Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə51/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

Gəl, gəl, a yaz günləri. 
İlin əziz günləri. (Sabir) 
Beytin əvvəlindəki sözlərin təkran anafora, sonunda təkrarlanan 
sözlər isə epifora adlanır. 
Yaxud: Yaxşı,yaxşı, başa düşdük; Fikriniz aydındır, aydından da 
aydındır. 
Yaxud: Getdim gördüm bir dərədə iki kar, kor kürkü yırtıq kirpi 
var. 
Yaxud: 
Can deməklə candan can əskik olmaz
Dostlan bir-birinə mehriban eylər. (A.Qurbani) Ta 
inki eşitdi vəfati-canan. 
Canan, canan deyib o da verdi can. (Q.Zakir) 
Ümumiyyətlə,  bədii  üslub  digər  üslublardan  bir  çox  cəhətdən, 
əsasən  də,  əbrazhhq  cəhətdən  fərqlənir.  Yazıçılar  da  bu  üslubda 
yazdığı əsərlərində dilin axıcı və cəlbedici əlmasma, estetik cəhətən 
yüksək keyfiyyətlərə cavab verməsinə çalışırlar. Onlar rəngarəng söz 
və  ifadələrdən,  dilin  bədii  təsvir  və  ifadə  vasitələrindən  istifadə 
etməklə əsərlərinin oxucular tərəfindən maraqla oxunmasına, zövq və 
həzz mənbəyinə çevrilməsinə çalışırlar. 
Sual və tapşırıqlar 
1.
 
Nitq üslubları necə yaranır? 
2.
 
Yazı üslubu nədir və onun hansı növləri vardır? 
3.
 
Bədii üslub nədir? 
4.
 
Bədii  əsərin  xarakterik  xüsusiyyətləri  və  vəzifələri 
hansılardır? 
5.
 
Bədii təsvir vasitələri dedikdə nə başa düşülür və onlar ədəbi 
bədii əsərlərin ifadəliyinə xidmət edirmi? 
6.
 
Metafora nə deməkdir və o, dildə necə yaranır? 
7.
 
Metonimiya  nədir?  Metonimiyaya  aid  bir  neçə  nümunə 
göstərin. 
8.
 
Epitet sözünün mənasını deyin, ona aid misallar gətirin. 
1^9 


9.
 
Bədii üslubun növləri hansılardır? 
10.
 
Nəzm və nəsr üslubları nə deməkdir? 
Çalışma 95. Bədii ədəbiyyatın müxtəlif növ və janrlarında 
işlənmiş epitetləri və təşbehləri tapıb göstərin. 
"Şərili", "Bəhməni", "Cəlili", "Cəngi"... 
Türkülər dəməti, səslər çələngi... 
Sevincin zirvəsi, qəmin zirvəsi (X.R.Ulutürk) 
Hər tərəfdən onu fəlakət buludları çulğaladı, axırda onu qara 
torpaq altına girməyə məcbur etdi. (C.Cabbarlı) 
Yanağı laleyi-bahari kimi. 
Ləbləri yaqutun kənarı kimi. 
Bir danə nasüftə mirvari kimi. 
Başdan ayağadək ağ bədən gərək (M.P.Vaqif) Çalışma 96. 
Yazıçı əşya və hadisələr arasındakı oxşarlığı və ya fərqi qabarıq 
şəkildə göstərmək üçün metaforalardan istifadə etmişdir. Həmin 
metaforaları tapın və nəyə işarə edildiyini göstərin. 
Keçdi pəncəmizə gözəl Qarabağ 
Öpsün qılıncımı hər qaya, hər dağ (S.Vurğun) 
Həsən də qəlyan çəkər, 
Hüseyn də qəlyan çəkər. 
Tənbəki bol olanda Siçan 
da qəlyan çəkər. 
Hamam, hamam içində
Xəlbir saman içində Dəvə 
dəlləklik eylər, 
Köhnə hamam içində (Atalar sözləri) 
Çalışma  97.  Ad  dəyişmə  mənasında  işlənən  sözləri  tapın, 
hadisənin, anlayışın adının başqa bir adla necə əvəz edilməsinə diqqət 
yetirin; 
Ləngərlənən meydana birdən yeni can gəlir
Azərbaycan, Türküstan, ardınca Turan gəlir (X.R.Ulutürk) 
İbrahim xan (yuxudan təlaşla qalxaraq); 
- O yandan Türkiyə, bu yandan İran, 
160 


Burdan da Rusiya göndərir fərman. 
Pəzmaq istəyirlər cah-cəlalımı (S.Vurğun) 
Çalışma 98. Bir tələbənin imtahan ballanm toplaya bilmədiyinə 
görə Akademiyadan xaric olunması haqqında dekanın adından əmr 
hazırlayın. 
Çalışma  99.  Tədbir  keçirilir.  Qrup  tələbələrinizin  iştirakı 
barəsində dekana raport verin. 
Çalışma  100.  Şeiri  ifadəli  oxuyun,  bədii  təsvir  və  ifadə 
vasitələrini tapın, ifadəliyin necə yaranmasına diqqət yetirin
Son payız dayanıb qışa müntəzir. 
Otların gözündə gilələnir yaş. 
Dağlardan sallanıb apana enir. 
Duman yavaş-yavaş, çən yavaş-yavaş. 
Ağaclar üsyana qalxıb, bozanb. 
Bircə budaqda da görünməyir bar. 
Bağlarda yarpaqlar elə qızanb. 
Deyirsən, indicə alışıb yanar. 
Külək xəzəlləri alıb döşünə. 
Qovur bağ-baxçanm hər bucağında. 
Torpaq da kökündən qopub düşənə. 
Yer vermək istəmir öz qucağında. 
Gecələr 0 qədər uzun olubdur. 
Deyirsən, bir daha açılmaz səhər. 
Güllər elə yanıb, elə solubdur Bir də 
baş qaldırmaz bahara qədər. 
Kimsə yollanmayır tarlaya, çölə. 
Sanki təbiətin yuxusu gəlir. 
Günəşli günlərin özündə belə. 
Havadan yağışın qoxusu gəlir. 
Çılpaq budaqlarda qalan yuvalar. 
Uzaqdan qaralır bir yumaq kimi. 
Çırpına-çırpına əsir gilavar Hansı bir 
ağaca qonacaq kimi. 
Ш 


Torpaq həsrətiylə ağlayır bulud, 
Çay olur, göl olur gözünün yaşı. 
Coşan sellər, sular şahə qalxan at. 
Əzir xıncım-xıncım qayanı, daşı. 
İsti hava qıtdır, çəkilib göyə. 
Geyinib təbiət əskəri paltar. 
Payızın möhləti qurtanr deyə. 
Uca zirvələrə çilənir ilk qar. 
Qar istəyir düzən, barsız bağlar da. 
Çılpaq yerlərini örtsün, gizləsin. 
Ağsaqqal qış gəlir, payız dağlarda Çaşıb qalıb, bilmir, 
getsin, gözləsin. 
(Süleyman Hüseynov. Yaşanmış ömür. Bakı, 2001, 
səh.51-52) 
ÜSLÜBİ VASİTƏIƏR 
Düzgün  şifahi  nitqə  və  yazıya  yiyələnmək  hər  bir  adamın 
arzusudur. Məqsədə çatmaq üçün kiçik yaşlardan dilin fonetik, leksik 
və  qrammatik  normalanm  mənimsəmək  ilkin  şərtdir.  Lakin  bu, 
düzgün  nitq  üçün  kifayət  etsə  də,  gözəl  nitq  üçün  kifayət  deyildir. 
Gözəl  nitq  bacanğı  nümayiş  etdirmək  üçün  dilin  daxili  quruluşunu, 
onun qayda-qanunlanm mükəmməl bilməklə dilin üslubi imkanlanna 
bələd  əlmaq  vacibdir.  Nitqin  üslubi  cəhətdən  düzgün  qurulması  isə 
ünsiyyət zamanı onun ahəngdarlığına, ob- razhğma, bədiiliyinə xüsusi 
qayğı ilə yanaşmaqla, dilin bədii təsvir və ifadə vasitələrindən kənkret 
məqam və şəraitdə yararlanmaq bacarağı ilə reallaşır. Nitq üslubi dil 
vasitələrindən, onun normalarından məqsədəuyğun istifadə tərzidir. 
"Üslub"  sözü  ərəbcə  "tərz",  "ifadə  tərzi",  "üsul"  mənasındadır. 
İndi bu söz daha çox yazı manerası, damşıq tərzi anlamında işlənir. 
Üslub ayrı-ayrı sənətkarlara, elmi, siyasi, tarixi cərəyanlara, bədii 
janrlara, müəyyən bilik sahələrinə aiddir, buna görə də hər 
usz 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə