T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
103 
Əhməd  bəy  Ağaoğlunun  ədəbi-tənqidi,  ictimai-siyasi, 
elmi-fəlsəfi  yaradıcılığına  daha  dərindən  nüfuz  etdikcə,  əsər-
lərini daha  dərindən araşdırdıqca,  bu böyük  mütəfəkkirin şəx-
siyyətinin,  çoxşaxəli,  universal  fəaliyyətinin  yalnız  mürəkkəb 
zaman-məkan koordinatları müstəvisində obyektiv dərk oluna-
cağı  qənaətinə  gəlirik;  zamanın  özünün  stixiyası  və  tələbinə 
görə  hələ  hər  bir  fəaliyyət  sahəsində  mütəxəssis  kadrların 
yetişmədiyi  bir  vaxtda  o  dövrün  böyük  elm  və  mədəniyyət 
xadimlərinin  hər  birinin  fəaliyyət  sahəsi  çox  geniş  idi.  Bu, 
təkcə  özünüifadə,  özünü  reallaşdırma  tərzi  olmayıb,  daha  çox 
zamanın  tələbi  ilə  diqtə  olunan  bir  proses  idi.  Məsələn,  təkcə 
Üzeyir  Hacıbəyovun  yaradıcılığında  neçə  fəaliyyət  sahəsinin 
birləşdiyini  göstərmək  kifayətdir.  O  cümlədən,  Əhməd  bəy 
Ağaoğluna istisnasız olaraq hər cür bəsit, birmənalı münasibət, 
bizcə,  nəinki  onun  bir  mütəfəkkir,  ictimai-siyasi  xadim  kimi 
tam  dərkinə  imkan  vermir,  əksinə,  onun  XX  əsrin 
əvvəllərindəki Azərbaycanın çox mürəkkəb, qaynar, ziddiyyət-
li gerçəkliyində tutduğu yeri təhrif edir. Əhməd bəyin həyatın-
dakı ziddiyyət, narahatlıq içərisində  yaşadığı  gerçəkliyin, mə-
kan və zaman gerçəkliyinin qütbləri arasındakı əzablı məsafə-
nin  mərkəzində  duran  vətən,  millət  yanğısının  doğurduğu  bir 
hal  idi.  Ondakı  bu  daxili  ziddiyyət,  narahatlıq  əslində  onu  ilk 
gəncliyindən başlayaraq ömrü boyu izləmişdi. 
Ə.Ağaoğlunun  tərcümeyi-halından  göründüyü  kimi,  lap 
kiçik  yaşlarında  ikən  o,  öz  təhsil  və  tərbiyəsində  ziddiyyətlə 
qarşılaşmalı  olmuşdu.  Bir  tərəfdən,  anası  Nailə  xanım  onun 
dünyəvi  elmləri,  rus  dilini  öyrənməsini  arzulayır  və  müəllim 
tutaraq  bu  arzusunu  həyata  keçirir,  digər  tərəfdən  isə  Şuşada 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
104 
məşhur din xadimi olan əmisi Hacı Mirzə Məhəmməd həm öz 
şəxsi nümunəsi ilə, həm də xüsusi səylərlə Əhmədi uşaqlıqdan 
ruhani elmlərə yönəltməyə çalışır, ona şərq dillərini öyrədirdi. 
Nəticədə  bu  iki  dünyagörüş  çarpışa-çarpışa,  bir-birinə  kömək 
edə-edə, bir-birinə mane ola-ola davam etmiş və gələcəkdə, 67 
yaşlı  ədibi  daxili  böhranlarının  səbəblərini  etiraf  etməyə 
gətirib çıxarmışdı” (151, 134).  
Yeri  gəlmişkən,  Əhməd  bəy  Ağaoğlunun  həyatının  qısa 
da  olsa,  Peterburq  dövrü  ilə  bağlı  bir  sıra  yanlışlıqlar  vardır. 
Əhmədbəy  Ağaoğlunun  həyatına  və  yaradıcılığına  bu  və  ya 
digər  münasibətlə  müraciət  edən  bir  sıra  müəlliflər  istər 
bioqrafik,  istərsə  də  yaradıcılığı  ilə  bağlı  əldə  etdikləri  məlu-
matlardan  çıxış  edərək,  irəli  sürdükləri  mülahizələrində  bir 
qeyri-dəqiqlik  mövcuddur.  Bu,  bir  tərəfdən,  onun  həyat  yolu-
nun mürəkkəb və ziddiyyətli olması, Azərbaycan, rus və fran-
sız  mətbuatında  dərc  olunmuş  yüzlərlə  yazının  pərakəndəliyi 
(141)  ilə  bağlı  idisə,  digər  tərəfdən,  ona  müraciət  edən 
müəlliflərin  özlərinin  məsələyə  səthi  münasibətləri,  ya  da  ki, 
yazılarının  kampaniya  xarakterli  olmaları  ilə  bağlı  idi.  Tədqi-
qatçı  Aygün  Həşimova  “Azərbaycan  mühacirəti”  adlı  mono-
qrafiyasında  Əhməd  bəy  Ağaoğlu  ilə  bağlı  fraqmentdə,  onun 
“daha  yüksək  təhsil  üçün  Peterburqa  getməsini,  texnologiya 
institutuna daxil olmasını” (29,17) göstərir. Halbuki, Əhməd -
bəy  Ağaoğlu  Peterburqa  gəldikdən  sonra  xəyallarında 
yaratdığı Peterburqda özünə qarşı qərəzli, şovnist münasibətin 
nəticəsində  texnologiya  institutuna  daxil  olmur.  Həm  də 
məsələ  təkcə  onunla  bağlı  bir  bioqrafik  faktın  təhrif  olunma-
sında deyil. Məhz bu cür faktlar və bu məqamda, həmin qeyd 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
105 
olunan  faktın  onun  gələcək  dünyagörüşünün  formalaşmasında 
mühüm  rol  oynadığından,  müəlliflər  yuxarıda  qeyd  etdiyimiz 
kimi,  səhv  məlumatlara  söykəndiklərinə  görə,  onun  dünya-
görüşündəki müxtəlif məqamları açmaqda çətinlik çəkirlər. 
Prof.  Şamil  Qurbanovun  Əhməd  bəy  Ağaoğlunun 
Nəriman  Nərimanova  məktub  yazıb  Azərbaycanda  işləmək 
istədiyini  bildirməsi  haqqında  yazısı  da  elmi  mübahisə 
doğurur.  Əksinə,  Əhməd  bəy  Ağaoğlu  Malta  sürgünündən 
İstanbula  gəldikdən  sonra  N.Nərimanov  ona  rəsmi  məktub 
yazır və görkəmli ədibi Azərbaycana dəvət edərək ona yüksək 
vəzifə  təklif  edir.  Ağaoğlu  Nərimanova  cavabında  bildirir  ki, 
Əziz və möhtərəm Nəriman Bəyəfəndi, əski bir dost haqqında 
göstərdiyiniz  böyük  diqqətə  qarşı  çox  minnətdar  və 
mütəşəkkirəm.  Fəqət  üç  türlü  düşüncə  mənə  bu  diqqətdən 
faydalanmağa mane olur: 
1. Təmsil etdiyiniz fikir sistemi ilə razı deyiləm. 
2. Türklər üçün pək qurtuluş imkanının Osmanlı Türkiyə-
sində  bulunduğu  haqqında  Sizə  də  bəlli  olan  əski  fikir  və 
qənaətim. 
3. Məni əsarətdən qurtararaq mənə yenidən can və varlıq 
vermiş  olan  Ankaraya  qovuşmağım  mənim  üçün  bir  namus 
borcu olduğu fikrim” (30, 99). 
Yeri  gəlmişkən,  Əhməd  bəy  Ağaoğlunun  Malta  sür-
günündən  qızı  Sürəyya  xanıma  yazdığı  məktublarında  həyatı-
nın bu çox çətin, keşməkeşli vaxtında da onun öz prinsiplərinə 
sadiq  qaldığını,  sınmadığını,  qızını  da  mübarizliyə,  eyni  za-
manda,  müasir  dünya  mədəniyyəti  və  elmi  səviyyəsində 
biliklərə  yiyəlnməyə  səslədiyini  görürük.  Bu  məktubların  son 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə