Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   47   48   49   50   51   52   53   54   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
115
 
İqlim dəyişikliyinin milli və beynəlxalq təhlükəsizlik nəticələri və ekoloji tənəzzül 
münaqişələrin qarşısının alınması üçün strateji müdaxilələrə ehtiyac duyan məsələlər kimi 
hökumətlər, korporasiyalar, QHT-lər, akademik institutlar, və beynəlxalq təşkilatlar 
tərəfindən rəsmi forumlarda geniş şəkildə təsdiqlənir.  
 
Qlobal istiləşmənin artan elmi sübutları, fövqəladə hava halları, və  təbii fəalkətlərin sayı 
və intensivliyi, istixana qazlarını azaltmaq, daha yaxşı nəzarət sistemləri və modellərinin 
qurulması, və iqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlmək məqsədilə erkən 
xəbərdarlıq, zəiflətmə, və uyğunlaşma sistemlərinin işlənib hazırlanması strategiyaları 
üçün yeni qaydaların meydana gəlməsinə  təkan verib. Daha ciddi zəiflətmə  və 
uyğunlaşma tədbirləri görülməsə, iqlim dəyişikliyi, suyun səviyyəsinin düşməsi və digər 
ekoloji amillər səbəbindən kütləvi miqrasiyalar və münaqişələr qaçılmaz olacaq. Hal-
hazırda, sayları 2010-cu ilədək 50 milyonu, 2050-ci ilədək isə 200 milyonu keçəcəyi 
gözlənilən Ekoloji qaçqınların öhdəsindən gələcək adekvat beynəlxalq sistem və ya 
struktur mövcud deyil.  
Ekolji məsələlər “təhlükə çoxaldıcılarıdır”. Bir çox münaqişələr ekoloji cəhətdən ən qeyri-
sabit regionlarda meydana çıxır, və bununla da belə fikir meydana çıxır ki ətraf mühit və 
münaqişələrə eyni vaxtda cavab vermək lazımdır və onlardan biri digərinin pisləşməsinə 
səbəb olur. 
  
Çoxtərəfli ekolji müqavlələrin ratifikasiyasının getdikcə artması  və  İSO 14001 
standartlarının qəbul olunması ekolji idarəetməni qlobal şəkildə inkişaf etdirir. ÇEM-in 
hazırlanması  və onun qüvvəyə minməsi arasındakı vaxt və  həmçinin onun yüksək 
dərəcəli ratifkasiya olunmasına qədər keçən vaxt əhəmiyyətli dərəcədə  qısalır. 
Beynəlxalq diqqət mövcud olan müqavilələrin effektivliyini artıran yeni ÇEM-lərin 
hazırlanmasına yönəlib.  
 
ÇEM-lər çox vatx milli iqtisadi və ya siyasi maraqlarla münaqişəyə girir. bu da beynəlxalq 
konvensyalara uyğun gəlməməyə, beynəlxalq orqanlarla əməkdaşlığın kifayət qədər 
olmamasına və bir çox beynəlxalq konvensiyalarla əlaqədar danışıqların durğun vəziyyətə 
gəlib çıxmasına səbəb olur. İxtilaflar  əsasən istixana qazlarının emissiyasının 
dayandırılması strategiyaları, nüvə silahının yayılmaması, ekoloji dəyişikliyin təhlükəsizlik 
aspektləri və kosmik təhlükəsizlik məsələləri ilə əlaqədar olur. 
 
İnstitusional strukturları, sazişlər arasındakı  əlaqələri, həyata keçirməni təkmilləşdirmək 
üsullarının vasitəsilə beynəlxalq ekoloji idarəetməni və ekoloji cəhətdən doğru idarəetmə 
məqsədilə beynəlxalq prinsipləri və sistemləri möhəkmləndirmək cəhdləri günü-gündən 
artır. Ekoloji dəyişiklikləri ölçmək məqsədi daşıyan analitik vasitələrin sayı, dəqiqliyi və 
həcmi sürətlə artır.  
 
Yeni beynəlxalq təhlükəsizlik orqanları yaradılıb və digərləri ekoloji cinayətlərə qarşı 
aparılan qanuni əməliyyatlara kömək etmək təklifini irəli sürüblər.  
 
Bəzi varlı ölkələr çirkləndirici sənayeləri kasıb ölkələrə ixrac edirlər, yəni ekoloji 
strategiyaları  dəyişməmək üçün iqtisadi səbəblər mövcuddur; nəticə etibarilə inkişaf 
etməkdə olan ölkələri ekologiyaya zərər vurmayan fəaliyyətlər həyata keçirməyə 
meylləndirmək üçün dah ciddi səbəblər lazımdır. Hər halda Hindistan və Çin kimi ölkələrin 
ölçüsünü və  təsirini nəzərə alsaq strategiyaların dəyişilməsi üçün ölkələrə beynəlxalq 
təzyiqin göstərilməsi qaçılmazdır. 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
116
Daha yaxşı, müştərək ekoloji strategiyaların və  fəaliyyətlərin həyata keçirilməsi üzrə 
müxtəlif institutlar arasında  əməkdaşlıqlar meydana gəlir. Bu isə  fəaliyyətdə olan 
subyektlər və ictimaiyyət arasında ekoloji mülahizələrin fəaliyyət dairəsini genişləndirir.  
 
Reaktiv fəaliyyətlərə qarşı ehtiyat prinsipinin qəbul olunmasında doğru tendensiyalar 
mövcuddur. 
 
Ekoloji cəhətdən mühafizə olunan dəniz və quru ərazilərinin sayı, ölçüsüü və  əhatə 
dairəsi genişlənməkdədir.  
 
Təhlükəli tullantıların qeyri-qanuni ticarəti, qeyri-qanuni təhlükəli maddələrin 
kontrabandası, və mühafizə olunan təbii resursların istismarı  və alqı-satqısı kimi qlobal 
ekoloji cinayətlərlə mübarizə aparmaq üçün daha güclü beynəlxalq və transinstitusional 
kolasiyilar və sistemlərə ehtiyac var. 
 
Texnoloji dəyişikliklərin sürətlə artması, elektron tullantılar, nanotexnologiya və 
biotexnologiyadan istifadənin mümkün riskləri, kimyəvi preparatların istifadəsi, və nüvə 
(atom), kimyəvi və biotexnoloji laboratoriyaların yayılması kimi ekologiyaya və insan 
sağlamlığına yönəlmiş təhlükələrin spektrini əsaslı şəkildə dəyişib. 
 
Kosmik texnologiyanın Yer kürəsinə müşahidəni artırması, təbii fəlakətlərin erkən 
xəbərdarlığını verməsi, razılaşma mexanizmlərini təkmilləşdirməsi, və kosmik və Yer 
fenomenlərinin dərk edilməsini artırmasına baxmayaraq, yerli yerdən koordinasiya və 
tətbiqatlar hələ də qeyri-mükəmməldir.  
 
Ya təbii ya da terrorçu fəaliyyət səbəbindən yayılmış epidemiyalarla mübarizə aparmaq 
məqsədilə qlobal sistem işlənib hazırlanmaqdadır. 
 
Peyk vasitəsilə qlobal informasiya sistemlərinə qoşula bilən, və ətraf mühitə zərər vuran 
fəaliyyətlərin dərhal və beynəlxalq səviyyədə bilnməsinə imkan verən natotexnoloji ekolji 
sensorların qiyməti düşür.   
İKT və robot texnikası, yeni aşkarlayıcı və təmizləyici texnikalar, və ekologiyaya daha az 
ziyan vuran hərbi əməliyyatlar, hərbin ekologiyada qoyduğu izləri azaltmağa kömək edir.  
 
Hərbi qüvvələr, ekoloji səbəblərən meydana gəlmş  təbii fəlakətlər və ya münaqişələr və 
ya onların ekologiyaya təsiri, ÇEM-lərin həyata keçirilməsi, və öz ekoloji təsirlərini 
azaltmaq kimi ekoloji məsələlərdə köməklik göstərməyə çağırılıblar. Avropa ekolgiyayla  
bağlı nizamnamələrin həyata keçirilməsinə  və yenilərinin hazırlanmasına davam edir. 
Onların həyata keçirilməsini asanladşırmaq üçün ekoloji nizamnamələrin təftişi həyata 
keçirilməyə başlanıb. Avropa Komissiyası ciddi ekoloji pozuntulara görə cinayət 
sanksiyaları tətbiq etmək niyyətindədir. 
 
*  *  * 
 
Ekoloji Təhlükəsizlik təhlilinə yeni növ silahların; assimetrik münaqişələrin; təbi resurlara 
qarşı artan tələbin; urbanizasiyanın (daha çox insanları zəif kommunal xidmətlərdən asılı 
edən); ekoloji tənəzzülün və iqlim dəyişikliyinin təsirlərini; kəskinləşən ekoloji iddialara 
malik ekoloji qanunda irəliləyişləri; və qarşılıqlı asılılğı artıran qlobalizasiyanı özündə əks 
etdirməlidir.   
 
 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə