Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
96
qrupların öyrənmə üslublarını  və ehkamlara və  təlqinlərin digər formalarına olan 
ehtiyaclarıını müəyyən edir və ona uyğunlaşırlar. Simulyasiyalar, süni təcrübənin və sosial 
eksperimentlərin təhlükəsiz bir mühitdə təmin olunması üsullarıdır
4

 
 
Bunun baş verməsinə nə səbəb ola bilər?  
 
Buna VR oyun sənayesinin və  təhsil sistemlərinin qarşılıqlı  təsiri;  əldə olunan xeyirləri 
nümayiş etdirmək üçün daha uzunmüddətli vaxta vəsait qoymaq istəyində olan rəhbərlik; 
Mur Qanununun, nano prosesinin davamlı irəliləyişi, gücləndirilmiş tezliklər zolağı, yüksək 
texnologiyaya malik VR-ın populyarlaşdırılması; video oyunların və istifadəsi asan 
proqram yaradılması vasitələrinin yayılması (X Bot tədris vasitəsi olacaqmı?) ilə nail 
olmaq olar; İkinci Həyat kimi süni cəmiyyətlərə  qəbul və  iştirakın artması; xüsusi tədris 
mühitləri üçün simulyasiyaların yaradılması  məqsədilə wiki kimi proqramlardan 
(yanaşmalardan) istifadə; təfəkkür elmindən alınmış yeni anlayışların tətbiqi; bilik 
iqtisadiyyatının tələbləri nəticəsində mümkün ola bilər. Bu gün bütün növ simulyasiyalar 
hərbi təlimlərin geniş yayılmış və həyati əhəmiyyətli bir hissəsinə çevrilib. 
  
Elmi birliklər məlumatların və simulyasiya formatlarının standartlaşdırılmasını 
sürətləndirdikləri üçün, maarifləndirici simulyasiyaların qiyməti aşağı salına bilər. Xərclər 
həmçinin qlobal əməkdaşlıq və dünyada hamı  tərəfindən istifadə olunan modullardan 
ibarət subsidiyalaşdırılmış wiki kimi proqramların köməyilə azaldıla bilər. Bu tətbiqatlar 
getdikcə  gəlir mənbəyinə çevrildiyi üçün, “İkinci Həyat”-kimi simulyasiyaların gələcək 
nəsilləri də həmçinin təhsilə ayrılan subsidiyaları azalda bilər. Maarifləndirici simulyasiya 
proqram təminatının  əldə olunmasını asanlaşdırmaq üçün açıq mənbəli standartlar 
nəzərdə tutulmalıdır.  İnteraktiv obyektə malik VR dünyalara çevriləcək “Facebook” və 
“MySpace” kimi sosial şəbəkələr vasitəsilə Kompüter-ağıllı  tələbələr daha tez mümkün 
olacaq. VR dizaynı  və  həyata keçirilmə  xərcləri yaxşılaşacaq, və interfeys daha təbii 
olduqca, dünyada çoxlu yeni tətbiqatlardan istifadə edən insanların sayı çoxalacaq. 
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu immersiv təcrübi öyrənmə metodu davamlı artan təsirə malik olacaq, həqiqətən təhsilli 
insanların sayını artıracaq, yeni təcrübələrə yol açacaq, yaradıcılıq qabiliyyətinə  təkan 
verəcək, mürəkkəb sistemlərin davranışının avtomatik (xəyali) biliklərini təkmilləşdirəcək, 
fərdi  şəxsiyyətin inkişafına imkan yaradacaq və  bəşəriyyətin təkamülünə yardım 
göstərəcək. Bu sistem insanları inandırmağa çalışacaq ki, əgər problem virtual reallıqda 
həll oluna bilirsə, deməli o “real dünyada” həll oluna bilər.  
 
Simulyasiyalar həm fərdi ehtiyacları və həm də kollektiv öyrənmə təcrübələrini qane edə 
bilər. Davamlı real-vaxt elm, idarəçilik, və öyrənmə simulyasiyaları real-vaxt ictimai 
intellekti və hökumət büdcələrinə verilən məlumatları əlaqələndirəcək, və simulyasiyaları 
dialoq və  qərarlar üçün bir əsasa çevirəcək. Simulyasiyalar qarşılıqlı  əlaqənin daha 
normal bir tərzi olacaq və yüksək keyfiyyətli avadanlıqların qiymətlərini aşağı salacaq. Bu 
isə fərdiləşdirilmiş təhsil platformalarının yeni formalarına təkamül edəcək 
 
www.thetransitioner.org/wiki/tiki-index.php?page=Holopticism linkinə bax.  
 
Bunun baş verməsinə nə mane olur? 
 
                                                 
4
 RT Delphi istinadları: Jong-Heon Kim, “Fizika Təhsilində Virtual Reallıq Simulyasiyaları”, IMEJ (İnteraktiv 
Multimedia Elektron Jurnalı), tarixsiz; “Virtual Reallıq: Tarix”, Minillik üçün Elm, Superkompüter Əməliyyatları üzrə 
Milli Mərkəz, İllinois Universiteti, 1995-ci il; “Virtual Reallıq,” Vikipedia. 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
97
Video oyunlardakı zorakılıq, evə çıxışın və ya valideynlərlə qarşılıqlı anlaşmanın məhdud 
olması, rəhbərliyin kifəyət qədər olmaması, baha qiymətlər, həyata keçirilmənin çətinliyi 
və hansı dəyərlərin və məzmunun daxil ediləcəyi barədə fakir ayrılıqları  simulyasiyaların 
həyata keçirilməsinə  əngəl törədə bilər. Bu gün ciddi VR təhsil tətbiqatlarını yaratmaq, 
“İkinci Həyat”-da istifadə olunan tətbiqatlardan daha çətindir.  
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Bu kiber “asılılığa”, reallıqla  əlaqənin və üz-üzə insan təmasının itirilməsinə, və 
simulyasilarla öyrənmə ilə real həyatdakı  həqiqi fəaliyyət arasında  əlaqənin kəsilməsinə 
gətirib çıxara bilər. Əslində yaxşı olan, lakin sosial cəhətdən geri qalmış, komanda ruhu 
və paylaşmaq hissi zəif olan fərdlərin sayı arta bilər. Həmçinin, “real dünyadakı” imkanlar 
haqqında düşüncələri məhdudlaşdıraraq “virtual reallıq” sistemlərində  təklif olunan 
imkanlara yol aça bilər. Insanlar real həyatda nail olmadıqları mövqeyə kiberməkanda nail 
olduqları üçün, bu sistem eqoist və qeyri-real qavrayışlara təkan verə bilər. 
Simulyasiyaların çox canlı olmasına baxmayaraq, xüsusilə gənc insanlar üçün zəruri olan 
üz-üzə  təmaslar məhdudlaşdıra bilər. Təhsil simulyasiyalarının bəşəri olaraq qəbul 
olunması üçün onlar səthi olmaqla daha az həssaslıq və  əxlaqi xüsusiyyətlər daşıya 
bilərlər və “təhsil və  əyləncə kombinasiyası”nda çatışmayan real eksprementlərin 
mürəkkəbliyi və interaktivliyini nəzərə almayan müəllimlər tərəfindən zəif  şəkildə istifadə 
oluna bilər.   
 
Simulyasiyalardan istifadə edən və etməyən millətlər, regionlar və  mədəniyyətlər 
arasındakı fərqlər zaman keçdikcə artacaq. Bu tendensiyanın mənfi nəticələri də ola bilər. 
Bəzi qruplar “real” qaşılıqlı əlaqələri təsdiq edəcək və virtual simulyasiyaların faydalarını 
inkar edəcəklər. Bu nəticənin kəskin olub olmayacağı qismən, bu texnologiyadan istifadə 
etmək imkanı olan əhalinin sayından asılı olacaq. İnsan davranışlarına mənfi təsir 
göstərmək üçün kiber cinayətlər və immersiv VR texologiyalarının məqsədyönlü dizaynı 
da mümkündür. Edvard Kastronovanın “Süni Dünyalar” adlı möhtəşəm bir kitabına baxın.   
 
5.  İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını 
almaq üçün layihələşdirilmiş fərdi öyrənmə (tədris) prosesinin davamlı təkamülü 
 
Bir neçə ölkədə  həyata keçirilən bu proqramların məqsədi, terrorçu fəaliyyət və zorakı 
cinayətkarlıq da daxil olmaqla, yaşlanma dövründə cəmiyyətin mənafeyinə zidd davranış 
nümayiş etdirən  şəxsləri müəyyən etməkdir. Bu yolla müəyyən olunmuş insanların 
yaşlandıqca qeyri-stabil olmalarını  və ya ruhi xəstələrə çevrilmələrinin qarşısını almaq 
üçün xüsusi tərbiyə proqramları həyata keçirilir
5
.   
 
Bunun baş verməsinə nə səbəb olar?  
 
Ayrı-ayrı  fərdlərin kütləvi məhvlərə (SİMAD) səbəb ola biləcəyi fikrinin günü-gündən 
artması buna səbəb ola bilər, lakin bu fəaliyyətlərə ictimai marağın olduğunu və onların 
totalitar istiqamətdə  tətbiq olunmadığına təminat vermək üçün böyük diqqət 
göstərilməlidir. Psixoloji təkamül nəzəriyyəsinin və metodlarının təkmilləşdirilməsi və 
Malloun ehtiyacların ierarxiyasından istifadə bu cür proqramların inkişafına rəhbərlik edə 
bilər. Bunun baş verməsi üçün təkamül sistemləri bir çox fərdlər tərəfindən təsdiqlənməli 
və nümunələr mühüm əhəmiyyətə malik olmalıdırlar, proqramlar çox faydalı, yaradıcı 
olmalı və  onun geniş şəkildə qəbul edilməsini təşviq etməlidir.  
                                                 
5
 
RT Delphi istinadları: Jean-Pierre Voyer, “Konstruktiv Araşdırma Gündəliyi üçün İlkin Şərtlər”, 27 mart 2003-cü  ildə təqdim 
olunmuşdur.  
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə