III
FƏSIL
ŞƏXSİYYƏT SOSİAL SİSTEMDİR
1.
Şəxsiyyət anlayışı
İnsan sadəcə olaraq sosial sistemin ünsürü deyildir; o həm də mürəkkəb struktura malik olan sistemdir. Ona
görə də şəxsiyyət problemi onu bir tam, bir sistem kimi açıqlamağa imkan verən, müxtəlif elm sahələrində çalışan
mütəxəssislərin səylərini fəal şəkildə birləşdirməyi zərurətə çevirən geniş kontekstdə öyrənilməlidir.
Bu bir həqiqətdir
ki, müxtəlif bilik sahələrinin hər biri həmin problemə öz predmetinə uyğun surətdə müraciət edir. Şəxsiyyətə bir sosial
sistem kimi yanaşan sosiologiya başlıca diqqəti onun təşəkkülü və inkişafının sosial qanunauyğunluqları, həmin
qanunauyğunluqların təzahür xüsusiyyətləri üzərində cəmləşdirir. Şəxsiyyət probleminin sosiologiyadakı əhəmiyyətini
bundan görmək olar ki, bütöv bir sahə - şəxsiyyətin sosiologiyası təşəkkül tapmışdır. Xatırlatmaq yerinə düşər ki,
vaxtilə şəxsiyyətin sosiologiyasının mövcudluğu bir çoxlan tərəfindən ancaq Qərbin təsiri kimi qiymətləndirilirdi.
Şəxsiyyət anlayışının özünü dəqiqləşdirməyə ehtiyac vardır. Elmi ədəbiyyatda bu barədə çox müxtəlif
mülahizələr söylənilsə də, onlan əsasən iki qrupda birləşdirmək olar.
Birincisi, şəxsiyyət normativ kateqoriya kimi izah edilir, yəni onun mahiyyəti insamn şüuruna və fəaliyyətinə
aid olan müsbət keyfiyyətlərlə əlaqələndirilir. Bu halda bəziləri yaş etibarilə yetkinliyi və psixi cəhətdən normal
olmağı, bəziləri yüksək mənəviyyatı, şüurluluğu, məsuliyyəti, bəziləri fikirlərin müstəqilliyini, baxışlann
müəyyənliyini, hisslərin orijinallığını, iradə qüvvəsini, daxili intizamı və s. şəxsiyyət olmaq üçün vacib normalar hesab
edirlər. Məsələyə bu cür [57 a 58] yanaşılması elmi cəhətdən doğru deyildir. Çünki insanların bir qismini şəxsiyyət
kimi, digər qismini isə qeyri-şəxsiyyət kimi səciyyələndirmək şəxsiyyət anlayışının tarixən yaranması faktına uyğun
gəlmir, ümumiyyətlə, şəxsiyyət probleminin həm nəzəri, həm də praktik səpgidə öyrənilməsi işinə lüzumsuz çətinliklər
əlavə edir. Bu cür yanaşma əslində normativ əlamətlər əsasında insan və şəxsiyyət anlayışlarını nisbətən kəskin
hədlərlə bir-birindən ayırır. Burada xaürlatmaq yerinə düşər ki, hüquq nəzəriyyəsi və praktikası insanların şəxsiyyət və
qeyri-şəxsiyyət kimi ayrılmasını məqbul saymır.
İkincisi, şəxsiyyət öz tipik və fərdi cəhətlərinin vəhdətində konkret insan kimi izah edilir. Bu nöqteyi-nəzər
şəxsiyyət anlayışını daha dəqiq əks etdirir.
Şəxsiyyət anlayışını fərd və fərdiyyət anlayışları ilə müqayisə etdikdə onun mahiyyətini daha aydın təsəvvür
etmək olar.
«Fərd» anlayışı bəşər nəslinin hər hansı aynca nümayəndəsini ifadə etmək üçün işlədilir. Məlum olduğu kimi,
sosial fəlsəfədə bu anlayış müəyyən sosial bütövün yeganə nümayəndəsini ifadə edir. Həmin anlayışın köməyi ilə hər
bir aynca adamın şəxsiyyət kimi formalaşdığı sosial şəraitdən mahiyyətcə asılılığı nəzərə çarpdınlır. İnsan sosial
münasibətlərin məhsulu kimi mövcud olur və fəaliyyət göstərir. Cəmiyyət sadəcə olaraq fərdi əhatə edən «mühit»
deyildir, həm də onun «daxilində» yaşayan fenomendir.
Təsadüfi deyildir ki, insanm fərdi davranışında bu fenomenin
müxtəlif amilləri (məsələn, mədəniyyətin səviyyəsi, həyat fəaliyyətinin formalan, üsullan və s.) dərin iz buraxır. Ona
görə də insan məlum cəmiyyətin yaratdığı şəraiti, imkanlan nəzərə almaq məcburiyyətində qalır. Lakin bu o demək
deyildir ki, fərdi mövcudluq şəraiti insanın sonrakı davranışını irəlicədən birdəfəlik və həmişəlik müəyyən edir. İnsan
davranışmm öz sosial-qrup vəziyyətinə müncər edilə bilməməsi, bu davranışın mövcud ilkin amillərə münasibətdə
nisbi müstəqil [58 - 59] olması, şəxsin öz fərdi siması üçün məsuliyyət daşıması, cəmiyyətin nəzərində müəyyən dəyər,
məna kəsb etməsi - bütün bunlar fərd anlayışının deyil, şəxsiyyət və fərdiyyət anlayışlarının köməyi ilə qeydə alınır.
İnsanlar özlərində sosial cəhətdən əhəmiyyətli keyfiyyətlər işləyib hazırlamışlar ki, bunları da ifadə etmək üçün
şəxsiyyət və fərdiyyət anlayışlarından istifadə edilir. Bu iki anlayış məna etibarilə bir-birinə çox yaxındır və qarşılıqlı
surətdə əlaqəlidir. Görünür məhz buna görə də həmin anlayışlan çox zaman bir-birini əvəz edə bilən eynimənah
anlayışlar kimi işlədirlər. Lakin şəxsiyyət və fərdiyyət anlayışlannda müəyyən məna çalarını fərqləndirmək
mümkündür. İnsan şəxsiyyətdir, çünki onun öz sosial siması vardır; insan həm də fərdiyyətdir, çünki onun xüsusi,
spesifik, təkrarolunmaz xassələri mövcuddur.
Fərdiyyət nəinki müxtəlif qabiliyyətlərin təzahürüdür, həm də onların müəyyən bütövlü5didür. Bu halda
adətən qabiliyyətlərdən biri digərləri ilə müqayisədə üstün mövqe tutur, onların əlaqələndirilməsinin orijinal üsulunu
müəyyən edir. Lakin fərdiyyət anlayışı bütün insan fəallığını tam həcmdə əhatə edə bilmir.
Fərdiyyətin yetkinləşməsi,
dolğunlaşması, ahəngdarlaşması xeyli dərəcədə şəxsiyyət stmkturundan asılıdır. Fərdiyyət anlayışı insan fəaliyyətinə
özünəməxsusluq və təkrarolunmazlıq, çoxcəhətlilik və ahəngdarlıq, təbiilik və sərbəstlik ölçüsü ilə yanaşdığı halda,
şəxsiyyət anlayışı bu fəaliyyətdə şüurlu-iradi başlanğıcı nəzərə çarpdırır. Şəxsiyyət anlayışı
26