Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə33/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

Məsələn, silk və zümrəli cəmiyyətlərdə çəkməçilərin, tacirlərin, təhkimli kəndlilərin onlarca nəsli, digər tərəfdən isə 
əsil-nəcabətli  nəsillərin  uzun  şəcərə  zəncirləri  norma  olmuşdur.  Biz  belə  sosial  varlığın  yeknəsəkliyini  tarixi 
mənbələrdə  göstərilən  küçə  adlarına  görə  qiymətləndirə  bilərik:  qalayçılar  küçəsi,  tənəkəçilər  küçəsi,  xalçaçılar 
məhəlləsi və s. Ustalar nəinki öz status və peşələrini nəsildən-nəslə ötürür, həm də onların hamısı yan-yana yaşayırdı. 
Sosioloji ədəbiyyatda sosial mobillik nəzəriyyəsinə müxtəlif yanaşmalar mövcuddur. Bu, ilk növbədə sosial 
mobillik anlayışının mahiyyəti ilə bağlıdır. Bəzi sosioloqlar belə bir fikir irəli sürürlər ki, sosial mobillik o zaman baş 
[140  -  141]  verir  ki,  yeni  sosial  status  fərdin  ailəsinə  aid  edilsin.  Fransız  sosioloqları  P.  Bertu  və  P.  Burdan  sosial 
mobilliyi  fərdlərin  həyatları  və  peşə  fəaliyyəti  dövründə  öz  valideynlərinin  sosial  statusuna  nisbətən  bir  sosial 
kateqoriyadan digərinə keçməsi kimi xarakterizə edirdilər. Burada çıxış nöqtəsi kimi sosial mənşə götürülürdü. 
Sosial  mobillik  probleminə  müasir  yanaşmalar  içərisində  M.  Lipset  və  R.  Bendiksin  sənaye  cəmiyyətinin 
inkişafını  şaquli  mobilliklə  bağlayan  konsepsiyasını  göstərmək  lazımdır.  Lipset  və  Bendiksin  tədqiqatlarına  görə, 
bütün  sənaye  cəmiyyətləri  yüksək  dərəcədə  yüksələn  mobilliklə  səciyyələnirlər.  Çünki  bir  tərəfdən  qeyri-məhdud 
sosial inkişaf üçün geniş imkanlar sanki aşağı sosial təbəqələrin daha eneıjili və istedadlı nümayəndələrinin eneıj isini 
başqa istiqamətə  yönəldən və  inqilabi  dəyişikliklərin risqini  azaldan  bir  «qoruyucu  klapan»  kimi  çıxış  edir.  Başqa 
sözlə,  mobillik  cəmiyyətin  stabilləşdirilməsi  funksiyasını  yerinə  yetirir.  Digər  tərəfdən  isə  sənaye  cəmiyyəti  fərdə 
yüksək  intellektual  tələblər  verir  və  fərdi  istedadlann  sosial  vəziyyətindən  asılı  olmayaraq  inkişafını  və  onlardan 
məhsuldar şəkildə istifadə olunmasını zəruri edir. P. Blau və bir sıra digər sosioloqlar mobillik fenomenini sosial ədalət 
və  sosial  sistemin  effektivliyi  ideyası  ilə  bağlayırdılar.  XX  əsrin  ortalarında  sənaye  cəmiyyətinin  populyar  olan 
nəzəriyyələrində sosial mobilliyə mühüm yer ayrılırdı. Məsələn, konvergensiya nəzəriyyəsinə görə, şaquli mobilliyin 
artmasına  meyl  sosial  quruluş  və  siyasi  sistemindən  asılı  olmayaraq  bütün  sənaye  cəmiyyətlərinə  xasdır.  Bu 
nəzəriyyəyə əsasən sənayeləşmə prosesi müxtəlif sinif və təbəqələrdən çıxmış insanlann şaquli mobilliyinin artmasına 
və  sosial  imkanların  bərabərləşməsinə  kömək  edir.  Sənaye  cəmiyyətinin  tənqidi  yönümlü  nəzəriyyələri  isə  əksinə, 
göstərirdilər ki, sənayeləşmə labüd olaraq enən Mobilliyin genişlənməsinə səbəb olur. Çünki işçilərin ixtisasına və 
işgüzar xüsusiyyətlərinə tələblərin 5diksəlməsi, eləcə də istehsalatın geniş mexanikləşdirilməsi və avtomatlaşdırılması 
işsizliyin  [141  -  142]  artmasını,  getdikçə  daha  çox  işçinin  aşağıya  doğru  itələnib  çıxarılmasını  və  onlann 
marginallaşmasmı şərtləndirir. 
Sonuncu  onilliyə  müraciət  etdikdə,  mobilliyin  metodologiyasının  öyrənilməsinə  həsr  edilən  və  onun 
perspektivlərini  başa  düşmək  üçün  müqayisəli  təhlilin  xüsusi  əhəmiyyətini  əsaslandıran  B.  Dyuryenin  tədqiqatmı, 
eləcə  də  C.  Qoldtorp  və  R.  Eriksonun  müxtəlif  sənaye  cəmiyyətlərində  mobillik  səviyyələrinin  dəyişməsinə  həsr 
olunmuş  tədqiqatlarını  qeyd  etmək  lazımdır.  Nəticədə  müəlliflər  bu  qənaətə  gəlirlər  ki,  sosial  quruluşundan  asılı 
olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır. 
2.
 
Sosial mobilliyin səciyyəvi xüsusiyyətləri 
Sosial şəraitdən asılı olaraq cəmiyyət fərdlərin bəzilərinin vəziyyətini yüksəldə, digərlərininkini isə aşağı sala 
bilər. Bundan asılı olaraq şaquli mobillik prosesləri iyerarxiya pillələri üzrə yuxanya və aşağıya hərəkətlərdən ibarətdir. 
Bu iki istiqamət irəliləmə və deqradasiya - geriləmə adlan ilə tanınır. Peşə, iqtisadi və siyasi baxımdan iki əsas formada 
irəliləmə mobilliyi vardır: birincisi, fərdi irəliləmə və ya aşağı təbəqədən ali təbəqəyə doğru infiltrasiya; ikincisi isə hər 
hansı ali təbəqəyə yeni qrup şəklində daxil olmaq və ya onu əvəz etmək. 
Anoloji  olaraq  mobilliyin  deqradasiyasının  da  iki  əsas  forması  vardır:  birincisi,  ayn-ayn  fərdlərin  5diksək 
sosial vəziyyətdən aşağıya doğru enməsi; ikincisi, qrup halında sosial vəziyyətin itirilməsi. 
Aynca  bir  fərdin  qarşısına  çıxan  maneələri  və  qruplararası  sərhədləri  keçməsini  öyrənməklə  biz  yüksəlmə 
prosesini, yəni peşə, sosial, iqtisadi və siyasi vəziyyətin yuxanya doğru irəliləməsini başa düşə bilərik. Hər bir fərdin 
daha yüksək nüfuz, gəlir, hakimiyyətdə daha geniş iştirak və s. ilə bağlı olan daha yüksək mənsəb əldə etmək və sosial 
[142  -  143]  mənsəbi itirməmək  tələbatı  vardır.  Bu  istəyin  həyata  keçməsi cəmiyyətdəki  bir çox  amillərdən asılıdır. 
İstəyə  nail  olmaq  haqqında  məsələnin  tədqiqində  K.  Levinin  sahələr  nəzəriyyəsindən  istifadə  edilməsi 
məqsədəuyğundur. 
Bir qədər aşağı mənsəbli vəziyyətdə olan qrupda fəaliyyət göstərən fərd yüksək statuslu vəziyyətə nail olmaq 
üçün qrup və ya təbəqələrarası maneələri dəf etməlidir. Daha yüksək mənsəbli qrupa doğru irəliləmək istəyən fərdin 
yuxanda dediyimiz maneələri dəf etməsi üçün müəyyən eneqisi vardır. O, bu enerjisini aşağı mənsəbli təbəqə ilə yuxan 
mənsəbli təbəqə arasındakı M məsafəsinin qət edilməsinə sərf edir. Həmin sərf olunan eneqini F qüvvəsi kimi ifadə 
edək. Maneənin müvəffəqiyyətlə dəf edilməsi yalnız və yalnız fərdin sərf etdiyi qüvvənin onu itələyən qüvvələrdən 
üstün olması halında mümkündür. 
Fərdin yuxan mənsəbli təbəqəyə doğru irəliləməsinə sərf etdiyi qüvvəni ölçməklə nailiyyəti barədə müəyyən 
ehtimal söyləmək olar. Ehtimalın xarakteri vəziyyətin həmişə dəyişməsindən, həmçinin fərdlər arasında olan şəxsi 
münasibətlərdən asılıdır. 
58 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə