Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə36/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu əmələ 
gətirə bilər. 
Bir  çox  insanlar  şaquli  mobilliyə  meyllidirlər  və  valideynlərindən  fərqli  olaraq  onlar  daha  5diksək  sosial 
vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil 
olmuşdursa,  onda  fərd  ilə  valide5mlər  müxtəlif  mədəniyyət  səviyyələrində  çalışmalı  olurlar.  Fərd  valideynləri  ilə 
söhbətdə  bir  sıra  hallarda  ümumi  mövzu  tapmaqda  çətinlik  çəkir;  ətrafdakı  hadisələrə  müxtəlif  nöqteyi-nəzərdən 
yanaşmaları onlan bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlannm yuxan qalxması üçün çalışmış valide}mlər başa düşürlər 
ki, onlar arasmda mənəvi aynhq yaranmışdır. 
Mobillimin  deqradasiyası  fərdlər  üçün  daha  pis  nəticələr  verə  bilər.  Bu  zaman  fərd  öz  dostlanm,  yaxın 
qohumlanm itirə bilir, onun ailəsi dağıla bilir və s. [149 a 150] 
61 


VIII
 FƏSIL
 
SOSIAL-ETNIK MÜNASİBƏTLƏRİN SOSİOLOGİYASI 
1.
 
Sosial-etnik münasibətlərin 
mahiyyəti və səciyyəvi cəhətləri 
Sosial-etnik münasibətlərin öyrənilməsi xüsusi sosioloji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu onunla 
izah edilir ki, sosial-etnik münasibətlər sosial münasibətlər sisteminin çox mühüm və əhəmiyyəti daim artmaqda olan 
istiqamətlərindən  biridir.  Onun  əsas  məzmunu  millətlər  və  digər  etnik  birliklər  arasında  sosial  həyatm  istehsalı  və 
təkrar istehsalı prosesində qərarlaşan əlaqə və münasibətlərin məcmusundan ibarətdir. 
Sosial-etnik birliklər bununla səciyyələnir ki, onlarda insanların bir-biri ilə sıx əlaqədə olan iki tərəfi-sosial və 
etnik əlamətləri üzvi şəkildə birləşir. Həmin birlik formalarında sosial əlamətlər çox vacib və əhəmiyyətli yer tutur. 
Bununla yanaşı onlar həm də etnik keyfiyyətlər və xüsusiyyətlərlə səciyyələnirlər. 
Sosial göstəricilərin, yəni bütövlükdə cəmiyyətin və onun struktur elementlərinin yetkinlik dərəcəsindən asılı 
olaraq bu və ya digər sosial-etnik birliyin fəaliyyətinin və inkişafının siyasi, iqtisadi, sosial və mənəvi keyfiyyətləri 
müvafiq surətdə artır və ya azalır. 
İnsanların sosial-etnik münasibətlərinin müasir, mürəkkəb mərhələsi elə bir termindən istifadəni zəruri edir ki, 
bu termin onlann sosial mahiyyətini inkar etmədən etnik dərkini də dolğun əks etdirsin. Belə bir anlayış etnosdur. 
Etnos  tarixən  müəyyən  ərazidə  yaşayan,  mədəniyyət  (dil  də  daxil  olmaqla)  və  psixoloji  xarakterin  bəzi 
xüsusiyyətlərinə,  eləcə  də  özünəməxsusluğunu  və  başqalarından  fərqlərini  dərk  edən  insanlarm  sabit 
məcmusudur. [150 -151] 
Etnosun əsas əlamətləri - dil, xalq incəsənəti, adətlər, ənənələr, mərasimlər, davranış normalan və vərdişlərdir, 
yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti formalaşdırır. 
İnsanlarm bu cür dayanıqlı birliyi onlann sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı, həmişə özünün etnik 
mənsubiyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan etnik qruplara aiddir. Etnik 
qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər. 
Sosial-etnik münasibətlərin tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarmdan keçərək bu 
günə gəlib çatmışdır. 
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna 
əsaslanırdı.  Bununla  yanaşı,  qəbilə  daxilində  birləşən  insanlar  mənafe  ümumiliyinə,  yaşayış  məskəni,  dil,  adət  və 
etiqadlar ümumiliyinə də malik olmuşlar. Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləri 
əvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu. 
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik birlik 
forması təşəkkül tapdı. Qəbiləyə xas olan əsas əlamətlər (qan qohumluğu, dil və ərazi ümumiliyi, adət və etiqadlar 
ümumiliyi  və  s.)  tayfada  da  özünü  göstərmişdir.  Bununla  yanaşı  tayfa  birliyində  əvvəla,  sayca  daha  çox  insanlar 
birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nəhayət, tayfa vahid mədəniyyət 
ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi. 
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə, ictimai 
həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalannm mürəkkəbləşməsi, ünsiyyətin və gediş - gəlişin artması, ailə 
-nikah  münasibətlərinin  inkişafı  və  s.)  prinsipcə  yeni  etnik  [151  -  152]  birliyin yaranmasını  zəruri edirdi. Bu  tarixi 
tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı. 
Sinfi münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox 
xalqlar-da nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır. Hazırda onlar Asiyada, Afrikada, Amerikada və 
Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçıhq əlamətləri hazırki dövrdə də özünü biruzə 
verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır. 
Əvvəlki birlik formalanndan fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və mədəniyyət əlaqələrinin 
ümumiliyinə əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas cəhət budur ki, o, artıq sırf etnik birlik 
forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb etmişdir. Xalq daha 
mütərəqqi  birlik  forması  kimi  iqtisadiyyatın,  sosial  əlaqələrin  və  mədəniyyətin  inkişafında  mühüm  rol  oynamışdır. 
Lakin  ictimai  tərəqqi  gedişində  xalqm  da  birlik  forması  kimi  məhdudluğu  özünü  göstərməyə  başladı.  Nəticədə 
feodalizmin dağılması və kapitalizmin təşəkkülü dövründə insanlarm keyfiyyətcə yeni birliyi - millət yarandı. 
62 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə