Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
98
Bu fəaliyyət insan mühitində inkişaf etdirilsə təhlükədə olan gənc insanları müəyyən edə
bilər. Elis Uolkerin əsəri göstərdi ki, həyatı ağır keçmiş, lakin yenə də xoşbəxt yaşayan
insanların bir ümumi cəhəti olub: onların hamısını onları sevən bir nəfər tapıb. Bu cür
proqramlar bu kimi gəncləri müəyyən edə və müvafiq tərbiyəçilərin köməyilə onları
maarifləndirə bilər.
Hansı müsbət nəticələr ola bilər?
Bu daha ahəngdar və sabit cəmiyətlərin yaradılmasına səbəb ola; intihar, narkotik asılılıq
və terror
kimi sosial problemləri azalda; insan təbiəti haqqında daha çox biliklərlə təmin
edə; profilaktik psixi sağlamlıq və dərman preparatalarına qoyulan sərmayələrin
artmasına gətirib çıxara bilər. Bu proqramlar, həmçinin müəyyən psixi sağlamlıq
məsələləri ilə - xüsusilə də insanların indi çox yaşadığı bir dövrdə - məşğul olmağın
nisbətən ucuz yolu ola bilər.
Bunun baş verməsinə nə mane olur?
Bu proqramın normadan kənar davranışların aradan qaldırılması və ya bu davranışlara
nəzarət olunması üçün hökumətlər tərəfindən istifadə olunan bircədəfəlik təsnifat sistemi
ola bilməsi və ya bu proqramın daha despotik paranoidal cəmiyyətlər tərəfindən həyata
keçirilərək yaradıcılığın və yeniliklərin azalmasına səbəb ola biləcəyi haqqında
fikirlər
bunun baş verməsinin qarşısını ala bilər. Bütün dahilər bir az dəli olurlar! Yaxşı niyyətlərlə
irəli sürülməsinə baxmayaraq bu təklif bir çox mənfi cəhətlərə malikdir, məsələn, bütün
dünyada qəbul olunması üçün onun “profilləşdirilməsi”. Terrorçu fəaliyyət və zorakı
cinayətkarlıq da daxil olmaqla, cəmiyyətin mənafeyinə zidd olan davranışlar, təkcə fərdi
tərbiyənin problemi deyil; bunun, həmçinin sosial səbəbləri də var. Bunu necə həyata
keçirməyi, xüsusilə geniş əhali kütlələri arasında təsir göstərməyə vadar etməyin yollarını
heç kim bilmir. Psixi xəstəliklərin çoxunun irsi və ya psixoloji səbəblərdən baş verdiyinin
günü-gündən artan sübutları onu
göstərir ki, ola bilsin ki, bu proqramlar genom təhlillərlə
müqayisədə effektivliyi məhdudlaşdırıblar.
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram, milli dövətlərdə qrup şəklində danışığa, məxfiliyin, söz və fikir azadlığının
azalmasına və məlumat toplayan/polis orqanlarının gücləndirilməsi və tarixdə insan
haqqlarının ən pis şəkildə pozulması ilə nəticələnə bilər. Bu isə, incəsənətin yeni
formalarının yaranmasının qarşısını almaqla neo-sosialist realizmə gətirib çıxara bilər. Bu
proqramlar nəticəsində dünyanın ən dahi filosofları mənfi üslubda göstərilə bilər. Onda
onların və onların nailiyyətlərinin başına nə gələrdi? Gələcəkdə əgər biz
anormal
şəxsiyyətə malik fərdləri “sağaltmağa” və ya təcrid eləməyə başlasaq, görəsən biz
dünyaya faydası olan bir şeyi məhvmi edəcəyik? Axı nəyin “anormal” olduğuna kim qərar
verir?
6. Təkmilləşdirilmiş fərdi qidalandırma
İnsanın özü tərəfindən aparılan diaqnostik testlər təkmilləşmiş təfəkkürün inkişafı üçün
fərdiləşdirilmiş qidalanma tələblərini müəyyən edir. Bu testlər daha zəngin ərazilərdə
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
99
həyata
keçirilir, hökumət və sığorta şirkətlərinin dəstəyilə artıq az gəlirli ərazilərində də
istifadə olunmağa başlayır
6
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Tibbi sığorta şirkətləri, təhsil proqramları və ticarət müəssisələri arasında ittifaqlar
insanların özü tərəfindən aparılan testlərin artmasına səbəb ola və istehlakçıları yeni
bəsləyici qidalar haqqında maarifləndirməyə kömək edə bilər. Sığorta şirkətləri testlərdən
və yeni qidalardan istifadə edənlər üçün sığorta qiymətlərini aşağı sala bilər.
Qidalandırmada, DNT testlərində, “təbiət və qidalanma” amillərinin sağlamlıqda rolunu
anlamanın təkmilləşməsində, fərdiləşdirilmiş təbabətdə elmi nailiyyətlərin əldə olunması
və “nutrigenomlar” da bu ehtimalın həyata keçmə şansını artıra bilər.
Yoxsul ölkələrdə bu
proqramın həyata keçirilməsi üçün QHT-lərin və BMT qurumlarının köməyi zəruri olardı.
Hansı müsbət nəticələr ola bilər?
Bu, xalqın sağlamlığını və idraki inkişafını təkmilləşdirə, tibbi xidmətlərin qiymətlərini
azalda və insanların ömrünün uzanmasına, fiziki qüvvələrinin və fəaliyyətlərinin artmasına
səbəb ola bilərdi.
Bunun baş verməsinə nə mane olur?
Təkmilləşdirilmiş fərdiləşdirilmiş qidalanmaya yoxsulluq, pis qidalanma vərdişlərinə malik
mədəniyyətlər, siyasi iradənin azlığı, yeyinti sənayesini daha da fərdiləşdirilmiş və
bəsləyici qidaların istehsalına yönəltmə xərcləri və diaqnostik təhlillərdə səhv ola biləcəyi
qorxusu əngəl törədə bilər. (Lakin, tam və növbə-növ qidalanmanın
ümumi sərfəli
nəticələri fərdi nəticələrin sərfəli yüksək-xərclərini kölgədə qoyur). Bu isə yoxsul ərazilər
üçün maliyyə cəhətdən mümkün ola bilməz. İrsən əldə edilmiş qidalanma vərdişlərindən
duyulan həzz bu cür fikirləri inkar edə bilər. Əgər DNT testləri tələb olunsa, onda bəzi
insanlar buna müqavimət göstərəcəklər.
Hansı mənfi nəticələr olabilər?
Bu, xüsusi pəhrizlərlə qidalanma imkanı olan varlı insanlar və imkanı olmayan kasıblar
arasında fərqləri artıracaq.
7. İrsi yüksək intellekt
İntellektin və öyrənmənin artmasına kömək edən genlər
müəyyən olunub və öz gələcək
uşaqlarının potensial intellektini dəyişmək üçün dünyanın yuxarı və orta siniflərindəki bir
çox valideynlər tərəfindən istifadə olunub. Yoxsul regionlardakı bir çox insanların
müalicəsinə pul ayrılıb
7
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
6
RT Delphi istinadları: “Düşünmə üçün Qidalar:Beyni Tikən və tükətən Qidalar”, AskDrSears.com, 2000; “Beynin
inkişafına və Zədələrin sağalmasına Kömək edən Qidalar və Vitaminlər,” at Yourfamilyclinic.com, tarixsiz; BMT-nin
Ərzaq və Kənd-Təsərrüfatı Təşkilatı, “Balıq da, Protein də Büyin üçün Qidadır”, Fokus: Balıq tutulan
yerlər və Qida
təhlükəsizliyi”, tarixsiz.
7
RT Delphi istinadları: Uesli Smit, “Biotəhlükələr”, San Francisko Xronikası, 6 Noyabr 2005; Joao Pedro de
Maqalaes, “Uşaqlarımızın Səciyyəvi Cizgilərinin Müəyyən Olunması”, 2006; Everet Mendelson, “Yevgenik
Həvəslər”, Harvard Jurnalı, Mart-Aprel 2000.