Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
98
 
Bu fəaliyyət insan mühitində inkişaf etdirilsə təhlükədə olan gənc insanları müəyyən edə 
bilər. Elis Uolkerin əsəri göstərdi ki, həyatı  ağır keçmiş, lakin yenə  də xoşbəxt yaşayan 
insanların bir ümumi cəhəti olub: onların hamısını onları sevən bir nəfər tapıb. Bu cür 
proqramlar bu kimi gəncləri müəyyən edə  və müvafiq tərbiyəçilərin köməyilə onları 
maarifləndirə bilər. 
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu daha ahəngdar və sabit cəmiyətlərin yaradılmasına səbəb ola; intihar, narkotik asılılıq 
və terror kimi sosial problemləri azalda; insan təbiəti haqqında daha çox biliklərlə  təmin 
edə; profilaktik psixi sağlamlıq və  dərman preparatalarına qoyulan sərmayələrin 
artmasına gətirib çıxara bilər. Bu proqramlar, həmçinin müəyyən psixi sağlamlıq 
məsələləri ilə - xüsusilə  də insanların indi çox yaşadığı bir dövrdə - məşğul olmağın 
nisbətən ucuz yolu ola bilər.   
 
Bunun baş verməsinə nə mane olur? 
 
Bu proqramın normadan kənar davranışların aradan qaldırılması  və ya bu davranışlara 
nəzarət olunması üçün hökumətlər tərəfindən istifadə olunan bircədəfəlik təsnifat sistemi 
ola bilməsi və ya bu proqramın daha despotik paranoidal cəmiyyətlər tərəfindən həyata 
keçirilərək yaradıcılığın və yeniliklərin azalmasına səbəb ola biləcəyi haqqında fikirlər 
bunun baş verməsinin qarşısını ala bilər. Bütün dahilər bir az dəli olurlar! Yaxşı niyyətlərlə 
irəli sürülməsinə baxmayaraq bu təklif bir çox mənfi cəhətlərə malikdir, məsələn, bütün 
dünyada qəbul olunması üçün onun “profilləşdirilməsi”. Terrorçu fəaliyyət və zorakı 
cinayətkarlıq da daxil olmaqla, cəmiyyətin mənafeyinə zidd olan davranışlar, təkcə  fərdi 
tərbiyənin problemi deyil; bunun, həmçinin sosial səbəbləri də  var.  Bunu  necə  həyata 
keçirməyi, xüsusilə geniş əhali kütlələri arasında təsir göstərməyə vadar etməyin yollarını 
heç kim bilmir. Psixi xəstəliklərin çoxunun irsi və ya psixoloji səbəblərdən baş verdiyinin 
günü-gündən artan sübutları onu göstərir ki, ola bilsin ki, bu proqramlar genom təhlillərlə 
müqayisədə effektivliyi məhdudlaşdırıblar.    
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Bu proqram, milli dövətlərdə qrup şəklində danışığa, məxfiliyin, söz və fikir azadlığının 
azalmasına və  məlumat toplayan/polis orqanlarının gücləndirilməsi və tarixdə insan 
haqqlarının  ən pis şəkildə pozulması ilə  nəticələnə bilər. Bu isə, incəsənətin yeni 
formalarının yaranmasının qarşısını almaqla neo-sosialist realizmə gətirib çıxara bilər. Bu 
proqramlar nəticəsində dünyanın  ən dahi filosofları  mənfi üslubda göstərilə bilər. Onda 
onların və onların nailiyyətlərinin başına nə  gələrdi? Gələcəkdə  əgər biz anormal 
şəxsiyyətə malik fərdləri “sağaltmağa” və ya təcrid eləməyə başlasaq, görəsən biz 
dünyaya faydası olan bir şeyi məhvmi edəcəyik? Axı nəyin “anormal” olduğuna kim qərar 
verir?    
 
6. Təkmilləşdirilmiş fərdi qidalandırma 
 
İnsanın özü tərəfindən aparılan diaqnostik testlər təkmilləşmiş  təfəkkürün inkişafı üçün 
fərdiləşdirilmiş qidalanma tələblərini müəyyən edir. Bu testlər daha zəngin  ərazilərdə 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
99
həyata keçirilir, hökumət və  sığorta  şirkətlərinin dəstəyilə artıq az gəlirli  ərazilərində  də 
istifadə olunmağa başlayır
6

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
 
Tibbi sığorta  şirkətləri, təhsil proqramları  və ticarət müəssisələri arasında ittifaqlar 
insanların özü tərəfindən aparılan testlərin artmasına səbəb ola və istehlakçıları yeni 
bəsləyici qidalar haqqında maarifləndirməyə kömək edə bilər. Sığorta şirkətləri testlərdən 
və yeni qidalardan istifadə edənlər üçün sığorta qiymətlərini aşağı sala bilər. 
Qidalandırmada, DNT testlərində, “təbiət və qidalanma” amillərinin sağlamlıqda rolunu 
anlamanın təkmilləşməsində, fərdiləşdirilmiş  təbabətdə elmi nailiyyətlərin  əldə olunması 
və “nutrigenomlar” da bu ehtimalın həyata keçmə şansını artıra bilər. Yoxsul ölkələrdə bu 
proqramın həyata keçirilməsi üçün QHT-lərin və BMT qurumlarının köməyi zəruri olardı.   
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu, xalqın sağlamlığını  və idraki inkişafını  təkmilləşdirə, tibbi xidmətlərin qiymətlərini 
azalda və insanların ömrünün uzanmasına, fiziki qüvvələrinin və fəaliyyətlərinin artmasına 
səbəb ola bilərdi. 
 
Bunun baş verməsinə nə mane olur? 
 
Təkmilləşdirilmiş fərdiləşdirilmiş qidalanmaya yoxsulluq, pis qidalanma vərdişlərinə malik 
mədəniyyətlər, siyasi iradənin azlığı, yeyinti sənayesini daha da fərdiləşdirilmiş  və 
bəsləyici qidaların istehsalına yönəltmə xərcləri və diaqnostik təhlillərdə səhv ola biləcəyi 
qorxusu  əngəl törədə bilər. (Lakin, tam və növbə-növ qidalanmanın ümumi sərfəli 
nəticələri fərdi nəticələrin sərfəli yüksək-xərclərini kölgədə qoyur). Bu isə yoxsul ərazilər 
üçün maliyyə cəhətdən mümkün ola bilməz. İrsən əldə edilmiş qidalanma vərdişlərindən 
duyulan həzz bu cür fikirləri inkar edə bilər.  Əgər DNT testləri tələb olunsa, onda bəzi 
insanlar buna müqavimət göstərəcəklər.  
 
Hansı mənfi nəticələr olabilər? 
 
Bu, xüsusi pəhrizlərlə qidalanma imkanı olan varlı insanlar və imkanı olmayan kasıblar 
arasında fərqləri artıracaq. 
 
7.    İrsi yüksək intellekt 
 
İntellektin və öyrənmənin artmasına kömək edən genlər müəyyən olunub və öz gələcək 
uşaqlarının potensial intellektini dəyişmək üçün dünyanın yuxarı və orta siniflərindəki bir 
çox valideynlər tərəfindən istifadə olunub. Yoxsul regionlardakı bir çox insanların 
müalicəsinə pul ayrılıb
7

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
                                                 
6
 RT Delphi istinadları: “Düşünmə üçün Qidalar:Beyni Tikən və tükətən Qidalar”, AskDrSears.com, 2000; “Beynin 
inkişafına və Zədələrin sağalmasına Kömək  edən Qidalar və Vitaminlər,” at Yourfamilyclinic.com, tarixsiz; BMT-nin 
Ərzaq və Kənd-Təsərrüfatı Təşkilatı, “Balıq da, Protein də Büyin üçün Qidadır”, Fokus: Balıq tutulan yerlər və Qida 
təhlükəsizliyi”, tarixsiz. 
7
 RT Delphi istinadları: Uesli Smit, “Biotəhlükələr”, San Francisko Xronikası, 6 Noyabr 2005; Joao Pedro de 
Maqalaes, “Uşaqlarımızın Səciyyəvi Cizgilərinin Müəyyən Olunması”, 2006; Everet Mendelson, “Yevgenik 
Həvəslər”, Harvard Jurnalı, Mart-Aprel 2000. 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə