The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə27/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   23   24   25   26   27   28   29   30   ...   102

 
65
M.İ.Əlləzov
 
 
Qiymətli kağızlarla bağlı sonrakı proseslər ikinci dərəcəli bazarda həyata keçirilir. 
İkinci dərəcəli bazarda pullar bir investordan digər investora keçir, satılmış qiymətli 
kağızlardan daxil olan vəsaitlər bu qiymətli kağızların  əvvəlki sahiblərinə  gəlir. Yəni 
ikinci dərəcəli bazarda olan əməliyyatlar emitentin iştirakı olmadan baş verir və emitentin 
proseslərə heç bir təsiri yoxdur. Emitent üçün buraxılan qiymətli kağızların kim tərəfindən 
alınmasına elə bir marağı yoxdur, onun üçün əsas qiymətli kağızların öhdəliklərinin geniş 
olmasıdır. Qiymətli kağızla sövdələşmələrin təşkili formalardan asılı olaraq təşkil edilmiş 
(birja) və təşkil edilməmiş (birjadan kənar) Fond bazarlarını ayırmaq olar. Təşkil edilmiş 
Fond bazarları fond birjaları yaradır. Digər qiymətli kağız sazişləri isə  təşkil edilməmiş 
bazarda həyata keçirilir. (1) 
Məlumdur ki, bazar iqtisadiyyatı sistemində qiymətli kağızların dövriyyəsi pul 
vəsaitlərinin müxtəlif sahələrdə yerləşdirilməsi vasitəsi kimi çıxış edir. Fond bazarlarının 
əsas tərkib hissəsini bazarda aparılan ticarət üsulları təşkil edir. Bu nöqteyi-nəzərdən Fond 
bazarlarının  tərkibində aşağıdakı bazarları qeyd etmək olar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 4. Qiymətli kağızlarla ticarətin təşkili üsuluna görə QKB-nin tərkibi 
quruluş 
 
Fond Bazarı
İlkin
Təkrar 
Mütəşəkkil 
Ənənəvi 
Birja
Kassa 
Birjadankənar 
Qeyri ‐ Mütəşəkkil 
Müddətli 
Kompüterləşdirilmiş 


 
66
M.İ.Əlləzov
 
 
İlkin və  təkrar (ikinci) bazar. İlkin bazarda qiymətli kağızlar öz qəbul qaydaları  və 
tələbləri ilə ilk dəfə satışa çıxarılır, realizə olunma prosesinin ilk mərhələsində ilk dəfə 
olaraq alıcılar tərəfindən alınır. Burada korporasiyalar, mərkəzi hökumət və bələdiyyələr 
tərəfindən buraxılan qiymətli kağızların ilkin yerləşdirilməsi baş verir. Bazarda yeni 
buraxılan qiymətli kağızların bazar qiyməti müəyyən edilir, investisiya riski 
qiymətləndirilir, buraxılışın dövlət qeydiyyatı  və buraxılışın nəticələrinin qeydiyyatı  və 
onların saxlanılması baş verir. İlkin bazarın funksiyaları aşağıdakılardır: 

 
Qiymətli kağızların buraxılışının təşkili; 

 
Onların yerləşdirilməsi

 
Qiymətli kağızların uçotunun aparılması; 

 
Tələblə təklif arasında tarazlığın təmin olunması. (3) 
Qiymətli kağızların təkrar bazarı dedikdə isə bazarda əvvəllər dövriyyəyə buraxılmış 
və ölkədə qeydiyyatdan keçmiş qiymətli kağızlar başa düşülür. Qiymətli kağızın təyin 
edilmiş bütün dövriyyə müddəti  ərzində bu kağızlar    alqı-satqı  və ya digər köçürmə 
fomalarında öz sahibini dəyişir. Bu bazarın məqsədi qiymətli kağızlarla onların ilkin 
yerləşdirilməsindən sonra alqı-satqı  və digər  əməliyyatların keçirilməsi üçün şəraitin 
yaradılmasından ibarətdir. Təkrar bazarın funksiyası  pərakəndə alqı-satqı  səviyyəsində 
satıcı  və alıcıların görüşdürülməsi (ilkin yerləşdirmə zamanı bu proses topdansatış 
səviyyədə baş verir) və müəyyən qiymət səviyyəsində  tələb və  təklifin 
tarazlaşdırılmasından ibarətdir. Bu bazarın  əsas vəzifəsi kapitalın  ən səmərəli istehsal 
sahələrinin xeyirinə yenidən bölüşdürülməsi və  təsərrüfat subyektlərinin inkişafı 
məqsədlərindən ötrü investisiyaların cəlb olunmasıdır. İkinci bazarı daxilində aşağıdakı 4 
səviyyəni fərqləndirirlər: 

 
Fond birjası – Burada birjada qeydiyyatdan keçmiş  və qiymətləndirilməyə buraxılmış 
qiymətli kağızlarla ədqlər baş verir

 
Birjada qeydiyyatdan keçməmiş qiymətli kağızlarla  əməliyyatların keçirildiyi 
birjadankənar bazar; 

 
Vasitəçilərin vasitəsilə  və yüksək rüsumlar təyin etmiş fond birjalarını ötərək 
qeydyyatdan keçirilmiş qiymətli kağızların alqı-satqısı baş verən birjadankənar bazar; 

 
Ticarətin vasitəçiləri birləşdirən komputer şəbəkələri vasitəsilə keçirildiyi 
komputerləşdirilmiş bazar – Belə sistemin köməkliyi ilə investor komisyon ödəmələrdə 
böyük qənaət əldə edir və fond bazarının qeyri-sabitliyə düçar olması riski azalır.   
 Mütəşəkkil və qeyri-mütəşəkkil bazar. Qiymətli kağızların mütəşəkkil bazarında 
qiymətli kağızlar bazar iştirakçıları arasında, onların zəmanəti ilə digər bazar iştirakçıları – 
lisenziyaya malik peşəkar vasitəçilər tərəfindən sərt qaydalar əsasında dövriyyə edir. 
Qeyri-mütəşəkkil bazarlarda isə qiymətli kağızların dövriyyəsi zamanı bazar 
iştirakçılarının vahid qəbul edilmiş qaydalara riayət etməsinə heç bir tələb qoyulmur. 
Birja və birjadankənar bazar. Qiymətli kağızlarla sövdələşmələrin təşkili formalardan 
asılı olaraq birja və birjadan kənar Fond bazarlarını ayırmaq olar. Birja bazarında qiymətli 
kağızların ticarəti yalnız bütün bazar iştirakçıları arasında ciddi surətdə seçilmiş birja 
vasitəçiləri tərəfindən fond birjalarında və birja qaydaları  əsasında təşkil edilir. 
Birjadankənar bazarda qiymətli kağızların ticarəti fond birjasından kənarda həyata 
keçirilir. 
Ənənəvi və kompüterləşdirilmiş bazar. Ənənəvi Fond bazarları    adından göründüyü 
kimi  əməliyyatların  ənənəvi qaydada həyata keçirildiyi bazardır.Komputerləşdirilmiş 
bazarda ticarət fond üzvlərini birləşdirən vahid komputer şəbəkəsi vasitəsilə aparılır. Yeni  


 
67
M.İ.Əlləzov
 
 
komputerləşdirilmiş bazarlar ərazicə bölüşdürülmüş elektron birjaları kimi çıxış edir. Belə 
bazarların daxilində birjadankənar ticarət təkcə  ənənəvi olaraq telefonla deyil, xüsusi 
komputer sistemləri vasitəsilə aparıla bilər. Bu cür sistemlərin  ən iri miqyaslısı 1971-ci 
ildən ABŞ-da tətbiq olunan Milli Qiymətli Kağız Dilerləri Assosiasiyasının  
avtomatlaşdırılmış qiymətləndirmə sistemidir (NASDAQ). Bu, bütün ölkə ərazisini əhatə 
edən, özünün abonentlərinə çoxsaylı terminal vasitəsilə bilavasitə  iş yerindən qiymətli 
kağızlarla əqdlər bağlamaq imkanı verən mürəkkəb və geniş elektron şəbəkədir. Bundan 
əlavə artıq birjadankənar bazar daxilində iri miqyaslı  əməliyyatların komputer sistemi 
vasitəsilə, birbaşa – heç bir vasitəçi olmadan həyata keçirildiyi bazar formalaşmışdır. 
Bunlara misal olaraq İNSTİNET, POSİT və Crossing Network  kimi elektron qiymətli 
kağızlar ticarət sistemlərini misal göstərmək olar.      
Kassa və müddətli. Kassa Fond bazarlarında  əqdlər 1-2 iş günü ərzində icra olunur, 
yaxud sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı tələb olunduqda o, bu bazardan 
istifadə edir. Yerinə yetirilmə müddəti 2 gündən çox olan əqdlər isə qiymətli kağızların 
müddətli bazarında həyata keçirilir. Adətən bu 3 ayadək olan dövrü əhatə edir. Bu bazarda 
əməliyyatlar üzrə hesablaşmalar ya ayın ortasında (per-medio), ya da ayın sonunda (per-
ultimo) həyata keçirilir. 
Satılan qiymətli kağızların tipindən asılı olaraq pul bazarı  və kapital bazarı 
fərqləndirilir: 
Pul bazarı - qısamüddətli maliyyə öhdəllkləri bazarıdır. (Fəaliyyət dövrü 1 ilə qədər) 
Kapital bazarı - fəaliyyət dövrü 1 ildən artıq olan Fond bazarlarıdır. 
Qiymətli kağızların həyat təşkili aşağıdakı fazalardan ibarətdir: 

 
Qiymətli kağızların yeni buraxılışının təşkil edilməsi; 

 
Qiymətli kağızların ilkin yerləşdirilməsi (ilkin emissiya); 

 
Qiymətli kağızların tədavülü (alqı-satqı); 

 
Borc qiymətli kağızlarının ödənilməsi. 
Qiymətli kağızlar emissiya və qeyri-emissiya qiymətli kağızlarına bölünür. 
Emissiya qiymətli kağızları - buraxılışlara yeniləşdirilən və qiymətli kağızların  əldə 
edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqlarının həyata 
keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. 
Qeyri-emissiya qiymətli kağızları - buraxılışlarla yerləşdirilməyən və qiymətli 
kağızlar üzrə hüquqların həyata keçirilməsinin həcmi və müddəti müxtəlif olan qiymətli 
kağızlardır. Qeyri-emisiya qiymətli kağızlarına veksel, çek, depozit sertifikatları, opsion, 
varrant, fyuçers özəlləşdirmə pulları və bu anlayışa cavab verən qiymətli kağızların digər 
növləri aiddir. 
Seriyalılıq - qiymətli kağızların müəyyən standart üzrə buraxılması deməkdir. 
Seriyalılıq standartlılıq ilə sıx bağlıdır, çünki eyni tipli qiymətli kağızlar standart məzmun 
daşıyırlar. Standartlılıq qiymətli kağızları eyni tipli kütləvi mal edir. Qiymətli kağızların 
dövriyyədə iştirakı onların alqı-satqı obyekti olmaq bacarığında deyil, həm də digər əmlak 
münasibətlərində iştirakıdır. 
 
 
 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə