183
bir məqsədə yönəldən qüvvədir. Bu kimi baxışlar ibrahimi
(təktanrılı) dinlərdəki Tanrı təsəvvürlərindən fərqlidir.
Senekanın tanrısı təbiətdən yadlaşan dünyanı odda
yandırır.
Bundan başqa Senekanın dünyagörüşündə mistik
məqamlara da rast gəlmək mümkündür. Məsələn o hesab
edirdi ki, insan həyatı ulduzlardan asılıdır. O həm də
falçılığı fəlsəfi baxımdan əsaslandırmağa çalışırdı.
Roma stoaçılarının daha bir tanınmış yunandilli
nümayəndəsi
Epiktetus (yun.
Έπίκτητος, m. 50 – 138)
olmuşdur. O, Senekanın öyrəncisi idi. Öncə kölə olmuş,
sonra azadlığa buraxılmışdır. Epiktetus 94-cü ildə Epir
adasının Nikopol şəhərində öz fəlsəfi məktəbini
yaratmışdır. Onun mühazirələrini dostu olan Arrianus
qələmə almışdır.
Müəllimi
Seneka
kimi
Epiktetus
da
əxlaqi
problemlərə önəm verirdi. O hesab edirdi ki, insanın
mənəvi baxımdan azad olması problemi onun özündən
asılıdır. Əgər qul bütün əzablara sinə gəlirsə, o əzablar
haqqında düşünüb həyatı anlayırsa, o zaman sahibindən
mənəvi baxımdan daha çox azad olur. Əslində isə kölə
deyil, məhz onun sahibi öz ehtiraslarının və nəfsinin
quludur. Beləliklə, kölənin mənəvi azadlığı ondan heç kəs
ala bilməz.
Epiktetusun fikrincə təbiətin
dərk edilməsi prosesi üç
mərhələlidir.
Birincidə insan öz bilməməzliyini, cahilliyini
dərk edir.
İkincidə o elmlərlə,
nəzəri təlimlərlə məşğul olur,
xeyirlə şəri bir-birindən fərqləndirir.
Sonuncu mərhələ isə