Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


  Sidik ifrazının azalması necə adlanır ?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə27/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

96. 
Sidik ifrazının azalması necə adlanır ?
 
A) Nikturiya 
B) Poliuriya 
C) Anuriya 
D) Opsouriya 
E) Oliquriya
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması 
poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə 
sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır. 
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998 
97. Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən 
hansıları qeyd olunmalıdır? 
A) Arterial təzyiq 
B) Xəstənin hərarətinin dəyişməsi 
C) Nəbz və tənəffüsün sayı 
D) Hamısı
E) Diurezin miqdarı 
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb 
bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, 
diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində 
qeyd edir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil, ”Bakı
1998. 
98. Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır ? 
A) Mədə əməliyyatından sonra
B) Orqanizm çox su itirdikdə 
C) Qida borusunun tam keçməməzliyində 
D) Massiv yanıqlar zamanı 
E) Anusda çatlar olduqda


29 
Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin 
düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düz bağırsağın 
sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal 
qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma 
təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir. Ədəbiyyat: N.R 
Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə