Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   47   48   49   50   51   52   53   54   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
122
dənizçilik yolundan əlavə,  Şimali-Qərb dəhlizinin açılması, neft də daxil olmaqla zəngin 
ehtiyatlardan istifadə imkanını  təmin edəcək. Araşdırmanın irəli sürdüyü fikrə  əsasən, 
dəhliz buzdan azad olmalı  və 2015-ci ildən tez olmayaraq dənizçilik üçün açılmalıdır. 
Alimlərin, siyasətçilərin və ekoloji aktivistlərin problemin mürəkkəbliyi barədə 
xəbərdarlıqlarına baxmayaraq, bu zəif  ərazi üçün heç bir beynəlxalq nizamnamə  təsis 
olunmayıb. Kanadanın regionun suverenliyini tələb etməsi digər ölkələrlə fikir ayrılığına 
gətirib çıxarır. Çünki ABŞ, Danimarka və Rusiya da daxil olmaqla bu ölkələr,  ərazinin 
beynəlxalq sular ya da öz ərazilərinin davamı olmasını iddia edirlər.  
 
Hər qitədə suyun səviyyəsinin aşağı enməsi qeydə alınıb: bəşəriyyətin 40%-i 2 və ya 
daha artıq ölkənin idarə etdiyi su qovşaqlarından asılıdır. Vahid sərhəd su idarəetmə 
sistemləri təsis edilməyincə münaqişələrin kəskinləşəcəyi gözlənilir. Beynəlxalq Suyun 
İdarəedilməsi  İnstitutu qeyd edib ki, son 100 il ərzində sudan İstifadə 6 dəfə artıb, və 
2050-ci ilədək yenidən artacağı gözlənilir. Bugün su çatışmamazlığından 700 milyon 
insan  əziyyət çəkir; 2025-ci ilədək, bu göstərici 3 milyarddan artıq ola bilər.  İqlim 
Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin Təsirlər, Adaptasiya və  Həssaslıq üzrə 
hesabatına  əsasən proqnozlaşdırır ki “Hal-hazırda suyu olan 100 milyonlarla Afrikalı  və 
10 milyonlarla Latın Amerikalı 20 ildən də az vaxt ərzində bu sudan məhrum olacaq. 
2050-ci ilədək, Asiyada 1 milyarddan çox insan su çatışmamazlığı ilə üzləşəcək”. “Green 
Cross  İnternational” təşkilatı sudan istifadə hüquqlarına təminat verəcək beynəlxalq 
qanuni sənədin qəbul olunması üçün bir daha dünyaya səslənib.  
 
Böyük Britaniyanın Hidrometereoloji Xidmətinin Hadli Mərkəzinin dəyərləndirmələrinə 
əsasən, 2050-ci ilədək kəskin quraqlıq şəraiti dünya torpaqlarının 10%-ini – indikindən 5 
dəfə çox - təsirə məruz qoya bilər və əsrin sonuna kimi bu göstərici 30% ola bilər. 2006-cı 
il Beynəlxalq Səhralar və  Səhralaşma ili olub, və YUNEP İdarə  Şurası tövsiyyə edib ki, 
mübarizə aparmaq, qarşı durmaq və  hətta bu fenomeni aradan qaldırmaq yollarını 
araşdırmaq məqsədilə 2010-20-ci illər BMT-nin Səhralar və Səhralaşmayla Mübarizə illəri 
elan olunsun. Sahara səhrasının cənubdan genişlənməsi aclığı və miqrasiyaları artırır, və 
Afrika qitəsi boyunca münaqişə risklərini çoxaldır.  
 
Təbii fəlakətlərin sayının artması  və intensivliyi qlobal erkən xəbərdarlıq sisteminin təsis 
edilməsinə təkan verib. Hind Okeanı sunami xəbərdarlıq sistemi 2006-cı ilin iyul ayından 
işlək elan olunub, lakin hələ yerli koordinasiyaya ehtiyac var. 2006-cı ilin İyul ayında 
İndoneziyaya zərbə endirmiş sunami 54, 000 insanı öz təsirinə məruz qoyub (550 nəfər 
ölüb), çünki əhaliyə  əvvəlcədən heç bir xəbərdarlıq edilməmişdi. BMT-nin Təbii 
Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiya sistemi təbii fəlakətlərin azaldılması 
və  fəlakətdən sonra bərpa işlərinin aparılması üçün qlobal sistem təqdim edir. Təbii 
Fəlakət Riskinin Azaldılması üzrə Çoxtərəfli Qlobal Platformanın 2007-ci ilin İyununda 
həyata keçirilmiş ilk sessiyası, diqqəti 2005-2015-ci illər üçün nəzərdə tutulmuş Hyoqo 
Fəaliyyət Sisteminin sistemli şəkildə  həyata keçirilməsi strategiyalarında cəmləşdirib: 
Xalqların və Birliklərin Təbii Fəlakətlərə qarşı Davamlılığını Formalaşdırmaq, Dünya Bankı 
ilə  əməkdaşlıq nəticəsində  təsis edilmiş  Fəlakətlərin Azaldılması  və  Bərpa  İşləri üzrə 
Qlobal Qurğu təbii fəlakətlərin risklərini və  nəticələrini azaltmaq üçün hazırlıq və  bərpa 
əməliyyatlarını  təkmilləşdirməyi planlaşdırır. Bu plan, fəlakətlərin riskinin azaldılmasının, 
risk altında olan ölkələrdə həyata keçirilən inkişaf layihələrində əsas məsələ kimi nəzərə 
almaqla baş tutacaq. Dünya Bankı Qlobal Qaynar Nöqtələrin Araşdırılması yüksək 
ölümlülük risklərinə və iqtisadi tənəzzülə məruz qalmış 86 zəif ölkəni müəyyən edib.  
 
Beynəlxalq Enerji Agentliyinin Dünya Enerji Perspektivləri-2006 növbəti 24 il ərzində 
dünyanın üzləşəcəyi 2 əsas məsələni adlandırır:  münasib qiymətlərə “təhükəli” və “qeyri-
kafi” enerji təchizatı  və artan enerji tələbləri səbəbindən  ətraf mühitə  dəyən ziyanlar. 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
123
Enerjiyə olan tələbatın artması, bəzi ölkələrin beynəlxalq təhlükəsizlik məsələlərinə  və 
razılaşmalarına məhəl qoymamayaraq beynəlxalq təhlükəsizliyi təhlükə altına salmasının 
təkanverici qüvvəsinə çevrilə bilər. Tullatıların idarəedilməsi sadəcə ekoloji bir məsələ 
deyil, həmçinn mühüm bir təhlükəsizlik məsələsidir. Kot-Divuarın Abican şəhərində zəhərli 
tullantıların axıdılması  ətrafında baş vermiş qalmaqal, tullantıların ticarəti və Bazel 
Konvensiyasının müvafiqliyinə dair qlobal müzakirələri intensivləşdirib. Bəzi Afrika və 
Asiya ölkələri radioaktiv uran, qurğuşun, kadmium, civə, sənaye və tibbi kimyəvi maddələr 
kimi təhlükəli tullantıların zibilxanasına çevrilib, və elektronik tullantıların da həcmi artıb. 
Bazel Konvensiyası  və onun 1995-ci il düzəlişlərinin, zəhərli tullantıların idarə edilməsi 
üçün qurğulara malik olmayan ölkələrdə bu tullantıların axıdılmasına qadağa qoymasına 
baxmayaraq, bu proses Konvensiyaya üzv olmayan ölkələrdə qeyri-qanuni şəkildə davam 
edir. Ekoloji və  səhiyyə  nəticələrində  əlavə olaraq, Seneqal ekoloqu təhlükəsizlik 
məsələlərini də diqqətə çatdırır: “Tullantılar  əsasən silah almaq üçün pul əldə etmək 
istəyən mənəviyyatsız insanlar və ya dəstələr tərəfindən buraxılır”. 
Baxmayaraq ki iqlim dəyişikliyi bugün beynəlxalq təhlükəsizliyə ən mühüm təhlükələrdən 
biri kimi qəbul olunur, xüsusi olaraq kasıb ölkələrin  şəraitə uyğunlaşmaları üçün təsis 
edilmiş 2 fonda – Ən Az İnkişaf Etmiş Ölkələr Fonduna və Xüsusi İqlim Dəyişikliyi 
Fonduna – edilmiş yardımlar 2005-06-cı illərdə cəmi 43 milyon dollar təşkil edib. Halbuki 
nəzərdə tutulmuş iqlim dəyişikliyinə uyğunlaşma ümumi illik xərcləri, il ərzində 10 milyard 
dollarla 40 milyard dollar arasında olacağı ehtimal olunurdu. 2006-cı ildə isə, dünyada 
silahlara 1.2 trilyon dollar, və neftə isə 1.5 trilyon dollar xərclənib, mədən yanacaqları 
sənayesinə ayrılmış pulun məbləği il ərzində 235 milyard dolları öteb keçib. 
 
Özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması 
 
Beynəlxalq Təbiəti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsinin verdiyi məlumata əsasən, 
bəşəriyyətin planetə olan təsiri 1961-ci ildən bəri 3 dəfə artıb və Yerin təbii ehtiyatları, 
təbiətin onları  bərpa etməsindən daha sürətlə istifadə olunur
23
.  Əgər belə davam etsə, 
2050-ci ilədək insanlıq planetin təchiz edə bildiyindən 2 dəfə artıq təbii ehtiyatlara tələb 
duyacaqlar. Minillik Ekoloji Sistem Dəyərləndirilmələrinin verdiyi məlumata  əsasən, Yer 
kürəsinin ən mühüm ekoloji sistem xidmətlərinin 60%-i getdikcə pisləşir və ya qeyri-sabit 
şəkildə istifadə olunur. Paris Fəaliyyət Çağırışı beynəlxalq Ekoloji Hüquqlar və  Vəzifələr 
Bəyannaməsini (münasib ekologiya hüququ) və YUNEP-in Birləşmiş Millətlərin Ekoloji 
Təşkilatına çevrilməsini irəli sürüb. BMT Baş Katibi Ban-Ki Mun ekoloji tənəzzül “hətta 
beynəlxalq sülhü və təhlükəsizliyi təhlükəyə ata bilər” deyə xəbərdarlıq edib, və BMT Baş 
Assambleyasının Prezidenti Şeyxa Haya Raşid  Əl Xəlifə “aydın məqsədlərə  və bizdən 
yayınmağa davam edən qlobal səviyyədə güclü ekoloji idarəçiliyə çağırıb”.   
 
700-dən çox ÇEM mövcuddur
24
. Beynəlxalq danışıqların diqqəti yeni müqavilələri 
yaratmaqdan mövcud müqavilələri möhkəmləndirməyə  və beynəlxalq ekoloji idarəçiliyi 
gücləndirməyə yönəlib. Bu müqavilələrin effektiviyinin qiymətləndirilməsi getdikcə 
təkmilləşir. Lakin, beynəlxalq müqavilələrə  əməl etməmə  və beynəlxalq orqanlarla 
əməkdaşlığın kifayət qədər olmaması  və bir çox beynəlxalq konvensiyalarla əlaqədar 
danışıqların durğun vəziyyətə  gəlib çıxması ümumi narahatçılığa səbəb olmağa davam 
edir. 
 
2007-ci il üzrə BMT-nin Ətraf Mühit Proqramının  İdarəetmə  Şurası beynəlxalq ekoloji 
idarəçiliyin möhkəmlənidirlməsi (2020-ci il üzrə Ekoloji Nəzarət Strategiyasına Baxış 
layihəsi və çoxtərəfli ekoloji müqavilələr arasında birgə fəaliyyət və koordinasiya də daxil 
olmaqla) və beynəlxalq ekoloji vəziyyətin qiymətləndirilməsi və  dəyən ziyanların 
                                                 
23
 Canlı Planet Hesabatı 2006. Beynəlxalq Ətraf Mühiti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsi, 2006. 
24
 GEO İllik Kitab 2007, YUNEP, 2007.  


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə