80
Süni su hövzələrinin yaradılması, havanın nisbi rütubətinin art-
masına və qrunt sularının səviyyəsinin yüksəlməsinə səbəb olur.
Bundan başqa ərinti və sel sularını su hövzələrində toplamaq və
həmin sudan bitkilərin böhranlı dövrlərində suvarma məqsədilə
istifadə etmək olar. Su rejiminin fəal yolla nizamlanmasında tor-
paqda nəmliyin toplanmasını, qorunub saxlanmasını və səmərəli
istifadə olunmasını təmin edən xüsusi aqrotexniki tədbirlərdən
geniş istifadə edilir.
Suvarılmayan torpaqlarda, kifayət qədər nəmliyi olmayan və
qeyri-sabit nəmlik şəraitində bitkilərin məhsuldarlığı, əsasən at-
mosfer çöküntüləri hesabına təmin olunduğuna görə, burada su
rejiminin nizamlanmasında əsas məqsəd, torpağın su-fiziki xassə-
lərini yaxşılaşdırmaqla daha çox nəmlik ehtiyatı yaradan becərmə
üsullarının tətbiq edilməsindən ibarətdir.
Qarın sovrulmasının, ərinti və yağış sularının axmasının qar-
şısını almaq üçün torpaqda qarın və ərinti sularının saxlanılmasını
təmin edən müxtəlif üsullar vardır. Qarı, tarlada quraşdırılan müx-
təlif süni maneələrlə: - çırpı, sipər, kövşən dərzləri və s. ilə sax-
lamaq olar. Bu maneələr qarı yaxşı saxlayır, lakin onların düzəldil-
məsi üçün çoxlu material, nəqliyyat vasitəsi və əmək məsarifi tələb
olunduğuna görə az istifadə edilir. Qarın saxlanılması üçün az
zəhmət tələb edən və daha məhsuldar hesab olunan qar tirələrinin
yaradılması üsulundan istifadə olunur. Bu məqsədlə hakim külək-
lərin istiqamətinə köndələn qaydada olmaqla, bir-birindən 5-9 metr
aralı, 40-70 sm hündürlüyündə qar tirələri düzəldilir. Qarın sov-
rulmasının qarşısını almaq üçün qar kipləşdirici alətlərdən istifadə
edilə bilər. Cərgə və ya lentlərdə saxlanılan hündür boylu bitkilər,
qış dövründə sahədə qarın daha yaxşı saxlanılmasını təmin edir.
Sahədə kövşən qalıqlarının saxlanılması və torpağın yastıkəsən
alətlərlə becərilməsi ilə qarın toplanması yaxşı nəticə verir. Mailli-
yi olan sahələrdə yağmurların və ərinti sularının saxlanılması, həm
torpağın rütubət ehtiyatını artırır və həm də eroziya prosesinin qar-
şısını alır. Yamaclarda ərinti sularını saxlamaq üçün mailliyə
köndələn istiqamətdə qar tirəsi düzəldilir, yaxud zolaqlarla qarın
üzəri hər hansı materialla qaraldılır. Bu üsulda qarın qaralmış his-
səsi tez əriyir, zolaqlar arasında isə su saxlayan tirələr əmələ gəlir.
81
Torpaqdan rütubətin buxarlanmasının qarşısını almaq üçün
kapillyar suyun yuxarı qalxmasını və su buxarının diffuziyasının
zəifləməsini təmin edən əlverişli əkin qatı quruluşu yaradılmalıdır.
Bu məqsədlə torpağın üst 0-4 sm qatı yumşaq vəziyyətdə saxlanılır,
4-6 sm dərinlikdə isə kipləşmiş qat yaradılır ki, bu zaman qaz
mübadiləsi və torpaqdan su buxarının diffuziyası dayanır. Torpağı
kipləşdirmək və eyni zamanda yumşaltmaqla istənilən əkin qatı
quruluşunu yaratmaq üçün vərdənə və maladan istifadə olunur.
Torpaqda rütubəti saxlamaq üçün sahə alaq otlarından mün-
təzəm təmizlənməlidir.
Rütubətliyi yüksək olan bölgələrdə yuyulan tipli su rejimi üs-
tünlük təşkil edir. Torpaq suyunun qrunt sularına və ya su bu-
raxmayan qata süzməsi, bu bölgədə torpağın həddindən çox
nəmlənməsinə səbəb olur. Çox nəmlənmənin təsirindən torpaq
kipləşir, quruma zamanı isə qalın qaysaq əmələ gətirir. Su torpağın
bütün məsamələrini doldurduqda, hava sıxışdırılıb çıxarıldığına
görə, aerob mikroorqanizmlərin həyat fəaliyyəti zəifləyir və bitki
köklərinin hava ilə təmin olunması çətinləşir.
Çox nəmlənmiş sahələrdə su rejiminin nizamlanmasında məq-
səd, artıq nəmliyi torpaqdan kənarlaşdırmaqdan ibarətdir. Bu mə-
sələ meliorativ tədbirlərlə və xüsusən bataqlıqların qurudulması ilə
həll olunur. Torpağın qurudulmasının ən yaxşı üsulu drenlərdən
istifadə etməkdir. Örtülü drenlərin qurulması əkin sahələrinin həc-
mini azaltmır və tarla işlərinin yerinə yetirilməsinə mane olmur.
Drenlərdə toplanan su, lazımi halda suvarma suyu kimi istifadə
edilə bilər.
Çox nəmlənmiş torpaqlarda su rejimi əkin qatının dərinləşdi-
rilməsi, yuvaaçma, yamacın eninə doğru ensiz güzlərlə şumlama,
tirəyə səpin və s. kimi xüsusi tədbirlər aparılmaqla nizamlanır.
Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsas məqsəd müx-
təlif üsullarda kök sisteminin yerləşdiyi aktiv torpaq qatında mü-
vafiq nəmlik rejimi yaratmaqdır.Suvarma üsullarından hər birinin
tətbiq dairəsi ərazinin torpaq, iqlim və təsərrüfat şəraiti ilə əlaqə-
ləndirilməsi və iqtisadi cəhətdən əsaslandırılmalıdır.
82
VI. Suvarmanın növləri və üsulları
Suvarmada əsas məqsəd torpaqda çatışmayan rütubəti bərpa et-
mək, becərilən kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə
onların inkişaf fazalarında tələb etdiyi miqdarda suyun çatışma-
mazlığını nizamlamaqdır. Bu da əsasən torpağın lazımı qədər
nəmliklə təmin olunmadığı ərazilərdə, bölgələrdə aparılır. Ümu-
miyyətlə suvarma torpağın münbitliyini artırır, torpağın fiziki-kim-
yəvi, su-fiziki, istilik və bioloji xüsusiyyətlərini, suvarılan ərazinin
mikroiqlimini əlverişli istiqamətdə dəyişdirir ki, bu da becərilən
kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına və nəhayət
məhsulun keyfiyyətinə müsbət təsir edir. Ancaq yadda saxlamaq
lazımdır ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi zamanı
suvarma ilə yanaşı aqrotexniki tədbirlərə də düzgün və vaxtında
əməl olunmalıdır.Akademik A.N.Kostyakov qeyd edir ki, ”aqrono-
miya tədbirləri, torpaqda struktur yaradılması, növbəli əkin tətbiq
edilməsi və suvarılan tarlalarda torpaqqoruyucu meşə zolaqları
salınması suvarmaya sərf olunan suyu minumuma çatdırmağa,
mövcud su sərvətlərindən qənaətlə istifadə etməyə və qənaət edil-
miş su hesabına suvarılan sahələri genişləndirməyə imkan verir”.
Uzun müddətli suvarma əkinçiliyinin tətbiqi nəticəsində azməh-
suldar ərazilərin yerində yeni coğrafi landşaftlar, yüksək mədəni-
ləşdirilmiş sahələr yaranmışdır. Ancaq bəzi əkinçilik mədəniyyəti
tam həllini tapmadığı üçün dəyişiklik dövründə bir çox nöqsanlar
ortaya çıxmış və əkinə yararlı torpaq sahələri deqredasiyaya məruz
qalmış, şoranlaşma, bataqlaşma əmələ gəlmişdir.Ona görədə su-
varma işlərinin düzgün yerinə yetirilməsi məqsədilə yeni suvarma
üsullarının və növlərinin öyrənilməsi üzərində tədqiqatlar aparıl-
malıdır.
Torpağın nəmləndirilməsi, gübrələnməsi, istiləşdirilməsi, təmiz-
lənməsi və s məqsədlərlə aparılan suvarmalara suvarma növü de-
yilir. Nəmləndirmə (rütubətləndirmə) məqsədilə aparılan suvarma-
lar birdəfəlik və müntəzəm suvarmalara ayrılır.Kənd təsərrüfatı
bitkilərinin tələb etdiyi vaxtlarda, müəyyən olunmuş normada sa-
hənin su ilə təmin edilməsi müntəzəm suvarma adlanır. Daşqınlar,
Dostları ilə paylaş: |