Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

şəkildə  aydınlaşdırılmışdır  ki,  danışdığımız  kimi  yazmaq  yazıda 
hərc-mərclik  yaratdığı  kimi,  yazdığımız  kimi  danışıq  da  nitqimizdə 
bayalığa,  "qumluğa"  gətirib  çıxarır.  Bunlann  heç  biri  mütləq 
götürülməməlidir.  Buna  görə  də  onların  hər  ikisindən  yazımız  və 
tələffüzümüz  üçün  ən  optimal  variant  qəbul  edilmişdir.  Hazırda 
yazımız da, tələffüzümüz də bu aspektdə qurulur, hər iki forma ədəbi 
dilimizin  həm  şifahi,  həm  də  yazılı  formalarının  xeyrinə  olmaqla 
inkişafı edib təkmilləşir. 
ORFOEPİK NORMAİAR
 
Ayrı-ayn  sözün,  qrammatik  forma  və  sintaktik  quruluşun  dildə 
istənilən  sabit  və  vahid  qaydalan  orfoepik  normaları  təşkil  edir. 
Orfoepiyaya  dilin  fonetik  sistemi  ilə  bağlı  olub  hər  hansı  bir  səsin 
müəyyən  fonetik  şəraitdə,  yəni  sözün  əvvəlində,  ortasında,  yaxud 
sonunda  gəldikdə,  qrammatik  formalarda,  söz  birləşmələrində 
işləndikdə  özünü  göstərən,  tələffüz  xüsusiyyətlərini  tənzimləyən 
qaydalar daxildir (2, səh. 171). 
Orfoepiya  normalarını  müəyyənləşdirərkən  aşağıdakı  prinsiplər 
əsas götürülür: 
1) tələffüzün asanlığı; 2) danışığın təbiiliyinin qorunması; 
3)
 
şəkilçiləri  qısa  variantda  saxlanılması;  4)  tələffüzü  çətin, 
yazılışı  deyilişindən  fərqlənən  sözlərin  xalq  danışıq  dilinə  uyğun 
variantının qəbul edilməsi; 5) fonetik hadisələrin tətbiq olunmasının 
qarşısının  alınması;  6)  dilimizin  təbiəti,  səs  və  heca  sistemi  nəzərə 
alınmaqla bir sıra sözlərin tələffüz formalanmn dəqiqləşdirilməsi; 7) 
alınma  sözlərin  tələffüzü  ilə  əlaqədar  fonetik  normaların 
qətiləşdirilməsi; 8) ahəng qanununun gözlənilməsi (18, səh. 122). 
Şifahi ədəbi dilin zəngin imkanlarından məharətlə bəhrələnən hər 
bir  şəxs  tələffüz  normalarına  düzgün  əməl  etməklə  nitq  prosesində 
dilimizin  daxili  qanunlarını  qorumuş  olur,  bu  nitq  dinləyicilər 
tərəfindən asan qavranılır, estetik təsiri ilə seçilir. 



Nitq də mədəniyyət kimi saflıq, təmizlik sevir. Lakin həmişə bu 
təmizliyi qorumaq mümkün olmur. Nitq prosesində ədəbi tələffüzlə 
bağlı bir sıra qüsurlarla rastlaşırıq. 
1)
 
Nitqdə  yerli  dialekt  və  şivələr  hesabına  söz  və  qrammatik 
formalarda ədəbi tələffüz normaları pozulur: həlbəttə, hasand, ahali, 
haçar//xaçar,  cuma(cümə),  dəyşət  (dəhşət),  nöş  (nə  üçün), 
Ukranya,  tilvizor,  döyül,  həmməşə,  müsəlmançıbq,  məsəlçün, 
bclənçik (belə), girdəkan (qoz), sələk (ağılsız), örüş (çöl), döşəkağı 
(mələfə) və s. Bu sözlərdə ədəbi dilin təkcə fonetik norması yox, həm 
də leksik norması pozulmuşdur. 
Leksik  norma  sözlərin  ümumişlək  normasını,  mənasının  asan 
dərk edilməsini və ədəbi dilə gətirilə bilməsini nəzərdə tutur. Lakin 
yerli  şivə  və  dialektlərdə  işlənən  və  ümumi  xalq  tərəfindən  az 
anlaşılan  sözlər  ədəbi  dil  normasına  cavab  vermədiyinə  görə  qəbul 
edilmir, ən düzgün variant ümumiləşdirilib götürülür. 
2)
 
Qrafik  prinsipə  görə dildə sözün iki tələffüz şəklindən daha 
tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: darvaza, xalça, pencək, 
pendir,  xəmir,  rahat,  pəncərə,  qəbul,  kənar  sözləri  həm 
orfoqrafiya,  həm  də  orfoepiyada  düzgün  sayılır,  amma  dərvaza, 
xəlçə,  pəncək,  pəndir,  xamır,  rahət,  pencərə,  qa-  bul,  kənar 
şəklində  deyiliş  dialekt  xüsusiyyəti  hesab  olunur  və  ədəbi  tələffüzə 
yaramır. 
Orfoepik qüsurların bir qismi nitq prosesində bəzi saitlərin uzun 
və  ya  qısa  tələffüzü,  vurğunun  düzgün  qoyulmamasmm  nəticəsidir: 
başqa,  bütün,  büro,  sifət,  ədat,  daha,oxu,  müxtəlif,  əsasən, 
günorta 
sözlərində  vurğunun  ilk  hecaya  salınması  belə 
qüsurlardandır. 
Ədəbi  tələffüz  normalarının  pozulması  bir  sıra  alınma  sözlərin 
kitab tələffüzü ilə (hərfi tələffüzlə) bağlı olması hesabmadır. Məsələn: 
[Maskva],  [intanasiya],  [arfaepiya],  [kankret],  [faneti-  ka], 
[arfaqrafiya]  və  s.  kimi  deyilməli  olan  sözlər  elə  yazıldığı  kimi  - 
Moskva,  intonasiya,  orfoepiya,  kontakt,  konkret,  konfet  fonetika, 
orfoqrafiya və s. şəklində səhv tələffüz olunur. 
122 


Dilimizə məxsus söz və şəkilçilərin deyilişində də qüsurlar vardır: 
vicdan-[vijdan],  uşaq-[uşax],  məqsəd-[məksət],  işləyir-  [işdiyir], 
getsə idi- [getseydi] və s. 
Uşaqlar  ailədən,  radio  və  televiziya  verilişlərindən,  bağçada 
tərbiyəçilərdən,  məktəbdə  müəllimlərdən  ədəbi  tələffüz  normalarını 
eşidib mənimsəməli, mədəni nitqə verilən tələbləri öyrənməli, danışıq 
və  yazıda  öz  aydınlığı,  səlisliyi,  intonasiya  düzgünlüyü,  lüğət 
tərkibinə  görə  zənginliyi  ilə  seçilən  formalara  yiyələnməlidirlər. 
Beləliklə,  gənc  nəsildə ədəbi  tələffüz  normaları əsasında  danışmaq, 
oxumaq  vərdişi  yaranmalıdır.  Bunun  üçün  valideynlər,  tərbiyəçilər, 
müəllimlər  uşaqların,  şagirdlərin  nitqi  üzərində  birgə,  müntəzəm 
işləməli, nitqdəki qüsurların başvermə səbəblərini tapıb izah etməli, 
səhvləri müxtəlif üsul və vasitələrlə düzəltməlidirlər. Valideynlərin, 
tərbiyəçilərin və istisnasız olaraq hər fənn üzrə bütün müəllimlərin, 
diktor, aparıcı və aktyorların düzgün danışıq və ifadəli oxusu etalon, 
nümunə  kimi  təqdim  olunmalı,  kitab  (hərfi)  oxusu  və  dialekt,  şivə 
xüsusiyyətləri,  danışıq  dili  tələffüzü  daim  düzəlişə  məruz  qalmalı, 
nitqin  intonasiyasının  zənginlik  və  rəngarəngliyi  nəzərdə 
saxlanılmalıdır. 
Ədəbi 
tələffüz 
vərdişlərinə 
yiyələnmək 
nöqteyi-nəzərindən bu formalar çox əhəmiyyətlidir. 
Orfoepik  qaydaların  müəyyənləşdirilməsində,  əsasən,  fone-  tik 
prinsipə  üstünlük  verilir.  Bu  prinsipə  görə  orfoepik  norma  xalq 
danışıq  dilinin  ən  işlək  və  daha  çox  yayılmış  formasına  əsaslanır. 
Məsələn: feilin mürəkkəb şərt şəklinin hekayəsinə iki variantda rast 
gəlirik: alsa idi- [alsaydı], [alseydij; gəlsə idi [gəlsəydi], [gəlseydi] 
və  s.  Amma  bu  formaların  respublikamızın  əhalisinin  böyük 
əksəriyyətinin  işlətdiyi  eydi  variantı  -  [al-  seydi],  [gəlseydi] 
orfoepiyada norma kimi əsas götürülmüşdür. 
Başqa bir misal. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə saitlə 
başlanan şəkilçilər artınidıqda sözün sonundakı sait ahəng qanununa 
uyğun  qapalı  saitlərdən  birinə  keçir:  meşəyə  [meşiyə], 
alçaya-[alçıya], işləyir-[işliyir], başlayır-[başlıyır]. 
123 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə