T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
109 
bəy  Hüseynzadəyə  olan  böyük  məhəbbəti  zamanı,    həm  də 
Əhməd  bəy  Ağaoğlunun  məhz  şərqçilik  istiqamətində  göstər-
diyi  çox  geniş  miqyaslı  fəaliyyəti  ilə  onun  Avropa  mədəniy-
yətinə  münasibətində  tarazlığı  nisbətən  pozması  ilə  bağlıdır. 
Əslində,  Əli  bəy  Hüseynzadə  ilə  Əhməd  bəy  Ağaoğlunun 
Qərbə və bir çox başqa məsələlərə münasibətlərini şərtləndirən 
köklü,  həlledici,  konseptual  fikirləri  çox  oxşardır  və  Şamil 
Vəliyevin  yazdığı kimi: “Əsrin əvvəllərində Ə.Ağaoğlu tənqi-
di  məqalələrində  şərqlilərin,  o  sıradan  Qafqaz  türklərinin 
romantik-mistik  illüziyalara  aludə  olduğunu  iddia  edir,  buna 
görə  də  möhkəm  xarakterlər  və  ideyalı  əsərlər  yaratmağın 
çətin olduğunu söyləyirdi. Həmin vaxt “Asiyanın oyanması”nı 
ilk  olaraq  nümayiş  etdirən  “Molla  Nəsrəddin”  jurnalının  1-ci 
sayının üz qabığındakı şəkil bu fikri bir daha təsdiq edir.  
Azərbaycan  xalqının  ictimai  həyatında  orta  əsrlərdən 
qalma  dini-sxolastik  adət  və  ənənələri  tənqid  edib  İslam 
yenilikçisi kimi çıxış edərkən bir sıra dəyərli mülahizələr irəli 
sürən  Ə.Ağaoğlu,  sosial  və  mədəni  tərəqqi  yollarını  şərh 
etməyə  çalışır,  habelə  gerçək  həyatda  güclü  xarakterlərin 
olmamasından və ideyasızlıqdan şikayətlənirdi. Ə.Hüseynzadə 
isə həmvətənlərinin “qırmızı qaranlıqlar içində başsız”, şaşqın 
halda  qaçışını  ideyasızlıqda  görürdü.  Ə.Hüseynzadə  xarak-
tersizlikdən  başqa  şəkildə  şikayət  edirdi:  əsasən,  romantik 
ədəbiyyatın  estetik  prinsiplərini  şərhə  çalışan  Ə.Hüseynzadə 
inqilabi  fikrin  sürətlə  yayıldığı  vaxtda  “Məra  ba  momeno-
kafər  çekər  əst”  –  “Bizim  mömin  və  kafirlə  nə  işimiz  var” 
fikrinə haqq qazandırır, inqilab dalğasından yaradıcı şəxsiyyəti 
uzaqlaşdırmağa çalışırdı. Bir çox hallarda L.Tolstoyun əxlaqi-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
110 
mənəvi  təkamül  ideyasına  istinadla  Ə.Hüseynzadə,  “qırmızı 
qaranlıqlar içində” inqilab və irticanın görüşünü, mübarizəsini 
təsvir  edərək  milli  inqilab  və  ictimai  fikir  tərəqqisinə  bəzən 
ümidsizliklə  baxaraq  deyirdi:  “İki  qüvvənin  müsaliməsindən 
ara-sıra hasil olan dəhşətli gurultular şirin və ləzzətli bir uyğu 
içində  yatan  biz  müsəlmanlara  rahat  vermiyor.  İstər-istəməz 
iqaz  ediyor.  Biz  də  oyanmağa,  qalxmağa  məcbur  oluyoruz. 
İbtida  sərsəm  bir  halda  bulunuyoruz.  Sərsəmliğimiz  ilə  nə 
tərəfə  gedəcəyimizi  şaşırıb  müsalimənin  içinə  düşüyoruz. 
Ötəmiz,  bərəmiz  əzilib  yaralanıyoruz;  bir  zülmətin  içində  biz 
də al qanlara boyanıyoruz”.  
Ə.Hüseynzadənin  Azərbaycan  tarixinə  və  milli  qəhrə-
manlıq  ənənələrinə  münasibəti  və  baxışı,  “kvietizm-xarakter-
sizlik”  tənqidini  irəli  sürən  həmkarı  Ə.Ağaoğlu  İslam  dinini 
müasirləşdirmək  iddiaları  ilə  sıx  bağlı  idi.  Onun  türk  hissiy-
yatlı,  firəng  qiyafəli,  İslam  etiqadlı  fədai  yetişdirmək  ideya-
sının  sonralar  təkmilləşdirilərək  “islamlaşmaq,  türkləşmək  və 
avropalılaşmaq”  şəklində  geniş  təbliğ  edilməsi  də  müəyyən 
mənada Ə.Ağayevin modernist axtarışları ilə əlaqədar idi” (64, 
75). 
Şübhəsiz  ki,  bu  iki  milli  ideoloqun,  əsrin  əvəllərinin  iki 
çox  görkəmli  ictimai-siyasi  xadiminin,  ədəbiyyat  və 
mədəniyyətimizin parlaq nümayəndələrinin bir sıra məsələlərə 
baxışlarında  bəzən  ciddi  fərqlər  də  olurdu.  Lakin  bunlar  eyni 
bir  istiqamətdə  axtarışlar  aparan  iki  xadimin  baxışları 
arasındakı fərqlər idi və prinsipial ziddiyyət təşkil etmirdi. 
XX  əsrin  əvvəllərində  milli  mədəniyyətimizin  inkişafı, 
onun mütərəqqi dünya mədəniyyətindən bəhrələnməsi naminə 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
111 
Qərb  mədəniyyəti  ilə  təmasların  inkişafı  istiqamətində  fəaliy-
yət göstərdiyi çox qısa bir zaman ərzində ağılasığmaz dərəcədə 
nəhəng işlər görmüş “Füyuzat” jurnalı bu coşqun, qaynar mə-
dəni-mənəvi  mühitin  geniş  spektrində  öz  orijinallığı,  əsl  milli 
ruhlu  ziyalılar  arasındakı  nüfuzu  ilə  seçilirdi.  Ə.Hüseynzadə-
nin  özü  də  “intellektual  və  elmi-mədəni  səviyyəsinə,  dünya-
görüşü  və  erudisiyasına  görə  əksər  müasirlərindən  qibtə 
ediləcək dərəcədə yüksəkdə  dayanırdı. Təhsil və dünyagörüşü 
cəhətdən ona  yaxın olanlardan isə  başqa bir  üstünlüyünə görə 
fərqlənirdi:  “Qərbçilərdən”  o,  Şərqi  daha  dərindən  bildiyinə 
görə,  “şərqçilərdən”  isə  Qərbi,  onun  mədəniyyətini  daha  də-
rindən bildiyinə görə seçilirdi. (160, 120). 
“Füyuzat”ın  XX  əsrin  əvvəlləri  Azərbaycan  həyatının 
bütün  sahələrində  yeri  o  qədər  böyük,  əvəzolunmaz  idi  ki, 
jurnalın nəşri dayandıqdan sonra, hətta yeni rejimi o qədər də 
düşməncəsinə  qarşılamayan  ziyalılar  belə,  onun  nəşrinin 
dayanmasının nə qədər böyük bir itki olduğunu dərk edirdilər: 
“Yoldaş!  Əli  bəy  dövründə  “Füyuzat”  jurnalında  iştirak  edən 
müqtədir  mühərrir  və  şairlərimizin  heç  biri  hazırda  yoxdur; 
onların kafəsi həvadisati-aləmin namüsaid təsiratı ilə ya ölmüş, 
ya mənfalara sürülmüş, yainki baş götürüb bir tərəfə getmişdir. 
Biz  mütəəssifanə  bir  surətdə  elan  ediyoruz  ki,  bir  də  o  kibi 
dahilər meydana gətirə bilməriz” (146, 8). 
Məhz  bu  “müstədir  mühərrir  və  şairlərimizin”  hesabına 
idi  ki,  “Füyuzat”ın  səhifələrində  həm  ictimai-siyasi  fikir 
tariximizi  zənginləşdirən,  mədəni  və  bədii    inkişaf  istiqamət-
lərimizi  dərinləşdirən,  həm  də  ədəbi  əlaqələrimizi  genişlən-
dirən    ciddi  materiallar  çap  edilirdi.  Jurnalda  dünya  klassik-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə