3.
Kəndin sosiologiyası
Kənd tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemidir. O, maddi-əşyavi
mühitin,
təbii-coğrafi şəraitin, insanlarm spesifik sosial-məkan təşkilinin vəhdəti ilə səciyyələnir.
Kənd şəhərdən sosial-iqtisadi inkişafına, insanlann rifahının səviyyəsinə, məişətinin təşkilinə görə məlum
geriliyi ilə fərqlənir. Bu, müvafiq surətdə əhalinin sosial strukturunda və həyat tərzində müəyyən iz buraxır. Kənd üçün
şəhərlə müqayisədə əmək fəaliyyəti növlərinin azsaylılığı, nisbətən 5diksək sosial və peşə yekcinsliyi səciyyəvidir.
Nisbi sabit xüsusiyyətlərə malik olan kənd özünün əsas komponentləri baxımından şəhərə uyğundur. O, şəhərlə
birlikdə tarixən cəmiyyətin sosial və ərazi (məkan) strukturunun bütövlüyünü formalaşdırır.
Sosiologiya kənddəki proseslərə
ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində
onun xüsusi sahəsi - kəndin
sosiologiyası təşəkkül tapmışdır. Bu sahə kənd sosial-ərazi birliyinin meydana gəlməsi, fəaliyyəti və inkişafi
qanunauyğunluqlanm, onun sosial-iqtisadi təbiətini, təkraristehsal stmkturunu, təbiətlə və maddi-əşyavi mühitlə
əlaqəsini, həyat tərzini, tipologiyasını öyrənir. Kəndin sosiologiyasında əhalinin sosial təkraristehsalı prosesinin
tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir. Təkcə fərdlər,
kənd əhalisi təkrar istehsal olunmur, həm də onların qarşılıqlı əlaqələri, münasibətləri və digər komponentləri təkrar
istehsal olunur.
Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir: adamların mütləq əksəriyyəti
kənddə fasiləsiz yaşayır (belə ki, doğulduğu gündən kənddə yaşayanlar təxminən 70 faizə yaxındır).
Kənd əhalisinin sosial-sinfi strukturu mürəkkəb olub, müəyyən dinamizmə malikdir; burada sosial birliklərin
fasiləsiz dəyişilməsi prosesi müşahidə olunur. Kənddə əhalinin yeni sosial kateqoriyaları (məsələn, fermerlər)
formalaşmaqdadır. [92 - 93] Araşdırmalar göstərir ki, perspektivdə onlann rolu daha da artacaqdır. Lakin qeyd
olunmalıdır ki, kənddə əməyin yeni, mütərəqqi formalanmn tətbiqi xeyli dərəcədə ləngiyir. Ona görə də «yeni yanaşma
lazımdır; onun əsasında insanm cəmiyyətdəki vəziyyəti dayanmalıdır»'. Yalnız belə olduqda insanın, onun
qabiliyyətlərinin, sosial fəallığının inkişafi təmin edilə bilər.
Əmək qabiliyyətli kənd sakinlərinin öz əməyinə münasibəti, ondan razı qalıb-qalmaması bu yaşayış
məskəninin inkişafı baxımından çox əhəmiyyətli məsələdir. Məlum olduğu kimi, əməkdən razı qalmaq görülən işin
şəxsi maraqlara, meyllərə uyğunluğundan, əmək haqqından və şəraitindən, ifadəetmənin səviyyəsindən və s. asılıdır.
Aparılmış sosioloji tədqiqatlar göstərir ki, bu sahədə ciddi problemlər mövcuddur. Daha ixtisaslı və təhsilli işçilər daha
ciddi tələblər irəli sürürlər, peşə yüksəlişində daha fəaldırlar. Azixtisash və ixtisassız adamların əksər hissəsi də öz
işlərindən razı deyildir, eyni zamanda peşə baxımından inkişafla əlaqədar problemlərə münasibətdə passivdir. İşçilərin
xeyli hissəsinin qeyri-yaradıcı, icraçı əməyə istiqamətlənməsi əhəmiyyətli dərəcədə kəndin mövcud imkanları ilə
şərtlənir. Qeyd etmək lazımdır ki, son illərdə kəndin müasir texnika ilə təmin olunmasına diqqət xeyli güclənmişdir.
Bu, kənd təsərrüfatı əməyində yaradıcı ünsürlərin artmasma kömək edəcəkdir.
Ümumiyyətlə, kənddə işçilərin sosial irəliləyişi vacib məsələlərdən biridir. Sosiologiyada sosial irəliləyiş
dedikdə sosial statusun yüksəlməsi başa düşülür. Bu 5Üiksəlmə ictimai təkraristehsahn (inkişafın) tələbatları ilə
şərtlənir, insanlarm şəxsi mənafeləri ilə vasitələnir. Sosial irəliləyişdə cəmiyyət (kollektiv) tərəfindən işçinin
qabiliyyətlərinin, fəallığının, təşəbbüskarlığının, işgüzar keyfiyyətlərinin və s. etirafi ifadə olunur. Sosial irəliləyiş
prosesi özündə bunları birləşdirir: a) ixtisas, dərəcə, bilik cəhətdən məlum peşə hüdudlarında [93 - 94] yüksəlmək; b)
daha yaradıcı işə keçmək; c) vəzifədə yüksəlmək, irəli çəkilmək; ç) fəxri adlar, mükafatlar almaq və s. Sosial
irəliləyişdə motiv böyük rol oynayır: eqoist məqsədlər, yoxsa ictimai cəhətdən əhəmiyyətli məqsədlər izlənilir? Sosial
irəliləyiş təkcə konkret işçinin şəxsi uğuru deyildir; o, elə bir şəraitdir ki, işə təşəbbüskar, yaradıcı münasibət istehsalın
inkişafına, kollektivin geniş sosial təkraristehsalma kömək edir.
Kəndin həyat tərzi özünəməxsus cəhətlərə malikdir. Əhali sıxlığmm çox da böyük olmaması, təbii mühitlə
üzvi bağlılıq, kəndlinin əldə etdiyi torpaq payında əməyin tətbiqi, ictimai xidmətin zəif inkişaf etməsi və s.
özünəməxsusluğun mənbələridir. Buraya istehsal əməyinin zəif diferensiasiyası, onun texniki və eneıji təchizinin
nisbətən aşağı olması, iş yerlərinin və onlan seçmək imkanlarının məhdudluğu, əməyin təbiətin ritminə və tsikllərinə
tabeliyi, əmək məşğuliyyətinin qeyri-bərabərliyi, iş şəraitinin nisbətən ağırlığı və s. əlavə olunmalıdır. Nəzərə
alınmalıdır ki, kənddə istirahət növləri çox da rəngarəng deyildir, əmək mobilliyi zəifdir, əmək və məişət daha sıx
qovuşmuşdur; şəxsiyyətlərarası münasibətlər də spesifıkdir, sosial və milli cəhətdən homogen ailələr üstünlük təşkil
edir, ünsiyyət anonimliyi, demək olar ki, yoxdur, ictimaiyyətin insanlann davranışı üzərində güclü
sosial nəzarəti var,
milli adətlər, ənənələr, yerli nüfuz sahibləri etiraf olunur. Həyat ritmi şəhərlə müqayisədə az gərgindir, adamlar
ünsiyyətin daha sadə formalarından istifadə edir, psixoloji 5nıkü daha az hiss edirlər. Adamlann bir qismi kənd və
qəsəbələrdə yaşamaqla şəhərlərdə işləyir.
Keçən əsrin 80-ci illərinin sonundan başlayan məlum proseslər, xüsusən Azərbaycanın bir sıra rayonlarmm
Ermənistan tərəfindən işğalı, nəticədə normal fəaliyyət ritminin pozulması kəndlərimizin inkişafına son
dərəcə
' CounaJiBHtıe opneHTHptı oGHaBJieHHa: oörqecTBO
H
HenoBeKT.
M..
1990, C. 50.
39