Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
110
Elektron-təlimlər təhsilin daha da demokratikləşməsinə kömək edəcək, daha çox insanın 
ondan istifadə etmək imkanı olacaq, hər tələbəyə düşən maliyyə  və ekoloji xərcləri və 
nəticə etibarilə yoxsulluğu azaldacaq, elm və  mədəniyyəti populyarlaşdıracaq, 
öyrənmənin ləzzətini artıracaq, təhsil müəssisələri arasında informasiya mübadiləsini 
asanlaşdıracaq, və yeni təhsil metdodları açacaq. O həmçinin sifarişlə iki nəfərlik  şəxsi 
təlimlərin keçirilməsinə  gətirib çıxaracaq və biliklərin  əldə olunmasını asanlaşdıracaq, 
sürətləndirəcək, daha fərdiləşdirəcək, virtulallaşdıracaq və qloballaşdıracaq. Ehtimal var 
ki, virtual və süni dünyalarda təhsil imkanları, həmçinn tədris vasitələri davamlı  şəkildə 
təkmilləşdiriləcək. İnteraktiv obyektlər və ya 3-ölçülü holoqrafik video yazılar müəllimlərə 
dərsləri kasıblar da daxil olmaqla hamıya göndərməyə imkan verəcək. 
Maliyyələşdirmələrin müvafiq səviyyələri və Tədqiqat və Təkmilləşdirmənin təhsilə xüsusi 
əhəmiyyət verməsi (təkcə “oynamaq” yox) bu proqramın irəliləməsinə səbəb ola bilər. Ola 
bilsin ki 2030-cu ilədək texnologiyaların sürətləndirilməsi elə bir nöqtəyə çatacaq ki, 
seçilmiş insanlar beyinlərinə bilavasitə yükləmələr edilməklə  və ya yeni nanotexnoloji 
tətbiqatların köməyilə  təhsil alacaqlar, və kasıb  ərazilərdə yaşayan insanlar 3-ölçülü 
virtual reallıq müəllimlər və “köhnə üsulla” – qulaq asmaq və yadda saxlamağa çalışmaqla 
razılaşmalı olacaqlar. Canlı müəllimlər  ən qeyri-effektiv və  bəlkə  də  ən qeyri-səmərəli 
tədris vasitələridir; süni konstruksiyaların mövcudluğu günü-gündən daha da normal hala 
çevriləcək.  
 
Bunun baş verməsinə nə mane olur? 
 
Kök salmış inhisarlar, təhsil sisteminin ətalətliliyi, yüksək sürətli  İnternetə malik 
kompüterlərdən istifadənin olmaması, təhsilə kifəyət qədər dəyər verməyən hökumətlər 
və digər institutların mövcudluğu, və informasiya mübadiləsində əməkdaşlığın azlığı  
elektron-təlimlərin həyata keçirilməsinə əngəl törədə bilər.  
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Bu proqram uzaq ictimaiyyətlər üçün faydalı bir vasitə olsa da, insanla üz-üzə  təhsilin 
əvəzini verməyə bilər. Müəllimlərin şəxsiyyəti və şəxsiyyətlərarası əlaqələr təhsil prossinin 
mühüm bir hissəsidir; elektron-tədris  şəxsi fərqləri nəzərə almaya bilər. Təhsil təkcə 
informasiya mübadiləsindən ibarət deyil. Kasıb  ərazilər elektron-müəllimləri  əldə etmək 
imkanı olmaya bilər, bu isə bilik fərqlərini əbədiləşdirər.  
 
18. İnsanlardan ağıllı kompüterlər 
 
2030-cu ildə mexanizmlər hər mənada insanlardan “ağıllı” olacaq. Bu başlanğıcla təhsil 
və öyrənmənin rolu və metodları hər yerdə yenidən qiymətləndiriləcək
18

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Rey Kursveylin proqnozlarına görə, Mur Qanunu, 2029-cu ilədək süni intellektin insan 
intellektinə çatacağının bir göstəricisidir. Əslində, İnternet artıq insandan “daha ağıllı” bir  
kompüterdir; əlbəttə ki bu “ağıllılığın” hansı məna daşıdığından asılıdır. Əgər “daha ağıllı” 
sözü xüsusi funksiyalar yaddaşına aiddirsə, onda İnternet artıq fərdi insan beynini ötüb 
keçib. Süni həyat və nanotexnologiya sahələrində baş verən irəliləyişlər davam edəcək, 
və ehtimal var ki kompüterlər Türinq sınağından keçəcək və sadə informasiya emalından 
daha çox şeylərə nail olacaq. 2030-cu ilədək bu və digər ssenarilərin həyata keçirilməsi 
                                                 
18
 RT Delphi istinadları: Süni İntellekt Spesifiklik İnstitutu, www.singinst.org/overview/whatisthesingularity; Nik 
Bostrom, “Kompüterlər  İnsanlara Kələk Gələndə”, Fyuçers 35(7) (2000), səhifələr: 759–64; Reymond Kursveyl, 
“Şəxsi Kompüterim məndən ağıllı mı olacaq?” Time, 19 İyun 2000. 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
111
ənənəvi məktəblərə  və insan müəllimlərə olan tələbi aradan qaldıracaq.  Əgər fövqəl-
insan, yəno Süni İntellekt meydana gəlsə, bu obyektlər də  təhsilin bəzi formalarına 
ehtiyac duyacaq, lakin çox güman ki bu, öyrənmə faktları, sosial qarşılıqlı əlaqələr, fiziki 
dünyayla  əlaqələr, və  uşaqlıqdan yetkinliyə doğru böyümək  şərtləri altında öyrənmədən 
kəskin şəkildə fərqlənəcək.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu proqram insan inkişafını artıra və bəşəriyyət tərəfindən yaradılmış ən yaxşı alət vasitə 
və ya birgə vasitə kimi nəzərdən keçirilə bilər. Süni İntellektin və insan intellektinin mikro-
qurğulara doğru inteqrasiyası öyrənmənin effektivliyini və  işin xassəsini artıracaq, və 
təhsil və öyrənmə metodlarını  əsaslı  şəkildə  dəyişəcək. Bu emaletmə gücü 
insanlarınkından daha fərqli “düşünmə” tərzləri hasil edə  və reallığı  dərk etmək üçün 
müxtəlif amillərin müştərək şəkildə nəzərdən keçirilməsini təmin edə bilər. 
 
Bunun baş verməsinə nə mane olur? 
 
Kompüterlər “ağlımızı” ancaq bir mənda ötüb keçə bilərlər. Lakin onlar heç vaxt fərdlərin 
digər öyrənmə sahələri ilə  rəqabət aparmağa qadir ola bilməzlər. Məsələn fərdlərin 
maraqlarının məskən saldığı emosional və sosial sahələrlə. 
 
Bizim idarə etmək bacarığımıza üstün gələcək robotlar və kompüterlərdən qorxan, və ya 
belə kompüterlərin güclü şər qüvvələr tərəfindən istifadə olunacağına inanan insanlar 
tərəfindən buna əks reaksiya verilə bilər. Bu məqsədə nail olmaq istəyinin puça çıxması 
proqramın gələcək inkişafına əngəl törədə bilər. Çünki bəziləri güman edirlər ki istənilən 
halda insanlardan daha ağıllı kompüterlər düzəltmək mümkün deyil. Fiziki, psixoloji, sosial 
və emosional sahələrin bilikləri və intellekti təqlid oluna bilər, düşünmə intellkti isə təqlid 
oluna bilməz. Və əgər olunsaydı, buna kim inanardı? 
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Bu İşsizliyi artıra və bəşəriyyətin 2 hissəyə - “texnoloji cəhətdən irəliləmişlər” və “təbiilər”-ə 
bölünməsinə  gətirib çıxara bilər. Bu isə süni intellektin inkişafında və onun bilavasitə 
insanlara tətbiq olunmasında daimi bir narahatçılıq deməkdir. Gələcək “qeyri-bərabər 
şəkildə paylaşdırılılması” – bəzi seçilmiş insanların digərlərindən qabaq faydalanması 
davam etsə  də, nəticələr texnologiyanın idarə olunmasında iştirak edən insanların 
xeyirxahlığından asılı olacaq. Biz fövqəl-insan intellektini olduğu kimi qəbul eləməyə 
bilərik, xüsusilə ona görə ki, o paylana bilər və  tədricən insanlar özləri dərk etməzdən 
əvvəl bəşəriyyəti idarə edən intellekt maşınlarının elmi fantaziya təsvirinə aparıb çıxaran 
vahid qavranılan məfhumda əks olunmaya bilər.    
 
19. İntellekti artıran süni mikroblar 
 
Beyində birgə yaşayan və sinir fəaliyyətini artıran yeni mikrobların genetik kodları 
yazılıb
19

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
                                                 
19
 RT Delphi istinadları: Antonio Reqalado, “Bioloqun Məqsədi Ekskoriasiyadan Həyat Yaratmaqdır”, Wall Street 
Jurnalı, 29 İyun 2005; Deyvid A. Relman, “İnsan Bədəni Mikrobial Müşahidə Məntəqəsi kimi”, Neyçr Genetiks 30 
(2002), səhifələr: 131–33; Maykl Pardi, “Bağırsaq Mikroblarının Əməkdaşlığı Bədənə Qidadan Enerji Hasil etməyə, 
və Onu Piy kimi Saxlamağa Kömək edir”, press reliz, Tibb Məktəbi, Vaşinqton Uiversiteti, Seyn Luis, 12 İyun 2006.  


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə