Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
104
Hansı müsbət nəticələr ola bilər? 
 
Nevrologiyanın daha da tam şəkildə başa düşülməsi robot texnikasının müstəsna 
proqresi ilə  nəticələnə bilər və Süni İntellektdən tutmuş öyrənmənin keyfiyyətini artıran 
kimyəvi preparatlara kimi təfəkkürün bir çox sahələrinə yardım göstərə bilər. Bu, bioloji 
elmlərdə böyük irəliləyişlərin baş verməsinə, öyrənmə  nəzəriyyəsində  və insan 
intellektində, həmçinin süni intellektdə  sıçrayışın baş verməsinə  və  bəşər tarixində 
mühüm bir hadisənin başlanğıcının qoyulmasına səbəb ola bilər.   
 
Bunun baş verməsinə nə mane olur?  
 
Bu, prosesin çox çətin olduğunu və 25 il ərzində başa vurmaq üçün çox bahalı olduğunu 
düşünməklə qarşısı alına bilən çox mürəkkəb bir tapşırıqdır. Digər əngəl törədici amillərə 
intellektin və emosiyaların sinaps formalarını ötüb keçməsi və ya bu tədqiqatın 
nəticələrinin, öyrənmə prosesinin fərd üçün şəxsi səviyyədə meydana gəlməsinin başa 
düşülməsində çox da köməyi olmayacağı fikri daxildir. İnsanlar üzərində  sınaqların 
aparılması üzrə  əsas təhsil təsisatları  və  əxlaqi məsələlər də bu prosesin qarşısını ala 
bilər.  
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Əgər bu baş versə, alimlər və həkimlərin hakimiyyətdən və nüfuzdan sui-istifadə etməsi, 
və insanlar, heyvanlar üzərində  sınaqların aparılması ilə bağlı bir sıra problemlərin 
meydana çıxması ilə nəticələnə bilər. Bu, həmçinin insan emosiyalarını sadələşdirə bilər 
və o zaman belə bir sual meydana çıxa bilər: məgər Sevgi sadəcə kimyəvi reaksiyalar 
məcmusudurmu? 
 
12. Yetkin şəxslərin beyinlərini uzun müddət daha sağlam saxlamaq üçün vasitələr 
 
2030-cu ildə yaşlanma prosesində yetkin şəxslərin beyinlərini daha sağlam  şəkildə 
saxlamaq üçün texniki üsulların olması  nəzərdə tutulub. Məsələn, yetkin şəxslərin sinir-
gövdə hüceyrələri klonlaşdırılacaq və onların  əvvəl mümkün olduğundan daha uzun 
müddət  ərzində sağlam qalmaları üçün yetkin şəxslərin beyinlərinə yeridiləcək. Bu da 
qoca yaşda öyrənməyə  və daha yaşlı elm-tutumlu işçi qüvvəsinin olmasına imkan 
verəcək
12

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Həyat səviyyəsinin artırılması, artan siyasi hakimiyyətə malik yaşlanan  əhali və azalan 
nəsil vermə  əmsalı tibb elminin buna nail olmasını sürətləndirəcək.  İnsanlar həmişə 
fikirləşiblər ki, yaşlıların beyni daha yeni sinir hüceyrələri emal edə bilməz. Lakin tədqiatlar 
göstərir ki, hər gün yeni beyin hüceyrələri yaranır. Hər gün əmələ gələn yeni hüceyrələrin 
çoxu ölür, lakin məşqlər və daha stimullaşdırıcı mühit hüceyrələrin ölüm dərəcəsini 
azaldır. Bəzi tədqiatlar göstərir ki, yaşlıların davamlı  şəkildə  tədqiqi yeni beyin 
hüceyrələrinin artması ilə  əlaqəli ola bilər. Sinir hüceyrəsinin inkişafının (yeni beyin 
hüceyrələrinin artması) tədqiqi yəqin ki, 2030-cu ilədək beyinləri daha uzun müddət 
sağlam saxlamağa nail olacaq və bu tədqiqatın sadəcə bir xəttidir. Yaşlıların beyinləri 
                                                 
12
 
RT Delphi istinadları: Monika Qutman, “Yaşlanan Beyin”, USC Health, yaz 2001; Beynin Yaşlanması Beynəlxalq 
Jirnalı, www.brainaging.ro/Pub-BAJ.htm; “ Bəzi Amillər sayəsində, Embrionik gövdə hüceyələrinin səciyyəvi 
xüsusiyyətləri ilə mübarizəyə girən yetişkin hüceyrələr”, Medikal Nyus Tudey, 14 Avqust, 2006. 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
105
məşğələlər, bioloji əks-əlaqələr, davranış  dəyişiklikləri, müalicələr və digər stimulyantlar 
sayəsində daha uzun müddət sağlam qalacaq. Bu proseslər insanları “yaxşıdan da yaxşı” 
edəcək.    
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu vasitələr ruhi xəstəliklər və Alsqeymer və Parkinson xəstəlikləri də daxil olmaqla, beyin 
xəstəliklərini aradan qaldıra, nəticə etibarilə  ağıl azlığı olan yaşlıların sayının artmasının 
qarşısını ala və yaşlıları işçi qüvvəsinə çevirə bilər. Bu isə azalan nəsil vermə əmsalı-nın 
iqtisadi təsirlərinin azalması ilə nəticələnə bilər. 
 
 
Bunun baş verməsinə nə mane olur?  
 
Təfəkkür elmlərində  bəzi irəliləyişlər, bunun baş verəcəyinə inanmayan insanların, və 
nəticə etibarilə zəruri tədqiqatlara, əxlaqi məsələlərə pul ayırmama, yaşlılaırın tənəzzülün 
qaçılmaz olduğu haqqında fikirləri, və “təbiətin qanuna” və bu dünyada ən mürəkkəb 
struktur olan beyinə müdaxilə etmək qorxusu sayəsində  ləngiyə bilər. Bu vasitələrin 
potensial xərcləri, beynin fəaliyyətini genişləndirmək üçün müvafiq texniki üsulların bütün 
dünyada istifadəsini məhdudlaşdıra bilər. Funksional Maqnit Rezonans Təsvirləri kimi 
texniki üsulların nəticələri hasil etməsi gözləndiyindən də çox vaxt apara bilər.     
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Bu proqram bir qrup müalicə olumayan yaşlı insanı diqqətdən kənarda qoya bilər. Həyat 
dolu yaşlılar isə özlərini gəncliyə-istiqamətlənmiş cəmiyyətlərdən təcrid olunmuş hiss 
eləyə və bundan narazılıq duya, təcrid olunmuş sub-mədəniyyətlər yarada və ya həyat 
keyfiyyətində digər tarazlıqların pozulmasına səbəb ola bilərlər.   
 
13. Beynin genişləndirilməsi üçün Kimya 
 
Beyin kimyasının araşdırılması intellekti artıran, yaddaşı genişləndirən, diqqətin həcmini 
artıran və görmə qabiliyyətini və görmə-hərəki koordinasiyasını  təkmilləşdirən təhlükəsiz 
dərman preparatlarının meydana gəlməsinə səbəb olub.
13
 
 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Bunun baş verməsi üçün beynin genişləndirilməsinin dərk edilməsində  dəyişikliklərə 
ehtiyac var, və  dərmanların istifadəyə uyğun olub olmadığı haqda sosial normalar 
yaratmaq üçün insanlar arasında “genişləndirmə mədəniyyətinin” inkişafı zəruridir. Əxlaqi 
nəticələrin müsbət təkamülü, Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar və Layihələr 
İdarəsi tərəfindən həyata keçirilən cari araşdırmanın mülki tətbiqatları genişləndirməsi, və 
M. Pardricin yazdığı “Beyin Dərmanlarının Hazırlanması: Beyin Dərmanlarının Gələcək 
İnkişafı” kimi mənbələr haqqında məlumatlılğın artması bu proqramın həyata keçməsi 
ehtimalını artıracaq. Ritilin, Valium və Prozak, insan intelektini “genişləndirməyən”, lakin 
əqli problemlərə baxmayaraq insana normal fəaliyyət göstərməyə imkan verən yeni 
psixotrop dərman nümunələridir. Adrenalin travmatik yaddaşları silmək üçün istifadə 
olunmuşdur.  
                                                 
13
 RT Delphi istinadları: “Psixotrop Dərman”, Wikipedia; “Psixotrop Dərmanlar”, Beynəlxalq Səhiyyə  Təşkilatı, 
www.who.int/topics/psychotropic_drugs/en; “Psixotrop Dərmanlar və Uşaqlar: Məktəblər üçün İstifadəsi, Meylləri, və 
Nəticələri”, Məktəblərdə  Səhiyyə  və  Səhiyyə Xidmətləri Mərkəzi, Corc Vaşinqton Universitetu, Vaşinqton, 
Kolumbiya Dairəsi, Dekabr 2004. 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə