The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə28/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

 
68
M.İ.Əlləzov
 
 
Sxem 5. Qiymətli kağızların növləri 
 
 
 
 
 
 
 
 
 
Səhm - onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini 
divident  şəklində almaq, səhmdar cəmiyyətin idarə edilməsində  iştlrak etmək və o, ləğv 
edildikdən sonra qalan əmlakın bir hissəsini  əldə etmək hüququnu təsbit edən emissiya 
qiymətli kağızıdır. 
Korporasiyanın idarə edilməsində  iştirak hüququna görə  səhmlər - adi və imtiyazlı 
səhmlərə bölünürlər (bax sxem 4). Hər bir adi səhm sahibi səhmdarların yığıncağında 
iştirak edir, bu yığıncaqda səs vermək hüququna malikdir və idarəetmə orqanına seçə və 
seçilə bilər. İmtiyazlı səhmlər bu hüquqa malikdir deyillər, lakin onların üstünlüyü ondan 
ibarətdir ki, bu səhmlər üzrə dividentləlin ödənilməsi kompaniyanın fəaliyyətindən asılı 
deyil. İmtiyazlı səhmlərin çatışmazlığı da məhz ondan ibarətdir ki, müəssisə fəaliyyətini 
uğurla aparırsa, onda dividentlər adi səhmlər üzrə artır, imtiyazlı  səhmlər üzrə isə 
dəyişməz qalır. 
   Sxem 5. Səhmlərin növləri 
 
 
Korporasiya istiqrazları - borc, emissiyalı, birjalı, bazar qiymətli kağızlarıdır. 
İstiqraz vərəqəsi - onun sahibinin emitentdən istiqraz vərəqəsində  nəzərdə tutulan 
müddəti onun nominal dəyərini və bu dəyərdən müəyyən edilmiş və ya başqa əmlak  
QİYMƏTLİ  KAĞIZLAR 
Birinci dərəcəli  
+ Səhmlər  
+ İstiqrazlar  
+Veksellər  
+ Fyuçers müqavilələri  
+Depozit sertifikatları 
Pul formasmda 

Çeklər 
-
 
Varrantlar 
-
 
Opsionlar 
 


 
69
M.İ.Əlləzov
 
 
ekvivalentini (əgər qanunvericiliyə zidd deyilsə) almaq hüququnu təsbit edən emissiya 
qiymətli kağızıdır. (6) 
Veksel - borc öhdəliyinin bir növüdür. Ciddi bir formada tərtib olunub və vekseldə 
göstərilən məbləğin vaxtında ödənişini tələb etmə hüququnu verir. Veksel - şərtsiz pul 
öhdəliyidir, çünki onun ödəniş əmri və onun ödənilməsi üçün öhdəliyin götürülməsi heç 
bir  şərtlə  məhdudlaşmayıb. Bu abstrakt öhdəlikdir, çünki onun ödənməsi haqda mətndə 
heç bir əsas yoxdur, bu sərbəst ödəmə öhdəliyidir. 
 
      
 
 
Sxem 5. Veksel 
 
Veksellər adi və ötürülən olurlar. Adi vekselin ötürülən vekseldən fərqi budur ki, adi 
vekseldə iki tərəf iştirak edir - veksel verən və vekselin sahibi, ötürülən vekseldə isə 3 
tərəf iştirak edir: trassant – kreditor, trassant – borclu və remitent – ödəniş alıcısı. Adi 
veksel borclu tərəfindən yazılır və imzalanır, ötürülən veksel isə kreditor tərəfindən. Adi 
veksel borc faktını rəsmiləşdirir, ötürülən veksel isə ticarətin kreditləşməsinə xidmət edir. 
Depozit və  əmanət sertifikatları - pul vəsaitlərinin  əmanəti haqqında bankın yazılı 
şəhadətidir,  əmanətçinin vaxtı  gələndə depozitin alınması hüququnu təsdiq edir. Pul 
vəsaitlərinin əmanətçisi benefisiar adlanır. Sertifikatın aşağıdakı xüsusiyyətləri var: 

 
Yalnız banklar tərəflndən buraxılır; 

 
Sertifikatlar dövriyyə sənədidir. Bir şəxsdən digər şəxsə keçirilə bilər; 

 
Sertifikat – satılmış  mallara  və  göstərilmiş  xidmətlərə  ödəmə vasitəsi ola bilməz; 

 
Sertifikatlar – mütləq sənəddirlər; 

 
Sertifikatlar – xüsusi rekvizit dəsti olan, ciddi formal sənəddir. 
Depozit və  əmanət sertifikatları arasında fərqlər var. Əmanət sertifikatı fiziki şəxsin 
banka yerləşdirdiyi əmanətin şəhadətnaməsidir. Bu sertifikatların dövriyyə müddəti bir illə 
məhdudlaşır, hesablaşma isə  nəğdsiz yolla aparılır. Sertifikatlar üzrə faizlər buraxılış 
zamanı müəyyən edilir və banklar üzərində pul və ya faiz formasında göstərilir. (5) 
 
 
            Nəticə 
 
Bazar iqtisadiyyatına keçid istiqamətində islahatlar aparan ölkələrdə Fond bazarlarının 
formalaşdırılması dövlət mülkiyyətinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi prosesinin 
son və loqik mərhələsi hesab etmək olar. 
Lakin fond bazarının öz funksiyalarını bütövlükdə yerinə yetirməsi üçün əhalidə 
sərbəst pul vəsaitlərinin olması vacib məsələlərdən biridir. Bu baxımdan konkret olaraq, 
Azərbaycana nəzər yetirsək hal-hazırda bu vəsaitlərin heç də kommersiya banklarının 
bank depozitlərinə kifayət etmədiyi nəzərə çarpır,  əhalidə olan sərbəst pullar isə pul 
bazarına təqdim edilmədiyi üçün hərəkətsiz qalır. 
Ölkəmizdə Fond bazarlarının  inkişafı  və mövcud çatışmamazlıqların aradan 
qaldırılması üçün Fond bazarlarının dövlətlə yanaşı, həm də daha çox bazarın peşəkar  
borclu 
kreditor 
ödənişi alan 


 
70
M.İ.Əlləzov
 
 
iştirakçıları  tərəfindən tənzimlənməsi daha məqsədəuyğun olardı. Fond bazarlarının 
peşəkar iştirakçıları bu bazarın inkişafını stimullaşdırır, emitent və investorların 
fəaliyyətini istiqamətləndirir, onların qiymətli kağızlarla  əməliyyatlarında birbaşa və ya 
dolayısı yolla iştirak edir. Fond bazarlarının peşəkar iştirakçılarının yalnız qarşılıqlı təsiri, 
fəaliyyəti Fond bazarlarının stabilləşdirilməsini təmin edə  və qiymətli kağızların 
likvidliyini artıra bilər. 
                        
Ədəbiyyat
 
 
1.
 
Никифорова В.Д., Садыгов Э.М.  Биржевые и внебиржевые фондовые рынки: 
зарубежный опыт, Баку  2002 
2.
 
Бердникова Т.Б: “Рынок ценных бумаг и биржевое дело” (Москва – 2000) 
3.   Клещенко Н.Т. «Рынок ценных бумаг»  Москва 2002 г. 
4.   Жуков Е.Ф. «Ценные бумаги и фондовые рынки.»  ЮНИТИ  2002 г. 
            5.   Маренков Н.Л: “Рынок  Ценных  Бумаг и биржевое дело” (Москва – 2004) 
            6.   Choudhry (2010); “An Introduction to Bond Market (Securities Institute)” 
      7.   www.azstat.org 
 
THE ESSENCE, FUNCTION AND STRUCTURE OF FINANCIAL 
INSTRUMENTS IN THE STOCK MARKETS 
 
M.İ.Allazov  
 Summary 
 
The use of financial instruments in the stock market in recent years, serves the needs 
of financial resources generated in the economy. Though different types of financial 
instruments are ciculating in the markets, both their use and profitability in terms of 
efficiency is actual problem nowadays. Individual characteristics of the financial markets 
of each country should be considered. The efficient use of financial instruments in the 
stock market to avoid inflation in the country allows partial solution of this problem. 
 
 
СУЩНОСТЬ, ФУНКЦИИ И СТРУКТУРА ФИНАНСОВЫХ 
ИНСТРУМЕНТОВ НА ФОНДОВЫХ РЫНКАХ 
 
М.И.Аллазов  
Резюме 
Использование  финансовых  инструментов  на  фондовом  рынке  в  последние 
годы, обслуживает потребности финансовых ресурсов в экономике. Хотя различные 
типы  финансовых  инструментов  обращаются  на  рынках,  но  с  точки  зрения 
эффективности их использование и рентабельности является актуальной проблемой 
в  настоящее  время.  Индивидуальные  характеристики  финансовых  рынков  каждой 
страны  должны  быть  рассмотрены.  Эффективное  использование  финансовых 
инструментов  на  фондовом  рынке,  чтобы  избежать  инфляции  в  стране  допускает 
частичное решение этой проблемы. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə