Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
96
qrupların öyrənmə üslublarını və ehkamlara və təlqinlərin digər formalarına olan
ehtiyaclarıını müəyyən edir və ona uyğunlaşırlar. Simulyasiyalar, süni təcrübənin və sosial
eksperimentlərin təhlükəsiz bir mühitdə təmin olunması üsullarıdır
4
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Buna VR oyun sənayesinin və təhsil sistemlərinin qarşılıqlı təsiri; əldə olunan xeyirləri
nümayiş etdirmək üçün daha uzunmüddətli vaxta vəsait qoymaq istəyində olan rəhbərlik;
Mur Qanununun, nano prosesinin davamlı irəliləyişi, gücləndirilmiş tezliklər zolağı,
yüksək
texnologiyaya malik VR-ın populyarlaşdırılması; video oyunların və istifadəsi asan
proqram yaradılması vasitələrinin yayılması (X Bot tədris vasitəsi olacaqmı?) ilə nail
olmaq olar; İkinci Həyat kimi süni cəmiyyətlərə qəbul və iştirakın artması; xüsusi tədris
mühitləri üçün simulyasiyaların yaradılması məqsədilə wiki kimi proqramlardan
(yanaşmalardan) istifadə; təfəkkür elmindən alınmış yeni anlayışların tətbiqi; bilik
iqtisadiyyatının tələbləri nəticəsində mümkün ola bilər. Bu gün bütün növ simulyasiyalar
hərbi təlimlərin geniş yayılmış və həyati əhəmiyyətli bir hissəsinə çevrilib.
Elmi birliklər məlumatların və simulyasiya formatlarının standartlaşdırılmasını
sürətləndirdikləri üçün, maarifləndirici simulyasiyaların qiyməti aşağı salına bilər.
Xərclər
həmçinin qlobal əməkdaşlıq və dünyada hamı tərəfindən istifadə olunan modullardan
ibarət subsidiyalaşdırılmış wiki kimi proqramların köməyilə azaldıla bilər. Bu tətbiqatlar
getdikcə gəlir mənbəyinə çevrildiyi üçün, “İkinci Həyat”-kimi simulyasiyaların gələcək
nəsilləri də həmçinin təhsilə ayrılan subsidiyaları azalda bilər. Maarifləndirici simulyasiya
proqram təminatının əldə olunmasını asanlaşdırmaq üçün açıq mənbəli standartlar
nəzərdə tutulmalıdır. İnteraktiv obyektə malik VR dünyalara çevriləcək “Facebook” və
“MySpace” kimi sosial şəbəkələr vasitəsilə Kompüter-ağıllı tələbələr
daha tez mümkün
olacaq. VR dizaynı və həyata keçirilmə xərcləri yaxşılaşacaq, və interfeys daha təbii
olduqca, dünyada çoxlu yeni tətbiqatlardan istifadə edən insanların sayı çoxalacaq.
Hansı müsbət nəticələr ola bilər?
Bu immersiv təcrübi öyrənmə metodu davamlı artan təsirə malik olacaq, həqiqətən təhsilli
insanların sayını artıracaq, yeni təcrübələrə yol açacaq, yaradıcılıq qabiliyyətinə təkan
verəcək, mürəkkəb sistemlərin davranışının avtomatik (xəyali) biliklərini təkmilləşdirəcək,
fərdi şəxsiyyətin inkişafına imkan yaradacaq və bəşəriyyətin təkamülünə yardım
göstərəcək. Bu sistem insanları inandırmağa çalışacaq ki, əgər problem virtual reallıqda
həll
oluna bilirsə, deməli o “real dünyada” həll oluna bilər.
Simulyasiyalar həm fərdi ehtiyacları və həm də kollektiv öyrənmə təcrübələrini qane edə
bilər. Davamlı real-vaxt elm, idarəçilik, və öyrənmə simulyasiyaları real-vaxt ictimai
intellekti və hökumət büdcələrinə verilən məlumatları əlaqələndirəcək, və simulyasiyaları
dialoq və qərarlar üçün bir əsasa çevirəcək. Simulyasiyalar qarşılıqlı əlaqənin daha
normal bir tərzi olacaq və yüksək keyfiyyətli avadanlıqların qiymətlərini aşağı salacaq. Bu
isə fərdiləşdirilmiş təhsil platformalarının yeni formalarına təkamül edəcək
www.thetransitioner.org/wiki/tiki-index.php?page=Holopticism linkinə bax.
Bunun baş verməsinə nə mane olur?
4
RT Delphi istinadları: Jong-Heon Kim, “Fizika Təhsilində Virtual Reallıq Simulyasiyaları”, IMEJ (İnteraktiv
Multimedia Elektron Jurnalı),
tarixsiz; “Virtual Reallıq: Tarix”, Minillik üçün Elm, Superkompüter Əməliyyatları üzrə
Milli Mərkəz, İllinois Universiteti, 1995-ci il; “Virtual Reallıq,” Vikipedia.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
97
Video oyunlardakı zorakılıq, evə çıxışın və ya valideynlərlə qarşılıqlı anlaşmanın məhdud
olması, rəhbərliyin kifəyət qədər olmaması, baha qiymətlər, həyata keçirilmənin çətinliyi
və hansı dəyərlərin və məzmunun daxil ediləcəyi barədə fakir ayrılıqları simulyasiyaların
həyata keçirilməsinə əngəl törədə bilər. Bu gün ciddi VR təhsil tətbiqatlarını yaratmaq,
“İkinci Həyat”-da istifadə olunan tətbiqatlardan daha çətindir.
Hansı mənfi nəticələr ola bilər?
Bu kiber “asılılığa”, reallıqla əlaqənin və üz-üzə insan təmasının itirilməsinə, və
simulyasilarla öyrənmə ilə real həyatdakı həqiqi fəaliyyət arasında əlaqənin
kəsilməsinə
gətirib çıxara bilər. Əslində yaxşı olan, lakin sosial cəhətdən geri qalmış, komanda ruhu
və paylaşmaq hissi zəif olan fərdlərin sayı arta bilər. Həmçinin, “real dünyadakı” imkanlar
haqqında düşüncələri məhdudlaşdıraraq “virtual reallıq” sistemlərində təklif olunan
imkanlara yol aça bilər. Insanlar real həyatda nail olmadıqları mövqeyə kiberməkanda nail
olduqları üçün, bu sistem eqoist və qeyri-real qavrayışlara təkan verə bilər.
Simulyasiyaların çox canlı olmasına baxmayaraq, xüsusilə gənc insanlar üçün zəruri olan
üz-üzə təmaslar məhdudlaşdıra bilər. Təhsil simulyasiyalarının
bəşəri olaraq qəbul
olunması üçün onlar səthi olmaqla daha az həssaslıq və əxlaqi xüsusiyyətlər daşıya
bilərlər və “təhsil və əyləncə kombinasiyası”nda çatışmayan real eksprementlərin
mürəkkəbliyi və interaktivliyini nəzərə almayan müəllimlər tərəfindən zəif şəkildə istifadə
oluna bilər.
Simulyasiyalardan istifadə edən və etməyən millətlər, regionlar və mədəniyyətlər
arasındakı fərqlər zaman keçdikcə artacaq. Bu tendensiyanın mənfi nəticələri də ola bilər.
Bəzi qruplar “real” qaşılıqlı əlaqələri təsdiq edəcək və virtual simulyasiyaların faydalarını
inkar edəcəklər. Bu nəticənin kəskin olub olmayacağı qismən, bu texnologiyadan istifadə
etmək imkanı olan əhalinin sayından asılı olacaq. İnsan davranışlarına mənfi təsir
göstərmək üçün kiber cinayətlər və immersiv VR texologiyalarının məqsədyönlü dizaynı
da mümkündür. Edvard Kastronovanın “Süni Dünyalar” adlı möhtəşəm bir kitabına baxın.
5. İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını
almaq üçün layihələşdirilmiş fərdi öyrənmə (tədris) prosesinin davamlı təkamülü
Bir neçə ölkədə həyata keçirilən bu proqramların məqsədi, terrorçu fəaliyyət və zorakı
cinayətkarlıq
da daxil olmaqla, yaşlanma dövründə cəmiyyətin mənafeyinə zidd davranış
nümayiş etdirən şəxsləri müəyyən etməkdir. Bu yolla müəyyən olunmuş insanların
yaşlandıqca qeyri-stabil olmalarını və ya ruhi xəstələrə çevrilmələrinin qarşısını almaq
üçün xüsusi tərbiyə proqramları həyata keçirilir
5
.
Bunun baş verməsinə nə səbəb olar?
Ayrı-ayrı fərdlərin kütləvi məhvlərə (SİMAD) səbəb ola biləcəyi fikrinin günü-gündən
artması buna səbəb ola bilər, lakin bu fəaliyyətlərə ictimai marağın olduğunu və onların
totalitar istiqamətdə tətbiq olunmadığına təminat vermək üçün böyük diqqət
göstərilməlidir. Psixoloji təkamül nəzəriyyəsinin və metodlarının təkmilləşdirilməsi və
Malloun ehtiyacların ierarxiyasından istifadə bu cür proqramların inkişafına rəhbərlik edə
bilər. Bunun baş verməsi üçün təkamül sistemləri bir çox fərdlər
tərəfindən təsdiqlənməli
və nümunələr mühüm əhəmiyyətə malik olmalıdırlar, proqramlar çox faydalı, yaradıcı
olmalı və onun geniş şəkildə qəbul edilməsini təşviq etməlidir.
5
RT Delphi istinadları: Jean-Pierre Voyer, “Konstruktiv Araşdırma Gündəliyi üçün İlkin Şərtlər”, 27 mart 2003-cü ildə təqdim
olunmuşdur.