T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə28/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
85 
II FƏSİL 
 
ƏDƏBİ TƏNQİD, PUBLİSİSTİKA VƏ TƏRCÜMƏ 
YARADICILIĞINDA QƏRBÇİLİYİN NƏZƏRİ  
VƏ PRAKTİK MƏSƏLƏLƏRİ 
 
       2.1. Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun 
ədəbi-publisistik  fəaliyyətində  qərbçiliyin  mədəniyyət 
konsepsiyası 
 
XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi və ədəbi-
mədəni  həyatında  mühüm  rol  oynayan,  demək  olar  ki,  əksər 
avtoritetlər,  o  cümlədən  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy 
Ağaoğlu,  Yusif  Vəzir  Çamənzəminli,  Məhəmməd  Əmin 
Rəsulzadə  və  başqaları  milli  tərəqqinin  məhdud  bir  çərçivədə 
mümkün olmayacağını bütün dərinliyi ilə dərk edir və bu isti-
qamətdə  fədakarcasına  mübarizə  aparırdılar.  Milli-mədəni 
özünəməxsusluğun,  milli-tarixi  xarakterin  və  milli-mənəvi 
dəyərlərin  qorunub  saxlanması  şərtilə  dünya  mədəniyyətinə 
qovuşmağın  həyati  əhəmiyyəti  dönə-dönə  qeyd  olunurdu. 
M.Ə.Rəsulzadə  yazırdı:  “Hər  bir  millətin  yaşadığı  mövqe, 
keçirdiyi  tarix,  mənsub  olduğu  irq  nəticəsi  olaraq  bəzi  xasiy-
yətləri  vardır  ki,  o  xasiyyətlər  onlara  məxsusdur.  Ondakı  bu 
xasiyyətlər  aləmi-mədəniyyətdə  xüsusi  bir  taqım  əbdani-
ixtiralar vücudə gətiriyor ki, onların əslilikləri (oriqinalğnostğ) 
müdəqqiqlər  nəzərində  fövqəladə  qiymətlərə  dəyər  şeylərdir. 
Diqqət  olunmuşsa,  hər  millətin  bir  şeydə  mahir  olduğu  qəbul 
olunmuşdur. Almanlar sənaətdə, fransızlar zərafətdə, ingilislər 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
86 
gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, 
başqaları  da  sair  xususlarda  şöhrət  tapmışlar.  Hər  millətin 
özünəməxsus  bir  sahəyi-mədəniyyəti  vardır  ki,  orada  onun 
ibraz  eylədiyi  məharəti  digər  bir  millət  göstərə  bilmiyor. 
Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyət bir 
çox əsli şeylə və günə-gün əsari-zinət və dühayə malik oluyor 
(147,18).  O  daha  sonra  fikrinə  davam  edərək  göstərirdi  ki, 
alman  milləti,  german  irqi  özünün  istiqlalını  təmin  eyləməsə 
və  öz  mədəniyyəti-xassəsini  mühafizə  etməsə  idi,  bəşəriyyət 
Şopenhauer,  Fixte,  Göte,  Faust,  Qottenberq  və  Lüter  kimi 
dühaları da görməyəcək idi. “Fransa digər bir irq və qövmiyyət 
içində  münhəll  olub  öz  mənliyini  itirsə  idi,  bəşəriyyət  XIX 
əsrin  fikirləri  üzərinə  hökumət  edən  o  fikir  qəhrəmanlarını  –  
Jan  Jak  Russo,  Didro,  Monteskye,  Viktor  Hüqo  və  Volterləri 
də  qayib  edəcəkdi.  İtaliya  mədəniyyətini  anlamasa,  özündəki 
xudadayi-qüvvələrdən  xəbərsiz  qalsa,  yəni  başqa  bir  millət 
tərəfindən  yürülüb  həzm-rabedən  keçirilsə  idi,  indi  nə 
dünyanın birər allei-zərafətini təşkil edən heykəllər var idi, nə 
də Mikelanjelo kibi heykəltaraşlar.  
Nə  uzaqlara  gediyoruz.  Bir  kərə  təsəvvür  ediniz  ki, 
Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan 
olsa,  başqa  bir  millət  tərəfindən,  məsələn,  Rusiyanı  maddi  və 
mənəvi  bu  qədər  təsir  və  nüfuz  altına  almış  alman  milləti 
tərəfindən  kamilən  təmsil  (assimile)  edilsə  idi,  əcəba,  biz 
Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov 
və sairəyə malik olacaqmı idik? Məlum ki, yox” (147, 18). Və 
eyni  zamanda,  hər  cür  süni  məhdudiyyətlərin  milli-mədəni 
tərəqqiyə  nəinki  xidmət  etmədiyini,  hətta  onun  inkişafı  üçün 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
87 
zərərli olduğunu göstərirdilər: “Fərabiyi, Əbu Əli Sinayı ərəb, 
Mollayi Rumiyi, Əlişir Nəvaiyi fars zənn ediyoruz. Türk oğlu 
türk olduqlarından xəbərimiz yoxdur. Vaqeən bunlar əsərlərini 
ərəb  və  farsca  yazmışlardı.  Lakin  böylə  dahilər  yetişdirmək 
yenə  türklərə  racedir  (yəni:  aiddir  –  Red.).  Zamanımızda  Əli-
mərdan bəy ancaq rusca, Əhməd Rza ancaq fransızca yazıyor, 
Əhməd bəy Ağayev, İsmayıl bəy Qasprinski ruscanı türkcədən 
daha  yaxşı  yazıyorlar...  Abdullah  Cövdətin  fransızca  əşarı 
daha  məşhurdur.  Böylə  olduğu  halda,  bunların  vucudilə  yenə 
türklər fəxr edə bilərlər” (147, 18). 
XX əsrin əvvəllərində ədəbi-bədii tənqid xüsusilə inkişaf 
etməyə  başladı.  Əsrin  romantik  tənqidinin  əsasını  qoyan, 
nəzəri  fikrinin  dərinliyi  və  hərtərəfliliyi  ilə  seçilən  Əli  bəy 
Hüseynzadə göstərirdi ki, xalqı qəflətdən oyatmaq üçün tənqid 
vacib vasitələrdən biridir, yalnız “intiqadla hər şeyin mahiyyəti 
meydana çıxıyor” (129). 
Müəllif  “Molla  Nəsrəddin”  jurnalını  “ətrafındakı  çirkab-
ları” təmizləyən orqan adlandırır və bu qərara gəlir ki, çirkab-
ları qurutmaq üçün mütləq onu daşa tutan, o çirkablara qayalar 
yuvartlamağa  qadir  olan  tənqidçilər,  fədailər  lazımdır:  “Fədai 
lazımdır,  fədai!  Yuxarı  sıçrayan  murdarlıqlardan  qorxmayan 
fədai!..  Türk  qanlı,  müsəlman  etiqadlı,  firəng  fikirli,  Avropa 
qiyafətli  fədai!  İngilis,  amerikan  kimi  tizrəftar,  yeni  yaponlar 
kimi kutahdamən fədai!” (Bax: 62, 395). 
Çox mürəkkəb, çətin şəxsi həyat yaşamış, eyni zamanda, 
milli  inkişaf  yolunda,  milli  azadlıq  uğrunda,  çox  nəhəng, 
şərəfli  işlər  görmüş,  XX  əsrin  əvvəllərindəki  Azərbaycanın 
ictimai-siyasi,  ədəbi-mədəni,  elmi-publisistik  mühitində  çox 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə