Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
94
Bunun baş verməsinə nə mane olur?
İnternetin texnoloji məhvi bunun baş verməsinin qarşısını ala bilər; xakerliyin artması,
informasiyanın idarə olunması və informasiya müharibəsinin digər formaları insanları
nəyə etibar etməkdə qərarsızlığa gətirib çıxara bilər. Xərclər həddindən artıq ola bilər.
Müəllimin yeganə aktiv subyekt və tələbənin isə passiv element olduğu ənənəvi təhsil
sistemləri daxilində cahil, geridə qalmış fikirli insanlar, mövhumatçılar mühafizəkar dini
liderlərlə birgə bu inkişafa mane ola bilər. Meyllər və boşluqlar,
həmçinin sağlam
informasiyanın tədris olunmasında, bacarıqların qazaılmasında yaranan problemlər bu
işin tətbiqini zəiflədə bilər. Bir sözlə, hər kəsin mütəxxəssis kimi görünə bildiyi bir
dünyada, qərarların daha qərarsız zəmində veriləcəyi riski artacaq, həqiqi ekspertizaya
hörmət azalacaq və əsl rəqabətin təsdiqlənməsi üçün yaxşı üsulların sayı azalacaq. Ləng
və köhnə təhsilin təsdiqlənməsi sistemləri bu imkanın əldə olunmasını ləngidə bilər.
Hansı mənfi nəticələr ola bilər?
Vaxtında bilik və öyrənmə çox sərfəli, lakin çox səthi bir bilik dünyası yarada bilər.
Yeniliklər məğlubiyyətə düçar ola bilər. Bu, zəif
öyrənmə vərdişlərinə; özü-mərkəzləşmiş
tənbəl düşünməyə; siyasi prosesdə az iştirak edən ictimaiyyətə və nəticədə hökumət
tərəfindən daha çox idarəetməyə; planetin xeyrinə daha “geniş mənzərəni” görməməyə;
və bir çox insanların fasilə və ya reklam pauzası olmadan diqqəti mövzu üzərində
cəmləmə bacarığı olmadığı kimi, problemin həll olunması üçün yürüdülən mühakimələrin
azalmasına səbəb ola bilər. Bu mənfi nəticələri aradan qaldırmaq
üçün bir az mexaniki
yaddaş üsuluna əsaslanan öyrənməyə ehtiyac olacaq.
Bu hadisə Elm və Texnologiyada irəliləyişlərə gətirib çıxarsa da, tarix və vətəndaş
hüquqları kimi sahələrə ziyan dəyə bilər. Bu imkan varlı-kasıb fərqlərini artıra bilər, çünki,
onun aşağı gəlirə malik ölkələrin həyata keçirməsi qeyri-mümkün olacaq. “Vaxtında
öyrənmə” üçün qabaqcıl texnologiyalara malik ölkələr parçalanmaya və gerdiə qalmaya
məruz az inkişaf etmiş cəmiyyətlərə malik ölkələrdən fərqli şəkildə təkamül edəcək.
3. Fərdiləşdirilmiş təhsil
Simulyasiyalar da daxil olmaqla, müxtəlif növ testlər yolu ilə fərdi tələbələrin ehtiyacları
qiymətləndirilir və təhsil planı və maarifləndirici metodlar fərdi tələbələrə tətbiq olunurlar.
2030-cu ilədək bütün tələbələrin xüsusi ehtiyacları olacağı, və bu ehtiyacların dünyanın
bir çox yerində geniş şəkildə qarşılanacağı nəzərdə tutulub
3
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
İnternetdə baş verən irəliləyişlərin bir nöqtədə cəmləşdirilməsi, təfəkkür elmləri, təbabət,
süni
intellekt, Mur Qanunun qüvvədə qalması, vaxtında öyrənmə və 100 dollarlıq portative
kompüterlərin uğuru bu imkanın daha da mümkün edə bilər. Daha ağıllı şəkildə fəaliyyət
göstərmək istəyən tələbələr və qabaqcıl texnologiya bacarıqlarına malik müəllimlər artıq
bu prosesi hərəkətə gətirirlər. Bu proses rəhbərlər tərəfindən idarə olunsa, o yeni bir təhsil
sisteminin özülü ola bilər. Prosesə, fərdiləşmiş öyrənməni təkcə ibtidai, orta və ali təhsildə
deyil, həmçinin böyüklər üçün “ömürlük öyrənmə” sistemində təmin etmək məqsədilə
İnformasiya Texnologiyalarının və “onlayn təlim”-lərin istifadəsi daxil edilməlidir. Bu
həmçinin, hər kəsin potensial dahi olduğu və hər bir dahinin digərlərindən fərqləndiyi
fikrini
qəbul edilməsi, hər bir tələbədə maraq və yaradıcılıq qabiliyyəti oyadan müəllimlərin
3
RT Delphi istinadları: Fərdiləşdirilmiş Təhsil Planları, 2003-cü il; “İnternetdə Xüsusi Təhsil Resursları”,
seriweb.com, 2001-ci il
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
95
olması, təkmilləşdirilmiş ucuz fərdiləşdirilmiş təhsil proqramın təmin olunması, təkrar
istifadə oluna bilən öyrənmə modullarının cəmiyyətin bütün sinifləri arasında yayılması, və
öyrənilmiş məlumatlarda dolaşıqlığın və üst-üstə düşmənin (təkrarlanmanın) baş
verməməsi üçün cəmiyyətin bütün sinifləri üçün öyrənmə modullarının təmin olunması
standartlarının və mərkəzləşdirilmiş mənbələrin yaradılması yolu ilə mümkün ola bilər.
Hansı müsbət nəticələr ola bilər?
Bu proses, tələbələrin daha razı qalmasına, fərdi müstəsnalığa və mütərəqqi məqsədlərə
böyük hörmətin qoyulmasına, bərabər təhsil hüququ haqqında
fikirlərdə dəyişikliklərə,
öyrənmə prsoesini qaydasına salmaq üçün genetik məlumatlardan daha səmərəli
istifadəyə, və öz potensialları ilə təlimlənmiş daha çox xüsusi “dahilərin” yaranmasına
gətirib çıxara bilər. Kimin öyrədilməsi lazım olduğu haqqında elmi təkəbbür də azaldıla
bilər.
Həyatın müxtəlif aspektlərində lider olacaq insanların sayı artırıla bilər. Liderlər,
komandaya daha yaxşı işləməyə kömək etmək üçün öz aralarından təlimatçılar və
hakimlər seçməli və müxtəlif komandaların bir yerdə yaşaya bilmələri üçün ədalətli
rəqabət aparmalıdırlar.
Bunun baş verməsinə nə mane olur?
Bu prosesin baş verməsinin qarşısını, dünyanı tək-mövzulu bir təhsil sisteminə doğru
sürükləyən yeni ideoloji və ya dini hərəkatlar, tələbə-müəllim nisbətinin aşağı olması və
nəticədə qiymətlərin yoxsul təhsil sisteminin ödəmək imkanı olmayacaq dərəcədə
yüksəlməsi, müəllimlərin çatşmamazlığı, standartlaşdırılmış imtahanlar,
özlərindən üstün
olan həmkarların təşviq olunmasına nisbət bəsləyən müəllim birlikləri, etibarlı diaqnozların
qoyulmasında və nəticələrin qiymətləndirilməsində çətinliklər və orta hesabdan da aşağı
tələbə bacarığına əsaslanan, öyrənmədən çox tədris materiallarına üstünlük verən
standart kursların saxlanılması istəyi ala bilər. Müəllimlərin əlində tələbələrin fikirlərini
oxumaq üçün vasitələr olmadıqca tamamilə “fərdiləşmiş” təhsil mümkün ola bilməz.
Öyrənmə sosial bir fəaliyyət olduğundan, öyrənmə üçün ümumi məqsədlərin tələbləri
həmişə olmaqda davam edəcək.
Hansı mənfi nəticələr ola bilər?
Çox fərdiləşdirilmiş öyrənmənin geniş şəkildə istifadəsi sosial bağlılığı azalda bilər;
fərdiləşdirilmiş öyrənmə cəmiyyət daxilində daha fərdiləşmiş əks komandalara və ya qrup
fəaliyyətlərinə gətirib çıxara bilər.
Belə fərdlər, təhsili necə daha yaxşı həyata keçirmək
məsələsi üzrə cəmiyyəti parçalayan yeni öyrənmə üsullarını yarada bilərlər.
Fərdiləşdirilmiş təhsilin nəticələri, cəlb olunmuş insanların intellektdən, obyektivlikdən,
mərhəmətdən və niyyətlərindən və istifadə olunan süni intellekt sistemlərindən asılıdır.
Bu, insanların xüsusi ideologiyanı və ya fəaliyyət üsullarını mənimsəmələri üçün
“beyinlərinin yuyulmasının” gözəl yolu ola bilər.
4. Simulyasiyalardan istifadə
2030-cu ildə, proqramlaşmış öyrənmə sisteminə malik virtual reallıq (VR) simulyasiyaları
mümkün olacaq və beynəlxalq səviyyədə istifadə olunacaq. Bu da ibtidai və orta
məktəblərdə olan tele-təhsil sistemlərinin təqribən 1/3-ini əhatə edəcək. Bu simulyasiyalar
insanlara
öz templəri ilə, təkbaşına və ya qruplar şəklində inkşaf etməyə imkan verir.
Onlar təfəkkür elmindən bəhrələnən anlayışlar əsasında qurulublar. Onlar fərdlərin və ya