Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   47   48   49   50   51   52   53   54   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
124
azaldılması əməliyyatlarının təkmilləşdirilməsi ilə əlaqədar məsələlərə dair qərarlar qəbul 
edib. Tullantılara dair Bazel Konvensiyası  və Sabit Üzvi Çirkləndiricilərə dair Stokholm 
Konvensiyası kimi əlaqədar məsələləri  əhatə edən mövcud ÇEM-lərin daha yaxşı 
inteqrasiyası, və tullantıların ekoloji cəhətdən münasib şəkildə  təmizlənməsi məqsədilə 
sistem işlənib hazırlanması üçün cəhdlər edilir.  
 
Avropa Kommissiyasının - AB qaydalar sistemini sadələşdirmək vəzifəsinin bir hissəsi 
kimi - AB qanunvericiliyini müasirləşdirməyə dair üçillik proqramı ekologiyayla əlaqədar 
sahəylə  işə başlayıb. Çünki ən ağır  şəkildə nizama salınan bu sahədir. Avropa 
Komissiyası  həmçinin, ciddi ekoloji pozuntulara görə cinayət sanksiyaları  tətbiq etməklə 
ekoloji nizamnamələrin möhkəmləndirilməsini artırmaq niyyətindədir. Avropa Ekoloji 
Öhdəliklər Direktivası qüvvəyə minərək, “çirkləndirən ödəyir” prinsipi əsasında 
ekologiyaya vurulan zərərə görə öhdəliklər üzrə ümumi sistem təsis edib.  
 
Milli və ekoloji statusu müqayisə etmək üçün güclü analitik modellər və vasitələr yaradılır. 
Yeni beynəlxalq təhlükəsizlik orqanları yaradılıb və ekoloji cinayətlərə qarşı aparılan 
qanuni  əməliyyatlara kömək etmək məqsədilə digərləri irəli sürülüblər. Məsələn Kyoto 
Protokolu üzrə Razılaşma Komitəsi öz əməliyyatlarına başlayıb, ekoloji cinayətlərlə 
mübarizə aparmaq üçün Asiya Regional Forumu təsis edilib, bio-təhlükələrin öhdəsindən 
gəlmək üçün qlobal məşvərət qrupunun yaradılması irəli sürülüb, Şimali Amerika Ekoloji 
Əməkdaşlıq Komissiyası ekoloji nizamnamələrin və ictimai iştirakçılığın 
möhkəmləndirilməsini artırır, və 2007-ci ildə AB Ekoloji Öhdəliklər Direktivası qüvvəyə 
minib.  
 
Son zamanlar qəbul edilmiş və ya gücləndirilmiş və ya danışıqlar mərhələsində olan bəzi 
diqqətəlayiq ekoloji müqavilələr və ya qanunlar Cədvəl 4-də təqdim olunub. 
 
Müqavilələrin tam siyahısını  və müqavilələrə dair sonrakı  təfərrüatları Kompakt Disk 
versiyasının 9.1. Fəslində tapmaq olar. 
 
Bazel Konvensiyası  ən çox nəzərdən keçirilən müqavilərdəndir, çünki o yeni tullantı 
növlərinə və idarəetmənin tələblərinə uyğunlaşdırılıb. İl ərzində dünyada 20-50 milyon ton 
arası elektron tullantılar hasil olunur. Təqribən 100 milyon telefon, və 300 milyon fərdi 
kompüter 2010-cu ilədək tullantıya çevrilə bilər. Dəyərləndirmələrə əsasən, ABŞ-da hər il 
14-20 milyon kompüter tullanılır; inkişaf etməkdə olan ölkələrdə 2010-cu ilədək elektron 
tullantıların 3 dəfə artacağı gözlənilir. 2006-cı ilin dekabr ayında BMT-nin tullantılar üzrə 
forumu Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması  və 
Onların Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsini qəbul edib. Bundan əlavə, 
Bazel, Rotterdam və Stokholm Konvensiyaları arasında birgə fəaliyyət və əməkdaşlıq da 
daxil olmaqla 30-dan çox qərarlar qəbul edilib. Hesabatlılığı  təmin etmək üçün, şəffaf 
məlumatlar və monitorin mexanizmləri ilə yanaşı beynəlxalq elektron tullantıların yenidən 
emal edilməsi sisteminin yaradılması zəruridir. Regional təşəbbüslərə 2005-ci ilin Avqust 
ayında qüvvəyə minmiş AB-nin elektron tullantıların idarə edilməsi üzrə direktivi (Sıradan 
çıxmış elektron və elektrik avadanlıqları) və Asiya-Sakt okean üçün Elektron və Elektrik 
Tullantıların Ekoloji cəhətdən Münasib şəkildə  İdarəetməsi üzrə  fəaliyyət proqramı 
daxildir.  
 
Avropa Parlamenti daha sərt tullantıların idarəedilməsi strategiyası üçün səs verib. Bu 
strategiyanın  şərtlərinə  əsasən, AB-nin tullantılar hasilatı 2012-ci ildə 2008-ci ildəki 
səviyyəyə çatdırılmalı, 2020-ci ilədək  şəhər tullantılarının 50%-i və  sənaye tullantılarının 
70%-i yenidən emal edilərək 2020-ci ilədək azaldılmalıdı. Yeni direktivin üzv-ölkələrin 
boynuna qəti öhdəliklər qoymayacağına baxmayaraq, o gələcəkdə tullantıların 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
125
idarəetməsinə  təsir edəcək “ümumi qayda və ya rəhbər prinsip” təsis edərdi. Hər halda 
AB üzv-ölkələri müxtəlif tullantıların idarəedilməsi strategiyalarına və effektivliyə 
malikdirlər, və onların Parlamentin təklifinə qarşı mübarizə aparacaqları gözlənilir.


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
126
 
Cədvəl  4. 
Danışıqlarda, Təzəcə Qəbul edilmiş, Gücləndirilmiş və ya İrəli sürülmüş Bəzi 
Ekoloji Müqavilələr və ya Qanunlara daxildir: 
 
• 
Nüvə Terrorizmi Aktlarının Qadağan olunmasına dair Beynəlxalq Konvensiya 
(2007-ci ilin İyul ayında qüvvəyə minib) 
• 
Müharibənin Partlayıcı Qalıqlarına dair V Protokol, BMT-nin Bəzi  Ənənəvi 
Silahlara dair Konvensiyanın bir hissəsi (2006-cı ilin Noyabrında qüvvəyə minib) 
• 
BMT-nin Dünya Meşələrinin Qorunmasına dair Müqaviləsi (2007-ci ilin May ayında 
qəbul edilib) 
• 
Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması və Onların 
Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsi  
• 
Stokholm Konvensiyası qiymətləndirmə mexanizmləri (qəbul edilib) və  əməl 
olunmayanlar (2009-cu ildə gözlənilir) 
• 
Civənin qlobal şəkildə qadağası (danışıqlar mərhələsindədir) 
• 
2008-ci ilədək təklif olunacaq,qalıq hərbi ehtiyatları qadağan etmək və bu hərbi 
ehtiyatların nəticələri ilə  işləmək üçün sistem yaratmaq üçün qanuni cəhətdən 
məcburi beynəlxalq vasitənin işlənib hazırlanması  
• 
2012-ci ilədək qəbul olunacaq, Mühafizə olunan Dəniz Əraziləri Şəbəkəsi 
• 
Post-Kyoto danışıqları 
• 
Ölkə, regional, yerli səviyyədə  məcburi emissiya hədəfləri üçün daha sərt 
nizamnamələr 
• 
2012-ci ilədək dünyanın bir çox hissəsində  ənənəvi elektrik lampalarının qadağan
olunması 
• 
Avropa Ekoloji Öhdəliklər Drektivi (2007-ci ilin Aprel ayında qüvvəyə minib) 
• 
Kimyəvi maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi və Avtorizasiyası (REACH) 
(2007-ci ilin İyun ayında qüvvəyə minib) 
• 
AB-nin Təhlükəli Maddələrin Məhdudlaşdırılması Direktivi (RoHS)
(entered into force in July 2006) 
• 
Avropa Gəmidən-qaynaqlanan Çirklənmə üzrə Direktivi (2007-ci ilin aprel ayında 
qüvvəyə minib) 
• 
Avropanın 2011-ci ildə reaktiv təyyarələrin havanı çirkləndirməsinə görə  cərimə 
tətbiq etməsi 
• 
AB-nin xırda hissələrə parçalanmış toz hissəciklərinin törətdiyi çirklənmənin 
azaldılması üzrə havanın keyfiyyəti direktivi 
(1 yanvar 2015-ci ildən qüvvəyə minmişdir) 
• 
Yerüstü suların çirklənməsi ilə mübarizə üçün AB yeni nizamnamələri 
• 
2008, 2012, 2020-ci ilədək azaldılma hədəflərinə malik daha sərt Avropa tullantıların 
idaredilməsi strategiyası  
• 
Çin elektronik tullantı Nizamnamələri   
• 
Zərərli okean səslərinin azaldılması üzrə qanunvericilik (təklif olunmuşdur) 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə