Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
102
kimi qeyri-rəsmi görüşlər ABŞ-ın Reklam Şurasında baş verir. Buna görə ehtimal var ki, 
yaxın 25 ildə ictimai komunnikasiya vasitələri daha da yayılsın. 
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu sistem insanların fantaziyalarını, yaradıcılığını  və yenilikləri inkişaf etdirə;  əhalinin 
daha təhsilli olmasına səbəb ola və bilik iqtisadiyyatını təkmilləşdirə; demokratik dövlətləri 
möhkəmləndirə  və  cəmiyyətlərin ümumi rifahını artıra; və yoxsulluğun azaldılmasında, 
sosial ədalətin artırılmasında və proqressin sürətləndirilməsində əsas rol oynaya bilər.   
 
Bunun baş verməsinə nə mane olur?  
 
KİV daxilində fikir ayrılığı, ictimai mühafizəkarlıq və ictimai KİV daxilində peşəkar əxlaqın 
kifayət qədər olmaması bu ideyanın həyata keçməsinə mane ola bilər. Lakin əvvəlcə 
cəmiyyətlər təhsilə daha çox tərəfdar olmalıdırlar. Fərdiləşdirilmiş öyrənmənin uğuru ilə 
ictimai KİV-ə çox da ehtiyac qalmaya bilər və bu daha az maariflənmiş hökumətlər 
tərəfindən yaradılmış sosial mühəndisliyin yeni bir forması kimi nəzərdən keçirilə  və 
nəticə etibarilə azad cəmiyyətlər tərəfindən inkar oluna bilər. 
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Verilən ideyalar cansıxıcı ola bilər və onlardan sui-istifadə oluna bilər, bu da təhsilə mənfi 
təsir göstərə bilər.    
 
10. Portativ süni intellekt cihazları 
 
2030-cu ildə bir çox insanlar özlərilə geniş  şəxsi yaddaşa malik və öz sahiblərilə insan 
kimi qarşılıqlı  əlaqədə olan kiçik kompüterlər daşıyacaq. Küçədə bir insanlar rastlaşırsız 
və üz cizgilərinin tanınması əsasında qulaqcıqlarınız sizə pıçıldayır: “Bu Billi Consondur. 
Sən onunla 3 il bundan qabaq əyləncə gecəsində tanış olmusan. O pilotdur və onun 
arvadının adı Encidir”. Daha ciddi desək, mexanizm həmçininin  şəxsi qərar qəbul etmə 
prosesində  və informasiyaya olan bilavasitə ehtiyacların qarşılanmasında iştirak edər. 
Bəzi fərdlər nanobotlar, beyin çipləri və paltara bərkidilir, nanotexnoloji qəbuledicilər 
sayəsində bir çoc texnoloji nailiyyətlər əldə ediblər
10

 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Çox varlı insanlar tərəfindən istifadə olunan tanıma texnologiyasının (səs, üz və gözün 
torlu qişası  və s.), nanobotların, beyin çiplərinin və nanotexnoloji qəbuledicilərin digər 
növlərinin inkişafı bunun baş verməsinə səbəb ola bilər.    
 
Hansı müsbət nəticələr ola bilər? 
 
Bu cihazlar yaddaşın təhlilini və  qərar qəbul etmə prosesini təkmilləşdirəcək və insan 
bacarıqlarını sürətlə artıracaq. Təbii olaraq, daha varlı dövlətlər bunu birinci əldə 
edəcəklər, lakin cib kalkulyatoru kimi qiymətlər aşağı düşən zaman onlar bütün dünyada 
geniş şəkildə istifadə olunacaq. İnsanların həyatları və təcrübələri yazıya alınacaq və bu 
da onlara öz həyatlarını daha yaxşı idarə etməyə, öz təcrüəbələrindən bəhrələnməyə, və 
yaşlandıqca öz xoşbəxt anlarını yenidən yaşamağa imkan verəcək.  Şəxsi Süni İntellekt 
                                                 
10
 RT Delphi istinadları:  Süni İntellekt Mərkəzi, SRI International, www.ai.sri.com; Massaçusets Texnologiya 
İnstitutu, Kompüter Texnikası və Süni İntellekt Laboratoriyası, www.csail.mit.edu/index.php; Süni İntellektin Tədqiqi 
Jurnalı, www.jair.org. 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
103
həmçinin cinayətkarlığı əhəmiyyətli dərəcədə azalda bilər. Təsəvvür edin ki, cibinizdə çox 
təkmilləşdirilmiş bir Quql chiazı daşıyırsız və o sizə küçədən keçən bir nəfəri müəyyən 
etməyə imkan verir və ya ərazidə eyni maraqlara malik digərl insanları göstərir. Süni 
İntellekt cihazları  həmçinin sizə kiminlə  əlaqə saxlamığınızı deyə  və onlarla əlaqə 
saxlamağa kömək edə bilər. 
 
Bunun baş verməsinə nə mane olur? 
 
Üz tanınmasına daxil olan üz cizgilərinin tanınmasının çətinliyi, məxfilik məsələləri və 
qərar qəbul etmə prosesi üçün lazım olan digər informasiya tələbləri bunun baş 
verməsinə əngəl törədə bilər. Cihazların müəyyən (bəzi) istifadələri müdafiə və kəşfiyyat 
mülahizələri səbəbindən məhdudlaşdırıla bilər.   
 
Hansı mənfi nəticələr ola bilər? 
 
Məxfiliyin itməsi, davamlı şəkildə meydana çıxan əxlaqi məsələlər, varlı-kasıb fərqlərinin 
artması, cinayətkarlar tərəfindən istifadə  və  məxfiliyi qorumaq üçün portativ “anti-süni 
intellekt cihazları” inşa etmək üçün yarışma və bu cihazlardan asılı hala gəlmiş insanların 
intellektual və emosional bacarıqlarının azalması potensial mənfi nəticələrdəndir. 
 
11. Öyrənmənin necə meydana çıxdığını  aşkar etmək və bunun vasitəsilə 
öyrənməni təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın 
sinir hüceyrələrinin əlaqələrinin tam şəkildə xəritələşdirilməsi  
 
Genlərin şifrələri açıldığı kimi insan beynindəki sinapsların birləşmə sxeminin də şifrələri 
açılaraq oxunub. Bu mürəkkəb xəritədən idraki inkişaf, intellekt və emosiyalar barədə, 
süni intellekt cihazlarını necə inşa etmək haqqında və nəticə etibarilə öyrənmənin sürətini 
və intensivliyini artırmaq haqqında məlumatlar əldə olunub.
11
 
 
Bunun baş verməsinə nə səbəb ola bilər? 
 
Artırılmış intellektin bilik iqtisadiyyatında rəqabət aparmaq bacarığına malik əsas 
üstünlüyə malik olduğunun dərk edilməsi, irəliləyişə nail olmaq üçün uzun müddət ərzində 
tədqiqatlara pul ayıracaq bəzi ölkələr tərəfindən beynin kütləvi  şəkildə araşdırılmasına 
təkan verəcək. Allen Beyin Atlası Layihəsi (siçan beynində gen ekspresiyyasının 
interaktiv, bütün genləri  əhatə edən təsvirlər bazası) nevrologiyada sürətlə baş verən 
irəliləyişlərin bariz nümunəsidir.  Əqli fəaliyyətin tamamilə başa düşülməsi, dinamik 
skanerləşdirmə üsullarında (imkanların yayılması  və funksional Maqnetik Rezonans 
Təsvirlərdə mövcud olan texniki üsullara icazə verilməsi kimi), məlumat bazasının idarə 
olunmasında, təsvirlərin hazır  şəklə salınmasında, hesablayıcı nevrologiyada və 
avtomatlaşdırılmış  tədqiqatlarda təkmilləşmələrin olmasını  tələb edir. Çünki bu gedişlə 
2030-cu ilədək bu iş başa çatdırılmaya bilər. Hər halda, hətta cüzi nəticələrin belə 
öyrənmə haqqında mühüm nevrologiya anlayışlarını meydana gətirəcəyi ehtimalı var. 
Hesablamaların çətinliyi nəzəriyyəsində irəliləyişlər, bu prosesə nail olmaq üçün 
irəliləyişlərin tədricən baş verməsini qəbul etmək və böyük nailiyyətlər əldə etmə zərurəti 
də bu prosesin əmələ gətirilməsinə kömək edə bilər.  
 
                                                 
11
 RT Delphi istinadları: T. H. Mörfi, J. M. Baraban, və U. G. Viyer, “Kalsium Təsvirindən istifadə etməklə Miniatür 
Sinaptik Axınlarının Vahid Sinaptiklərlə  Cədvəlləşdirilməsi Sinaptikdən sonrakı  Nəticədə Heterogenliyi aşkara 
çıxarır”, Neyron 15 (1995), 159–68 səhifələr; Nevrologiya üçün Cəmiyyət, “Alimlərin insan beyninin İnkişafını 
xəritələşdirməsi”; Stressin davamlı Təsirlərinin Başa düşülməsində İrəliləyişlər etmək, Nikotin və Alkoqol,” pres reliz, 
8 Noyaber 2003; Beyn elmləri Allen İnstitutu, www.alleninstitute/content/about_the_institute.htm. 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə