təhsildə 
deyil, həmçinin böyüklər üçün “ömürlük öyrənmə” sistemində  təmin etmək məqsədilə 
İnformasiya Texnologiyalarının və “onlayn təlim”-lərin istifadəsi daxil edilməlidir. Bu 
həmçinin, hər kəsin potensial dahi olduğu və  hər bir dahinin digərlərindən fərqləndiyi 
fikrini qəbul edilməsi, hər bir tələbədə maraq və yaradıcılıq qabiliyyəti oyadan müəllimlərin 
                                                 
3
 RT Delphi istinadları: Fərdiləşdirilmiş  Təhsil Planları, 2003-cü il; “İnternetdə Xüsusi Təhsil Resursları”, 
seriweb.com, 2001-ci il  


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
95
olması, təkmilləşdirilmiş ucuz fərdiləşdirilmiş  təhsil proqramın təmin olunması, təkrar 
istifadə oluna bilən öyrənmə modullarının cəmiyyətin bütün sinifləri arasında yayılması, və 
öyrənilmiş  məlumatlarda dolaşıqlığın və üst-üstə düşmənin (təkrarlanmanın) baş 
verməməsi üçün cəmiyyətin bütün sinifləri üçün öyrənmə modullarının təmin olunması 
standartlarının və mərkəzləşdirilmiş mənbələrin yaradılması yolu ilə mümkün ola bilər.     
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu proses, tələbələrin daha razı qalmasına, fərdi müstəsnalığa və mütərəqqi məqsədlərə 
böyük hörmətin qoyulmasına, bərabər təhsil hüququ haqqında fikirlərdə  dəyişikliklərə
öyrənmə prsoesini qaydasına salmaq üçün genetik məlumatlardan daha səmərəli 
istifadəyə, və öz potensialları ilə  təlimlənmiş daha çox xüsusi “dahilərin” yaranmasına 
gətirib çıxara bilər. Kimin öyrədilməsi lazım olduğu haqqında elmi təkəbbür də azaldıla 
bilər. 
 
Həyatın müxtəlif aspektlərində lider olacaq insanların sayı artırıla bilər. Liderlər, 
komandaya daha yaxşı  işləməyə kömək etmək üçün öz aralarından təlimatçılar və 
hakimlər seçməli və müxtəlif komandaların bir yerdə yaşaya bilmələri üçün ədalətli 
rəqabət aparmalıdırlar. 
 
Bunun baş verməsinə nə mane olur?  
Bu prosesin baş verməsinin qarşısını, dünyanı  tək-mövzulu bir təhsil sisteminə doğru 
sürükləyən yeni ideoloji və ya dini hərəkatlar, tələbə-müəllim nisbətinin aşağı olması  və 
nəticədə qiymətlərin yoxsul təhsil sisteminin ödəmək imkanı olmayacaq dərəcədə 
yüksəlməsi, müəllimlərin çatşmamazlığı, standartlaşdırılmış imtahanlar, özlərindən üstün 
olan həmkarların təşviq olunmasına nisbət bəsləyən müəllim birlikləri, etibarlı diaqnozların 
qoyulmasında və nəticələrin qiymətləndirilməsində çətinliklər və orta hesabdan da aşağı 
tələbə bacarığına  əsaslanan, öyrənmədən çox tədris materiallarına üstünlük verən 
standart kursların saxlanılması istəyi ala bilər. Müəllimlərin  əlində  tələbələrin fikirlərini 
oxumaq üçün vasitələr olmadıqca tamamilə “fərdiləşmiş” təhsil mümkün ola bilməz. 
Öyrənmə sosial bir fəaliyyət olduğundan, öyrənmə üçün ümumi məqsədlərin tələbləri 
həmişə olmaqda davam edəcək.  
 
 
Hansı mənfi nəticələr ola bilər?  
 
Çox fərdiləşdirilmiş öyrənmənin geniş  şəkildə istifadəsi sosial bağlılığı azalda bilər; 
fərdiləşdirilmiş öyrənmə cəmiyyət daxilində daha fərdiləşmiş əks komandalara və ya qrup 
fəaliyyətlərinə  gətirib çıxara bilər. Belə  fərdlər, təhsili necə daha yaxşı  həyata keçirmək 
məsələsi üzrə  cəmiyyəti parçalayan yeni öyrənmə üsullarını yarada bilərlər. 
Fərdiləşdirilmiş  təhsilin nəticələri, cəlb olunmuş insanların intellektdən, obyektivlikdən, 
mərhəmətdən və niyyətlərindən və istifadə olunan süni intellekt sistemlərindən asılıdır.  
Bu, insanların xüsusi ideologiyanı  və ya fəaliyyət üsullarını  mənimsəmələri üçün 
“beyinlərinin yuyulmasının” gözəl yolu ola bilər.   
 
4. Simulyasiyalardan istifadə 
 
2030-cu ildə, proqramlaşmış öyrənmə sisteminə malik virtual reallıq (VR) simulyasiyaları 
mümkün olacaq və beynəlxalq səviyyədə istifadə olunacaq. Bu da ibtidai və orta 
məktəblərdə olan tele-təhsil sistemlərinin təqribən 1/3-ini əhatə edəcək. Bu simulyasiyalar 
insanlara öz templəri ilə, təkbaşına və ya qruplar şəklində inkşaf etməyə imkan verir. 
Onlar təfəkkür elmindən bəhrələnən anlayışlar əsasında qurulublar. Onlar fərdlərin və ya 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə