Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

Bəzən  də  əhalinin  müəyyən  bir  qismi  özündən  asılı  olmayan  səbəblərə  görə  tez-tez  [117  -  118]  yerini  dəyişməsi 
nəticəsində e}mi vaxt ərzində bir neçə sosial statusda yaşamağa məcbur olur. 
Beləliklə,  diferensiasiyanın  üstünlük  təşkil  etməsi  meyli  göz  qabağındadır.  Bununla  əlaqədar  olaraq  qeyd 
etmək lazımdır ki, beynəlxalq standartlara görə, gəlirlər (ən varlıların 10%-nin və ən yoxsulların 10%-nin gəlirləri) 
arasında fərq 4-5 dəfədən artıq olmamalıdır. 
Bu  modeli rəhbər  tutduqda,  apancı  Qərb  ölkələrindən  (orta  sinfin  üstünlük  təşkil  etdiyi  -  60-70%-ə  qədər) 
fərqli  olaraq,  Azərbaycan  əsasən  aşağı  siniflə  (təxminən  20-22%)  təmsil  olunmuşdur  ki,  onun  da  böyük  hissəsini 
qaçqınlar  və  gənclər  təşkil  edir'.  Lakin  son  dövrdə  Azərbaycanda apanlan  sosial-iqtisadi  islahatlar  nəticəsində  orta 
sinfin formalaşması və inkişafı prosesi güclənir. Hazırda bu və ya digər ölkələrin xüsusiyyətindən asılı olaraq orta sinfə 
daxil  etmənin  müxtəlif  meyarlan  təklif  olunur.  Məsələn,  L.  Belyayeva  orta  sinfi  müəyyənləşdirərkən  aşağıdakı  üç 
göstəricini əsas meyar kimi götürür^. 
1)
 
özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi. 
Elmi ədəbiyyatda orta sinfi səciyyələndirən digər meyarlara da təsadüf edilir: 1) mövcud konkret cəmiyyət 
üçün  götürülən  gəlir  səviyyəsi;  2)  əhalinin  maddi  cəhətdən  orta  səviyyədə  təmin  olunmuş  qrupları;  3)  xırda 
mülkiyyətçilər  və  xırda  firmaların  rəhbərləri;  4)  ali  təhsilli  mütəxəssislər  (təhsil  səviyyəsi  və  peşə  bilikləri  meyarı 
üzrə); 5) ah təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s. 
Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas səbəblərdən biri odur ki, həyata keçirilən 
özəlləşdirmə  xırda  və  orta  mülkiyyətçilərin  deyil,  iri  mülkiyyət  sahiblərinin  formalaşmasına  kömək  etmişdir. 
Fikrimizcə, aşağıdakı amillər orta təbəqənin formalaşmasını sürətləndirəcəkdir: [118 - 119] 
1)
 
sosial meyarların kristallaşması, dəyərlər, normalar və sanksiyaların mədəni formalarla şərtlənən sisteminin 
inkişafı; 
2)
 
cəmiyyət institutlannm stabilləşməsi, onlann öz sabitliyini təkrar istehsal etmək qabiliyyəti, hakimiyyətin 
demokratikləşməsi və aşkar xarakteri. 
Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyllərindən biri də yeni sosial qrupların 
yaranmasıdır. Yeni sosial qruplar sırasına sahibkarları, fermerləri, bankirləri, aksionerləri, kooperatorlan və fərdi əmək 
fəaliyyəti  ilə  məşğul  olanlan  aid  etmək  olar.  Sənaye  sahəsində,  maliyyə  və  vasitəçilik  biznesində  məşğul  olan 
sahibkarlan,  xüsusi,  birgə  və  kiçik  müəssisələrin  mülkiyyətçilərini  xüsusi  qeyd  etmək  lazımdır.  Bu  sosial  qruplar 
hazırda Azərbaycanda aktiv fəaliyyət göstərirlər. 
2005-ci  ilin  yanvar  ayına olan  məlumata  görə,  son  15-16  ildə  iri  və  orta  müəssisələrin əsasında  yaradılmış 
səhmdar cəmiyyətləri, fərdi sahibkarlar, xarici və müştərək müəssisələrin sayı artaraq müvafiq surətdə 10-a, 2681- ə, 
796-ya, kiçik müəssisələrin sayı isə 2463-ə çatmışdır^ 
Azərbaycanın sosial struktur sosiologiyasında ən mühüm  meyllərdən biri də onun tranzit (keçid) cəmiyyət 
strukturu kimi tədqiq olunmasıdır (Azərbaycan sosiumu nəzərdə tutulur). 
Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar: 
1.
 
Yuxan sinif (dövlət idarəetmə sistemində və inzibati orqanlarda apancı yerləri tutan elita, banklann, tikinti, 
hasiletmə və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri). 
2.
 
 Orta  sinif  (xırda  mülkiyyətçilər,  fərdi  kəndli  sahibkarlar,  məmurlar,  menecerlər,  hüquqşünaslar, 
professorlar və s.). [119 - 120] 
3.
 
Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında). 
4.
 
Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qanşıq və 
xüsusi müəssisələrdə çalışanlar və s. 
5.
 
Aşağı sinif (mülkiyyətə sahib olmayanlar, işsizlər, yoxsullar və s.). 
Müəssisələrin  özəlləşdirilməsi  nəticəsində  onların  mülkiyyət  formasının  dəyişdirilməsi  cəmiyyətin 
təbəqələşməsini, bununla da sosial bərabərsizlik  problemini gücləndirir. Hazırda Azərbaycanda özəl bölmənin payı 
istehsalda 80%, o cümlədən sənayedə 70%, kənd təsərrüfatında isə 99%-i təşkil edir. Analoji meyl həmçinin əməyin 
peşə bölgüsündə, onun sahə üzrə diferensiasiyasına əsaslanan sosial-peşə strukturunda da mövcuddur. Azərbaycanın 
indiki vəziyyətində istehsalatın yüksək inkişaf etmiş, orta və zəif inkişaf etmiş sahələrə kəskin ayrılması burada çalışan 
işçilərin  qeyri-bərabər  sosial  vəziyyətini  müəyyən  edir.  Bu,  aqrar  bölmənin  işçiləri  ilə  neft-  qaz  sənayesində 
çalışanların və ya ali məktəb işçiləri ilə dövlət strukturunda işləyənlərin əmək haqqı arasındakı fərqi müqayisə etdikdə 
daha aydın görünür. Doğrudur, bazar münasibətləri şəraitində əhalinin sosial bərabərliyinin əvvəlki anlamı utopiya 
olardı.  Lakin əhalinin əksəriyyəti hələ də yeni şəraitdə müasir stimullaşdırma sisteminin fəaliyyətdə olması faktını 
lazımınca qəbul etmək istəmir. 
' «Respublika» qəzeti. 23 yanvar 2007-ci il. 
^ Беляева Л. Критерии выделения российского среднего класса. // Средний класс в современном российском обществе. М., 
с.11-16. 
^ Azərbaycanın statistik göstəriciləri 2006. В., 2006, səh. 125-127. 
1999, 
49 


Keçid dövründə cəmiyyətin bəzi sosial qruplannın hüquqlarının pozulması hesabına öz maraqlarını ictimai 
marağa qarşı qoymağa çalışan eqoizm qrupu formalaşır. Bu, cəmiyyətin sosial strukturunda mütərəqqi dəyişikliklərin 
baş  verməsi  yolunda  ciddi  maneəyə  çevrilməkdədir.  Belə  vəziyyətdə  bu  və  ya  digər  sosial  qrupa  mənsubluq 
vətəndaşlıq maraqlan ilə deyil, utilitar maraqlarla müəyyən edilir. [120 - 121] 
50 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə