Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

na], buzov-[buzo;], [buxov-buxo:], [dovşan-do:şan], dovğa-[do:- ğa], 
Novxanı-[no:xanı],  novruz-[no:ruz],  qovun-[qo:un],  oxlov-  [oxlo:], 
ovuc-[o:uc] və s. 
c)
 
Soyadların  sonunda  gələn  -ov,  -yev  şəkilçilərində  v  samiti 
karlaşır; 
Əhmədov-[əhmədof], 
Əliyev-[əliyef], 
Məmmədov- 
[məmmədof], Güləliyev-[güləliyef]. 
13.
 
samiti.  Sözlərdə qoşa y samitinə, əsasən, alınma sözlərdə, 
cəmlik  bildirən  -iyya1/-iyyət  şəkilçisində  rast  gəlirik.  Şagird  və 
tələbələrimizin bir qismi bu şəkilçi ilə işlənən sözləri tələffüz etdikləri 
şəkildə, 
yəni 
bir 

ilə 
yazmağa 
üstünlük 
verirlər: 
ədəbiyyat-[ədəbiyat],  kəşfiyyat-[kəşviyat],  əbədiyyət-[əbə-  diyət], 
qabiliyyət-[qabiliyət] və s. 
14.
 
z samiti. 
a)
 
z samiti təkhecalı sözlərin sonunda kar samitdən sonra gəldikdə 
karlaşır: ləfz-[ləfs], məhz-[məhs]. 
b)
 
z samiti çoxhecalı sözlərin sonunda da kar tələffüz olunur: al- 
maz-[almas], dəryaz-[dəryas], kələkbaz-[kələkbas], nərgiz-[nər- gis], 
nüfuz-[nüfus]. Qorxmaz-[qorxmas], saqqız-[sakqıs] və s. 
Müxtəlif  samit  qoşalığmm  tələffüzündə  də  orfoepik  normalar 
özünü göstərir. 
1)
 
«6  samit birləşməli sözlərin deyilişi zamanı  n  səsi m  səsi ilə 
əvəz  olunur:  anbar-[ambar],  ənbər-[əmbər],  günbəz-[güm-  bəz], 
mənbə-[məmbə], 
minbər-[mimbər], 
Qənbər-[qəmbər], 
münbit-[mümbit], sanbal-[sambal], sünbül-[sümbül], şənbə- [şəmbə], 
tənbeh-[təmbeh],  tənbəl-[təmbəl],  zanbaq-[zambaq],  zənbil-[zəmbil] 
və s. 
2)
 
mb samit qoşalığı ilə yazılan sözlər isə, əksinə nb kimi tələffüz 
olunur: 
omba-[onba], 
bomba-[bonba], 
hambal-[han- 
bal],kömbə-[könbə], 
kombayn-[konbayn], 
pambıq-[panbıq], 
sambo-[sanbo] və s. Bəzi dilçilər bu sözlərin yazılışı ilə tələffüzünün 
fərqlənmədiyi fikrindədirlər. 
133 


BƏZİ QRAMMATİK FORMAİARIN TƏIƏFFİİZİ 
Azərbaycan  dilində  qrammatik  şəkilçilərin  bir  qismi  yazıldığı 
kimi tələffüz olunmur. Onlara aşağıdakı hallarda qarşılaşmq: 
1.
 
İkinci şəxsin cəm (xəbərlik) şəkilçisi  -sınız''  bir hecalı  -sız"' 
şəklində  tələffüz  olunur:  tələbəsiniz-[tələbəsiz],  məşqçisiniz- 
[məşqçisiz], 
yazırsınız-[yazırsız], 
işləyirsiniz-[işliyirsiz], 
oturursunuz-[oturursuz] və s. 
2.
 
Üçünü  şəxsin  xəbər  şəkilçisi  -dıf  tələffüz  zamanı  r  samitini 
itirir, şəkilçi -dı'' formasında tələffüz olunur: məşqçidir- [məşqçidi], 
qırmızıdır-[qırmızıdı], ondur-[ondu], gedibdir-[gedibdi] və s. 
Xəbərlik  kateqoriyasına  məxsus  qrammatik  əlamətin  -xəbər 
şəkilçisinirm  ixtisan  nitqin  həm  yazılı,  həm  də  şifahi  formasında 
ahəngdarlıq yaradır. 
3.
 
İsmin  çıxışhq  hal  şəkilçisi  -dan/dən,  n  və  m  samitləri  ilə 
qurtaran  sözlərə  artmlarkən  -nan  nən  şəklində  tələffüz  olunur, 
adamdan-[adamnan], 
alimdən-[alimnən], 
anamdan-[anamnan], 
atandan-[atannan],  balondan-[balonnan],  diplomdan-[diplom-  nan], 
Dilqəmdən-[dilqəmnən], məndən-[mənnən], milyondan- [milyonnan] 
və s. 
4.
 
Saitlə  bitən  sözlərə  idi,  imiş  köməkçi  feil-hissəcikləri  qo- 
şulduqda sözün son saiti e və ya i düşür, son sait bitişdirici y samitinin 
təsiri  ilə  müvafiq  qapalı  saitə  çevrilərək  tələffüz  olunur:  taxta 
imiş-[taxdeymiş],  ata  idi-[ateydi],  acı  imiş-[acıymış],  incə 
imiş-[incəymiş],  alsa  idi-[alseydi],  alsa  imiş-[alseymiş],  qala 
idi-[qaleydi] və s. 
5.
 
İndiki  və  qeyri-qəti  gələcək  zamanlarda  111  şəxsin  cəmində 
işlənən  feillərdə  zaman  şəkilçisi  -ır'*,  -ar^  -ıf  ,-aP  şəklində  tələffüz 
olunur:  alırlar-[ahllar],  gedirlər-[gedillər],  bilərlər-[biləl-  lər], 
alarlar-[alallar], oynayırlar-[oynuyullar] və s. 
Orfoepiyada bu qaydalar normativ üslubu təşkil etdiyinə görə bu 
hal normativ üslub adlandmhr. Şagird və tələbələrimizin bir qismi az 
eşitdikləri, ola bilsin ki, valideynlərinin, tərbiyəçili 


lərinin,  müəllimlərinin  danışığını,  radio  və  televiziya  verilişlərində 
diktorların,  aparıcıların  nitqini  diqqətlə  izləmədiklərinə  görə  sözləri 
yazıldığı  kimi  oxumağa,  deməyə  çalışırlar,  sözlərin  yazılışını,  hərf 
tərkibini əsas götürür və belə hesab edirlər ki, sözlər necə yazılmışsa 
elə  o  şəkildə  də  oxunmalı,  deyilməlidir.  Sözlərin  yazıldığı  kimi 
deyilməsi  ədəbi  tələffüz  baxımından  qüsurludur,  gənc  nəsil, 
ümumiyyətlə, bütün insanlar orfoepiyası orfoqrafiyasmdan fərqlənən 
sözləri  və  qrammatik  formaları  ədəbi  tələffüz  qaydalarına  uyğun 
oxumalı və söyləməlidirlər. 
6.
 
Cəm  şəkilçisi  -lar,-lər  qoşulduğu  sözün  son  samitindən  asılı 
olaraq  -nah,  -dah,  -rah  şəklində  tələffüz  olunur:  xanlar-  [xannar], 
oğlanlar-[oğlannar],  aflar-[afdar],  işlər-[işdər],  qərar-  lar-qərarrar,  f 
əkəri ər-[fəkərrər] və s. 
7.
 
İsim düzəldən -hq\ sifəf düzəldən -h'* şəkilçiləri qoşulduq- ları 
sözün  son  samitinin fəsiri ilə ilk  samitini  d,  n,  r səslərindən  biri ilə 
əvəz edir: aydınlıq-[aydmnix], qanlı-[qannı], qarlı-[qar- rı], ath-[atdı], 
ətli-[ətdi],  dadlı-[daddı],  varlı-[varrı],  ətirli-[ətir-  ri],  unlu-[unnu], 
bulanlıq-[bulannıx] və s. 
8.
 
Ümumiyyətlə d, t, z, s, ş samitləri ilə bitən sözlərə 1 samiti ilə 
başlayan  şəkilçilər  qoşulanda  tələffüzdə  1  səsi  d  ilə  əvəzlənir: 
rahatlıq-[rahatdıx],  südlü-[sütdü],  otluq-[otdux],  səslər-  [səsdər], 
qızlar-[qızdar], işlə-[işdə], gözlə-[gözdə] və s. 
9.
 
Adhq  halda  qoşa  samitli  təkhecah  alınma  sözlərə  samitlə 
başlanan  şəkilçilər  artmldıqda  qoşa  samitlərdən  biri  düşür: 
fənn-fənlər, sirr-sirli, xətt-xətkeş, haqq-haqsız, hiss-hissiz. 
Bu  qaydanı  yaxşı  mənimsəməyən  şagird  və  tələbələr  qoşa 
samitləri saxlamağa çahşdıqlan kimi (fənnlər, sirrli, haqqsız), həmin 
sözləri  tək  samitlə  yazanlar  da  vardır,  "sirr"  əvəzinə  "sir",  "hiss" 
əvəzinə  "his",  "xətt"  əvəzinə  "xət",  "zidd"  əvəzinə  "zid",  "fənn" 
əvəzinə "fən", "haqq" əvəzinə "haq" və s. 
10.
 
a,  ə  saitləri  ilə  bitən  feillərə,  feili  sifət  və  feili  bağlamalara 
saitlə  başlanan  şəkilçi  artırıldıqda  sözün  sonundakı  həmin  saitlər 
ahəng  qanununa  uyğun  olaraq  müvafiq  qapalı  saitlə  əvəzlənərək 
tələffüz olunur: başlayır-[başlıyır], oynayır-[oynu- 
13S 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə