Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
100
Nevrologiya və genetika elmləri arasında gələcək müştərək fəaliyyət (sinerji), öz uşaqları
üçün daha firavan həyat istəyən valideynlər və dərman preparatları vasitəsilə təfəkkürün
artırılmasının ilkin uğuru bunun baş verməsinə səbəb ola bilər. Yaxın gələcəkdə genetik
əqli inkişafın əsas forması Preimplantasiya Genetik Diaqnozu olacaq. Bu üsul pataloji
cəhətdən aşağı olan intellektə cavab verən genləri seçərək kənarlaşdırır. Bu, aşağı
fəaliyyətin sayının azaldılmasına və orta hesabın artırılmasına gətirib çıxaracaq, lakin
PGD daha da ümumiləşdirilməlidir. Bu isə, texnologiyanın təkmilləşməsini, qiymətləri
aşağı salmaq üçün prosesin avtomatlaşdırılmasını, müxtəlif müalicələrin müqayisəsinə
imkan verən standartların yaradılmasını və ən əsası, genetik
seçməni daha da məqbul
edən vəziyyət dəyişikliklərini tələb edir. İdrakın genetik cəhətdən artması, həmçinin
cinayətkar davranışlara cavab verən genlərə təsir göstərən tək bir prosedurda
birləşdirilməlidir. Biz görmə qabiliyyətimizi eynəyin köməyilə “düzəltdiyimiz” kimi, həmçinin
zəif intellektimizi də düzəldə bilərik. İntellektin artırılması üçün təhlükəsiz bir prosedur
mümkün olan kimi valideynlər öz uşaqlarını bu proseduru ilk təklif edən ölkəyə
aparacaqlar. Sosial əxlaqi prinsiplərin inkişaf etdirilməsi, müxtəlifliyin
qəbul edilməsi və
digərlərinə hörmət və ya genetik cəhətdən artırılmış intellektlə müşaiət olunmalı, ya da
ondan əvvəl mövcud olmalıdırlar.
Hansı müsbət nəticələr ola bilər?
Bu, əqli cəhətdən geri qalmış uşaqları sağalda bilər. Bütün irəliləyişlər kimi bu proqram da
ilk əvvəl varlı insanlar tərəfindən öz uşaqları üçün təmin ediləcək, lakin vaxt keçdikcə,
gələcək nəsilləri daha ağıllı etmək məqsədilə qiymətlər aşağı düşəcək.
Bunun baş verməsinə nə mane olur?
Genetikanın kifayət qədər irəliləməsi, baha qiymətlər və genetik texnologiyadan yalnış
istifadə etməyin genetik mutasiyalara səbəb olacağı qorxusu və bu həyatın ALLAH
tərəfindən verilən dəyişilməz bir hədiyyə olduğuna inanmaq bu ideyanın həyata keçməsini
çətinləşdirəcək.
Hansı mənfi nəticələr ola biər?
Adi seçim meyarı bir neçə aşkar oluna bilən “ağıl genlərinə” gətirib çıxara bilər,
baxmayaraq ki, bu genlər insanın bütün bacarıqlarını təmsil etmir (digər tərəfdən, bu
texnologiyanın geniş şəkildə təsdiqini tapması və istifadəsi
mümkün olsa da, bu
məhdudiyyət 2030-cu ilədək çətin ki, çox sayda insana təsir göstərsin). Bu, varlı-kasıb
fərqlərini artıra və ola bilsin ki, ağıllı menecerlər və nisbətən az ağıllı istehlakçıların olduğu
parçalanmış cəmiyyətə gətirib çıxarsın və ya insanları idarə etmək arzusunda olan
gələcək diktatorlar tərəfindən istifadə oluna, ya da “super yarışa (irqə)” və yaxud da
“dünya liderlərinin” meydana gəlməsinə səbəb ola bilər. Uşaqların
daha uşaq olmağa
“vaxtları” olmaya bilər.
8. İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal onlayn (internet şəbəkə)
simulyasiyalarından istifadə
2003-cü ildə açılmış və 2007-ci ilin ortasına kimi təqribən 7 milyon sakini olan “İkinci
Həyat” kimi virtual reallıqlar, sosial davranış üçün təbii hüquqların ekvivalentini və yeni
tele-virtual təhsil simulyasiyalarını təkmilləşdirmək məqsədilə aparıcı
təfəkkür alimləri,
təhsil planı mütəxəssisləri və davranışların tədqiqi ilə məşğul olan alimlər tərəfindən
istifadə olunur. Bu elektron universitetlərdə insanlar özlərini cəmiyyət kimi aparır, yeni
mədəniyyətlər qurur və insan eksprementlərində müşahidə oluna biləcək narahatçılıqlar
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
101
olmadan cəmiyyətin birləşdirici elementləri üzrə eksprementin
həyata keçirilməsinə zəmin
yaradırlar.
8
Bunun baş verməsinə nə səbəb ola bilər?
İlkin istifadə iş bazarı araşdırması və siyasi porqnozlaşdırma məqsədi daşıya bilər. Lakin
qiymətlər aşağı düşdükdən sonra bu proqram sosiologiyanın tədrisində istifadə oluna
bilər. Bu, “İkinci Həyat” kimi fenomendən təbii şəkildə təkamül edəcək.
Hansı müsbət nəticələr ola bilər?
Bu, tədqiqat xərclərini azalda, müqayisəli təhlil üçün əla bir “müqəvva” rolunu oynaya bilər
və yaradıcı mədəniyyətlərin inkişafını təşviq etmək üçün fantaziyalara təkan verər. Hamı
hər yerdə qabaqcıl sosialogiya araşdırma təhsilindən istifadə etmək imkanına malik
olacaq.
Bunun baş verməsinə nə mane olur?
Real sosial vəziyyətləri kiber məkanda yenidən qurmaq demək olar ki, mümkün deyil.
İnsanlar simulyasiyalar üçün kifayət qədər dəqiq məlumatları təqdim etməyə bilərlər,
nəticə etibarilə onların dəyərini azaldarlar. Bu vasitələrdən istifadə edən məqbul
idarəetmə elementləri də bu proqramın həyata keçməsində rol oynaya bilər.
Eksperimentatorların keçmişdə tədqiqatlar üçün insanlardan
sui-istifadə etdikləri kimi,
kiberməkanda da insanlardan sui-istifadə etmək mümkündür. Əgər nəticələr siyasi
istiqamətlərin “səhv” yöndə olduqlarını göstərirsə, o zaman gələcəkdə bu proqramın tətbiq
olunmasına əngəl yaranır.
Hansı mənfi nəticələr ola bilər?
Virtual reallıqlar şəxsiyyətin parçalanmasına – birinin diqqətinin kiber dünyada, digərinin
isə ənənəvi dünyada cəmləşməsinə - gətirib çıxara bilər. Bu isə insan cəmiyyətinin
təkamülünə zidd ola bilər. “İkinci həyat” mədəniyyət, əxlaqi
prinsiplər, mənəviyyat və digər
aspektlərdə real həyatla münaqişəyə girə bilər.
9. Elmin arxasınca qaçmağı gücləndirən ictimai əlaqələr sistemi
2030-cu ildə öyrənmə konsepsiyalarının və ya stereotiplərinin sosial marketinqi geniş
şəkildə yayılmış olacaq. Mövzulardan bəziləri artıq yayılıb: İntellekt Cazibədardır, Bilik
Gözəldir, Bilik Əhəmiyyətlidir, və Cəhalət Yoxsulluğa Bərabərdir. İctimai KİV rəhbərləri
tez-tez təhsil rəhbərləri, təfəkkür alimləri, və artistlərlə görüşür ki, öyrənmənin həyatın
əsas işi olduğunu yaymaq üçün müzakirələr aparsınlar.
9
Bunun baş verməsinə nə səbəb ola bilər?
Qarşıdan gələn elm-tutumlu iqtisadiyyatlar sayəsində biliyin (elmin) və intellektin
əhəmiyyəti xüsusi olaraq nəzərə çarpacaq, KİV və əyləncə sənayeləri biliyin arxasınca
gedən yolda, məsələn QİÇS əlayehinə “Yu-tu” qrupunun iştirakı ilə həyata keçirilən
“Qırmızı Layihə” kimi proqramlarda mühüm bir rol oynamaq üçün cəlb oluna bilərlər. Bu
8
RT Delphi istinadları: Baş səhifə, at secondlife.com; Annali Nyuits, “Sizin İkinci Həyatınız Hazırdır”, “Məşhur
Elm”, sentyabr 2006; “Həqiqi İnsan Əlaqələrinin Sirlərini Açmaq üçün İstifadə olunan Süni Dünyalar”, Kornel Nyus,
14 Fevral 2003.