Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
112
Kreyq Venterin nadir həyat formaları yaratmaq üçün genetik kodların yaradılması 
üzərində  işləri 2010-cu ilədək yeni həyat formalarının yaranmasına gətirib çıxara bilər. 
Sonra beyində yaşayan və ona köməklik göstərən mikrobların yaradılması üçün növbəti 
10 il, və sonra bunların digər məməlilər üzərində sınaqdan keçirilməsinə daha 10 il lazım 
olacaq. Nəticə etibarilə, 2030-cu ilədək beyinə sinir hüceyrələrini (neyronları) sağlam 
saxlamağa kömək edən təhlükəsiz mikroblar mövcud olacaq. Tədqiqatlara ayrılmış 
pulların bir hissəsini dövlət təhsilinə ayırmaq ağıllı bir iş olardı. Genom Layihəsində məhz 
belə edilmişdi ki tədqiqatın irəliləyişi ilə bərabər ictimaiyyətin dərk etməsi də təkmilləşsin. 
Nouveau-super-riche (ən yeni zəngin) tərtibatında  vasitəsilə maliyyələşdirilən Qeyts-tipli 
fondlar Hindistan, Rusiya və Çin kimi ölkələrdə tədqiqatları sürətləndirə bilər.   
 
Simbiotik orqanizmlər gen terapiyasından daha üstün cəhətlərə malikdirlər, lakin onlar 
immune sistemininə üstün gəlmə üsularını  tələb edirlər. Simbiotik bağırsaq bakteriyaları 
həqiqi dərmanlara bənzər dərmanlar istehsal edir, və çox güman ki beynin 
genişləndirilməsi üçün istifadə oluna bilərlər. Anti-kaverna ağız bakteriyaları artıq nümayiş 
olunub. Psixpandemikarmologiya, nanobotlar və kompüter-beyin interfeysləri də həmçinin 
insan intellektini artıra bilər.  
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu, həyat haqqında elmləri inqilabiləşdirəcək. Beyinlər daha uzun müddət sağlam 
qalacaq, tibbi xərclər azalacaq, və bu da daha müdrik sivilizasiyanın meydana gəlməsinə 
səbəb olacaq. 
 
Bunun baş verməsinə nə mane olur? 
 
İnsanların naməlumluqlara qarşı qorxusu normaldır; bir çox insanlar süni mikroblardan, 
yeni bakteriyalardan və nanobotlardan qorxacaqlar. Anti-GMO normalarının arxasında 
duranlarla bərabər insan bilogiyasını dəyişməyin əxlaqsızlıq olduğunu hesab edənlər belə 
buna qarşı  çıxa bilər (bunun qarşısının alınması üçün qlobal insanı müşahidə  şurası 
yaradıla bilər).  
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Mikroblar mutasiya edə  və psixi xətsəliklərə  və ya digər naməlum  əlavə  təsirlərə  səbəb 
ola bilərlər; buna görə illər ərzində bir sıra tədqiqat sınaqları həyata keçirilməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
113
Növbəti onilliklərdə  ətraf mühitdə baş verən – və quraqlıqdan tutmuş, sahil ərazilərinin 
subasmasına qədər geoloji çevrilişlərlə nəticələnən - dəyişikliklər, çox güman ki müharibə 
və münqaişələrin əsas təkanverici qüvvəsinə çevriləcək.  
 
 
BMT Baş Katibi Ban Ki-Mun 
“Qlobal İstiləşmə: Böhranla Üzbəüz” Konfransı 
Nyu York, Mart 1, 2007 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BMT, NASA və AFA tərəfindən  təmin edilmiş şəkillər  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
4. Meydana çıxan Ekoloji Təhlükəsizlik Məsələləri 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
114
Bu il dünyanın iqlim dəyişikliyinə verdiyi diqqət xeyli şəkildə artıb, və milli və beynəlxalq 
təhlükəsizlik və sabitlik üçün potensial nəticələr haqqında məlumatlılıq çoxalıb. Qlobal 
istiləşmənin artan və saysız-hesabsız sübutları, Al Qoranın “Narahat Həqiqət” filminin 
uğuru, və Çinin CO

(karbon qazının) emissiyasında ABŞ-ı keçməsi qlobal iqlim 
dəyişikliyini Dünya Liderlərinin gündəliyində  ən birinci sıraya salıb. Nəticə etibarilə,  ətraf 
mühit və təhlükəsizlik vətəndaşların, siyasi liderlərin və KİV-in beyinlərində əlaqələnirlər. 
BMT-nin Baş Katibi iqlim dəyişikliyini “bizim eramızın müəyyənedici məsələsi” adlandırıb. 
BMT Baş Assambleyasında bir çox Dünya Liderləri iqlim dəyişikliyini və ekoloji tənəzzülü, 
həmçinin terrorizmi, qarşılıqlı  mənfəətə  əsaslanan ticarəti, QİÇS-i, və insan haqlarını 
beynəlxalq birliyin öhdəsindən gəlməli olduğu əsas məsələlər kimi qeyd edibər. BMT-nin 
Təhlükəsizlik  Şuradı iqlim dəyişikliyinin təhlükəsizlik cəhətdən nəticələri haqqında ilk 
debatını (müzakirələrini) həyata keçirib. Və bir çox Şura üzvləri bu məsələni öz dövlətləri 
üçün  ən mühüm məsələ olduğunu bildiriblər. “Dünya bir zamanlar Soyuq Müharibə 
adlandırılan qlobal təhlükədən çıxdı, və indi İstiləşmə Müharibəsinə girdi” – Tuvalunun 
BMT-dəki Səfiri Afili Pita deyib.    
 
Beynəlxalq ekoloji idarəetmə getdikcə  təkmilləşir. Ekoloji təhlükələri və cinayətləri 
müəyyən etmək üçün texnoloji bacarıqlar yeni sensorlar və komunikasiya sistemləri 
vasitəsilə daha da səmərəli olurlar. Keçmişdə insanların və təşkilatların yan keçdiyi ekoloji 
ziyanlar çox güman ki gələcəkdə  aşkar olunacaq və qarşıları alınacaqdır. Ekoloji 
diplomatiya münaqişələrin qarşısının alınması  cəhdlərinə  və beynəlxalq etibarlılıq 
qurmağa dəstək vermək üçün geniş  şəkildə istifadə olunur, və eyni zamanda Ekoloji 
Təhlükəsizlik getdikcə həm hərbi həm də diplomatik çevrədə tanınmağa nail olur.   
 
Minillik Layihəsi, Ekoloji Təhlükəsizliyi 3 sub-elementə malik həyati təminat kimi müəyyən 
edir: 
 
• ekologiyaya 
dəyən hərbi ziyanın qarşısının alınması və ya təmir edilməsi,  
• ekoloji 
səbəbdən meydana gələn münaqişələrin qarşısısının alınması və ya onlara 
cavab verilməsi, və  
• özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması. 
 
Bu Fəsil, bu anlayış  ətrafında təşkil olunmuş  tədbirlər və ekoloji təhlükəsizliklə  əlaqədar 
meydana çıxan məsələlərin xülasəsini təqdim edir. Təfərrüatlar və Ekoloji Təhlükəsizliklə 
bağlı digər Minillik layihəsi tədqiqatları kompakt disk versiyasının 9-cu Fəslinə daxil edilib 
və onları www.acunu.org saytında, “Kitablar və Hesabatlar” bölməsində tapmaq olar 
(“Xüsusi Tədqiqatlar”-ı seçin). 
 
Son bir neçə il ərzində, ABŞ Ordusu Ekoloji Strategiya İnstitutunun köməyilə, Minillik 
Layihəsi meydana çıxan və potensial təhlükəsizlik və sazişlə  nəticələnən ekoloji 
məsələlərin aylıq hesabatlarını hazırlamaq üçün müxtəlif mənbələri tədqiq ediblər. Keçən 
il ərzində 200-dən çox məsələ, və ümumilikdə bu işin başlandığı 2002-ci ilin Avqustundan 
bugünə qədər 900 məsələ tədqiq olunub. 
 
Məsələlərin tam mətni və onların mənbələri kompakt disk versiyasının 9.1.-ci “Meydana 
çıxan Ekoloji Təhlükəsizlik Məsələləri” Fəslində, aylıq yenilənmiş hesabatları isə Minillik 
Layihəsinin  İnternet saytında tapmaq olar, www.acunu.org (“Yeniliklər” bölməsindən 
“Beynəlxalq Ekoloji Təhlükəsizlik Məsələləri”-ni seçin).  
 
 
 
Ümumi Nümunələr və Qiymətləndirmələr  


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə