Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə158/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   154   155   156   157   158   159   160   161   ...   171

316 
 
bir  daha  nümayiş  etdirmək  üçün  ilk  romanlarından  birinin  adını  da  “Zorən 
jurnalist”  qoydu.  Ondan  əvvəlki  və  sonra  seriya  şəklində  gələn  əsərlərini,  Emil 
Zolya  çox  sayda  romanlarını  “Ruqon  –Makkarlar”  adı  altında  ümumiləşdirdiyi, 
yaxud Aleksandır Gertsen “Olmuşlar və düşüncələr” adlandırdığı kimi, yaşlı cavan 
yazıçı  da  bu  bədii  məhsullarını  “Müşahidələrim  ,  özümdən  və  göz  önümdən 
keçənlər” kimi uzun da olsa, həqiqətə çox yaxın olan bir adla qələmindən yapdığı 
komanın  himayəsinə,  topluya  yığa  bilərdi.  Bu  əsərlərdə  çoxlu  yadda  qalan 
obrazlar, xarakterlər var, lakin onların hamısını bir leytmotiv, bir ümumi qəhrəman 
birləşdirir,  bu  da  zamandır.  Özünün  yaşadığı  ,  mövcud  olduğu  illər,  onlara  naxış 
vuran  hadisələr, kəşməkeşlər,  ziddiyyətlər,  insan  təbiətinin  əlşatmaz  yüksəklikləri 
və  dibi  görünməyən  uçurumu  andıran  eybəcərlikləri,  nakəslikləri,  namərdlikləri. 
Gözlərimiz  önündə  yazıçı  XX  əsrin  ən  azı  üçdə  birinin,  bəlkə  də  yarısının 
mənzərəsini canlandırır. Onu bəxtəvər hesab edənlərə özünün və hörmət bəslədiyi 
insanların  hansı  bədbəxtliklərə  sinə  gərdiyini,  hansı  oddan,  alovdan,  insan 
məkrindən yaranan dəhşətli sınaqlardan çıxdığını, bəzən ölüm –dirim mübarizəsinə 
atıldığını  göstərir.  Əsrin  bu  kaleydoskopunda  biz  çox  şeyləri  görürük.  Kasıb  dağ 
kəndində  xalqın  əlini  çörəyə  çatdırmaq  üçün  hər  cür  əziyətlərə  qatlaşan  ,  əkin 
sahələrinə  su  gətirmək  üçün  kəhriz  qazan  rəncbərləri  də,  öz  təmiz  adını  böhtan 
ləkəsindən  qorumaq  üçün  sərt  şaxtalı  qış  gecəsində  həyatını  soyuqdan  donmaq  , 
yaxud  da  cavanların  dişləri  ilə  parçalanmaq  təhlükəsinə  atan  cavan  müəllimi  də, 
vəzifəsinə  arxalanıb  canlı  insandan  nişan  hədəfi  kimi  istifadə  edən  əclafları  da. 
Yazıçı  heç  də  özünü  fotoqraf  kimi  aparmır,  faktın,  hadisənin  dəqiqliyi,  ani 
mövcudluğu  onu  o  qədər  də  maraqlandırmır,  bu  hadisələrin  hərəkətverici 
qüvvəsinə,  motivlərinə  nüfuz  etməyə  səy  göstərir,  xarakterlərin  formalaşmasında 
mühitin danılmaz , çox vaxt isə amansız rol oynadığını göstərir. Ona görə də hər 
bir  insan  taleyində  biz  həm  də  zamanıın  damğasını  görürük,  hadisələri  qoynuna 
alan vaxt fenomeninin öz müsbət və ya mənfi təsiri ilə insanları necə dəyişdirdiyini 
,  çox  vaxt  xarakterləri  formalaşdırarkən  mənəviyyatı  deformasiyaya  uğratdığını, 
əzdiyini, eybəcərləşdirdiyini görürük. Ona görə də bu əsərlərdə insanlar və zaman 
birgə  ,  Siam  ekizləri  kimi  eyni  qan  dövranından  qidalanan  tək  ayrılmayan  bir 
vəhdətdə  təsvir  olunurlar  və  müəllif  –bələdçi  bizi  öz  dövrünün  qaranlıq 
labirinrtlərinə baş vurmağa dəvət edir. 
 Bir sözlə, Əli İldırımoğlunun əsərləri oxucusunu böyük bir səyahətə çıxarır, 
zaman maşını bizi geriyə, yaddaşlardan bəklə də silinən illərə qaytarır. XIII əsrdə 
böyük  italyan  səyyahı  Marko  Polo  uzaq  Çindən,  Xanbalıq  şəhərindən,  xidmət 
etdiyi  Xubilay  xanın  sarayından  vətəninə  dönərkən  Asiyanın  və  Afrikanın  çox 
saylı  ölkələrində  olduğundan,  bu  məmləkətlərin  və  onların  xalqlarının  adətlərini, 
qaydalarını, digər etnoqrafik cəhətlərini qələmə almaqla o vaxtkı avropalıya tanış 
olmayan  dünya  barədə  böyük  bir  panorama  yaratamışdı.  Əli  İldırımoğlu  böyük 
səyahətçidən  fərqli  olaraq  məkan  səyahətinə  çıxmayıb,  onun  təsvir  etdiyi 
hadisələrin hamısı bir ölkədə, onun bir neçə kəndində və şəhərində cərəyan edir, o, 
oxucusunu  öz  qayğına  oturdaraq  zaman  səyahətinə  çıxarır,  bu  qayıq  illər,dövrlər 
adlanan  sularda  üzür,  insan  dünyası  adlanan  arxipelaqın  ayrı-ayrı  adaları- 
fərdlərinə  yan  alır.Bu  zaman  səyyahəti  XX  əsrin  xeyli  hissəsini  əhatə  etdiyindən 


317 
 
olduqca  zəngindir,  rəngarəngdir,  hər  adanın  öz  təbii  görünüşü  ,  öaz  mövqeyi, 
nəhayət  öz  tənhalığı  və  lazımınca  dərk  olunmaması  var.  Səyyah  bu  ada-fərdləri 
tədqiq  etmək  üçün  böyük  əziyyətlərə  qatlaşır,  təkcə  zahiri  əlamətləri, 
cəmmiyətdəki mövqeləri ilə kifayətlənməyib, anatomik tədqiqata keçir. 
 Anatomiyaya  maraqda  isə  başlıca  qayə  patologiyanın  öyrənilməsi,  onu 
əmələ  gətirən səbəb və  şəraitin tədqiqidir.  Ona  görə də  bizim  gözlərimiz  önündə 
böyük  bir  dövrün  və  onun  taleyinə  biganə  olmayan  insanların  geniş  mənzərəsi 
yaranır, özü də burada heç bir fantasmaqoriya ünsürləri yoxdur, real həyat və onun 
bədii təsviri, inikası vardır. 
 Yazıçı insanlarla yanaşı, bütövlükdə cəmiyəti, quruluşu təhlil etməyə girişir. 
O,  qələmə  aldığı  ilk  dövrlərdən  cəmiyyətdə  iltihab  prosesi  getdiyini,  getdikcə  bu 
fəsadın  böyüdüyünü,  genişləndiyini  hiss  edir  və  nəhayət  daxili  xəstəliklərin 
şiddətlənməsi,  xarici  impulsların  da  dağıdıcı  təsiri  ilə  birləşərək  quruluşu  iflasa 
uğradır  .İkinci  Dünya  müharibəsindəki  böyük  qələbənin  döyülməsində  başlıca 
dəmirçi  kimi  çıxış  edən  və  ən  azı  Avropanı  faşizim  taunundan  xilas  etməkdə 
əvəzsiz rol oynayan bir dövlət 1990-cı illərin əvvəlində süqut edir, xırda hissələrə 
parçalanır.  Yazıçı  bunu  bəzi  siyasətçilər  kimi,  XX  əsrin  ən  böyük  geostrateji 
faciəsi  adlandırmasa  da,  bu  böyük  canlının  məhvinə  laqeyd  qalmır,  bu  hadisədən 
təəssüfləndiyini  də  gizlətmir.  Bu  dövrdə  hakimiyyətə  gələn  yeni  qüvvələrin 
səriştəsizliyini,  ölkədəki  sarsıntıların,  fəlakətlərin,  xaosun  başlıca  səbəbi  hesab 
etdiyindən,  onları  palçıqdan  knyazlığa  yüksəlmişlər  kimi  qəbul  etməklə,  öz 
etirazını  bu  qaydada  ifadə  edir.Bir  qayda  olaraq  yazıçının  münasibət  və  dəyərlər 
şkalası siyasətçilərinkindən fərqli olur, onlar hər bir prosesə daha həssas yanaşır və 
bədbəxtliklərin baiskarını tapmağa səy göstərirlər. 
 Əli  İldırımoğlu  xalqının,  ölkəsinin  keçdiyi  çətin,  mürəkkəb  dövrə  nəzər 
salarkən  özünü  kənar  müşahidəçi  kimi  aparmır,  bir  həkim  kimi  bu  xəstəliyin 
şiddətlənməsində az dərəcədə də olsa özünün də günahkar olduğunu gizlətmir və 
bu münasibətdə də bir mərdlik, cəsarət nümayiş etdirir. 
 Onun  köməkliyi  ilə  biz özümüzün  də gördüyümüz, lakin  mahiyyətini  dərk 
etmədiyimiz  təbəddülatları  yenidən  təhlil  etməyə  başlayırıq,  tam  olmasa  da  bir 
qədər  təlqin  olunan  mövqeyə  yaxınlaşırıq.  Onlara  qiymət  verməkdə,  mürəkkəb 
hadisələrin  fəlsəfələrindən  baş  çıxarmaqda  oxucu  heç  vaxt  həqiqi  yazıçı  ilə 
rəqabətə  girməməlidir,  çünki  sadə  oxucunun  hətta  silahlanmış  gözlə  görmədiyini, 
həyatı müşahidə etməklə, hərtərəfli dərk etməyə nail olan ədəbiyyat adamı üfüqdə 
də seçə bilir, ona əsasən düzgün qiymət verməyi bacarır. Əsərləri ilə tanış olduqca 
müəllifin  hansı  ənginliklərə  pərvazlandığının,  orada  sərt  hava  cərəyanlarına  sinə 
gərərək qanad çalmasının şahidi olursan. 
 Əli  müəllim  təkcə  böyük  ağlı,  istedadı,  zövqü  ilə  həyatın  xalqla  birlikdə 
döyünən nəbzini tutmaq bacarığı ilə deyil, həm də xoş xasiyyəti, xeyirxah ürəyi ilə 
seçilir,məlum  olduğu  kimi  bu  isə  bizim  dövrümüzdə  hətta  istedaddan  da  xeyli  az 
şəkildə özünü büruzə verir. Bu keyfiyyətini onun əsərlərində də müşahidə edirik. 
 Əli  İldırımoğlunun  başqalarından  fərqləndirən  bir  cəhəti  də  onun  şöhrət 
düşkünü  olmamasıdır.  Balzak  hamının  can  atdığı  şöhrəti,  başına  gəlinlik  duvağı 
qoyulmuş  əxlaqsız  qadın  adlandırırıdı  və  ədəbiyyatın  aşağılarında  onu  küçələrdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə