Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə157/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   153   154   155   156   157   158   159   160   ...   171

314 
 
sayda nəcib əlamətləri daxil edə biliblər. 
 Ləyaqətli  insanlar  bizi  İncildə  münəccimlərin  göydə  seyr  etdikləri  ulduz 
kimi  təkcə  öz  işığı  ilə  cəzb  etməyib,  həm  də  həqiqəti  axtarmağımıza,  ona  inam 
gətirməyimizə  yardım  göstəriblər.  Onlar  bu  timsallarına  görə  heç  vaxt  bizim 
könlümüzü  tərk  etmirlər,  onujn  bədbinlikdən  xilas  olub,  nikbinlik  üstündə 
köklənməsinə köməklik göstəriblər.Onların çox da böyük olmayan siyahısına mən 
Əli İldırımoğlunu daxil etmək istərdim, daha doğrusu o, özü bu qalereyaya daxil 
olmağa  hələ  30-35  il  əvvəl  haqq  qazanıb,  dövrlər,  adətlər,  qaydalar  dəyişsə  də, 
dövri  sistemdəki  elementlər  atom  çəkisinə  görə  düzüldüyü  kimi,  öz  mənəvi 
cüssəsinə  görə  cılızlardan  seçilməklə,  burada  kök  salmış  palıdd  kimi  qalmaqda 
davam edir. 
 Əli müəllimlə mən ilk dəfə tanış olanda, o, püxtələşmiş jurnalist,respublika 
mətbuatının  nüfuzlu  müəliflərindən  biri  idi.O  vaxt  qəzetlər  az  sayda  olsalar  da, 
böyük  siyasi  gücə  sahib  idilər  və  ictimai  rəyin  formalaşmasında  heç  də  kiçik  rol 
oynamırdılar.Mətbuatdakı  tənqid,  satira  təsirsiz  qalmırdı  və  bəzən  özünü  çox 
qüvvətli  hesab  edən  vəzifə  və  ya  nüfuz  sahibləri  ,  axırıncılar  əsasən  öz  iqtisadi 
imkanlarına  bel  bağlayırdılar,  qəzetdə  gedən  bir  məqalədən  az  qala  güllə  yarası 
alırdılar,  həmin  zərbə  onları  çox  şeydən  məhrum  edib,  şəstlə,  meydan  sulayan 
adamlardan  səlahiyyət  və  imkan  zəlillərinə  çevirirdi.  Dünənə  qədər  böyük  təsir 
imkanları  ilə  öyünənlər  bir  felyeton  nəticəsində,  qapılarını  ayaqları  ilə  açdıqlartı 
kabinetlərin qarşısında özünə güzəşt sədəqəsi uman dilənçilərə çevrilirdilər. 
 Əli İldırımoğlunun isə qələmi olduqca iti, güclü idi, onun yazıları çox vaxt 
sensasiya xarakterli dalğa əmələ gətirir, dərin də iz qoyurdu. Lakin o, özü heç vaxt 
sensasiya  və  onun  bəhrəsi  sayılacaq  ucuz  şöhrət  dalınca  qaçmırdı,  sadəcə  olaraq 
zəhmətkeş  əkinçi  kimi  öz  gündəlik  işini  görürdü,  o,  cəmiyyət  adlanan  torpağın 
nadanlıq,  sui-istifadə,  haram  qatını  şumlayıb,  münbitləşdirərək,  öz  imkanları 
daxilində,  düzgünlük,  halallıq,  ədalət  toxumu  səpməyə  və  onların  cücərtilərini 
becərib, boya başa çatdırmağa çalışırdı. O,haqsızlığa qarşı mübarizə aparırdı və o 
cəhətdən özünə düşmənlər də qazanırdı. Lakin daim o, haqqın yanında olur, ədalət 
uğrunda  mübarizə  aparırdı,  ona  görə  də  oxucuların,  başqa  sözlə,  xalqın  böyük 
əksəriyyəti onun mövqeyini təqdir edir, ona qarşı qurulan fitnəkarlıqların qarşısını 
almaqda sipərə çevrilirdi. 
Ən  nüfüzlu  partiya  qazetində  işləmək  həm  də  özünə  məxsus  standartlara, 
çərçivəyə uyğunlaşmağı tələb edirdi və onun xüsusi müxbiri bu koordinatları qəbul 
etməyə  bilməzdi.  Lakin  jurnalist  təkcə  mövqeyi  ilə  deyil,  həm  də  sözdən  istifadə 
qabiliyyəti, bu xəzinədən necə faydalana bilmək bacarığı ilə seçilir. Əli müəllimin 
yazılarında,  xüsusən  oçeriklərində  bədii  formaya  üstünlük  verilməklə,  quru 
cansıxıcı  yazı  üslubundan  qaçılır,  qələmə  alınan  hadisə  ,insan  xarakteri  bədii 
süzgəcdən  keçirilir,  hansıısa  faktı  sadəcə  təsvir  etməklə  kifayətlənmir,  məhz 
ümumiləşdirməyə  meyl  etmə  özünü  büruzə  verirdi.  Yazının  bədii  tərtibatı,  ədəbi 
mükəmməlliyi  fikir,  məna  yükünün  daha  qabarıq  və  ağır  çəkili  olmasına  şərait 
yaradır.  Onun  məqalələri  adamı  bədii  delikatesə  qonaq  edirdi,  başqalarının  aludə 
olduğu  rəqəm  və  faiz  kakofoniyasına  onun  yazılarında  ümumən  rast  gəlinmirdi. 
Həyatın  reallığı  onun  məqalələrində  statistika  köləliyindən  çıxıb,  təmiz  hava  ilə 


315 
 
nəfəs  alırdı.  Ən  ciddi  məsələlərə  həsr  edilmiş  yazılarda  belə  bədiilik  öz  xidməti 
borcunu, mükəlləfiyətini yerinə yetirdiyindən, sözlər kəpənəyə dönüb uçurdu, heç 
vaxt  özünün  də  iyrəndiyi  tırtıllara  çevrilmirdi.  Qələmin  hər  qanad  çalması  ilə 
müəllif elə bil ki, öz ürəyinin buxova salınmış istəklərinin bütün gücünü, enerjisini 
çıxarırdı, onları ehtirasda, hisslərdə , sözdə əridirdi. Həm də sözdən sui-istifadəyə 
qətiyyən  yol  vermirdi,  başqaları  tutarlı,  kəskin  ifadə  xatirinə  heç  bir  əxlaq 
meyarına məhəl qoymadıqları halda, o, söz silahı ilə olduqca ehtiyatla davranırdı. 
 Belə  yazıları  ilə  o,  sistemə  xidmət  etsə  də,  digər  tərəfdən  onu  əhatə  edən 
mühitlə  sərt  ziddiyyətdə  olduğunu  göstərirdi  .Bu  yolla  o,  həm  də  ciddi  görünən 
şeylərə  güldüyünü  nümayiş  etdirirdi.  Onun  yazılarında  tam  başqa  melodiya  əks 
olunurdu,  lakin  bu  daim  iki  başlıca  dəyərlə  harmoniyada  olurdu:  ümumi  xeyiri 
dərk  etmək,  anlamaq  və  məsuliyyət  etikası.  Onlar  müəllifə  ictimai  hadisələrə  dar 
eqoistik  məna  prizmasından  deyil,  ümumi  ,  xalqı  düşündürən  yüksəklikdən 
baxmaqda kömək edirdi. 
 Əli müəllim işinə nə qədər intizamlı yanaşsa da, öz prinsiplərini, yaradıcılıq 
kodeksini,  bir  az  da  geniş  götürsək,  ideya  səbatlılığını  hansısa  xırda  maraqların 
bilavasitə  təqibinə  məruz  qalmasına  imkan  vermirdi,  faktları  qərəz  mövqeyindən 
deyil,  xalqın  mənafeyini,  ədalət  nöqteyi-  nəzərindən  təhlil  etməklə,  rasional 
qaydada təsvir  edirdi, bununla da  dövrün ziddiyyətlərinə  cavab  tapmağa  çalışırdı. 
Bu isə özlüyündə ona layiq olduğu etimadı və hörməti gətirirdi. 
 Onun yazılarında həqiqi qələm sahiblərinə xas olan gələcəyə bir boylanma 
meyli  də  güclü  idi.  Bu  səbəbdən  də  o,  heç  vaxt  şəxsi-  qərəzlik  müstəvisinə 
keçmirdi,  cəmiyyətə  xas  olan  qüsurları  və  eybəcərlikləri  qamçılamağa  cəhd 
göstərirdi.  Oçerklərində  də  o  vaxt  dəbdə  olan  tərif  ifratçılığından  qaçırdı,  diqqəti 
daha  çox  xalqın  əxlaqına  və  mənəviyyatına  töhfə  verən  cəhətlərin  tərənnümünə 
yönəldirdi.  Şifahi  nitqlərdə,  qələm  əhlinin  yazılarında  tərif,  məddahlıq  sel  kimi 
axdığı  bir  zamanda  Əli  İldırımoğlu  axının  əksinə  üzməsə  də,  ondan  kənarda 
qalmağa  üstünlük  verirdi.  Onun  oçeriklərində  saxta  əmək  qəhrəmanlarının 
“rəşadətinə”  məftunluğa  rast  gəlmək  mümkün  deyildi,  cünki  onda  müşahidə 
qabiliyyəti  güclü  idi  və  daim  ayıqlığını  qoruyub  saxlayan  bir  adam  kimi  ətrafda 
nələr  baş  verdiyini  anlayırdı  və  qulaqbatıran  ümumi  xora  qoşulmamağa  səy 
göstərirdi. 
 Bu  uzun  illərin  jurnalistində  artıq  yazıçı  idrakı,  ədib  dünyabaxışı  baş 
qaldırırdı. O, özü uzun müddət bu ilham qazanından püskürüb qalxan buxar selini 
qapamağa  çalışsa  da,  nəhayət  onunn  bu  səylərinin  müqaviməti  güclü  daxili 
həmlələrin  artan  zərbələrinə  davam  gətirə  bilmədi  və  keçən  əsrin  90-ci  illərinin 
əvvəllərindən mətbuat talasından, rəqabətin daha güclü olduğu ədəbiyyat meşəsinə 
yeni  ad  daxil  oldu,  bu  ad  hamının  dünənə  qədər  uğurlu,  həm  də  bəxti  gətirən 
jurnalist saydığı Əli İldırımoğluya məxsus idi. İstedadlı adamların əlində bir qayda 
olaraq hər şey bu vergini nümayiş etdirmək vasitəsinə çevrilir. Dünənə qədər onun 
yazılarında  obyektivlik  və  ədalət  aparıcı  yer  tuturdusa,  indi  ona  nəsr  Peqasını 
yəhərləmək lazım gəldi. 
 Lakin o, özünün mahiyyətində də köhnə sənətinə yad gözlə, qeyri- səmimi 
baxmadı,  həyatının,  azı  qırx  ilini  həsr  etdiyi  jurnalistikaya  bağlılığını,  sədaqətini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə