Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   47   48   49   50   51   52   53   54   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
117
Qrafik 24. 2070-2100-cu illər və 1961-1990-cı illər arasında HadGEM1 A1B Temperatur 
Fərqləri (qlobal mean=3.40C) 
 
 
 
Mənbə: Met Office tərəfindən təmin edilmiş bütün hüquqların qorunduğu Crown məlumat 
bazasından götürülərək adaptasiya edilmişdir.   
(təsvir ağ-qara versiyada düzəldilib) 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
118
Ekologiyaya dəyən hərbi ziyanın qarşısının alınması və ya təmir edilməsi  
 
BMT-nin verdiyi məlumata əsasən, son 20 ildə baş vermiş münaqişələrin yarısı “yenidən 
baş verən münaqişələr” – yəni sülh müqavilələrindən sonra 5 il ərzində yenidən meydana 
gələn münaqişələr olub. Bunların çoxu ekoloji səbəblərdən baş verib. Münaqişə baş 
vermiş ərazilərdə ekoloji tənəzzül və silahlı artilleriyanın təhlükəli qalıqları cari və gələcək 
nəsillərin yaşamaq üçün zərurui olan vasitələrini və sağlamlıqlarını təhlükə altında qoya, 
və uzunmüddətli sülhə  əngəl törədə bilər. Ekologiyanın hüquqlarını qorumaq üçün 
Cenevrə Konvensiyalarına “təbiət Fəsli” daxil edilməlidir. 
 
Hərbi qüvvələr münaqişə baş vermiş ərazilərdə yenidənqurma işləri stabilliyi təmin etmək 
üçün ekoloji bərpa işlərində, həmçinin münaqişənin baş verməməsi üçün ekoloji təsirlərin 
azadılmasında yaxından iştirak edəcək. Nəticə etibarilə  hərbi planlaşdırmada və 
münaqişədən sonra həyata keçirilən fəaliyyətlərdə ekoloji aspektlər ciddi şəkildə  nəzərə 
alınmalıdır. Böyük Britaniya Müdafiə Nazirliyinin verdiyi məlumata  əsasən 
nanotexnologiya,  İkinci dünya müharibəsindən qalmış silahlar, hərbi hdirolokasiya 
stansiyaları, və volfram və onun ərintilərindən törənə biləcək potensial riskləri hərbi 
fəaliyyətlərlə bağlı sabitlik məsələləri kimi müəyyən edir, və Nazirlik münaqişə, 
təhlükəsizlik və sabit inkişaf arasında əlaqə olduğunu təsdiqləyir
20

 
2007-ci ilin Aprelində BMT-nin Təhlükəsizlik  Şurası öz tarixində ilk dəfə olaraq ekoloji 
amillərin təhlükəsizlik təsirləri müzakirə edib. Bəzi ölkələr iddia edib ki bu bu məsələ 
Təhlükəsizlik  Şurasında müzakirə edilməməlidir. AB, Peru, Panama, və Papua Yeni 
Qvineya (Sakit okeanında yerləşən kiçik ada-ölkələrin başçıları) bu təşəbbüsün 
tərəfdarları arasında idilər. “Kiçik ada-ölkələrin və onların  əhalisinin üzləşdiyi təhlükələr 
heç də digər ölkələrin üzləşdiyi silahlar və bombaların törətdiyi təhlükələrdən zəif deyil” – 
Papua Yeni Qvineyanın Səfiri Robert Quba Ayisi qeyd edib.   
 
İqlim dəyişikliyinin bəzi aspektlərinin hərbi sistemlərə və əməliyyatlara göstərdiyi birbaşa 
təsirini müzakirə edən bir qrup yüksək-vəzifəli ABŞ  hərbi zabitləri və milli təhlükəsizlik 
mütəxxəssisləri xəbərdarlıq edirlər ki “iqlim dəyişikliyi onsuz da kritik vəziyyətdə olan 
həyat səviyyəsini ciddi şəkildə  kəskinləşdirə bilər…bu isə bütün dünyada siyasi qeyri-
stabilliyə  və ölkələrin iflas olmasına səbəb ola bilər…Meydana gələn xaos vətəndaş 
müharibələrinin, soyqırımların baş verməsi və terrorizmin artması ilə nəticələnə bilər”
21

 
Yeni milli təşəbbüslərə ekologiyanın mühafizəsi, ziyanların azaldılması (təbii fəlakətlərdən 
sonra), qarşısının alınması  və hazırlılıq, həmçinin beynəlxalq müqavilələrə  əməl etməyə 
köməyin göstərilməsi üçün Hərbi qüvvələrin cəlb olunması günü-gündən artır. 
 
Münaqişədən sonra sağlamlığa və ekologiyaya dəyən bir çox təsirlərin qiymətləndirilməsi 
və  həmçinin öhdəliklərin müzakirələri həyata keçirilir. Bəzi  Ənənəvi Silahlar haqqında 
Konvensiyanın Müharibənin Partlayıcı Qalıqları üzrə V Protokolu 2006-cı ilin Noyabrında, 
demək olar ki qəbul olunandan 3 il sonra qüvvəyə minib. 
Protokolun  şərtlərinə  əsasən Tərəflər, döyüş  əməliyyatları qurtarandan sonra ən qısa 
müddət ərzində “partlamamış artilleriya silahları və ya tərk edilmiş partlayıcı artilleriyanın 
qeydə alınması  və  təmizlənməsi,  ərazidən kənarlaşdırılması  və  məhv edilməsi üçün 
islahedici tədbirlər” həyata keçirməlidirlər. Və bütün bunlar onların  ərazini nəzarətdə 
saxlayıb saxlamamalarından, cəlb edilmiş bütün tərəflərlə birbaşa və ya dolayı yolla təcili 
və dəqiq informasiya mübadiləsi yolu ilə əməkdaşlıq edib etməməsindən asılı olmayaraq 
həyata keçirilməlidir. Protokol əks-qüvvəyə malik deyil. Mina Əməliyyatları Layihəsi 
                                                 
20
 Sabit İnkişaf Hesabatı 2005. Böyük Britaniya Müdafiə Nazirliyi, Sentyabr 2006. 
21
 Milli Təhlükəsizlik və İqlim Dəyişikliyi Təhlükəsi. CNA Korporasiyası, 2007.   


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
119
Portfoliosu 2007 aşkar edib ki, müharibə  nəticəsində sorğu keçirilmiş 29 dağıdılmış 
ölkədən və ya ərazidən 26-sı kasset bombaların və digər partlayıcıların qalıqları ilə 
əhatələnib. V Protokol qüvvəyə minmədən öncə baş vermiş münaqişələrin nəticələri ilə 
məşğul olmaq üçün 2007-ci il Layihələri Partlamamış silahlı artilleriyaları diqqət 
mərkəzinə alıb. 2008-ci iləcən ekoloji ziyanlar və  vətəndaş  tələfatları ucbatından qalıq 
hərbi ehtiyatları qadağan etmək və bu hərbi ehtiyatların nəticələri ilə işləmək üçün sistem 
yaratmaq üçün qanuni cəhətdən məcburi beynəlxalq vasitənin işlənib hazırlanması təklif 
olunub. Bəzi ölkələr artıq kasset bombaların istehsalı, istifadəsini, satışı  və daşınmasını 
məhdudlaşdırmaq üçün nizamnamələr hazırlayıb.   
 
Bəzi mütəxəssislər iddia edirlər ki, “insan orqanizmini müvəqqəti olaraq sıradan çıxaran 
qazlar” kimi “ölümə  səbəb olmayan” maddələrin, döyüş meydanında istifadə olunması 
kimyəvi silahlar haqqında müqaviləni pozacaq, çünki onlar zəhərli kimyəvi maddələrdir. 
Müqavilənin istisnaları altında hansı kimyəvi maddələrə icazə verildiyinin 
aydınlaşdırılması zəruridir.    
 
“Bioloji silahların təhlükəsi günü-gündən artır və bizim həyata keçirdiyimiz əks tədbirlərə 
baxmayaraq artmağa davam edəcək”, Stenford Universitetinin biofiziki və Biofizika 
Cəmiyyətinin sabiq prezidenti Stiven Blok xəbərdarlıq edib. SİMAD-ın (Kütləvi Dağıdıcı 
Vahid Fərdlər) ehtimalları günü-gündən artmaqdadır. Genişlənən gene-sintez sənayesiniə 
nəzarət həyata keçirilmir, və universitetlərdə  və özəl laboratoriyalarda mübahisəli 
(ziddiyyətli) eksperimentlərə rəhbərlik könüllü və qeyri-müntəzəm şəkildə həyata keçirilir. 
Alimlərin bioterrorizm və sintetik bioloji silahların əleyhinə mühafizəni artırmaq üçün hansı 
yanaşmanın yaxşı olacağı haqda hələ  də mübahisə aparmalarına baxmayaraq, onlar 
GMO-ların təsadüfi və düşünülmüş  şəkildə buraxılmasına  əngəl olmaq üçün təcili və 
möhkəmləndirilmiş beynəlxalq nəzarətin zəruri olduğu fikrində ümumi razılığa gəlirlər.  
 
Elmdən bu şəkildə sui-istifadənin qarşısını almaq üçün, təhlükəsizlik təşkilatlarının elmi 
ekspertizasını gücləndirmək və  kəşfiyyat idarələri üçün müstəqil Elm və Texnologiya 
məşvərətçi Komitəsi təsis etmək, həmçinin beynəlxalq elmi birliklər daxilində ümumi 
mədəniyyət və məsuliyyət haqqında məlumatlılığı təşviq etmək vacibdir. YUNESKO Elm 
və Texnologiya strategiyalarının qurulmasında  əxlaqi və insan haqlarını  nəzərə almaları 
məqsədilə beynəlxalq  əxlaqi prinsipləri müəyyən edən bəyannamə layihəsi nəşr edib. 
Texnologiya ilə  əlaqəli yeni məhsulların hasili, diaqnostik təhlillər, tibbi terapevtika, və 
rekativlər, həmçinin protokolları idarə etmək üçün standartlara ehtiyac var.     
 
Nüvə, bioloji və kimyəvi silahların əks-tədbirlərini təkmilləşdirmə tədbirlərinə daxildir:   
• Nüvə Maddəsinin Fiziki Mühafizəsinə dair Konvensiyaya düzəlişlərin qəbul 
edilməsi; 
• 2007-ci 
ilin 
İyulunda qüvvəyə minmiş Nüvə Terrorizmi Aktlarının Qadağan 
olunmasına dair Beynəlxalq Konvensiya; 
• Bio-təhlükəsizlik rekkomendasiyaları və alimlər üçün idarəetmə kodları; 
• 2006-cı ilin Fevralında qəbul edilmiş Kimyəvi Maddələrin  İdarətməsi üzrə 
Strategiya;  
mövcud 
nizamnamələrin davamlı qiymətləndirilməsi.  
 
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, həssas nüvə maddələrinin vaxtında izlənilməsi 
ehtimalını artırmaq və onların qeyri-dinc məqsədlərlə istifadəsinin qarşısını almaq 
məqsədilə birbaşa peyk informasiyasından istifadə etməklə nüvə qurğularına nəzarəti 
həyata keçirmək üçün qlobal şəbəkə qurur. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə