Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

[ceyrani]-ceyranı,  [novruzi]-novruzu,  [gümişi]-gümüşü,  [palıdi]- 
palıdı və s. 
-İl'*  şəkilçisi  -nı‘'  (qannı,  şannı,  unnu),  -n‘'  (qam,  kirri),  dı'* 
(qazdı, izdi) şəkillərində tələffüz olunur. 
Kəmiyyət  şəkilçisi  -lar/lər  yazılı  dildə  əsas  götürüldüyü  halda, 
danışıq  dilində  və  dialekt  tələffüzündə  -nar/nər  (oğlannar, 
gələnnər), - dar/dər (atdar, itdər), -rar/rər (təkərrər, be- karrar) 
variantlarında tələffüz olunur. 
Sual və tapşırıqlar 
1.
 
Fonetik hadisələrə uğramış tapbağ, öküzdər, məhşur, dorğu, 
aqsırmağ,  saba,  bası  sözlərini  orfoqrafik  normaya  uyğun  yazın, 
qarşısında fonetik hadisənin adını qeyd edin. 
2.
 
adil, arif, sima sözlərində səsin uzanması hadisəsi ilə vurğunun 
eyni, yoxsa müxtəlif hecalara düşdüyünü izah edin, vurğunun yerini 
dəyişərkən sözlərin xüsusi isim kimi işlənməsinə münasibət bildirin. 
3.
 
Ədəbi  dildə  leksik  normanın  pozulmasına  yol  verilirmi?  Bəs 
bədii əsərlərdə o, nə vaxt pozula bilir? Dialekt leksikası hansı üslubda 
məqbul sayılır? 
4.
 
Məhəlli elementlər, jarqonizmlər, loru və alınma sözlər leksik 
normaya  uyğundurmu?  Dilin  leksik  norması  bunlardan  istifadə 
etməyə hansı məqamlarda icazə verir? 
5.
 
Dildəki  yeni  sözlərə  -  neologizmlərə  leksik  normanın 
münasibəti necədir? 
6.
 
Əsl Azərbaycan sözləri üçün hansı hecalar xarakterikdir? Əks 
hallar varsa səbəbini izah edin. 
7.
 
Azərbaycan  dilində  hansı  səslər  işlənmə  tezliyinə  və 
kəmiyyətinə görə əsas yeri tutur? Misallarla fikrinizi əsaslandırın. 
Çalışma  82.  İntizamı  pozmuş  tələbəyə  dekanın  adından 
xəbərdarlıq edin. 
Çalışma  83.  Yanıltmadan  düzgün  tələffüzlə  sürətlə  oxuyun. 
Yanıltmacın deyilişində fəal olan danışıq üzvlərinin adlarını deyin: 
146 


1)
 
Getdim gördüm bir dərədə səkkiz-doqquz saqqız şaxlı var. 
Dedim: - Siz neçə ilin səkkiz-doqquz saqqız şaxlısız? 
Dedilər: - Səkkiz ilin, doqquz ilin səkkiz, doqquz saqqız şaxıyıq. 
2)
 
Getdim  gördüm  bir  bərədə  bir  bərbər  bir  bərbəri  bər-bər 
bəyirdir.... 
3)
 
Getdim  gördüm  bir  dərədə  iki  kar,  kor  kürkü  -  yırtıq  kirpi 
var.... 
4)
 
Getdim gördüm bir dərədə yeddi qara qaşqa təpəl səkil çəpiş 
otduyur. (Uşaq folkloru. Bakı, 2007, səh.88-89) 
Çalışma  84.  Ali  məktəbə  daxil  olmaq  münasibəti  ilə  şənlik 
keçirirsiniz. Bir dostunuza dəvətnamə yazın. 
Çalışma 85. Sözlərin ilk samitini dəyişməklə yeni sözlər yaradın: 
qanad, kənd, qələm, zəfər, körpü, maraq, qul. Xəzər, beyin, xəstə, 
gəl. 
Çalışma 86. Mətndə işlənmiş dialektizmləri tapın, mənasını izah 
edin. 
-  Bəli,  qazı  ağa,  əgər  işi  bir  töhmən  yoluna  qoysanız,  biz  sizə 
duaçı  olarıq.  Sən  elə  eşşəyi  töyləyə  qatıb  oyza  cummuşdun, 
Məmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya 
ki, eşşəyi aparacağam. 
Yəni  olar  deyirsən  elə  millətdilər  ki,  xalqın  malını  gətirib  genə 
sahibinə  tuşarlar.  Bu  heyndə  Xudayar  katda  oğlanın  dal  tərəfindən 
yeriyib, oğlanın kürəyindən bir ağac... (C.Məm- mədquluzadə). 
QRAMMATİK NORMAIAR 
Qrammatik  norma  dilin  quruluşuna,  onun  nitq  prosesindəki 
fəaliyyətinə  aiddir.  Bura  sintaktik  əlaqə  formaları,  şəkilçilərin 
ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, 
mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qram 
147 


matik  kateqoriyaların  ədəbi  dildə  gözlənilməsi  ilə  bağlı  qaydalar 
daxildir. 
Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin 
düzgün qurulmasını tənzimləyir. Ədəbi dilimizin qrammatik norması 
ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında 
qurulmuşdur.  Sözlər  və  cümlələr  arasındakı  əlaqə  düzgün 
qurulmadıqda qrammatik səhvlər meydana çıxır ki, nitq mədəniyyəti 
məhz bu tipli səhvləri aşkara çıxarır və onların aradan qaldırılmasına 
xidmət göstərir. 
Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə 
bilərik: 
1)
 
Azərbaycan  dilində  miqdar  saylarmdan  sonra  gələn  isim-  lər 
tək halda işlədilir: iki  top,  üç  kitab,  dörd  tələbə,  yüz  qoyun  və s. 
Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, 
ingilis,  fransız,  alman  və  s.  dilləri  (ən  azı  iki  xarici  dili) 
öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə 
uzlaşır.  Amma  Azərbaycan  dilində  bu  hal  mövcud  deyil,  yəni 
isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım 
gəlmir.  "Beş  cür  futbol  topları",  "on müxtəlif idman  köynəkləri" 
işlətmək qrammatik normanın pozulması deməkdir. 
2)
 
Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri 
ilə  əlaqədardır  və  əşyanın  hansı  şəxsə  mənsub  olduğunu  bildirmək 
üçün  isimlərə  artmlan  mənsubiyyət  şəkilçiləri  ilə  formalaşır. 
Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. 
Dilimizdə  mənsubiyyət  kateqoriyası  şəxs  əvəzliklərinin  iştirakı 
olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və 
s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib 
şəxs  ixtisara  düşür,  mənsubiyyət  şə-  kilçili  söz  həm  də  sahib  şəxsi 
əvəz edir. Amma rus, ingilis, fransız dillərində bu mümkün deyildir. 
Eləcə  də,  dilimizdə  1  və  11  şəxsin  cəmində  ikinci  tərəfin 
mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək 
mümkündür (adları çəkilən xarici dillərdə olduğu kimi): 
148 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə