Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   47   48   49   50   51   52   53   54   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
120
Bəzi alimlər və ekoloji qruplar iddia edirlər ki sualtı qayıqları  aşkar etmək üçün sualtı 
hidrolokasiya stansiyaları balinaların və delfinlərin exolokasiya sistemlərinə  təsir göstərir 
və bəzi hallarda onların kütləvi şəkildə sahilə atılmalarına səbəb olur. ABŞ hökuməti hərbi 
hidrolokasiya sistemlərinin balinalara və delfinlərə təsirini tədqiq etmək, və həmçinin hərbi 
dəniz təlimləri  ərazisində  dəniz məməlilərinin olduğunu müəyyən edən elektronik 
sistemlərin inşa edilməsi üçün irəli sürülmüş büdcəni təsdiqləyib. 
 
Münaqişə  və ekoloji tənəzzül bir-birinin kəskinləşmələrinə  səbəb olurlar. Ərəb ölkələri 
dünyada ekoloji cəhətdən  ən qeyri-sabit ölkələr sırasındadırlar. Yeyl Universiteti Ekoloji 
Sabitlik  İndeksinin verdiyi məlumata  əsasən,  İraq, Sudan və  Küveyt  5%  və qalan Ərəb 
ölkələri isə 25% sabitliyi özlərində  əks etdirirlər.  Əsaslı  dəyişikliklər olmasa, regionda 
ekoloji miqrasiyalar və münaqişələrin çoxalması qaçılmaz olacaq. Cari müharibələr bu 
vəziyyəti daha da pisləşdirirlər. Hizbullah-İzrail müharibəsi ekologiyanı milli və regional 
səviyyədə viranedici təsirlərə  məruz qoyub.İzrailin Ciyyə elektrik stansiyasını 
bombalaması nəticəsində əmələ gəlmiş neft təbəqəsi Livan və Suriya sahil xətlərinə 150 
kilometr boyunca örtüb, və bu təbəqənin təmizlənməsi təqribən bir ilə və 64 milyon dollara 
başa gələ bilər. Ekoloji sistemə  dəyən kütləvi ziyanlar artıq nəzərə çarpır. YUNEP-in 
verdiyi məlumata  əsasən, Sudanın gələcək sülh və  əmin-amanlıq (rifah) strategiyasında 
ekologiyanın  əhəmiyyətli rolu var. Sudanda Ekoloji İdarəetmə üzrə Potensialən 
Gücləndirilməsi proqramı 2007-09-cu illəri əhatə edəcək. 
 
Yeni texnologiyalar təkmilləşdirilmiş  aşkarlama, təmizləmə, nəzarət və müşahidə 
imkanları  təklif edir. ÜST iqlimə  nəzarət sistemlərinin modeli əsasında qlobal epidemic 
simulyator inşa edir. Kəşfiyyat və müşahidə üçün radio sistemlə idarə olunan kiçik 
robotlaşdırılmış vertolyotlardan istifadə etmək olar. Yüksək həssaslığa malik portativ 
kimyəvi və bioloji qurğular qısa vaxt ərzində yüksək dəqiqliklə  aşkarlama, nəzarət və 
təmizləmə imkanları təklif edirlər.  
 
Ekoloji Səbəblərdən Meydana gəlmiş Münaqişələrin Qarşısının alınması  və ya 
Onlara Qarşı Tədbirlərin Görülməsi 
 
İqlim dəyişikliyi ekoloji diqqəti ekoloji, enerji və iqtisadi maraqları milli və beynəlxalq 
təhlükəsizlik mülahizələrinə yönəldib. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası 
üzrə  İdarəsi bildirir ki, son 30 il ərzində qasırğaların, quraqlıqların və daşqınların sayı 3 
dəfə artıb, təbii fəlakətlərinə təsirinə məruz qalmış insanların sayı isə 5 dəfə artıb.  
Sabiq Baş Katib Kofi Annan xəbərdarlıq edir ki “ekoloji tənəzzül onsuz da münaqişəyə-
meylli olan əraziləri məhv etmək potensialına malikdir. Bu xüsusilə cüzi resurslara qeyri-
bərabər çıxış və ya bu cür çıxışın siyasiləşdirildiyi hallara aiddir
22
.  
 
Son zaman həyata keçirilən tədqiqqatlar göstərir ki, iqlim dəyişikliyi getdikcə sürətlənir və 
əvvəlkindən daha da kəskinləşə bilər. Qabaqcıl kompüter modelləşdirilməsi proqnoz verir 
ki  əsrin sonuna kimi, planetimiz, öldürücü istilik dalğaları, uzunmüddətli quraqlıq, və 
istixana qzlarının insanlar tərəfindən havaya buraxılması səbəbindən əmələ gəlmiş qlobal 
istiləşəmənin meydana gətirdiyi intensivyağışlı tufanlar kimi daha çox fövqəladə iqlim 
halları ilə üzləşəcək. Alimlər vurğulayır ki fövqalədə hallar – iqlim dəyişikliyinin nəticələri 
kimi – qərar qəbul etmə prosesinə inteqrasiya edilməlidir. Yüksək doğumluluğa malik 
ölkələrin çoxu dünyanın  ən kəskin müharibələrinin təsirinə  məruz qalmış ölkələrdir. 
İnsanların torpaqlara və resursları intensiv şəkildə istismar etmələri o ərazilərdəki 
münaqişələrin kəskinləşməsi ehtimalını artırır.  Əhalinin yenə  də Hindistan və Çin kimi 
onsuz da sıx əhaliyə malik ölkələrdə artmağa davam edəcək. Və 2025-ci ilədək, sahildə 
yaşayan  əhalinin sayı 35% artaraq, okeanın 60 milliyində yaşayan  əhalinin sayını 2.75 
                                                 
22
 Silahlı münaqişələrin qarşısının alınması üzrə irəliləyiş hesabatı, Kofi Annan, 2006-cı il. 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
121
milyarda çatdıracaq. Nəticə etbarilə bu insanlar iqlim dəyişikliyi və  dəniz səviyyəsinin 
artması səbəbindən təbii fəlakətlərə qarşı daha aciz olacaqlar.  
 
Tədqiqatlar dəniz suyunun səviyəssinin qalxması barədə proqnozlarda ciddi qeyri-
müəyyənliklərin olduğunu göstərsələr də, sahildə yaşayan  əhalinin risk altında olduğu 
danılmaz bir faktdır.  İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin məlumatlarına 
əsasən, 2100-cu ilədək qlobal istiləşmə səbəbindən dəniz səviyyəsinin 9-88 santimetr, ən 
çox isə 140 santimetr qalxması gözlənilir. Qrenlandiya və Antarktidanın  əriyib-
əriməyəcəyini qabaqcadan demək çətin olsa da, tədqiqatçıların fikrinə görə bu ərazilər 
dəniz səviyyəsini 70 metrədək qaldırmaq üçün kifayət qədər suya malikdirlər.  
 
Sundarban adaları – Banqladeş  və Hindistan sahillərindən aralı – dəniz səviyyəsinin 
qalxması  və erroziya səbəbindən yoxa çıxmaqda olan ilk insan yaşamayan adalar 
sırasındadırlar. Bu, növbəti 10 il ərzində 100, 000 insanın köçürülməsinə (evakuasiya 
edilməsinə) səbəb olacaq. Bir çox Tuvalular da öz sakit okeandakı adalarını tərk edir və 
Yeni Zelandiya ərazisindəki daha təhlükəsiz  ərazilərə köçürlər, və bununla da rəsmo 
şəkildə ekoloji qaçqınlara çevrilirlər. 2005-ci ilin sonunda, Sakit okeanda yerləşən 
Vanuatunun Tequa adasının 100-dən çox sakini təcavüzkar qasırğalardan və dalğalardan 
qorunmaq üçün daha yüksək  ərazilərə köçürülüblər.  Sakit Okean Ölkələrində 
Adaptasiyanın  İnkişafı üçün Potensialın Gücləndirilməsi proqramı  çərçivəsində  həyata 
keçirilən bu köçürmə  əməliyyatı iqlim dəyişikliyi səbəbindən baş vermiş formal kütləvi 
yerdəyişmənin ilk nümunəsi sayıla bilər.   
 
Dəniz suyunun səviyyəsi artdıqca, bütün ada ölkələri – Maldiv adalarından tutmuş Marşal 
adalarına kimi – Banqladeşdən, Misirə  və Alyaskaya kimi yerləşən ölkələrin  ərazilərinin 
çox hissəsi, və bir çox sahil şəhərləri risk altına düşürlər. Bu da sakinlərin 
mədəniyyətlərini və sağ qalmalarını təhlükə altına alır. Mütəxəssislər xəbərdarlıq edir ki, 
Sakit okeanının aşağı  səviyyədə yerləşən və artıq təsirə qalmış adalarından  əlavə, 
Banqladeş və Çinin bir hissəsi, İndoneziya və Vyetnam kimi əhali sıx yerləşmiş ölkələrdə 
yaşayan milyonlarla insan dəniz suyu səviyyəsinin qalxması  səbəbindən köçürülməyə 
vadar edilə bilər.  
 
BMT-nin dəyərləndirmələrinə  əsasən, 2012-ci ilədək iqlim dəyişikliyi səbəəbindən 
meydana gəlmiş qaçqınların sayı 50 milyon ola bilər. “Krisçen Eyd” təşkilatının verdiyi 
məlumata  əsasən isə, növbəti 50 il ərzində  əsasən ekoloji şərait səbəbindən 1 milyard 
insan miqrasiya etməyə məcbur edilə bilər. Bunların çoxu dünyanın ən kasıb ölkələrindən 
– Sahara zonası, Cənubi Asiya və Yaxın Şərqdən olacaq. 2007-ci ildə 25 milyon insanın 
münaqişə, insan haqları pozuntusu səbəbindən, 25 milyon insanın təbii fəlakətlər 
səbəbindən, və 105 milyon insanın böyük inkişaf layihələri səbəbindən yerlərini dəyişdiyi 
qeydə aınıb. 8.5 milyon insan isə hal-hazırda rəsmi şəkildə qaçqın kimi tanınıblar. 2050-ci 
ilədək, təqribən 250 milyon insanın iqlim dəyişikliyi ilə  əlaqədar daimi olaraq yerlərini 
dəyişmək ehtimalları var. Birləşmiş Millətlər Universitetinin Ekologiya və  İnsanın 
Mühafizəsi  İnstitutunun Direktoru Yanos Boqardi, BMT-ni gələcək ekoloji qaçqınların 
vəziyyətinə yardım etməklə  əlaqədar qanuni sistem təsis etməyə çağırıb. O ekoloji 
qaçqınları, beynəlxalq qaçqınları mühafizə qanunvericiliyinə daxil etməklə “biz qaçqınları 
mühafizə etməyin  ən güclü vasitələrindən birini zəiflədirik” qorxusunu da nəzərə alıb. 
Nəticə etibarilə, BMT “ekoloji qaçqınlara kömək etməyin digər üsullarını tapmalıdır”. O 
həmçinin qeyd edib ki, ekoloji amillər miqrasiyanın daha açıq-aydın səbəblərinin kökündə 
yatır.  
 
Arktik dənizinin  əriməsi  Şimali-Qərb dəhlizini beynəlxalq gəmiçilik yolu kimi açacaq, və 
suverenlik və ekoloji nəticələrə dair beynəlxalq müzakirələrə  təkan verəcək. Potensial 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə