T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
88 
tanınmış,  universal  zəkaya  malik  bir  şəxsiyyət  olan  Əhməd 
bəy  Ağaoğlu  ənənəvi  olaraq  müasirləri  içərisində  daha  çox 
Qərb meyilli bir xadim kimi tanınır və qəbul edilirdi. 
Şübhəsiz  ki,  ilk  gəncliyindən  öyrənmək  həvəsi,  böyük 
dünyaya  qovuşmaq  ehtirası  Əhməd  bəy  Ağaoğlunu  əvvəlcə 
Rusiyaya,  daha sonra  Avropaya – Fransaya  aparıb çıxardığın-
dan  və  onun    dünyagörüşünün  formalaşmasında  bu  mühitin 
çox  böyük  rol  oynamış  olduğundan  görkəmli  ədibin  bütün 
sonrakı yaradıcılığında şərqçilik, türkçülük, islamçılıq ruhunun 
mütləq hakimliyinə baxmayaraq, qərbçilik də çox mühüm yer 
tutmuşdu.  Bu  iki  amil  “Şərqçilik”  (“Şərqçilik  şərti  adı  altında 
əsasən  türkçülük  və  islamçılığı  nəzərdə  tuturuq  –  T.A.)  və 
“Qərbçilik”  Ə.Ağaoğlunun  dünyagörüşündə,  yaradıcılığında 
həmişə  yanaşı  olmuş,  bəzən  eyni  ideala  doğru  irəliləyişində 
üst-üstə  düşmüş,  bəzən  ziddiyyət  təşkil  etmiş,  mürəkkəb 
təmaslar  məcrasında  həm  onun  öz  yaradıcılıq  istiqamətini 
müəyyənləşdirmiş,  həm  də  dövrün  ictimai-mədəni  həyatına 
müəyyən  iz  buraxan  bir  ab-hava  gətirmişdir.  Qərb  cəmiyyəti-
nin  azadlıq  ruhu,  burada  insanın  mənəvi-zehni  inkişaf  imkan-
ları onu daha çox cəlb edirdi. 
Əhməd  bəy  Ağaoğlu  yazırdı:  “Çölümün  bayaqdan  bəri 
sadaladığım  xüsusiyyətlərini  ümumən  nəzərdən  keçirək. 
Yarınmaq, yalan, riyakarlıq, sərvət və vəzifə ehtirası, zülmkar-
lıq, qısqanclıq, hökmranlıq və... 
Görürsünüz,  mənim  çölüm  başdan-başa  antisosial  bir 
varlıqdır. O, mühiti içəridən gəmirir, ictimai həyatın təşəkkülü 
və inkişafı üçün lazım gələn bağları məhv edir. İçində belə bir 
mikrob  daşıyan  cəmiyyətdə  qarşılıqlı  yardım,  sevgi,  inam, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
89 
doğruluq,  sədaqət,  ciddi  çalışma,  haqqa,  həqiqətə  münasibət, 
xülasə,  modern  cəmiyyətlərin  inkişafını  təmin  edən  amillərin 
bir araya gəlməsi çox çətin olur. Əslinə baxsan, mənim çölüm-
lə cəmiyyət arasında ziddiyyət var –  biri o birisini inkar edir... 
Mənim  içim,  əslinə  baxsan,  ictimai  həyatın  inkişafına  uyğun 
və  müsaid  olan  amillərlə  doludur.  Həqiqətən,  bu  baxımdan 
mənim  içimlə  ən  mükəmməl  və  mütərəqqi  cəmiyyətlərə 
mənsub fərdlərin içi arasında fərq yox dərəcəsindədir. Qiymət-
lərin dəqiqliyi, yaxşılıq və pislik, gözəllik və çirkinlik haqqın-
dakı ölçülər hər iki tərəfdə, demək olar ki, eynidir” (94). 
Mütəfəkkir publisist fikrinə belə davam edirdi: “Məsələn, 
yarınmağı  mənim  də  içim  sevmir,  bir  ingilisin  də  içi  sevmir. 
Yalan onun üçün də, mənim üçün də mənfurdur. Haqqı müda-
fiə, şərəf və izzəti-nəfsi qorumaq da hər iki tərəfdə eyni dərə-
cədə məqbuldur və s. 
Yalnız  bir  fərq  vardır  ki,  onda  qiymətlərin,  dəyərlərin 
hərəkətverici  qüvvəsi  var,  məndə  yox.  Başqa  sözlə  desək, 
ingilisdə  içi  dərhal  hərəkətə  gətirib  fəaliyyətə  keçməyə  sövq 
edən  qüvvə  var,  məndə  isə  yoxdur.  Bu  qüvvə  ingilisin  iradə-
sindən ibarətdir. Mənim iradəm onunkuna nisbətən çox zəifdir. 
Elə  çıxmasın  ki,  bir  ingilisin  çölü  onu  mənim  çölümün  sövq 
etdiyi yollara sövq etməkdən xalidir. Xeyr. Zahir hər yerdə bu 
mənfi  rolu  oynayır.  Lakin  mənim  əksimə  olaraq,  iç  ingilisdə 
çöldən daha güclü, daha üstündür. 
Niyə ingilisdə elə olmuşdur,  məndə belə? Bunun bir çox 
səbəbləri  var.  Mən  bunların  hamısının  üzərində  dayanmaq 
istəmirəm.  Yalnız  birini  və  ən  mühümünü  qeyd  edəcəyəm. 
Çünki  ingilis  cəmiyyəti  öz  inkişafını  fərdin  içinin  güclən-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
90 
məsinə  tabe  tutmuş  və  bunun  icrası  üçün  hər  an  bütün  səy  və 
qeyrətini əsirgəməmişdir” (94). 
Qərbçilik  –    Ə.Ağaoğlunun  anlayış  və  təqdimatına  görə 
milli  mədəniyyətimizin  inkişafında  Şərq  ənənələrindən  ayrıl-
madan, Qərb mədəniyyəti təcrübəsinin də hopmuş olduğu yeni 
keyfiyyət  mərhələsinə  çatmaq  və  bu  istiqamətdə  fəaliyyət 
göstərmək arzusudur. Qərb mədəniyyətinə münasibətdə bəzən 
ifrat  meyillər  də  onun  bu  mədəni  zənginləşməni  sürətləndir-
mək arzusundan irəli gəlirdi. 
Ağaoğlunun  ədəbiyyatımızda  Tolstoy,  Hüqo,  Şiller, 
Şekspir, Qorki və b. ədəbi simaların yaradıcılıq təcrübəsindən 
istifadə  edilməsi  niyyəti  və  istəyi  bəzən  o  qədər  güclü  olurdu 
ki,  o,  yazıçılarımızı  orijinal  yaradıcılıqdan  əl  çəkməyə,  yalnız 
tərcümə ilə məşğul olmağa çağırırdı (98). 
Lakin  ruhən  büsbütün  şərqli  olan  Ə.Ağaoğluda  bu  meyil 
kosmopolitizm  həddinə  çatmır,  ədəbiyyatımızın  daxili  imkan-
larının  xarici  ədəbi  təmaslara  ehtiyacının  idrakı  səviyyəsində 
tənzimlənirdi.  Ə.Ağaoğlunun  Şərq  və  Qərb  mədəniyyətləri 
təmaslarının  öyrənilməsinə  həsr  etdiyi  əsərlərinin  tədqiqi  XX 
əsrin  başlanğıcındakı  ədəbi-mədəni  həyatımızın  bir  sıra 
xüsusiyyətlərini aydınlaşdırmaq üçün  mühüm əhəmiyyət kəsb 
edir.  Həmin  dövrdə  əsrin  mütərəqqi  ictimai-siyasi,  habelə 
ədəbiyyat  və  incəsənət  xadimlərinin  əksəriyyəti  Qərb  ilə 
təması  vacib  hesab  edir,  onu  inkişaf  komponentlərinin  ən 
ümdələrindən sayırdı. Ə.Ağaoğlunun məsləkdaşı, dövrünün ən 
görkəmli  ictimai  və  mədəni  xadimlərindən  olan  Əli  bəy 
Hüseynzadə  bu  xüsusda  yazırdı:  “Şimdi  bizə  deyirlər  ki, 
madam  ki,  ingilislər,  firənglər,  filanlar  böylə  imişlər,  nə  üçün 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə