Qara Hüseyn Nurəddinin qıçmı əlləşdirib dedi:
Sağ ayağı diz qapağmdan çıxmışdır. - Sonra şaqqıltı ilə ayağı yerinə saldı
vı qıçm dörd itrafma ağac düzüb bərk sandı. Nurəddin ağrıya davam edib əsla səs
çıxartmırdı.
Yaşasm belə qoçaq uşaq, - deyə Qara Hüseyn Nurəddini tərif etdi. Sonra
da evdı tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır. Heç tərpətməyin, sonra
gəlib özüm açacağam. Bundan sonra üzünü Nurəddinə çevirib dedi:
Ağıllı oğlum, ayağmı heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan.
Qara Hüseyn xudahafiz edib getdi.
Gecədən xeyli keçdi. Amma Nurəddin ayağmm ağrısmdan yata bilmirdi.
İmamverdi baba onun yanm da oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otaqda
xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş
pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanm a gəldi.
Sabahm xeyir, oğlum, rahat yata bildinmi? Ayağm ağrıyırmı?
Azacıq ağrıyır, baba.
Darıxma, oğlum allah qoysa bir neçə günə sağalıb duracaqsan və səni
gəzməyə aparacağam. B ir bax gör babanm nə gözəl bağçası vardır. Bu sözləri
deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı.
Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. Quşlar
gömgöy budaqlarda oturub oxuşurdular. Pəncərənin ağzmda bir tut və bir gilas
ağacı bitmişdi. Gilasm budaqları pəncərəyə o qədər yaxm idi ki, əl uzadanda
çatırdı. Bu ağacm üstü qırmızı gilasla dolu idi. Quşlarm bəzisi gilas və bəzisi də tut
ağacmda oturub, gah oxuyurdular və gah da balaca dimdikləri ilə tutdan və
gilasdan qopardıb yeyirdilər. Nurəddin bunlara çox həvəslə baxırdı. Bu quşlardan
sərçədən başqa qeyrilərini tanımırdı. Nurəddin bir də gördü ki, bir ana sərçə
ağzmda bir göy cücü pəncərənin üstünə qondu və oradan cik-cik səsi gəldi.
Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd dənə sərçə balası
başlarmı bayıra çıxardıb civildəyirlər. Anaları uçub yuvanm ağzma qondu.
Balaları, sarı ağızlarmı açıb civiltini bərkitdilər. Ana sərçə ağzmı açıb cücünü
birinin ağzma verib uçdu. Bir azdan soııra yenə ağzmda cücü yuvasmm yanmda
hazır oldu. Bu dəfə cücünü o biri balasma verdi. Gələn dəfə üçüncüsünə və sonra
dördüncüsünə
verdi. Bu qayda ilə ana sərçə balalarma dən daşıyırdı və bir dəfə də olsa növbəti
pozmurdu.
Bu sərçə yuvası və onun içində olan balalarm yaşamaları Nurəddinə bir
məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçaraq otağm içinə
düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu.
Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver.
İmamverdi sərçəni tutub Nurəddinə verdi:
Oğlum, yaxşı öyrətməli vaxtıdır.
Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət.
Yaxşı, oğlum, öyrədərəm.
İmamverdi sərçəni Nurəddindən alıb yerə qoydu və bir az kənara çəkilib
muşqurmağa başladı. Sərçə m uşquruğu eşidəndə cik-cik etməyə başladı, amma
uçub çağırışa gelmədi. İmamverdi baba dedi:
İndi bu toxdur, ona görə mənə qulaq asmır. Qoy bir az ac qalsm, o vaxt
m uşquranda uçub gələcəkdir. İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq.
İmamverdi baba bunu deyib rəfdən bir boş tütün qutusu və bir qədər pambıq
götürdü və Nurəddinə verdi:
Bu da sərçənin evciyi.
Nurəddin sevinib sərçəni qutuda rahat etdi.
Baba, sərçəm acanda nə verim?
Çörək çeynəyib ver, tut ver, amma bunlardan yaxşısı cücüdür. M ən
bağçamızdan tutub gətirərəm.
Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı
içəri daxil oldu. Çayı Nurəddinin qabağma qoyub halmı soruşdu və dedi:
Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa, buyur.
Nurəddin dedi:
M əndən Bahara salam-dua yetir, amma ayağımm çıxmağmı demə, ürəyi
xarab olar və bir də mümkün olsa, mənim şəkil dəftərlərimi və rəng qutumu
göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır.
Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz.
Allah sənə tezliklə şəfa versin, - deyə Cəfər getdi.
Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağmı açıb dedi:
İndi, oğlum, ayağm yaxşıdır, daha sarımayacağam. Ancaq bir müddət
gərək üsullu dolanasan. Atılıb düşməyəsən. Bir-iki gün evdən çıxma. Yavaşca-
yavaşca evdə gəz. Eyvanda otur, babanm bağçasma tamaşa eylə, sonra səni bağıma
gəzməyə aparacağam.
Qara Hüseyn xudahafiz edəndə İmamverdi baba ona pul verdi. Amma o qəbul
etməyib dedi:
M ən heç vaxt pul qəbul etmərəm. Hələ səninlə dostluğum dursun,
Nurəddinin atası mənə çox yaxşılıq edibdir. O yaxşılığm əvəzində mən ona heç bir
şey etməmişəm. İndi borcumu verirəm, artıq bir şey etmirəm.
Qara Hüseyn gedəndən sonra İmamverdi baba Nurəddinin başmı sığallayıb
dedi:
Görürsən, oğlum, yaxşılıq nə gözəl şeydir. Atanm yaxşılığm m əvəzini
övladma edirlər. Bax, oğlum, bu əyləşdiyin evi atanm köməkliyi ilə tikdirmişəm.
İndi mən də bunu və qabağmdakı bağçanı vəsiyyət etmişəm ki, sənə verüsin. Bunu
bu kənddə hamı bilir. M ən öləndən sonra bunlar sənindir. Bunlarm Gülpəriyə dəxli
yoxdur.
Gülpəri pəncərənin qabağmdan keçərkən bu sözləri eşidib dedi:
Ata, o nə şeydir ki, mənə dəxli yoxdur?
İçəri gəl deyim.
Gülpəri gəldi, İmamverdi baba dedi:
İndi Nurəddinə vəsiyyət edirəm ki, bu oturduğu ev və qabağmdakı bağça
onundur, sənə dəxli yoxdur. Bu vəsiyyətimi sənə deyirəm, qızım, bunu əmələ
gətirərsən. Özün də yaxşı bilirsən ki, bunlar onun atasınm pulu ilə tikilmişdir.
Gülpəri dedi:
Ata, əmrini yerinə yetirməyə hazıram. Ancaq mənim də səndən bir
təvəqqəm var.
Söylə, qızım, görüm nədir?
M ən söyləməyəcəyəm, Əmiraslan söyləyəcəkdir.
Məni Əmiraslanla heç bir işim ola bilməz. Bunu özün də bilirsən. Bir də
siz bura gələndən bəri, o, Nurəddini yoxlamağı əldə bəhanə edib, bura tez-tez
gəlməsin, yoxsa qovaram.
Ata, elə iş etmə, bu gün o səndən bir şey təvəqqə edəcəkdir. Onun
təvəqqəsini qəbul et, çünki, m ən də o təvəqqeyə şərikəm.
Yenə deyirəm, Əmiraslanla mənim heç bir işim ola bilməz.
Dostları ilə paylaş: |