Bu təklif cümlənin xoşuna gəldi. Ələlxüsııs Gülpəri şad idi ki, beləcə asan yolla
Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan
oldular. Səfərin qorxulu yeri qabaqda idi. M eşənin içilə səkkiz verst yol gedirdi.
Köç meşəyə çatdıqda qaranlıq lap çökmüşdü. Cəfər yüklü atlarla qabaqda və
fayton dalda gedirdi. Gülpəri bərk qorxurdu. Nurəddin qorxaq uşaq deyilsə də,
meşənin vahiməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatm səsi çıxırdı,
nə də bir yarpaq tərpənirdi. Odur ki, bir yandan bu sakitliyin özü də insanı
vahiməyə salırdı. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu səsdən Nurəddin
diksindi, Gülpəri qışqırdı. Faytonçu dedi:
Qorxma, xanım bayquşdur, ulayır.
Vay, allah səni yox etsin, gör nə murdar səsi var, - deyə Gülpəri qarğış
elədi,
Meşənin qurtaracağma iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağmı
kəsdi.
Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!
Əmiraslan ağa, atma, mənəm.
Cəfər, sənsən?
Bəli, ağa, mənəm.
Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi.
Cəfər, bu köç kimindir?
Ağa, Gülpəri xanımmdır. Odur özü də daldan faytonla gəlir. Yolda
faytonumuzun biri smdı, ona görə şeyləri atlara yükləmişik. Şəhərdə nə qədər
İmamverdi babanı gozlədiksə də, gəlib çıxmadı, axırda naçar qalıb özümüz yola
düşdük.
Cəfər, sən yavaş-yavaş sür get, mən də faytonla bərabər gəlirəm, - deyə
Əmiraslan atmı qamçıladı. Gülpəri atlını görcək qorxuya düşdü:
Yaman yerdə qaranlıqladıq.
Qorxma, xanım yəqin sizin adamlardandır, qabağmıza gəlibdir, - deyə
faytonçu Gülpəriyə ürək verdi.
Əmiraslan faytona yaxmlaşıb ucadan səsləndi:
İndi necəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı?
Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı?
Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızı gəlib çatmayıb, ya
başma bir iş gəlib?
Əmiraslan dedi:
Mənim, sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər
çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağma səbəb körpünü sel
aparması olmuşdur. Cəfərdən başmıza gələn hadisəni eşitdim. Əmiqızı, köçdən
belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı da edərsən, adam gərək
verdiyi sözün üstündə dursun.
Gülpəri söhbəti dəyişdirmək üçün dedi:
Əmioğlu, deyəsən Nurəddini görmürsən?
Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı:
Nurəddin, sən çox xoş gəlmisən. De görüm məndən qorxdunmu?
Səndən niyə qorxuram, adam da adamdan qorxarmı? - deyə Nurəddin
cavab verdi.
Oxuyan uşaq qorxaq olar.
Xeyr, səhv edirsiniz, oxumayan uşaq qorxaq olar. Oxuyan uşağm elmi
olar, hər şeyin sirrini bilər, ona görə de qorxmaz.
Yaxşı, indi ki, sən elə qoçaq oğlansan, gəl mənim atımı min, bir az da m ən
faytonda dincimi alım, - deyə Əmiraslan Gülpəriyə göz vurdu. Gülpəri
Əmiraslanm işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:
Yox, yox, Nurəddini at yıxar.
At çox dincdir. Adam yıxan deyil, yavaş-yavaş faytonun yanm ca sürər.
Ancaq atdan qorxan deyilsə...
M ən qorxaq deyiləm, - dedim!
Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin
özünü atm üstündə görcək onu tərkimlədi. At sıçrayıb qaçdı. Gülpəri qorxdu.
Amma Nurəddin atda bərk oturmuşdu. Əmiraslan dedi:
Maşallah, qoçaq uşaqdır.
Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı.
Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa
Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün
böyütmüşdü. Balaca Əmiraslan üçün "yox" kəlməsi yox idi. Her xahişi ata-anası
tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat
gerək ona da alma idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya
çıxdı. Əmiraslan doqquz yaşma çatdıqda atası ona heybə və çərəkə aldı. Təzəcə
paltar geydirib hədiyyə ilə onu mollanm yanm a oxumağa
apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb məktəbdən qaçdı. Ata-anası nə
qədər yalvardısa da, bir şey çıxmadı. Atası çox təkid edəndə Əmiraslan dedi:
Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamm ayağmı
falaqqaya salıb döyür. İstəyirsən məni şkolaya qoy gedim.
Tanrıqulu rusca oxumağm ziddinə gedənlərdən idi. Bu fikri onun başma salan
və onu şkolaya düşmən edən kənd mollası axund M olla İman idi. O, həmişə
deyərdi:
Tanrıqulu, məbadə oğlunu şkolaya qoyasan. Orada m üsəlman uşaqları
təmiz urus edirlər. Başlarma tük qoydurub şapka qoyurlar.
Oxutduqları da Sədi, Hafiz əvəzinə başdan-ayağa tülkü, çaqqaldır.
Tanrıqulu axundun birinci dərəcə müridlərindən hesab olunurdu. Odur ki,
oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilirdi, nə
də oğlunun oxuyub ədəbli, elmli olmasmdan əl çəkə bilirdi. Axırda m əsləhət üçün
Əli bəyin yanm a getdi. Əli bəy elmli və qoca bir kişi idi. Tanrıqulu həmişə onun
hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli
bəygilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna Tanrıqulu əw əlcə
bu adamm yanm da fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: -
"Bu mənim yaxm dostum M irzə Həsəndir, tanış olun" - dedi, fikrini dəyişdirib
əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı m əsləhət görüb dedi:
A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun,
şkolaya qoy. O ki qaldı axund M olla İman, onun fikri başdan-ayağa yanlış və
xatadır. Burada heç bir uşağı rus etməmişlər. Əgər etmişlərsə, budur, onlarm
müəllimi söyləsin.
M irzə Həsən gülümsünüb dedi:
Əgər islamlıq başa tük qoyub, şapka geymək ilə pis olursa, belionda
M olla İmanm dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən
də məəttəl qalmışam. Bu fikir M olla İmanm öz başmdan çıxma bir şeydir. -
Qardaşım, oğlunu tezliklə göndər gəlsin.
Peşman olmazsan.
Tanrıqulu bir iki adamm məsləhətinə görə oğlunu şkolaya qoydu.
Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən, bu doqquz yaşmda
uşaq, cəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir
uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlaqmı düzəltməkdə m üəllimlər aciz
qalmışdılar. Buna da bais ata-anası idi,
Dostları ilə paylaş: |