Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

2.
 
C samiti. 
a)
 
C samiti sözün sonunda karlaşır: çəkic, dinc, sinc, kərpic və s. 
b)
 
cingiltili  samitin  qarşısında  c  samiti  j  kimi  tələffüz  əlunur; 
əcdad-[əjdad], gecdir-[gejdir], səcdə-[səjdə], vicdan-[vijdan] və s. 
c)
 
C  samiti  "bacarmaq"  sözündə  ş  kimi  -[başarmax]  tələfiüz 
edilir. 
3.
 
ç samiti. 
ç samiti ilə bitən təkhecalı sözlərdən sənra d, t, z, s, n samitləri ilə 
başlanan şəkilçi və ya söz gəldikdə ç əvəzinə ş deyilir; qaçdı-[qaşdı], 
keçdi-[keşdi], 
içdi-[işdi], 
biçdi-[bişdi], 
uçdu-[uş- 
du], 
Üçtəpə-[üştəpə],  üç  dənə-[üş  dənə],  heç  zaman-[heş  zaman],  heç 
nə-[heş nə] və s. 
4.
 
d samiti. 
a)
 
d  samiti  sözlərin  sonunda  karlaşır:  ad,  dad,  yad,  od,  qanad, 
həsəd, məqsəd, armud, bulud və s. 
b)
 
təkhecalı  sözlərdə  karlaşır:  dörd-[dört],  kənd-[kənt], 
qənd-[qənt]. 
5.
 
f samiti. 
f  samiti  söz  ortasında  kar  samitdən  sənra  cingiltiləşir:  məxfi, 
[məxvi] lütfən-[lütvən], lütfkar-[lütvkar], lütfi-[lütvi]. 
6.
 
samiti. 
a)
 
g  samiti  sözün  ortasında  iki  sait  arasında  y  kimi  tələffüz 
əlunur: əgər-[əyər], igid-[iyit], məgər-[məyər], Nigar-[niyar]. 
b)
 
g samiti sözün sonunda karlaşır; qəşəng-[qəşə(n)k], [pələng- 
pələ(n)k], tüfəng-[tüfə(n)k], əhəng, [əhə(n)k], zəng-[zə(n)k] və s. 
7.
 
ğ samiti. 
ğ  samiti  sözün  ortasında  kar  samitdən  əvvəl  x'  səsinə  keçir: 
bağça-[baxça], sağsağan-[saxsağan], ağça-[axça] və s. 
8.
 
k samiti. 
a)
 
k (ke) samiti sözün ərtasmda kar samitdən sonra cingiltiləşir; 
küskün-[küsgün], məskun-[məsgun], yetkin-[yetgin], əs- kər-[əsgər], 
seçki-[seçgi], ötkün-[ötgün], təşkil-[təşgil] və s. 
b)
 
k  (ke)  samiti  sözün  sənunda  y  səsi  kimi  tələffüz  əlunur: 
çürük-[çürüy], köpük-[köpüy], çörək-[çörəy] və s. 
c)
 
k (ke) samiti ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi 
və ya söz gəldikdə həmin səs y samitinin kar qarşılığı kimi 
130 


tələffüz olunur (yazıda x’ işarəsi ilə göstərilir): küləklər-[küləx- lər], 
ipəkdən-[ipəxdən], kötükdə-[kötüxdə], köpüklü-[köpüxlü]. 
ç) Söz ortasında gələn qoşa samitlərindən ikincisi cingilti- ləşir: 
Məkkə-[məkgə],  mütəkkə-[mütəkgə],  səkkiz-[səkgiz],  sikkə-[sikgə], 
təşəkkür-[təşəkgür]. 
d)
 
k (ka) samiti alınma sözlərdə q kimi tələffüz olunur: kadr, tank, 
kombayn, yarmarka, kommunist, mikrob, klub, kran, konfet. 
Qalm  sait  qarşısında  k  dilarxası,  partlayan  və  kar  vəziyyətdə 
müəyyən  şərait  və  məqam  daxüində  yazüışmdan  fərqli  tələffüz 
olunur. 
9.
 
q samiti. 
a)
 
söz ortasında işlənən qoşa samitlərindən ikincisi k’ kimi -kar 
tələffüz  edilir:  baqqal-[bakqal],  çaqqal-[çakqal],  diqqət-[dik-  qət], 
doqquz-[dokquz], 
haqqında-[hakqmda], 
naqqal-[nakqal], 
saqqız-[sakqız],  saqqal-[sakqal],  şaqqa-[şakqa],  toqqa-[tokqa]  və  s. 
Bu sözlərin tələffüzündə birinci samit qüvvətli, ikincisi isə nisbətən 
zəif  səslənir.  Şagird  və  tələbələr  bu  sözlərin  tələffüz  şəklini 
orfoqrafiyada da saxlayırlar və nəticədə sözləri səhv yazırlar. 
b)
 
sözlərin  ortasında  kar  samitdən  əvvəl  gələn  q  samiti  kar 
tələffüz olunur: nöqtə-[nöktə] məqsəd [məksəd], nöqsan-[nök- san], 
iqtidar-[iktidar].  Oqtay-[oktay],  rəqs-[rəks],  rəqqasə-[rək-  qasə], 
iqtisadi-[iktisadi] və s. 
c)
 
sözlərin  sonunda  gələn  q  samiti  karlaşır:  dodaq-[dodak], 
qonaq-[qonak],  fərq-[fərk],  məşq-[məşk],  xalq-[xalk],  aşıq-[a-  şık], 
məxluq-[məxluk] və s. 
10.
 
p samiti. 
a)
 
söz  ortasında  yanaşı  işlənən  qoşa  p  samitlərindən  ikincisi 
cingiltiləşir: 
ağappaq-[ağapbağ], 
hoppanmaq-[hopbanmağ], 
guppultu-[gupbultu], tappıltı-[tapbıltı] və s. 
b)
 
p samiti alınma sözlərdə kar samitlə yanaşı gəldikdə cingiltili 
tələffüz 
olunur: 
respublika-[resbublika], 
ekspert-[eksbert], 
aspirant-[asbirant] və s. 
11.
 
t samiti. 
a) t samiti kar samitdən sonra gələndə cingiltili tələffüz olunur: 
dəftər-[dəfdər], dəstə-[dəsdə], apostrof-[apasdrof], ixtiyar- 
131 


[ixdiyar], iştirak-[işdirak], məftil-[məfdil], taxta-[taxda] və s. 
b)
 
Söz  ortasında  qoşa  işlənən  t  samitlərindən  ikincisi  cingil- 
tiləşir: əlbəttə-[əlbətdə], Fəttah-[fətda], hətta-[hətda], Səttar- [sətdar] 
və s. 
c)
 
t  samiti  sözün  sonunda  tələffüzdən  düşür;  dost-[dos],  neft- 
[nef], resept-[resep], sərbəst-[sərbəs], manifest-[manifes] və s. 
ç) son hecası st, ft, şt samitləri ilə bitən sözlərdən sonra samitlə 
başlanan şəkilçi və ya söz gəldikdə həmin samitlərdən ikincisi düşür: 
dostlar-[doslar], 
sərbəstlik-[sərbəslik], 
güzəştsiz-[güzəşsiz], 
teştdə-[teşdə],  üstdən-[üsdən],  neftçi-  [nefçi],  növbətçi-[nö:bəçi], 
xoşbəxt tələbə-[xoşbəx tələbə] və s. 
Vurğulu  qoşa  samitlərdən  sonra  gələn  bir  sıra  alınma  sözlərdə 
samitlərdən  biri  tələffüzdən  düşür,  bəzi  şagird  və  tələbələr  belə 
sözlərin  yazılışında  həmin  hərfi  buraxırlar;  attestat-[ates-  tat], 
akkord-[akord], 
kollektiv- 
[kalektiv], 
effekt-[efekt], 
korrektor-[karektor], 
qrammatika-[qramatİka], 
terror-[teror], 
immunitet-[imunitet] və s. 
iki kar samitlə bitən sözlərə samitlə başlanan şəkilçi artml- dıqda 
həmin samitlərdən biri deyilmir. Bu tələffüz qaydasının təsiri altında 
olan şagird və tələbələr yazıda da bu qayda ilə bağlı səhvə yol verir, 
həmin hərfi yazmırlar. 
Ümumiyyətlə,  orfoqrafiya  və  orfoepiya  qaydalanm  düzgün 
mənimsəməyən  şagird  və  tələbələr  kar samitləri  cingiltili  samitlərlə 
(astar-[asdar],  şaftalı-[şafdalı].  Müşfiq-[müşvik],  bitki-[-  bitgi], 
kəşfiyyat-[kəşviyat]),  cingiltili  samitləri  də  kar  samitlərlə 
(əhəng-[əhənk],  avtomat-[aftamat],  şübhəsiz-[şüphəsiz])  əvəz- 
ləyirlər. 
12.
 
V samiti. 
a)
 
V samiti alınma sözlərdə kar samitdən əvvəl gəldikdə kar- laşır; 
avtobus-[aftobus], 
avtomobil-[aftamabil], 
avtomat-[afta- 
mat], 
Avstraliya-[afstraliya] və s. 
b)
 
-ov səs birləşməsi ilə işlənən sözlərdə v samiti deyilişdə düşür 
və 
0
 saiti bir qədər uzun tələffüz olunur: Buzovna-[buzo;- 
13Z 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə