T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
112 
lərinin,  o  sıradan,  N.Gəncəvi,  Ə.Firdovsi,  C.Rumi,  İ.Höte, 
L.Tolstoy,  Nafi,  Nədim,  Ö.Xəyyam,  Hafiz,  Sədi,  Füzuli, 
V.Şekspir,  F.Şiller, A.Bakıxanov, Bayron, A.Dante, H.Hayne, 
Lamartin,  Molyer,  J.Rasin,  J.J.Russo,  V.Hüqo,  Karamzin  və 
başqa görkəmli şəxsiyyətlərin həyatı və ədəbi-bədii irsi təbliğ 
olunur, milli-mədəni intibah baxımından onların tədqiqi hədəf 
seçilirdi.  Eyni  zamanda,  jurnal  müasir  ədəbi  cərəyanların  – 
romantizm,  sentimentalizm,  dekadentizmin,  habelə  milli  sati-
ranın və maarifçi realizmin yayılmasında müsbət rol oynayırdı 
(64, 10-11). 
Jurnalın  yaradıcısı,  ilhamvericisi,  əsas  müəllifi  və  baş 
redaktoru  Əli  bəy  Hüseynzadənin  böyük,  şərəfli  işini  müasir-
lərindən  demək  olar  ki,  istisnasız  olaraq  hamı  qeyd  edirdi: 
“...Əli  bəy  öz  qarşısına  qoyduğu  məqsədlərdə  ən  yüksək 
maarifpərvərlik göstərir. Bu surətdə Əli bəy Hüseynzadədə də 
Avropanın XVI-XVII əsrlərdəki humanistlərinin xətti-hərəkəti 
görünməkdədir...  Feodalizmin  tör-töküntülərini  yalnız  Azər-
baycan  və  Türkiyədən  deyil,  islam  məmləkətlərinin  hamısın-
dan  qazıyıb  çıxartmaq  istəyir  və  bunun  yerində  Avropanın 
tərəqqi və yüksəlişini arzu edir” (156, 18). 
Əlində olan bütün vasitələrdən millətin tərəqqisi uğrunda 
fədakarcasına  istifadə  edən  Əli  bəy  milli  məhdudiyyətin,  ifrat 
mühafizəkarlığın, süni millətçiliyin əsl tərəqqi yolunda böyük 
əngəllərdən biri olduğunu bütün ağrı-acısı ilə dərk edir, dünya 
mədəniyyətindən  tədric  olunmuş  halda  inkişafın  qeyri-
mümkünlüyünü  hamıya  çatdırmaq  istəyirdi.  Əli  bəy  Hüseyn-
zadə Qərb mədəniyyətinin inkişafının əsas səbəblərindən birini 
məhz onun dünya mədəniyyətinin, bu halda isə Şərq mədəniy-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
113 
yətinin  bütün  ümumbəşəri  nailiyyətlərini  mənimsəyərək  özü-
nünkü etməsində, öz milli inkişaflarında hər cür idraki məhdu-
diyyətlərdən  uzaq  olmalarında  görürdü.  Əli  bəy  millətin 
ziyalılarına  üz  tutaraq  deyirdi:  bir  ingilis,  bir  fransız,  bir 
alman,  bir  italyan  İbn  Rüşdün,  Əbu  Əli  Sinanın,  Farabinin, 
Firdovsinin,  Sədinin,  Mollayi-Ruminin,  İmam  Qəzalinin  asa-
rından  feyziyab  olmağa,  bu  kibi  üləmayı  tərcümə,  şərh  və 
təfsirlər  vasitəsilə  millətlərinə  mal  etməyə  çalışdıqları  halda, 
bizə də lazımdır ki, onların Laplasları, Lavuziyeləri, Russoları, 
Hüqoları,  Pastorları,  Şekspirləri,  Nyütonları,  Spenserləri, 
Edissonları,  Qalviniləri,  Marqoniləri,  Rentgenləri,  Marksları, 
Höteləri  vasitəsilə  öz  maarifimizi,  öz  ana  dilimizdə  olan 
kitabxanamızı  təzyidə  çalışalım.  Cəhalətin,  təəssübün, 
təəssübi-cahiliyyətin  kökünü  ancaq  bu  vasitə  ilə  qurtarmaq, 
söküb atmaq olur, başqa yol yoxdur” (135, 88). 
Əli bəy bütün bunları sözdə, şüarlarda, ritorik çağırışlarda 
deyil,  öz  gündəlik  həyatında,  elmi-publisistik,  ədəbi-bədii 
yaradıcılığında həyata keçirməyə çalışırdı. 
 
2.2. Yusif Vəzir Çəmənzəminlinin Avropa 
mədəniyyətinə münasibəti və qərbçilik meyilləri 
 
“Füyuzat”çıların  konsepsiyasında  müasir  milli  ədəbiy-
yatın formalaşması üçün İslam və türk tarixinin,   mədəniyyə-
tinin öyrənilməsi nə qədər vacibdirsə, Qərb və Şərq xalqlarının 
klassik ədəbi nümunələri ilə tanışlıq  məsələləri də bir o qədər 
mühümdür.Bunun  üçün  onlar  birinci  növbədə  dünya 
klassiklərinin əsərlərini  milli dilə çevirib dövri  mətbuatda  çap 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
114 
etdirir,  digər  tərəfdən  isə  bu  əsərlərin  təhlilini  verərək  diqqəti 
onlardakı dəyərli fikirlərə və bu fikirlərin yüksək sənətkarlıqla 
ifadəsinə cəlb edirdilər (137). 
XX  əsrin  əvvəlləri  –  Azərbaycanın  ədəbi-mədəni  hə-
yatında  nəhəng    söz  sahiblərinin  yaşayıb-yaratdığı,  milli-
mədəni intibahın parlaq gələcək vəd etdiyi bir dövrdə, yaradıcı 
ziyalıların  böyük  əksəriyyəti  milli  tərəqqini  milli-tarixi 
ənənələrin,  milli-mənəvi  özünəməxsusluğun,  milli-mədəni 
keyfiyyətlərin  özülü  əsasında,  onların  dünya  mədəniyyəti  ilə 
daha  yaxın  təmasda,  ona  qovuşmaqda,  inteqrasiya  edilməkdə 
görürdülər.  Bu  prosesi  onlar  həm  də  xurafatdan,  avamlıq  və 
mövhumatdan, ətalətdən xilas yolu hesab edirdilər. Möhtəşəm, 
əzəmətli  bir  keçmişə  malik  Azərbaycan  xalqının  tarixinə  xor 
baxan  qaba  və  məkrli  düşüncə  sahiblərinə  cavab  olaraq  Yusif 
Vəzir Çəmənzəminli yazırdı:  “Azərbaycan üç min sənəlik az-
çox  səhih  bir  tarixə  malikdir.  Bu  məlumatımız  yalnız  siyasi 
cərəyan  və  yaxud  əsgəri  bir  hərəkatdan  ibarət  deyil,  belə  ki, 
siyasət  və  hərb  daima  Azərbaycanın  xaricində  qalmış 
hadisələrdir...  Ölkəmizi  aləmşümul  edən,  onu  mədəniyyətin 
təməl  daşı  kimi  tərəqqi  etdirən  yalnız  onun  mənəvi  tarixi, 
fəlsəfəsi  və  bu  yolda  mücadilə  və  yaxud  sülhpərvər  təlqin-
lərdir... bu torpaq  dünyaya Zərdüştü bəxş edir. Qədim aləmin 
ən  böyük  kitabı  “Avesta”  burada  vücuda  gəlir.  Zərdüşt 
mədəniyyətin  başlıca  əsaslarını  qurur  və  onun  mütasibə  mən-
sub  olduğu  muğlar  əsrlərcə  bütün  Şərqin  mənəviyyat  rəhbər-
ləri olurlar” (117, 17). 
 XX  əsrin  görkəmli  simalarından  biri  olmuş  Y.V. 
Çəmənzəminlinin  bu  fikri  onun  Qərb  mədəniyyətinə  münasi-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə