T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
97 
Qriboyedovun  Sofiyası,  Turgenevin  Sonyası,  Tolstoyun  Anna 
Kareninası... hər rus dimağında yer tutmuşdur. Bu tiplər cılız, 
isterik xülyanın mavərasında, xəstə bir eşq arzusunda mübtəla 
olmuş,  ingilis  və  fransız  salon  həyatı  hissi  ilə  həyatı 
zəhərlənmiş,  bayılğan,  həyatdan  qorxan,  cansız  həyulalar 
deyildir.  Xayır,  bunlar  canlı  şən-şatır  həyatın  bütün  təzahür-
lərindən  zövq  alan,  mübarizənin  bütün  təzahürlərinə  köks 
gərən,  əhdinə  vəfalı,  sözünə  sadiq,  nəfsini  vəzifəsinə  qurban 
edən,  sırası  gəlincə  bir  qürəyi-təsadüfi  icbari  olaraq  bombanı 
tərəddüdsüz  ələ  alan  və  müstəbidliyin  həyatına  qəsd  edən, 
sevgili  zövqündən  ayrılmamaq  üçün  dünyanın  hər  cür  nemət 
və nazını tərk edərək Sibiriyanın ta ötə guşəsinə qədər getməyə 
mühəyya  bulunan,  hisslərində,  duyğularında  səmimi  və  ciddi 
insanlardır - iştə bu qadınlardır ki, bu gün erkəkliyin  yanı ba-
şında Rusiyanın müqəddiyyatını təyin edirlər. Və rus qadınlığı 
bu mövqeyini tamamilə rus ədəbiyyatına borcludur” (85, 148). 
Əhməd  bəyə  görə,  rus  ədəbiyyatı  rus  milli  vicdanını 
təşkil edən amillər arasında ən birinci yerdədir. Rus ədəbiyyatı 
tarixini mütaliə edərkən, rus milli vicdanının tədricən təşkilini 
görmək imkanı hasil olur. 
Çox  maraqlıdır  ki,  məhz  rus  ədəbiyyatı  ilə  bağlı  fikir-
lərində  Əhməd  bəy  Ağaoğlu  rus  ədəbiyyatı  və  Qərb,  Avropa 
ədəbiyyatları  arasında  münasibətlərdən  bəhs  edərkən  ədəbi 
təsirin  mümkünlüyünü,  onun  təqlidçilik  səviyyəsində  olduqda 
özünə  ədəbiyyatda  yer  tapa  bilməyəcəyini  dəqiqliklə  izah 
edirdi:  “Bayronizm  Rusiyada  həyati  bir  hadisə  deyil,  təqlid-
çiliyin gətirmiş olduğu dimağ, süni, yapma bir göstərişdir. Rus 
ədəbiyyatında uzun müddət yaşaması qeyri-qabildir. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
98 
İngiltərə  və  Avropanın  başqa  yerlərində  bayronizm  təbii 
və  üzvi  bir  hadisə  kimi  tərəqqi  edə  bilir,  zira  İngiltərə  və 
Avropanın  mədəni  həyatını  yaşamış,  mədəniyyətin  bütün 
zövqlərini  dadmış,  onlardan  bıqmış  Rusiya  isə  hənuz  həyata 
atılmış, hənuz  yaşamağa başlamışdı. Mədəniyyət rus həyatına 
daha qanadlarının ucu ilə təmas etməkdə idi” (85, 148).  
Əhməd bəy Ağaoğlunun dünyagörüşünün artıq formalaş-
mış, kamilləşmiş  dövrünün  məhsulu olan fəlsəfi-ədəbi  yazıla-
rındakı  “şərqçilik”  və  “qərbçilik”  kontekstində  bir  sıra  bəşəri 
kateqoriyaların  təhlilini  apararkən  onun  sənət  görüşlərini 
formalaşdıran ilkin təsir mənbələrini bir daha duymuş oluruq. 
Mütəfəkkir  ədibin  dünyagörüşündən  sənət  görüşlərinə  keçib 
gedən  yolları, duyumları bütün mürəkkəbliyi, incəliyi ilə açan 
bu  yazılar  dövrün  ictimai-mədəni  ab-havasını,  ədəbi  mühitini 
məhz  zamanın  kontekstində  dərk  etmək  baxımından  çox 
qiymətlidir.  Bu  yazılarda  həm  də  “Şərq  ölkələrində  avropa-
çılığın  ən  səmimi  ideoloqu”  (M.Ə.Rəsulzadə)  olan  mütəfək-
kirin  dünyagörüşü,  sənət  baxışları  sistemi  ilə  yanaşı,  özünü-
idrakını,  özünütəhlilini  və  onun  şəxsiyyətinin  hər  cür  zahiri 
elementlərdən,  formalizmdən  uzaqlığını,  bu  “qərbçiliyin” 
məhz “şərqçiliyə” xidmət etdiyini, onu zənginləşdirmək, müa-
sirləşdirmək  naminə  yerinə  yetirildiyini,  təbliğ  etdiyini  başa 
düşürük. 
Əhməd  bəy  Ağaoğlu  yazırdı:  “Qərb  cəmiyyətinin  Şərq 
cəmiyyətindən  qüvvətli  olduğu  aydındır.  İndi  bunları  bir  də 
altruizm  baxımından  yan-yana  gətirək.  Qərbdə  altruizm  elə 
hallar almışdır ki, bu, Şərqin təsəvvürünə belə gəlməz. Şərqdə 
bəzən  bir  şəxs  milyonlar  içində  yaşadığı  halda,  Afrikanın 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
99 
çöllərində  kimsəsiz  kimi  buraxılır.  Xəstələri,  acları,  evsizləri 
düşünmür,  vecinə  almır.  Hələ  yoxsul  və  işsizlərin  qayğısına 
qalmaq,  əlillərin  fikrini  çəkmək  kimsənin  ağlına  belə  gəlmir. 
Qərbdə  isə  belə  deyil.  Hər  kəsin  haqqında  düşünülür  və 
nəticədə unudulan bir kimsə qalmır. Qərbdə hər kəs hər kəsin 
haqqının, izzəti-nəfsinin qoruyucusu, zamini olur. Bunun nəti-
cəsində  zəifin  yardımına  getmək,  güclünün  və  təcavüzkarın 
qarşısını kəsmək vətəndaşlıq vəzifəsi sayılır, Şərqdə isə “mənə 
nə?,  “nə  işim  gedib  başımı  bəlaya  salım?”  –    deyə  hər  kəs  öz 
qınına çəkilir” (94). 
Müəllifin  özünün  dediyi  kimi,  bu  müqayisəni  istənilən 
qədər  uzatmaq  mümkündür.  Lakin  onun  məqsədi  “Şərq 
tarixində  eqoizmlə  altruizm  arasındakı  müvazinətin  -  Qərbdə 
altruizmin, Şərqdə isə eqoizmin lehinə bu qədər pozulmasının 
səbəblərini” göstərməkdir. 
Əhməd  bəy  Ağaoğlunun  dövründəki  ədəbi-mədəni 
proseslərin  tədqiqatçıları,  şübhəsiz  ki,  bu  böyük  şəxsiyyətin 
fəaliyyətindən  yan  keçə  bilməmişlər.  Məsələ  burasındadır  ki, 
bu  dövrün  ictimai-siaysi,  ədəbi-mədəni  prosesləri  haqqında 
tam təsəvvür oyatmaq onsuz mümkün deyil və bu təkcə onunla 
bağlı  deyil  ki,  Əhməd  bəy  Ağaoğlu  mətbuatda,  xüsusilə 
“Kaspi”  qəzetində  özünə  müasir  olan  əksər  ictimai-siyasi, 
ədəbi-mədəni hadisələrə mütləq münasibətini bildirmişdir. Bu, 
daha  çox  onunla  bağlıdır  ki,  onun  münasibəti  öz  konsep-
tuallığı,  orijinallığı,  problemlərə  baxışın  özünəməxsus  bir 
səviyyəsilə  şərtlənmişdir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  istər 
ədibin  müasirləri,  istərsə  də  son  dövrlərdə  bu  və  ya  digər 
münasibətlə  onun  yaradıcılığına  müraciət  etmiş  bizim 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə