Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
106
Hansı müsbət nəticələr ola bilər?
Bu, insanın intellektinin və fiziki fəaliyyətinin artmasına, bundan əlavə yaşlıların beyinlərini
daha uzun müddətə sağlam saxlamaq üçün şərh edilmiş müsbət nəticələrə gətirib çıxara
bilər.
Bunun baş verməsinə nə mane olur?
Sınaqdankeçirmə və marketinq üzrə tibbi təlimatlar, İstifadənin əxlaqi prinsipləri,
dərmanlardan çəkinmə, “təbii” vasitələrə verilən yüksək qiymət, tibbi inhisarlar, və
“möcüzəli dərmanların” naməlum təsirlərindən qorxma bu imkanın
həyata keçməsinə
mane olacaq.
Hansı mənfi nəticələr ola bilər?
“Möcüzəli dərmanların” insanların bütün problemlərini həll edəcəyi haqqında düşüncələr
təhlükəli nəticələrə gətirib çıxaracaq. Məsələn insanları rəqabətli dərman yarışına, izafi
dozalara cəlb etmək, və insan psixikasının mürəkkəbliyinə etinasız yanaşmaq kimi
nəticələrə.
14. Veb 17.0
2030-cu ilədək, əsrin dönüşündə başlamış Şəbəkədə məlumatların inteqrasiyasına doğru
meyllər (Quql Örs, Vikipediya, Masaçuset Texnologiya İnstitutunun kurs materialları) elə
bir nöqtəyə çatıb ki, dünya biliyinin çox hissəsi – məlumatlar, təhlillər, müzakirələr –
Semantik Veb 17.0-a daxil olub. Bu struktur konsepsiyaların (həm
dəqiq və həm də qeyri-
dəqiq) məntiqi bünövrəsinə əsaslanaraq təşkil olunub, təbii dil interfeysinə malikdir,
dinamikk şəkidlə saxlanılır, və obyektlərin qaşılıqlı əlaqəsini idarə edən məntiqi qaydaları
“bşa düşən” ağıllı sub-sistemdən ibarətdir. İnterfeys, bilikləri və prosesləri ifadə etmək
üçün virtual reallıq kimi qrafiki texniki üsullardan intensiv şəkildə istifadə edir
14
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Uşaqları tədris etməkdən, böyükləri tədris etməyə və sonra özünütədrisə doğru proqress,
semantik təhlilin inkişafı və biliklər üzərində müştərək şəkildə işləməyin lazım olduğunun
başa
düşülməsi, Web 17.0-ı insanların istədiyi vaxt və istədikləri kimi öyrənməyə
getdikləri bir yerə çevirəcək.
Hansı müsbət nəticələr ola bilər?
Veb 17.0 şəbəkələri daha ağıllı etməli, soğuları və təhlilləri daha dəqiq aparmalı, bilik
əməkdaşlığının qarşısında duran maneələri aradan qaldırmalı, kütləvi birgə inkişaf üçün
birgə imkanların yaradılmasını stimullaşdırmalı, mürəkkəbliyi, qarışıqlığı, xaosu və
xətaları azaltmalıdır. O, eyni zamanda əqli mülkiyyətə çıxış üzrə ödənişin iqtisadi
paradiqmasını hər hansı birgə mülkiyyətlə “işləməklə əlaqədar bilik hərəkəti”ndən irəli
gələn gəlir paradiqmasına dəyişə bilər. Duqlas Enqlbartın Açıq Hipertekstdokyument
Sistemi və Pyer Levinin İnformasiya İqtisadiyayatının
Meta Dili, XML Geo ilə və digər açıq
yeniliklərlə birləşə və insanlara özlərini tarixi məlumatlar da daxil olmaqla informasiya
14
RT Delphi istinadları: Ulliam E. Halal, “Ağıllı İnternet”, Dövlət Kompüter Xəbərləri, 23 JBMTe 2004; Bill Qeyts,
“Ağıllı İnternetə doğru”, Ekonomist Qrup, Maykrosoft-dan yenidən çap olunub, Noyabr 2000; Süni İntellekt Fondu,
alice.pandorabots.com.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
107
müxtəlifliyinə, çoxmədəniyyətli
və alternativ perspektivlərə, real-vaxt ciddi
oyunlarda/dəyişiklik oyunlarına, və praktiki əsaslı dialoqlara və konsensusun qurulmasına
baş vurmağa imkan verə bilər. Şəbəkələşmiş intellektin həmişə mövcudluğu və dərhal
istifadəsinin mümkünlüyü, və nəyisə bilmək üsullarının artıq mübarizə olmaması, kollektiv
insan şüurunun xeyli irəliləməsin səbəb olacaq.
Bunun baş verməsinə nə mane olur?
Əgər daha çox əxlaqi vasitələr həyata keçirilməsə, İnternetdən qeyri-qanuni və qeyri-
əxlaqi şəkildə istifadə getdikcə artacaq. Bəzi məhdudiyyətlər
təkmilləşdirilmiş semantik
təhlil, “fərdiyyətçi həllərə qarşı qrup həlləri”, və açıq-mənbəli proqram təminatı
təşəbbüsləri ilə mübarizə aparan sənayelərə gətirib çıxaracaq.
Hansı mənfi nəticələr ola bilər?
Yeni virus növləri və informasiya çatdırılmasının idarə olunması üsullarının yeni bilikləri
sevməyənlər tərəfindən istifadə olunması, Semantik Şəbəkə üzrə bilikləri təhrif edə bilər.
Keçmişdə, siqaret istehsal edən şirkətlər xərçəng xəstəliyi araşdırmalarını təhrif edirdilər,
bu gün neft şirkətləri qlobal istiləşmə araşdırmalarını təhrif edirlər, və gələcəkdə bəzi
qruplar onların ideologiyalarına qarşı çıxan araşdırmaları təhrif etmək istəyə bilərlər.
İdeoloji müharibələrə qarşı Koreya və Vyetnamın sənaye vasitələri ilə mübarizə aparıldığı
üçün, gələcəkdə ideoloji müharibələrə qarşı hələ ixtira olunmaqda olan informasiya
müharibəsi vasitələri ilə mübarizə aparıla bilər. Bu da Semantik Şəbəkəni döyüş zonasına
və nəticə etibarilə az etibar olunan bir yerə çevirəcək. Əsas geosiyasi problemlər,
terrorizm, ideoloji münaqişələr və hətta açıq mənbəli müzakirələr informasiya
müharibəsinin mərkəzinə və ya versiyasına çevrilə bilər.
15. Vahid ömürlük öyrənmə sistemləri
2030-cu ildə təhsil – körpə doğulmadan öncə həyata keçirilən proqramlardan tutmuş,
yaşlıları bilik, iş və asudə vaxtda əyləncə ilə təmin edən proqramlara qədər bütün yaş
qruplarını əhatə edəcək
15
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Ömürlük öyrənmə artıq uzunömürlülük, və həmçinin biliyin gələcək inkişafı və cəmiyyətin
tədqiqi ilə möhkəmləndirilmiş bir tendensiyadır; Yaşlılar yataqxanası bunun müasir bir
nümunəsidir. Hal-hazırda İnternet ömürlük öyrənməni qismən də olsa təmin edir, lakin
bunu çox az insanlar dərk edir. Tarixdə ilk dəfə bu qədər insan özünü uzun müddətə
təhsilə (təhsil və öyrənməyə) həsr edib. Bütün yaş qruları üçün
müxtəlif peşələrin tələb
etdiyi səlahiyyətlərin təkmilləşdirilmiş təsnifatı, öyrənmə prosesinin başlanğıcını ibtidai
məktəbdən qoyulduğunu daha yaxşı anlamaq, və daha humanist təhsil konsepsiyaları ilə
insanların mənəvi tələblərinə diqqətin artırılması bu imkanın meydana gəlməsi ehtimalını
artıra bilər.
Hansı müsbət nəticələr ola bilər?
15
RT Delphi istinadları: “Yaşlılar yataqxanas: Ömürlük Öyrənmə Macəraları”, www.elderhostel.org; Baş
Strategiyalar: STEP (Tələbələr, Müəllimlər, Yaşlılar, Valideynlər, Tələbə Nailiyyətləri) Proqramı, Ev və Məktəb
İnstitutu, Vaşinqton, Kolumbiya Dairəsi, 1983; “ABŞ-da Həyat: Yeni peşələr və
Təhsil”,
www.lifeintheusa.com/aging.careers.htm