3)
siyasi həyat sferasında - karyerizm, bürokratizm, siyasi naşılıq,
millətçilik, ekstremizm.
4)
məişət və həyat tərzi sferasında - dilənçilik, sərxoşluq, istehlakçılıq, ailə borcuna laqeyd münasibət.
5)
mənəvi həyat sferasında - mədəniyyətsizlik, meşşanlıq və s.
6)
ünsiyyət sferasında - insanlara laqeyd münasibət,
kobudluq, böhtançılıq, vicdansızhq, xudbinlik və s.
Bəzən kənara çıxan davranışı başqa əsasa görə - hüquqa, yoxsa əxlaqa aid olmasma görə iki tipə ayınrlar: a)
hüquqa zidd kənaraçıxmalar; b) əxlaqa zidd kənaraçıxmalar.
Bu halda onu əsas tuturlar ki, normalar, standartlar və qaydalar insanlann həyat fəaliyyətinin iki başlıca
nizamlayıcısı ilə müəyyən edilir: hüquq və mənəviyyat. Əlbəttə, onlar arasmda hüdud şərtidir. Buna baxmayaraq,
kənara [70-71] çıxan davranışın konkret formalarmı öyrənərkən həmin tip-ləşdirmədən istifadə etmək olar.
Bir cəhətə də diqqət yetirilməlidir: kənara çıxan davranışın bəzi formalan (məsələn, narkomaniya, fahişəlik,
korrupsiya) üzərindən illər bo}^! aydın seçilən örtük götürüldü, onlarm təzahürləri, səbəbləri fəal müzakirə
obyektinə
çevrildi. Elmi və siyasi dairələrin diqqəti iqtisadi cinayətkarlığa, kriminal davramşla səciyyələnən müxtəlif gənclər
birliklərinə yönəldi. Bütün bunlar keçmiş SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması, müxtəlif sahələrdə
ənənəvi əlaqələrin qismən və ya tamamilə qıniması, kənara çıxan davranış təzahürlərinə qarşı mübarizənin xeyli
zəifləməsi fonunda baş verirdi.
XX əsrin son onilləri ərzində apanlan sosioloji tədqiqatlar göstərirdi ki, kənara çıxan davranış qrupları
içərisində alkoqolizm, narkomaniya və cinayətkarlıq xüsusi diqqət tələb edən problemlərdir.
Bu bir həqiqətdir ki, sərxoşluq, alkoqolizm ciddi sosial bəladır; o,
ictimai həyata, necə deyərlər, əsaslı surətdə
nüfuz edə bilmişdir. Mütəxəssislər alkoqolizmlə bağlı aşağıdakı məqamlara xüsusi diqqət yetirirlər:
-
sərxoşluq, alkoqolizm müxtəlif sosial qruplara xas olan hadisədir. Bir sıra ölkələrdə (məsələn, Rusiya,
Ukrayna, Belorusiya və s.) həmin bəla hər iki cinsi (qadmlan və kişiləri) əhatə edir. Respublikamızda bu, daha çox
kişilərin həyat tərzi üçün səciyyəvidir.
-
alkoqolizmə meyllilik gənclər içərisində daha geniş yayılmışdır; bu, əmək intizamının pozulmasma, istehsal
travmatizminə, ailələrin dağılmasına, qeyri-normal uşaqlann doğulmasına, orta ömrün azalmasına səbəb olur.
-
son illərdə yeniyetmələr içərisində alkoqolizmə meylliliyin müəyyən əlamətləri müşahidə olunur. Bunu dövri
mətbuatın, radio və televiziyanın müəyyən materialları aydm surətdə nümayiş etdirir.
Alkoqolizmə qarşı mübarizə çox ciddi problemdir. [71 - 72] Bu iş sistemlilik tələb edir. Həmin prinsipin
pozulması alkoqolizmə qarşı apanlan mübarizənin səmərəsini azaldır.
Alkoqolizmə qarşı təsirli, fəal mübarizə apanimalıdır. Bunun başlıca yollan hansılardır?
Mütəxəssislərin fikrincə, ilk növbədə ailədən, yaşlılardan başlamaq lazımdır. F. Şereqinin tədqiqatlan göstərir
ki, alkoqoliklərin təxminən 1/3-i ilk dəfə spirtli içkini 10 yaşında, 2/3-si isə 11-15 yaşlarında dadmışdır. Artıq bu fakt
sübut edir ki, alkoqolizm və sərxoşluq gənclərin hər hansı xüsusi submədəniyyətinin üzvi ünsürü deyildir. Aparılmış
tədqiqatlar göstərir ki, gənclərin təxminən 40%-i qəti şəkildə qeyri-alkoqollu ənənələrə tərəfdar çıxır; yaşlılar
içərisində isə belələri cəmi 15%-i təşkil edir.
Sağlam həyat tərzi normalannm reallaşdıniması işi kifayət qədər mükəmməl təşkil olunmur. Adamlann bir
qisminin ümumi mədəniyyətinin aşağı olması da həmin prosesə təsirsiz qalmır. Konkret vəzifələrin həllində bəsitlik,
inzibati tədbirlərdən, amirlik metodlarından istifadə olunmasına meyllilik də son dərəcə mürəkkəb işə ancaq ziyan
vurur. Spirtli içkilərin ən müyəssər mallar sırasında olması da ümumi sağlamlaşma prosesinə təsirsiz qalmır.
Respublikaya müxtəlif ölkələrdən spirtin və spirtli içkilərin gətirilməsi üzərində ciddi nəzarətin olmaması da ciddi
problemdir.
Alkoqolizm probleminin kompleks həlli həm sosial, həm də tibbi tədbirlərin birləşdirilməsini, hüquqi və əxlaqi
tənzimetmə imkanlarının, inzibati səylərin fəallaşdınimasmı, antialkoqol təbliğatın səmərəli, konkret, təsirli təşkilini,
insanın özünün məsuliyyətinin arünlmasım nəzərdə tutur.
Deviant davranışın ikinci qrupuna narkomaniyanı aid etmək olar. Mütəxəssislərin fikrincə, XX əsrin 60-70- ci
illərindəki «özünüsakitləşdirmə» mühiti cəmiyyətdə narkomaniyanın getdikcə kəskinləşən sosial problemə
çevrilməsinin başlıca səbəblərindən biridir'. Təhlil göstərir ki, narkomaniya hər hansı birlik hüdudlanna sığmır və
əslində ən müxtəlif [72 - 73] sosial qruplan əhatə edir. Bu bəla sosial-mənəvi cəhətdən xeyli adamı şikəst edir,
antisosial davranışı və fəaliyyəti stimullaşdırır.
Narkomaniya məsələlərini xüsusi olaraq araşdıran A. A. Qabiani belə bir qənaətə gəlmişdir ki, narkomaniya
başlıca olaraq şəhərlərdə yaşayan və 35-ə qədər yaşı olan kişilər içərisində daha geniş yayılmışdır. Xüsusi həyəcan
doğuran cəhət ondan ibarətdir ki, onlann təxminən 1/3-i 25 yaşma qədər olan gənclərdir. Narkomaniya daha çox şəhər
problemi olsa da, narkotik vasitələrin istehlakı coğrafiyası genişlənərək, hətta ən uzaq kənd regionlanm da əhatə
etmişdir.^
' Тощенко Ж. Т. Социология. Общий курс. М., 2001, с. 254. ^ГабианиА. А.
Наркотизм: вчера и сегодня. Тбилиси, 1988, с. 17-19.
31
Respublikamızda konkret statistik göstəriciləri araşdıraraq, aşağıdakı məqamlan xüsusi qeyd etmək vacibdir:
Əvvəla, cinayətlərin ümumi sayında narkotiklərlə bağlı cinayətlər mühüm kateqoriyalardan biridir. Belə ki,
2002-ci ildə narkotiklərlə bağlı 2190 cinayət qeydə alınmışdır. Bu, həmin ildə qeydiyyata alınmış
cinayətlərin ümumi
sayının 14 faizini təşkil etmişdir.'
İkincisi, faktlar göstərir ki, işləməyənlər və təhsil almayanlar içərisində bu bəla daha geniş yayılmışdır.
Məsələn, 2002-ci ildə narkotiklər və digər güclü təsiredici maddələrlə bağlı cinayətlər törətmiş 1955 nəfər şəxs aşkar
olunmuşdur. Onlarm 93 faizini heç yerdə işləməyən və oxumayan şəxslər təşkil edir. Onlann 94 faizini kişilər, 28
faizini isə 30 yaşa qədər olan şəxslər təşkil edir.^
Üçüncüsü, araşdırmalar göstərir ki, polinarkomaniya geniş yayılmışdır. Həşiş, morfı, tiryək, kokain, heroin
qəbulu bu fikri təsdiqləyir. A. A. Qabianinin tədqiqatlarına əsasən demək olar ki, mütləq əksəriyyət (təxminən ^/4
hissə) həşişdən başlamışdır. Belə bir yanlış mülahizəyə inananlar çoxdur ki, guya həşişin ziyanı əhəmiyyətsizdir, o
qədər də ağır [73 - 74] nəticələrə gətirib çıxarmır. Halbuki həşişdən başlayan yol çox dərinliklərə gedib çıxır, ciddi
fəlakətlərə səbəb olur. Respublikamızda 2003-cü ilin əvvəlinə qeyri-tibbi məqsədlərlə narkotik, psixotrop və digər
toksiki maddələrdən istifadə etmiş 15.698 nəfər şəxs dispanser və profilaktika uçotunda olmuşdur, halbuki bu rəqəm
2002-ci ilin əvvəlinə 14.245 nəfər təşkil etmişdir. Uçotda olanlann 46 faizini (yəni təxminən yarısını) yaşı 30-a qədər
olan şəxslər təşkil edir.^ Belə bir cəhət də diqqəti cəlb edir ki, bir çoxları xroniki narkomanlar kateqoriyasına aiddir,
yəni elə şəxslərdir ki, onlar çoxdan və sistematik surətdə narkotikləri qəbul edirlər.
Dördüncüsü, narkotikləri qəbul edənlərin tərkibini araşdırdıqda məlum olur ki, onlar əsasən əvvəllər məhkum
olunmuşlar - özü də narkomaniya ilə bağlı cinayətlər törətmiş şəxslərdir, habelə spirtli içkilərdən
və ya narkotiklərdən
istifadə edən ailələrdən olan şəxslər, psixi və ya əsəb xəstəlikləri olan şəxslərdir.
Beşincisi, aparılmış sosioloji tədqiqatlar bu bəlaya düçar olmağın amillərini üzə çıxarmağa kömək edir. Rəyi
soruşulanlann əksəriyyəti (üçdə iki hissədən çoxu) bildirmişdir ki, onlar başqa şəxslərin təsiri ilə narkotik maddələrə
meyl göstərmişlər (dostlar və tamşlann təkidi ilə). Onlar kəskin hisslərə ehtiyac duyaraq, hedonist səyləri əsas
tutduqlarını, təxminən dörddə bir hissəsi isə başqalarını təqlid edərək, bu yola qədəm qoyduqlarını qeyd etmişlər. Ağır
psixi travmalardan, şəxsi dramalardan xilas yolu kimi narkotiklərə meyl göstərənlərin sayı isə az olmuşdur. Bu, belə bir
bəsit təsəvvürü rədd edir ki, guya narkotiklərdən istifadənin başlıca səbəbi məşəqqəti aradan qaldırmaq, ruhi müvazinət
əldə etmək arzusudur.
Nəhayət, altıncısı, narkotikləri istehlak edənlər onlar üçün xeyli pul, vəsait xərcləməli olurlar. Aydın məsələdir
ki, əksər narkotiklər istehlakçıları həmin vəsaiti cinayətkarlıq yolu ilə əldə etməyə cəhd göstərirlər. Onlann bir qismi
ümumiyyətlə [74 - 75] işləmir, bir qismi isə işləri müqabilində elə 5diksək haqq ala bilmirlər. Bütün bunlar belə bir
nəticə çıxarmağa imkan verir ki, narkomaniya ciddi ictimai «yara»ya çevrilmişdir. O, daimi diqqət tələb edən problem
olmuşdur. Bu hadisəyə qarşı mübarizə üçün təsirli tədbirlər düşünülməlidir. Effektli mübarizə isə qeyd edilən bəlanın
dərin sosial səbəblərini aşkara çıxarmağı nəzərdə tutur. Cəmiyyətin bütün qabaqcıl qüvvələri bu mübarizənin
səmərəsini artırmağa səy göstərməlidirlər.
Kənara çıxan davranışm üçüncü qrupuna cinayətkarlığın bütün təzahürlərini aid etmək olar. Adətən bu
təzahürləri qeyd edilən davranışm ifrat dərəcəsi kimi xarakterizə edirlər, çünki şəxsiyyətin, sosial təşkilatların,
bütövlükdə cəmiyyətin mənafeləri üçün ciddi təhlükə yaranır. Aydm məsələdir ki, heç bir cəmiyyət onun hüquqa zidd
hesab etdiyi davranışa laqeyd olmamış, mümkün vasitələrlə və metodlarla ona qarşı mübarizə aparmışdır. Elmi
ədəbiyyatda cinayətkar hərəkətlərin dəqiq təsnifatını vermək istiqamətində müxtəlif cəhdlər olmuşdur.
Bu məsələdə mühüm məqamlardan
biri ondan ibarətdir ki, cinayətkarlığa qarşı mübarizədə bütün məsuliyyəti
ancaq hüquq mühafizə orqanlannm üzərinə qoymaq doğm olmazdı. Qeyd etmək yerinə düşər ki, cinayətlərin müəyyən
hissəsi hələ də uçotdan kənardadır; həmin hissə latent (görünməz, gizli qalan) cinayətkarlıq adlanan cinayətkarlığı
təşkil edir. Deməli, ancaq cinayətkarlıq statistikasına istiqamətlənmək vəziyyətin həqiqi elmi mənzərəsini yaratmır,
çünki bu statistikada aşkar edilmiş faktlar qeydə alınır.
Qeydə alınmış cinayətlərin sayı və tərkibi baxımından respublikamızda vəziyyət necədir? Rəsmi statistikaya
görə, 2002-ci ildə qeydə alınmış cinayətlərin sayı 15.520 olmuşdur. Bu cinayətlər içərisində ən böyük rəqəmi (1919
hadisə) narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı təşkil edir. İkinci yerdə
oğurluq (1619 hadisə), üçüncü yerdə xuliqanhq (1285 hadisə), dördüncü [75 - 76] yerdə dələduzluq (1114 hadisə),
beşinci yerdə hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (919 hadisə), altıncı
yerdə qərəzli qətllər və öldürməyə cəhdlər (315 hadisə) dayanır. Həmin ildə qeydə alınmış hər 10 cinayətdən biri ağır
xarakter daşıyır."'
' Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290. ^
Yenə orada.
^ Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290.
Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 292.
32