Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
106
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu, insanın intellektinin və fiziki fəaliyyətinin artmasına, bundan əlavə yaşlıların beyinlərini 
daha uzun müddətə sağlam saxlamaq üçün şərh edilmiş müsbət nəticələrə gətirib çıxara 
bilər.  
 
Bunun baş verməsinə nə mane olur? 
 
Sınaqdankeçirmə  və marketinq üzrə tibbi təlimatlar,  İstifadənin  əxlaqi prinsipləri, 
dərmanlardan çəkinmə, “təbii” vasitələrə verilən yüksək qiymət, tibbi inhisarlar, və 
“möcüzəli dərmanların” naməlum təsirlərindən qorxma bu imkanın həyata keçməsinə 
mane olacaq. 
 
Hansı mənfi nəticələr ola bilər? 
 
“Möcüzəli dərmanların” insanların bütün problemlərini həll edəcəyi haqqında düşüncələr 
təhlükəli nəticələrə  gətirib çıxaracaq. Məsələn insanları  rəqabətli dərman yarışına, izafi 
dozalara cəlb etmək, və insan psixikasının mürəkkəbliyinə etinasız yanaşmaq kimi 
nəticələrə.    
 
14. Veb 17.0 
 
2030-cu ilədək, əsrin dönüşündə başlamış Şəbəkədə məlumatların inteqrasiyasına doğru 
meyllər (Quql Örs, Vikipediya, Masaçuset Texnologiya İnstitutunun kurs materialları) elə 
bir nöqtəyə çatıb ki, dünya biliyinin çox hissəsi – məlumatlar, təhlillər, müzakirələr – 
Semantik Veb 17.0-a daxil olub. Bu struktur konsepsiyaların (həm dəqiq və həm də qeyri-
dəqiq) məntiqi bünövrəsinə  əsaslanaraq təşkil olunub, təbii dil interfeysinə malikdir, 
dinamikk şəkidlə saxlanılır, və obyektlərin qaşılıqlı əlaqəsini idarə edən məntiqi qaydaları 
“bşa düşən” ağıllı sub-sistemdən ibarətdir.  İnterfeys, bilikləri və prosesləri ifadə etmək 
üçün virtual reallıq kimi qrafiki texniki üsullardan intensiv şəkildə istifadə edir
14

 
Bunun baş verməsinə nə səbəb ola bilər?  
 
Uşaqları tədris etməkdən, böyükləri tədris etməyə və sonra özünütədrisə doğru proqress, 
semantik təhlilin inkişafı və biliklər üzərində müştərək şəkildə işləməyin lazım olduğunun 
başa düşülməsi, Web 17.0-ı insanların istədiyi vaxt və istədikləri kimi öyrənməyə 
getdikləri bir yerə çevirəcək.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Veb 17.0 şəbəkələri daha ağıllı etməli, soğuları  və  təhlilləri daha dəqiq aparmalı, bilik 
əməkdaşlığının qarşısında duran maneələri aradan qaldırmalı, kütləvi birgə inkişaf üçün 
birgə imkanların yaradılmasını stimullaşdırmalı, mürəkkəbliyi, qarışıqlığı, xaosu və 
xətaları azaltmalıdır. O, eyni zamanda əqli mülkiyyətə  çıxış üzrə ödənişin iqtisadi 
paradiqmasını  hər hansı birgə mülkiyyətlə “işləməklə  əlaqədar bilik hərəkəti”ndən irəli 
gələn gəlir paradiqmasına dəyişə bilər. Duqlas Enqlbartın Açıq Hipertekstdokyument 
Sistemi və Pyer Levinin İnformasiya İqtisadiyayatının Meta Dili, XML Geo ilə və digər açıq 
yeniliklərlə birləşə  və insanlara özlərini tarixi məlumatlar da daxil olmaqla informasiya 
                                                 
14
 RT Delphi istinadları: Ulliam E. Halal, “Ağıllı İnternet”, Dövlət Kompüter Xəbərləri, 23 JBMTe 2004; Bill Qeyts, 
“Ağıllı İnternetə doğru”, Ekonomist Qrup, Maykrosoft-dan yenidən çap olunub, Noyabr 2000; Süni İntellekt Fondu, 
alice.pandorabots.com. 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
107
müxtəlifliyinə, çoxmədəniyyətli və alternativ perspektivlərə, real-vaxt ciddi 
oyunlarda/dəyişiklik oyunlarına, və praktiki əsaslı dialoqlara və konsensusun qurulmasına 
baş vurmağa imkan verə bilər.  Şəbəkələşmiş intellektin həmişə mövcudluğu və  dərhal 
istifadəsinin mümkünlüyü, və nəyisə bilmək üsullarının artıq mübarizə olmaması, kollektiv 
insan şüurunun xeyli irəliləməsin səbəb olacaq.     
 
Bunun baş verməsinə nə mane olur? 
 
Əgər daha çox əxlaqi vasitələr həyata keçirilməsə,  İnternetdən qeyri-qanuni və qeyri-
əxlaqi  şəkildə istifadə getdikcə artacaq. Bəzi məhdudiyyətlər təkmilləşdirilmiş semantik 
təhlil, “fərdiyyətçi həllərə qarşı qrup həlləri”, və açıq-mənbəli proqram təminatı 
təşəbbüsləri ilə mübarizə aparan sənayelərə gətirib çıxaracaq.    
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Yeni virus növləri və informasiya çatdırılmasının idarə olunması üsullarının yeni bilikləri 
sevməyənlər tərəfindən istifadə olunması, Semantik Şəbəkə üzrə bilikləri təhrif edə bilər.  
Keçmişdə, siqaret istehsal edən şirkətlər xərçəng xəstəliyi araşdırmalarını təhrif edirdilər, 
bu gün neft şirkətləri qlobal istiləşmə araşdırmalarını  təhrif edirlər, və  gələcəkdə  bəzi 
qruplar onların ideologiyalarına qarşı  çıxan araşdırmaları  təhrif etmək istəyə bilərlər. 
İdeoloji müharibələrə qarşı Koreya və Vyetnamın sənaye vasitələri ilə mübarizə aparıldığı 
üçün, gələcəkdə ideoloji müharibələrə qarşı  hələ ixtira olunmaqda olan informasiya 
müharibəsi vasitələri ilə mübarizə aparıla bilər. Bu da Semantik Şəbəkəni döyüş zonasına 
və  nəticə etibarilə az etibar olunan bir yerə çevirəcək.  Əsas geosiyasi problemlər, 
terrorizm, ideoloji münaqişələr və  hətta açıq mənbəli müzakirələr informasiya 
müharibəsinin mərkəzinə və ya versiyasına çevrilə bilər. 
 
15. Vahid ömürlük öyrənmə sistemləri 
 
2030-cu ildə  təhsil – körpə doğulmadan öncə  həyata keçirilən proqramlardan tutmuş, 
yaşlıları bilik, iş  və asudə vaxtda əyləncə ilə  təmin edən proqramlara qədər bütün yaş 
qruplarını əhatə edəcək
15

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Ömürlük öyrənmə artıq uzunömürlülük, və həmçinin biliyin gələcək inkişafı və cəmiyyətin 
tədqiqi ilə möhkəmləndirilmiş bir tendensiyadır; Yaşlılar yataqxanası bunun müasir bir 
nümunəsidir. Hal-hazırda  İnternet ömürlük öyrənməni qismən də olsa təmin edir, lakin 
bunu çox az insanlar dərk edir. Tarixdə ilk dəfə bu qədər insan özünü uzun müddətə 
təhsilə (təhsil və öyrənməyə) həsr edib. Bütün yaş qruları üçün müxtəlif peşələrin tələb 
etdiyi səlahiyyətlərin təkmilləşdirilmiş  təsnifatı, öyrənmə prosesinin başlanğıcını ibtidai 
məktəbdən qoyulduğunu daha yaxşı anlamaq, və daha humanist təhsil konsepsiyaları ilə 
insanların mənəvi tələblərinə diqqətin artırılması bu imkanın meydana gəlməsi ehtimalını 
artıra bilər.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
                                                 
15
 RT Delphi istinadları: “Yaşlılar yataqxanas: Ömürlük Öyrənmə Macəraları”, www.elderhostel.org; Baş 
Strategiyalar: STEP (Tələbələr, Müəllimlər, Yaşlılar, Valideynlər, Tələbə Nailiyyətləri) Proqramı, Ev və  Məktəb 
İnstitutu, Vaşinqton, Kolumbiya Dairəsi, 1983; “ABŞ-da Həyat: Yeni peşələr və 
Təhsil”, 
www.lifeintheusa.com/aging.careers.htm 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə