inkişafını determinasiya edən sosial-iqtisadi şərtlər öz funksiyasını təkcə bütövlükdə cəmiyyət səviyyəsində deyil, həm
də müəyyən məskən səviyyəsində yerinə yetirir, çünki insan (və bütövlükdə əhali) məhz orada əməyin subyekti,
istehsalın subyekti və i.a. kimi çıxış edir. İnsanlann həyat fəaliyyəti şərtləri işçinin istehsal vasitələri ilə birləşməsi
formasından başlayaraq, məskəndə konkret xarakter daşıyır. Başqa sözlə, bu şərtlər onlann sosial inkişafının faktiki
əsası funksiyasını yerinə yetirir.
Lakin insanlann məskənlərə təkcə bağlanması və məskənlərin onlann həyat fəaliyyətinin bilavasitə mühitinə
çevrilməsi [81 - 82] sosial-ərazi birliyinin əmələ gəlməsi üçün hələ kifayət deyildir. Bu cür birlik yalmz elə
bir əsasda
təşəkkül tapa bilər ki, müəyyən yerdə insanlann həyat fəaliyyəti şərtləri digər yerdəki şərtlərdən fərqli olsun və bu
əsasda ümumi mənafelər formalaşsın. Məskənlərdə həyat şəraitində mövcud olan fərqlər bu və ya digər ərazinin,
regionun iqtisadi və sosial inkişafmdakı bərabərsizliyin təzahürüdür. Bu bərabərsizlik məhsuldar qüvvələrin inkişaf
səviyyəsindəki fərqlərlə, ərazilərin təsərrüfat baxımından mənimsənilməsindəki fərqlərlə şərtlənir. Məhz bu əsasda
məskənlərdə həyat şəraitindəki fərqlər təkcə iqtisadi sahədə yox, həm də sosial həyat sferasında mövcud olur. Öz
ictimai mənasına görə həmin fərqlər sosial-ərazi fərqləri kimi özünü göstərir. Şəhərlə kənd arasındakı fərqlər belə
fərqlərin xüsusi halıdır. Sosial-ərazi fərqləri isə həm şəhər məskənləri, həm də kənd məskənləri arasında təzahür edir.
Sosial-ərazi birliyi təkcə şəhərin, aqlomerasiyanm, kəndin əhalisi deyildir. Məskənlər daha mürəkkəb ərazi-
inzibati təşəkküllərinə (rayon, vilayət, respublika) qoşulmuşlar. Belə təşəkküllər də iqtisadi və sosial inkişafın
spesifikası baxımından fərqlənirlər. Bu halda sosial-ərazi birliyi iyerarxiyasında məskənlər xüsusi rol oynayır: istənilən
inzibati vahid müstəvisində sosial-ərazi fərqlərinin əsasmda həmişə yaşayış məskənlərində həyat şəraitinin vəziyyəti
dayanır. Həmin yerlərdə həyat şəraiti sosial inkişafin bilavasitə əsası olur. Buna görə də aynca məskənin əhalisi ilkin
sosial-ərazi birliyi kimi çıxış edir. İlkin sosial-ərazi birliklərinin məcmusu isə obyektiv surətdə sosial- ərazi
strukturunun aşağı, ilkin səviyyəsini təşkil edir.
Sosial-ərazi strukturu nədir?
Sosial-ərazi strukturu insanlann sabit birliklərinin və bu birliklər arasmdakı münasibətlərin məcmusudur; belə
birliklər müxtəlif ərazi-inzibati təşəkküllərində həyat fəaliyyəti şəraitində mövcud olan sosial qeyri-yekcinslik
əsasmda formalaşırlar. Sosial-ərazi strukturu cəmiyyətin sosial strukturunun [82 - 83] təzahürlərindən biridir. Bu
struktur insanlann müxtəlif məskənlərə və ərazi-inzibati təşəkküllərinə mənsubiyyətinin sosial nəticələrini qeydə alır,
cəmiyyətin ərazi baxımından təşkilinin mühüm tərəfi kimi çıxış edir.
Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, müəyyən
tarixi hüdudda bir məskən formasının digərindən (şəhər və kənd), bir regionun digərindən (mərkəz və əyalət) üstün
inkişafının labüdlüyünü şərtləndirir. İstehsalın yerləşdirilməsində və əhalinin məskunlaşmasmda iqtisadi meyarlann
hökmranlığı tarixi inkişafın qeyri-bərabərliyini doğumr. Bu və ya digər ölkə hüdudlannda regionların və ərazilərin
iqtisadi inkişafının qeyri-bərabərliyi bunun təzahürlərindən biridir. Bu əsasda regional kəsimdə həyat fəaliyyəti
şəraitinin sosial baxımdan müxtəlif cür qiymətləndirilməsi təşəkkül tapır, sosial-ərazi fərqləri formalaşır. İnsanlann
iqtisadi və sosial cəhətdən müxtəlif cür inkişaf etmiş ərazilərə mənsubiyyəti, ən əvvəl onlann məskənlərə özünəməxsus
bağlılığı (daimi yaşayış yeri) sosial-ərazi birliklərinin formalaşması ilə nəticələnir; bu birliklər spesifik sosial
təşəkküllərdir.
Cəmiyyətin sosial-ərazi strukturu öz ünsürlərinin - sosial-ərazi birliklərinin sosial inkişaf səviyyəsində
irəliləyişin müxtəlif dərəcədə olması ilə səciyyələnir. Həmin birliklərə mənsubiyyət isə sosial diferensiasiya
amillərindən biri kimi çıxış edir.
Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdınimasmm əsas istiqamətləri aşağıdakılardır:
-
aqrar-sənaye inteqrasiyasının hər vasitə ilə inkişaf etdirilməsi;
-
şəhərdə və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi;
-
kəndin sosial baxımdan yenidən qurulması;
-
müxtəlif tipli şəhərlərin böyüdülməsinə, inkişafina dair diferensiallaşdınimış və hərtərəfli ölçülüb-biçilmiş
siyasət yeridilməsi; bu halda iri şəhərlərin «yükünün» tədricən azaldılması, [83 - 84] onlann profilinin dəyişdirilməsi,
kiçik və orta şəhərlərin inkişafının stimullaşdıniması;
-
məskunlaşmada inteqrasiya proseslərinin hər vasitə ilə stimullaşdıniması;
-
bütün səviyyələrdə məskunlaşma sistemlərinin məqsədyönlü formalaşdıniması;
-
ölkənin inzibati-ərazi quruluşuna dair islahatlann
həyata keçirilməsi;
-
inzibati-ərazi vahidlərinin sosial-iqtisadi və mədəni inkişafmm respublika ilə tarazlı olmasının əməli surətdə
reallaşdıniması və s.
Beləliklə, sosial-ərazi birliklərinin strukturunun və fəaliyyətinin optimallaşdıniması ciddi məsələ olaraq qalır.
Bu birliklərin inkişafmm ən ümumi istiqaməti sosial baxımdan ədalətli cəmiyyət qumculuğunun əsas
komponentlərinin formalaşması olmalıdır. Deməli, sosial-ərazi birliklərinin inkişafı çox mürəkkəb prosesdir. Bu
35
prosesin idarə olunması sosial-ərazi birliklərinin hər bir növünün inkişaf mexanizmlərini, onların qarşılıqlı
fəaliyyətinin qanunauyğunluqlanm dərindən bilməyi tələb edir’.
Yeri gəlmişkən qeyd edək ki, ilkin sosial-ərazi birliklərinin fəaliyyəti həmin birliklərdə toplanan əhalinin sosial
təkraristehsalınm səviyyəsini təmin edir. Sosial təkraristehsal sosial münasibətlər, birliklər, təsisatlar, sosial norma və
dəyərlər sisteminin təkamülü prosesidir. Bu proses ietimai inkişafm konkret mərhələsinə xas olan sosial sistemin
dəyişilməsi meyllərini təeəssüm etdirir. Ona görə də sosial təkraristehsalı sosial-ərazi sisteminin mühüm funksiyası
kimi səciyyələndirmək olar. Belə təkraristehsal əhalinin ictimai həyatda normal iştirakı üçün zəruri olan müəyyən
sosial keyfiyyətlərin məcmu halında təkraristehsalını nəzərdə tutur. Başqa sözlə, sosial təkraristehsalda kəmiyyət
aspekti (bu, fərdlərin fiziki təkraristehsalını nəzərdə tutur) ilə yanaşı keyfiyyət aspekti (bu, zəruri sosial keyfiyyətlərin
qazanılmasını [84 - 85] nəzərdə tutur) də hökmən müəyyən yer tutur. Həyata qədəm qoyan yeni nəsillər mütərəqqi
sosial keyfiyyətlərin daha yüksək səviyyəsinə yüksəlməyə səy göstərirlər. Lakin bu proses müəyyən çətinliklərlə,
ziddiyyətlərlə müşayiət olunur.
2.
Şəhərin sosiologiyası
Əhalinin yerləşməsi öz təbiətinə görə məlum ətalətə malikdir. Belə ki, onun strukturunun dəyişilməsi adətən
çox
zəif gedir, tarixi inkişaf meyllərinin, regional, milli adət və ənənələrin təsirinə məruz qalır.
Sosiologiyada əhalinin yerləşməsinin şəhər, kənd və region kimi formalarını fərqləndirirlər. Bunları sosial-
ərazi birliklərinin başlıca ünsürləri kimi ayırd etmək və nəzərdən keçirmək olar. Bunlar «mürəkkəb ərazi təşəkkülləri
olub, təbii və maddi-əşyavi kompleksləri, habelə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bu komplekslər əsasında
istehsal, bölgü, mübadilə və istehlak prosesində
təkrar istehsal edən, yəni fəaliyyət göstərən və inkişaf edən insanların
məcmusunu birləşdirirlər»^.
Şəhər insanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş formasıdır. Şəhər əhalisi əsasən qeyri-kənd
təsərrüfatı əməyi ilə məşğul olur. Şəhər üçün əhalinin əmək və istehsaldan kənar fəaliyyətinin rəngarəngliyi, sosial və
peşə baxımından qeyri-yekcinslik, spesifik həyat tərzi xarakterikdir. Müasir şəhər ən əvvəl sənaye, nəqliyyat, xidmət
sahəsində istehsal funksiyalanmn təmərküzləşdiyi yerdir. Şəhərin müxtəlif tipləri mövcuddur; onların inkişafı üçün
adətən müxtəlif funksiyalann (istehsal, ticarət, inzibati, hərbi, elmi, dini və s.) baza təşkil etməsi, yaxud
əlaqələndirilməsi xarakterik cəhətdir.
Müasir şəhərin spesifik funksional strukturu və əhali məşğulluğu vardır. Onun bu xüsusiyyətlərini aşağıdakı
cəhətlər [85 - 86] tamamlayır:
Birincisi, nisbətən kiçik ərazidə xeyli əhali kütləsinin təmərküzləşməsi ilə, deməli, yüksək əhali sıxlığı ilə bağlı
məskunlaşma
xüsusiyyətləri;
İkincisi, şəhərin siması ilə, spesifik şəhər mühiti ilə şərtlənən arxitektura-planlaşdırma xüsusiyyətləri;
tikililərin nisbi kompleksliliyini xarakter xüsusiyyət hesab etmək olar.
Üçüncüsü, əhalinin sosial strukturu və şəhər həyat tərzi ilə sosial cəhətdən şərtlənmiş xüsusiyyətlər;
Dördüncüsü,
hüquqi xüsusiyyətlər; şəhərlər bir qayda olaraq, yaxın ərazilərin siyasi-inzibati mərkəzləridir^.
Respublikamızın şəhər şəbəkəsi nisbətən mürəkkəb xarakterə malikdir. Onun inkişafına xas olan aşağıdakı
əsas cəhətləri qeyd etmək olar:
1.
Şəhərlərin böyüməsi. Bu bö5dimə müxtəlif istiqamətlidir. Şəhərlərin böyüməsinə bazar münasibətlərinin
qərarlaşması və inkişafı da müəyyən təsir göstərmişdir.
2.
İri çoxfimksional şəhərlərin, xüsusən Bakının tərkibinin genişlənməsi və şəbəkəsinin inkişafi.
3.
Xüsusən iri şəhərlər zonasında şəhər aqlomerasiyalarmm yaranması.
4.
Şəhər məskən tipinin əhalinin əksəriyyəti üçün xarakterik olması. Statistika göstərir ki, 1970-ci ilə qədər
respublikada şəhər əhalisi kənd əhalisi ilə müqayisədə azlıq təşkil etmişdir. 1970-ci ildə əhalinin şəhər və kənd üzrə
bölgüsündə tarazlıq yaranmışdır. Həmin ildən etibarən şəhər əhalisinin sayca artması kiçik istisnalar nəzərə alınmazsa,
sabit meylə çevrilmişdir. Aşağıdakı cədvəl ayn-ayn illərdə şəhər və kənd əhalisinin nisbəti barəsində aydm təsəvvür
yaradır"’.
Müasir şəhərin özünəməxsus problemləri vardır. İri şəhərlərin qeyri-mükəmməlliyi, istehsalın
yerləşdirilməsində və genişləndirilməsində yol verilən nöqsanlar, miqrasiya və demoqrafiq proseslərin kortəbiiliyi,
şəhərsalma xarakterli qüsurlar [86 - 87] ekologiyadakı pozuntular, monosənaye şəhərlərində əhalinin cins-yaş
strukturundakı müəyyən disproporsiyalar, xidmət sahəsinin ən ciddi müasir tələblərə
cavab verməməsi, bir sıra
' Социология. M., 1990, c. 197.
^ Социология. M., 1990, c. 198.
^ Росийская социологическая энциклопедия. M., 1998, c. 96. Azərbaycan əhaHsi 2006. B., 2006, s. 113.
36