V
FƏSIL
SOSIAL STRUKTURUN
SOSİOLOGİYASI
1.
Sosial struktur anlayışı
Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur hər
şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. O, bir tərəfdən
cəmiyyətin iqtisadi, siyasi və mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə həmin proseslərin inkişafına
fəal təsir göstərir. Buna görə də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin sosial strukturunda baş verən
dəyişiklikləri öyrənmədən, ictimai fəaliyyət sahəsində uğur qazanmaq və sosial proseslərə şüurlu tənzimedici təsir
göstərmək qeyri-mümkündür.
Struktur (latınca structura - quruluş, yerləşmə, qayda) tamı təşkil edən hissələrin həmin tamın daxilində
yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir.
Sosial
struktur cəmiyyətdə müvafiq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş
normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementlərin əlaqəsi və qarşılıqlı
təsirinin müəyyən üsuludur'. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və
s. aynimasmı ifadə edir
və bununla insanlarm bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlanm göstərir.
«Sosial struktuD) anlayışı məhdud və geniş mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret
sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və təbəqələr, digər birlik formalan) arasındakı münasibətlər
başa düşülür. Geniş mənada götürülən sosial struktur isə sosial-sinfi, sosial-demoqrafik, sosial-ərazi, sosial-etnik,
sosial-peşə strukturlannm məcmusunu əhatə edir.
Sosial strukturun əsas xassələrini aşağıdakı göstəricilərdən çıxış etməklə nəzərdən keçirmək olar:
1)
strukturluluq yaradan əsas elementlərin
təbiəti və mahiyyəti;
2)
onların ümumi, qarşılıqlı münasibətləri və asılılığı;
3)
strukturun ünsürlərinin nizamhlığı, daxili rəngarəngliyi və dayanıqlığı;
4)
ünsürlərin fundamentallıq səviyyəsi, mühümlülük dərəcəsi;
5)
sözügedən ünsürlərin empirik müşahidə olunan hadisələrə münasibətdə göstərdiyi şərtləndirici,
məhdudlaşdırıcı və nəzarətedici təsiri.
Yuxanda qeyd olunan və digər meyarlar əsasında sosial struktur bu növlərə aynlır:
-
inamı, əqidəni, ideallan və təxəyyülü bütöv bir tam kimi əlaqələndirən
ideal (arzuolunan) struktur;
-
özündə
dəyərləri, normalan, tələb olunan
sosial rollan əhatə edən normativ struktur;
-
mövqelərin (statuslann) qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən
təşkilati struktur;
-
bu və ya digər konkret anda mövcud olan və müəyyən amillər (şəxsiyyətin cari marağı, gözləmədən yaranan
resurslar və s.) üzündən sosial struktura qoşulan ünsürləri birləşdirən
təsadüfi xarakterli struktur.
Yuxarıdakılardan üçüncüsü, yəni təşkilati sosial struktur sosioloji tədqiqatların məqsəd və vəzifələri
baxımından həlledici əhəmiyyət kəsb etdiyi üçün biz əsas diqqəti məhz həmin növə yönəldəcəyik. Sosial strukturun
digər növlərinə gəlincə qeyd etməliyik ki, onlardan adətən təşkilati sosial strukturun mahiyyətinin və dinamikasının
açılması üçün və bu vəzifənin tələb etdiyi səviyyədə istifadə olunur. [103 - 104]
Sosial strukturun öyrənilməsində ən azı aşağıdakı iki paradiqma geniş yayılmışdır:
a)
Sosial institutlar nəzəriyyəsi (institutsional paradiqma). Bu paradiqmaya görə, sosial institutlar yalnız
bütövlükdə götürdükdə cəmiyyəti müəyyən edir, onlar öz-özlüyündə personifıkasiyasız, şəxssiz təbiətə malikdir.
Tədqiqatçı sosial strukturu institutsional baxımdan mənalandırarkən təkamülçü metodoloji mövqedən çıxış etməyə
bilməz, çünki hər bir sosial institut ictimai əhəmiyyət kəsb edən funksiya yerinə yetirir, bu funksiyanı isə bütöv və
ümumi sistemdən ayrılıqda götürmək qeyri-mümkündür.
b)
Sosial bərabərsizlik nəzəriyyəsi (funksional və konfliktoloji paradiqma). Bu
qəbildən olan paradiqmalara
görə, sosial bərabərsizlik sosial qruplann və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox onlann bir-birinə
nəzərən tutduqları vəziyyətlərini səciyyələndirir. Belə yanaşma subyektlərin müqayisə edilməsini,
qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasmı nəzərdə tutur.
Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud
diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir.
' ƏHiiHKJioneaıiHecKHH conHoaoraHecKinı cjıoBapt. M., 1995, c. 778.
43
Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb edən və
daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma möveuddur:
1.
Marksist yanaşma
Bu yanaşma eəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə əsaslanır. Bu nöqteyi- nəzərin
mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir:
sinfi (sosial-sinfi) bölgüyə sosial fərqlərin bütün məemusunu anlamağın özülü kimi yanaşılması, onun
cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu
tipdən olan [104 - 105] (yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafik, ərazi,
sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil
vəziyyətdə deyil, sosial-sinfi struktur ilə bu və ya digər dərəeədə əlaqədə anlaşılır.
2.
M. Veberin nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü
sistemdir ki, burada siniflər və onlan törədən mülkiyyət
münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət
gəlir, hakimiyyət və
nüfuz kimi meyarlara görə aynlan insan qruplan kimi özünü göstərən müxtəlif ünsürlərdən ibarətdir.
Bu modeldə aşağıdakı fərqlər əsas götürülür:
1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji.
M. Veberin nəzəri baxışlarında zəif cəhət, yuxanda göstərilən üç qrup əlamət, yəni sosial fərqlərin növləri
arasında daxili əlaqələr məsələsinin işlənilməməsidir. Bu vəziyyət isə istər-istəməz həmin əlaqələrin zahiri və təsadüfi
xarakter daşıması haqqında fikrə gətirib çıxanr.
3.
Struktur-funksional təhlil (T. Parsons,
R. Merton,
E. Şilz və
b.)
T. Parsonsun fikrincə, sosial struktur fərdlərin sosial davranış normalan, sosial mövqeləri və yerinə yetirdikləri
sosial rollan ilə şərtlənən qarşılıqlı təsirinin nətieəsidir. Başqa sözlə, eəmiyyətin bütövlüyü və vəhdəti fərdlər tərəfindən
ümumi yüksək dəyərlərin anlamalannm yekunu kimi göstərilir. Sosial struktur cəmiyyətdə statuslar sistemi kimi çıxış
edir.
Cəmiyyətin struktur təşkilinin T. Parsons tərəfindən verilən funksional modelinə görə, hər bir sosial sistem
dörd struktur iyerarxiyadan ibarətdir:
a)
ilkin
pillə - ünsürlərin, fərdlərin bilavasitə və «üzbəüz» qarşılıqlı təsiri ilə səeiyyələnir; [105 - 106]
b)
idarəedici pillə. Burada ünsürlərin ilkin səviyyədə qarşılıqlı təsiri tənzim edilir və bu pillə strukturun xarici
vəziyyətinə münasibətdə vasitəçi kimi çıxış edir;
c)
institusional səviyyə. O, müxtəlif idarəçilik institutlarım, inzibati və bələdiyyə orqanlarım və s. əhatə edir;
d)
cəmiyyətin təşkilinin ali, ümumdövlət (sosietal) səviyyəsi. Buraya əvvəlki aşağı səviyyələrə münasibətdə
nəzarətedici və tənzimləyici funksiyalar yerinə yetirən dövlət və hakimiyyət orqanları daxildir.
A. Radkliff-Braun da hesab edir ki, sosial struktur, həmin konkret zaman anında bütün fərdlərin daxil olduğu
hər cür sosial münasibətlərin ümumi məcmusundan ibarətdir'. Onun fikrincə, sosial struktur sosial sistemin
qeyri-prosesual səpkisidir. Qeyd edək ki, sosial antropologiyanın və struktur funksionalizmin sonrakı nümayəndələri
sözügedən müəllifin bu barədəki mövqeyini təshih edərək göstərirlər ki, «struktur prinsipləri» reallıq olmayıb,
abstraksiyalardır və buna görə də onlar empirik gerçəkliyin müxtəlif zaman kəsiklərinə tətbiq oluna bilər.
Struktur-funksional təhlil nəzəriyyəsinin digər nümayəndəsi R. Merton sosial strukturu cəmiyyətin əsası kimi
götürür. O, aşağıdakı struktur növləri irəli sürür:
a)
böyük əhəmiyyət kəsb
edən normativ-mədəni struktur;
b)
ehtimal olunan struktur. Burada müəyyən resurslara, güzəştlərə və dəyərlərə malik olmağın müxtəlif
imkanlar iyerarxiyası əhatə olunur;
c)
ideal struktur - «ictimai rəyin vəziyyəti». Mertona görə, «funksiyalar və disfunksiyalar, yəni ümumi
orqanizmin qorunub saxlanılmasına verdikləri töhfə baxımından nəzərdə tutulan həyati və yaxud üzvi proseslər»
cəmiyyətdə aparıcı rol oynayır.
Sosial strukturun daxili əlaqələri sosial sistemin üzvlərinin xassələri ilə müqayisədə daha mühüm sosial məna
[106 - 107] kəsb edir. Sosial strukturlar fərdlər arasındakı münasibətlərin xarakterini müəyyən edir.
4.
P. Sorokinin «qarşılıqlı təsir» nəzəriyyəsi
Лайсон T. , Гэррод Д. Социология. Словарь - справочник. M., 2000, с. 464.
44