T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
100 
müasirlərimiz  Əhməd  bəyin  “qərbçiliyini”  vurğulamış  və  hə-
min  məsələdə  bu  və  ya  digər  dərəcədə  şişirtməyə  yol  vermiş-
lər. Bizcə, bu həm də  onunla izah olunmalıdır ki, Ə.Ağaoğlu-
nun  Avropanın  mədəni  mərkəzi  olan  Parisdə  təhsil  alması, 
Avropadan  qayıtdıqdan  sonra  bir  müddət  Şuşada  yaşadığı 
dövrdə  fransız  dilindən  dərs  deməsi,  öz  “qərbçi”  baxışlarına 
görə  camaat  arasında  “firəng  Əhməd”  adlandırılması  və  s. 
bioqrafik  faktlar  mühüm  psixoloji  məqamlar  kimi  tədqiqat-
çıları “müşayiət” etmiş və onun yaradıcılığında onsuz da güclü 
olan  “qərbçilik”  meyli  haqqında  həqiqətdə  olduğundan  daha 
tünd  təsəvvür  yaratmışdır.  Əslində  isə  Əhməd  bəy  Ağaoğlu 
bütün  “qərbçiliyinə”  baxmayraq,  Axundzadədən  sonrakı  döv-
rün  ən  böyük  “şərqçilərindən”  olmuşdur.  Bu  həm  də  bir  çox 
tədqiqatçıların  nədənsə  o  qədər  də  diqqət  yetirmədiyi  incə  bir 
məqamla  bağlıdır  ki,  dövrünün  Avropada  təhsil  alan  bir  sıra 
ziyalıları kimi, Əhməd bəy Ağaoğlu da Avropada fəaliyyətinin 
başlıca hissəsini məhz Şərqi öyrənməyə həsr etmişdir. Əslində 
nəinki  Avropa  mühitində,  Avropanın  elmi-nəzəri  fikrində 
Şərqə münasibətin, baxışın Şərqin özündəki “Şərqə baxış”dan 
əhəmiyyətli  dərəcədə  fərqlənməsinin  özü  Apropaya  təhsil 
almağa  gələn  istedadlı  ziyalıları  cəlb  edirdi.  Çünki  bu  baxış 
onlar  üçün  yeni  bir  baxış  idi,  artıq  tam  tanıdıqları,  bildikləri, 
zənn  etdikləri  problemlərdə  indiyə  qədər  görə  bilmədikləri 
yeni  cəhətləri  görürdülər  ki,  bu  da  onları  həmin  problemləri 
daha  dərindən  öyrənməyə  sövq  edirdi.  İkincisi,  Avropada 
Şərqə  olan  marağın  səviyyəsi,  Şərqi  öyrənməyin  yüksək  elmi 
səviyyədə,  sistemli  şəkildə  təşkil  olunması,  bir  çox  hallarda 
Şərqlə  bağlı  biliklərin  yüksək  səviyyəli  vahid  sistem  kimi 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
101 
toplanması onlar  üçün  eyni zamanda, səthi  maraqdan çox-çox 
uzaq  olan  yeni  biliklər  əldə  etmək  imkanı  yaradırdı.  Avropa 
ölkələrində  şərqşünaslığın  elmi-nəzəri  istiqaməti  ilə  siyasi-
praktik  istiqaməti  bir-birini  tamamlayırdı  və  bu  da  şərqşünas-
lıqla  bağlı  araşdırmaların,  biliklərin  cəmiyyətin  sifarişinə  ca-
vab verə biləcək bir səviyyədə olmasını tələb edirdi. 
Şərq  ölkələrinə  səyahətə  çıxmış  alimlər,  səfirlər,  yazı-
çılar,  coğrafiyaşünaslar  öz  ölkələrinə  qayıtdıqda  səfər  xatirə-
lərini  çap  etdirirdilər.  Əlbəttə,  bu  səyyahların  çox  zaman  öz 
xüsusi məqsədləri olurdu: dünyanı gəzmək arzusundan tutmuş, 
gələcəkdə müstəmləkəyə çevirəcəkləri bir çox şərq ölkələrinin 
həyat və məişətini öyrənməyə qədər. 
Bəzən  səyyahlar  özləri  ilə  Avropaya  səfər  qeydləri  ilə 
yanaşı,  gələcəkdə  Avropa  muzeylərinin  qiymətli  incilərinə 
çevriləcək müxtəlif elm və sənət sahələrinə aid şərq dillərində 
yazılmış  əlyazmaları  da  aparırdılar.  Nəticədə  Avropa  ölkə-
lərində,  o  cümlədən  Fransada  Şərqə  dair  zəngin  məlumatlar 
toplanmışdı və onların ensiklopedik sistemləşdirilməsinə ehti-
yac  var  idi.  Xüsusilə  1882-ci  ildə  Parisdə  “Asiya”  cəmiyyəti 
yarandıqdan sonra Şərqə dair bütün informasiya və tədqiqatlar 
bir  mərkəzdə  cəmləşdi.  1883-cü  ildə  cəmiyyətin  orqanı  olan 
“Asiya”  jurnalı  nəşr  olunmağa  başladıqdan  sonra  cəmiyyətin 
işi  daha  da  dinamikləşdi.  Əhməd  bəy  Ağaoğlunun  Avropaya 
səfər  edib  orada  olduğu  illər  Parisdə  şərqşünaslığın  qızğın 
inkişaf dövrünə təsadüf edir. Parisə şərqli kimi gəlmiş Əhməd 
bəy  Ağaoğlunu  şərqşünaslığın  bu  yüksək  inkişaf  səviyyəsi 
heyrətə gətirmişdi. O da məlumdur ki, məşhur fransız tarixçisi, 
filosof  və  şərqşünası  Ernest  Renan  Əhməd  bəy  Ağaoğlunun 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
102 
yüksək istedad və qabiliyyətini görərək ona Parisdə qalmağı və 
şərqşünaslıqla məşğul olmağı məsləhət görmüşdü. Yalnız yük-
sək  vətən  sevgisi,  vətənin  ağrılarını  çəkmək,  onun  ağrılarını 
çiynində  daşımaq  mənasında  “şərqçiliyi”  onu  vətənə  qaytardı 
və öz xalqına ictimai- mədəni xidmətlər göstərməyə sövq etdi. 
Ə.Ağaoğlunun  sonralar  ən  müxtəlif  sahələrdə  bəzən  bir  insan 
qüvvəsi xaricindəki fəaliyyəti buna sübutdur. 
Vətənə  qayıtdıqdan  sonra  onun  ilk  işlərindən  biri  məhz 
şərqşünaslığımızın, milli tariximizin, mədəniyyətimizin, dinimi-
zin  öyrənilməsinə  çalışması  və  tək  özünün  fədakarlığının 
kifayət  etmədiyini  gözəl  başa  düşməsi  ilə  onun  mexanizmini 
yaratmağa çalışması da bununla bağlıdır: “Biz dəfələrlə Şərqin, 
onun  dilinin,  ədəbiyyatının,  tarixinin,  məişətinin,  dinlərinin  və 
ənənələrinin  hərtərəfli  öyrənilməsi  mənasında  şərqşünaslığın 
əhəmiyyətini, zəruriliyini qeyd etmişik. Bu, Şərqlə Qərb arasın-
dakı  qarşılıqlı  anlaşılmazlığı,  bir-birinə  biganəlik  pərdəsini 
aradan  qaldırmağa  aparan  yeganə  yoldur”  (90).  Və  ya: 
“Rusiyada  şərqşünaslıq  cəmiyyətləri  azdır  və  tendensiyalıdır. 
Avropada  şərqşünaslıq  tam  bir  təkamül  dövrü  keçərək  Şərq 
həyatının bütün sahələrini öyrənmişdir” (90). 
Sitatlardan  göründüyü  kimi,  Ağaoğlunun  Avropadan 
vətənə  gətirdiyi  ən  böyük  arzularından  biri  məhz  şərqşünaslığı 
yeni  şəkildə,  Avropa  ölkələrində  olduğu  səviyyədə  inkişaf 
etdirmək  idi.  Görkəmli  alim  və  ədibin  tariximizə,  maarifimizə, 
dinimizə, mədəniyyətimizə dair dövrünün ən yaxşı silsilə məqa-
lələrini yazması, müasir həyatın az-çox əhəmiyyətli hadisələrini 
milli  inkişaf  istiqaməti  kontekstində  işıqlandırması  ona  ən 
böyük “şərqçilərdən” biri kimi qiymət verilməsini zəruri edir. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə